Əli Həsənov: Azərbaycan dövlətinin yürütdüyü siyasətin təməlində xalqımızın maraqları durur
21.04.2015 [10:10]
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-də “Hesabat” verilişinin qonağı olub.
SİA Əli Həsənovun müsahibəsini təqdim edir:
- Əli müəllim, son zamanlar apardığım müşahidələr göstərir ki, Azərbaycanın yeni bir mötəbər tədbir ərəfəsində müəyyən mənada basqılarla üzləşdiyini və bu basqıların müxtəlif səviyyələrdə baş verdiyini cəsarətlə demək olar. Təbii ki, bu basqıların qabağına biz cəsarətlə çıxırıq. Amma burada təzə olan nədir? Axı həmişə Azərbaycan bu basqılarla üzləşib. Birdən-birə bizi bir dövlət olaraq nə daha çox narahat etməyə başlayıb?
- Bəzi beynəlxalq dairələr tərəfindən 2012-ci ildə ölkəmizdə keçirilən “Eurovision” musiqi yarışmasında da bunu hiss etdik. Azərbaycan tipli modern inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini, nədənsə, həzm edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə, sivil dünyanın dövlətin dəyərləndirilməsində istifadə etdiyi digər dəyərlərini dünyaya təqdim edir. Və müvafiq olaraq, əlbəttə, əgər Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu cür səviyyəli tədbirləri keçirirsə və bu tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman antimüsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür, bunu nə ilə əsaslandırsınlar? Deməli, müsəlmanlar da inkişaf edə bilərmiş, Azərbaycan kimi. Müsəlmanlar da dünya sivilizasiyasına, dünya mədəniyyət xəzinəsinə töhfələr, dəyərlər verə bilərmiş. Bu anda biz beynəlxalq islamofob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, birinci səbəb beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi, həmişə xaos, anarxiya olmalıdır, insanlar bir-birini öldürməlidir, gecə-gündüz partlayışlar olmalıdır - İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdim olunmamalıdır. Birinci səbəb budur.
- Belə çıxır ki, böyük güclər özlərinin Azərbaycan üçün, müsəlmanlar üçün hazırladığı portretin Azərbaycan tərəfindən pozulmasını qəbul edə bilmirlər.
- Tamamilə doğrudur, biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi “Eurovision” musiqi yarışması keçirə, “Eurovision” musiqi yarışmasının qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, ümumdaxili məhsulu illik 8-10 faiz arta, sivil birgə yaşayış normaları cəmiyyətdə hökm sürə bilərmiş. Müsəlman dünyasında demokratiya, insan hüquqları, vətəndaş azadlıqlarının vəziyyəti eyni ilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bu nöqtədən bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır. Başqa səbəblər də var. Erməni lobbisi bunun arxasında dayanır. Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışmışlar və çalışmaqda davam edirlər. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb dairələri, bunların sırasında hüquq müdafiə, mətbuatla, insan hüquqları, vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar və s. da var, onlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar, məsələn Avropa Parlamenti də və digər beynəlxalq qurumlar da var ki, onlar da “Eurovision” musiqi yarışması ərəfəsində də bizə qarşı müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda, Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsələsində də bizə problem yaratmağa çalışdılar. Dəfələrlə bu insanlar Azərbaycanı sivil dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək ona qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq dünyada öz effektini verməyə başlayıb. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb. Necə oldu ki, bu ölkənin ərazisini Ermənistan işğal etdi? Niyə BMT-nin 4 qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir ki, həyata keçirilmir? Nəyə görə bu ölkəni hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Onlar Azərbaycana gəlib görürlər ki, ölkəmizin tolerant cəmiyyəti dünyanın bütün bölgələri ilə müqayisədə daha yaxşıdır. Burada müsəlmanlar, xristianlar və musəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr, əlbəttə, belə anlarda Azərbaycan o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar.
- Bizim gəldiyimiz qənaət belədir ki, Azərbaycan, özünün mövcudluğuyla, həm də, onun acısını çəkir ki, birdən-birə mövcud dünya nizamını pozur. Yəni artıq dünya dövlətləri öz yerlərini bilirlər, xəritədə müəyyən məsələləri həll ediblər və birdən Azərbaycan çıxır ortalığa bərabər hüquqlu, bərabər imkanlı bir dövlət kimi, deyir, mən də varam. “Mən də varam” sözü kiminsə xoşuna gəlmir. Bax bu da öz sözünü müəyyən mənada deyir. Siz bununla razısınız?
- Azərbaycanın geosiyasi, geoiqtisadi və hərbi geostrateji dəyəri çox yüksəkdir. Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, bu regionda Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir. Ona görə də Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq çərçivəsindədir. Ermənistan və buna bənzər dövlətlərin geosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimin yanında durması, necə dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olmaması dünya üçün o qədər də maraq kəsb etmir. Təsəvvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi haradadır? Azərbaycandadır. Eləcə də, dünyanın yeganə alternativ nəqliyyat kommunikasiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi geostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarının Əfqanıstana daşınan bütün hərbi yükləri üçün dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan sabah Xəzərin qapısını açıb NATO-nu ora buraxsa, nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa, nə olacaq? Məhz bütün bunlar, əlbəttə, beynəlxalq dairələri çox düşündürür. Ona görə də, Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq aləmə başa salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq, bizim də Amerika, Rusiya, İran, Türkiyə və Avropa kimi öz maraqlarımız var. Bizim millətimizin də maraqlarının təmsil olunduğu yeganə yer Azərbaycan coğrafiyasıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

