Cari ilin birinci rübündə Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb
22.04.2015 [16:12]
YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov
- Aydın müəllim, 2015-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?
- 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.
Cari ilin birinci rübündə Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb. Ötən 3 ayda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın ümumi inkişaf tempi 5,3 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Yəni ölkəmizdə inkişaf tempi ümumdünya göstəricisindən 2 dəfə artıq olub.
Məlumdur ki, neftin ucuzlaşması əslində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi və dünyada yanaçağa istehlakın aşağı düşməsi fonunda baş verir və bu, təkçə, neft ixraç edən ölkələr üçün deyil, həm də, ümumilikdə qlobal səviyyədə ölkələrin iqtisadi-maliyyə sektorlarına təsir etməkdədir.Yəni, istənilə neft ixrac edən ölkə üçün bunun təsiri var. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Ən əsası isə budur ki, Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur.
- Bu dövr ərzində qeyri-neft sektorunun göstəricilərini necə dəyərləndirmək olar? İqtisadiyyatın inkişafında bu amil nə dərəcədə rol oynayır?
- Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımız surətlə inkişafına səbəb olub. Qeyri-neft sektorunun 7 faiz artım tempi iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Xüsusilə də, sənayeləşmənin geniş vüsət alması iqtisadiyyatda ağırlıq mərkəzinin qeyri-neft sahələrinin üzərinə düşür.
Artıq bu onu göstərir ki, qeyri-neft və sənayenin qeyri-neft bölməsinin dayanıqlı inkişafı iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin möhkəm təməlləri mövcuddur. Beləliklə bu siyasi və iqtisadi kurs respublikamızda iqtisadi artımın başlıca mənbəyinin qeyri-neft sektoru olduğunu şərtləndirir.
Hazırda qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürüb və bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir.
2015-ci ilin ötən dövründə sənaye istehsalının da artımı baş verib və bu sahəyə xüsusi diqqətin göstərilməsi. müasir sənaye komplekslərinin, texnoparkların yaradılması ölkəmizin sənaye potensialının böyük dərəcədə güclənməsinə zəmin yaradıb. Son illərdə ölkə sənayesinin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlərin geniş vüsət alması sənayeləşmənin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının təsdiq olunması isə sənayienin bütün sahələrinin, o cümlədən, qeyri-neft sənayesinin uzunmüddəli inkişafına dərin zəmin yaradır və Proqram çərçivəsində yeni sənaye sahələrinin və sənaye parklarının yaradılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi ilə bağlı layihələr həyata keçiriləcək. Yaxın illərdə ölkə iqtisadiyyatının inkişafında ağırlıq qeyri-neft sektorunun üzərinə düşəcək və burada əsas sektor kimi sənaye sahəsi ÜDM-də başlıca yer tutacaq.
- Bəs əhalinin real gəlirləri haqqında nə deyə bilərsiniz?
- Ötən il ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Brincü rübdə inflyasiya 2,8 faiz, əhalinin pul gəlirləri 5,3 faiz təşkil edib. Əhalinin real gəlirləri inflyasiyanı iki dəfə üstələyib. Əhalinin orta aylıq əmək haqqı təxminən 450 manata çatıb. Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir
- Aydın müəllim, bu inkişaf regionlarda özünü hansı səviyyədə göstərib?
- 2015-ci ilin ötən dövründə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Regionlarda ötən 3 ayda 30 minə yaxın iş yeri açılıb, onlardan 25 mini daimidir. Ötən 3 ayda iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və digər sahələrdə mühüm uğurlar əldə edilib. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsinə düşüb.
2015-ci ilin ötən dövründə əldə olunmuş uğurlu makroiqtisadi göstəricilər cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləməyə əsas verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi 2015-ci ildə də inkişaf davam edəcək, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

