“Neftin qiyməti düşəndə müxalifət toy-bayram edir”
02.03.2016 [09:33]
Siyavuş Novruzov: AXCP oradakı insanların iradəsi ilə deyil, xarici beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının, erməni lobbisinin tapşırıqları əsasında fəaliyyət göstərir
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun AzVision.az saytına müsahibəsi:
- Siyavuş müəllim, hazırda ölkədə iqtisadi durum necədir? Bu barədə iqtidar təmsilçisi olaraq fikirlərinizi bilmək istərdik.
- Azərbaycandakı iqtisadi proseslər dünyada baş verən hadisələrlə əlaqəlidir. Dünyada iqtisadi durumun pisləşdiyi dövrdən başlayaraq rəsmi ezamiyyətdə olduğum bir sıra ölkələrdə vəziyyət bizdən qat-qat ağır və acınacaqlıdır. Eyni zamanda, dünyada gedən proseslərin nəticəsi olaraq, həmin ölkələrdə də gərginlik yaşanır. Bu, dünya üzrə aparılan siyasətin nəticəsidir. Burada söhbət iqtisadi proseslərdən yox, sırf siyasi proseslərdən gedir. Bu addımların atılması siyasi xarakter daşıyır. Yəni bəzi ölkələrin çökdürülməsi məqsədilə yürüdülən siyasət bəzi ölkələrin əziyyət çəkməsinə səbəb olur. Amma Azərbaycan az-az ölkələrdəndir ki, neftdən gələn gəlirlərdən uğurla istifadə edib. Azərbaycan iqtisadiyyatını qurub, qeyri-neft sektorunu inkişaf etdirib. Həmçinin neftdən gələn gəlirlər hesabına ölkədə infrastruktur yaradılıb. Bunun nəticəsi olaraq 3000-dən artıq məktəb, 600-dən yuxarı xəstəxana və diaqnostika mərkəzləri, 50-yə yaxın Olimpiya kompleksi, çoxlu sayda texnopark və elektrik stansiyaları, yollar, körpülər tikilib istifadəyə verilib, 5000-dən artıq azərbaycanlı gənc dövlət hesabına xaricdə təhsil almağa göndərilib. Hesab edirəm ki, Azərbaycan vaxtında apardığı düzgün siyasətin nəticəsində bu proseslərdən uğurla çıxacaq.
- Manatın ucuzlaşmasından sonra Mərkəzi Bank tənqid hədəfinə çevrilib. Bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Mərkəzi Bankda ciddi şəkildə islahatlar gedir. Bəzi adamlar kredit götürərək özünə maşın alıb. Belələri borcunu ödəməlidir. Elə kreditlər var ki, onlar ehtiyacdan götürülüb. Bəzisi isə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün kredit götürüb. Onlara yanaşma fərqli olmalıdır. Yəni biri kefindən, digəri isə ölkəyə xeyir gətirilməsi məqsədi ilə kredit götürüb. Kommersiya bankları vətəndaşa verdiyi kreditlərdən uzun illər yüksək məbləğdə xeyir götürüb. Banklar kreditlərin qaytarılmasında çətinlik çəkən vətəndaşların problemlərini həll etməlidirlər. Buna Mərkəzi Bank nəzarət etməlidir. Hesab edirəm ki, kommersiya bankları uzun illər yüksək kredit faizlərindən əldə etdikləri gəlirləri dövlətin və xalqın tələblərinə uyğun sərf etməlidir.
- Müxalifət partiyaları tez-tez antiböhran tədbirləri ilə bağlı müəyyən iddialar irəli sürürlər. İqtisadi təkliflərlə bağlı hakim partiyaya müxalifətdən təklif daxil olubmu?
- İstənilən siyasi partiyanın funksiyalarından biri də təkliflər verməkdir. Bu günə qədər heç bir partiyadan dövlət və hökumətə konkret olaraq yazılı şəkildə hər hansı bir təklif təqdim olunmayıb. Onlar toplantı keçirir, hərə bildiyi səviyyədə çıxış edir, lakin ortaya hər hansı bir yazılı konsepsiya qoyulmur. Bu, onun göstəricisidir ki, onlarda ciddi potensial yoxdur ki, hökumətə hər hansı təklif versinlər. Yaxşı yadımdadır, Ulu öndər Heydər Əliyev parlamentdə Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxardı və hamı çıxış etdi. Amma Prezident Administrasiyasına həmin partiyalardan yazılı şəkildə bir təklif belə daxil olmadı. O cümlədən də iqtisadi sektorla bağlı konkret təklif ortaya qoyulmayıb.
Məlum olduğu kimi, iqtidar və müxalifət dialoqu var. Müxtəlif vaxtlarda 4 görüş keçirilib. Bu il həmin görüşlər davam etdiriləcək. Amma gərək onlar təkliflər versinlər ki, mövzular aktuallığı və ardıcıllığı ilə müzakirə olunsun. Hazırda isə müxalifət ancaq çıxış edir, “Facebook” səhifəsində nəsə yazmaqla məşğuldur. Azərbaycanda keçirilən seçkilərin heç birində müxalifət konkret proqramla çıxış etməyib. Yəni onlar heç bir seçkiyə proqramla getməyiblər. İşləri ancaq iqtidarı söymək, tənqid etməkdir. Bu, aydındır.
- Müxalifətin hazırkı durumda tutduğu mövqeyə münasibətiniz necədir?
- Bəzi müxalifət partiyalarında belə bir ideya var ki, Azərbaycanda vəziyyət nə qədər pisləşsə, onların xeyrinədir. Bu, çox səhv düşüncədir. Neftin qiyməti düşəndə müxalifət toy-bayram edir. Onlar buna çox sevinirlər. Neftdən gələn gəlir xalqın mənfəətinə sərf olunur. Ölkədə tikilən məktəblərdə Əli Kərimlinin uşaqları, İsa Qəmbərin nəvələri, eləcə də iqtidar nümayəndəsinin də uşaqları oxuyur. Yaxud çəkilən yollarda həm YAP, həm AXCP, həm “Müsavat” üzvü, həm də digər partiyanın üzvləri gedirlər. Ölkəyə gələn gəlirlərdən onlar da istifadə edirlər. Onlar isə hesab edirlər ki, gəlirlər birbaşa onların cibinə girməlidir. Dolayısı ilə neft gəlirlərindən müxalifət də bəhrələnir, ancaq bunlar düşünürlər ki, vəziyyət nə qədər çətin olsa, bir o qədər yaxşıdır. Ümumən, bunların yanaşma tərzi səhvdir. Dünyanın heç bir yerində belə yanaşma tərzi yoxdur. İqtidara müxalifət olmaq olar, xalqa, dövlətə müxalifət anlayışı yoxdur. Bunlar xalqa, dövlətə müxalifətçilik edirlər. Hər addımbaşı hesab edirlər ki, onlara üstünlük verilməlidir. Məsələn, partiyalara qərargah ayrılması məsələsi. İstənilən partiya hər hansı bir binanı icarəyə götürərək özünə qərargah edə bilər. Bunlar hesab edirlər ki, dövlət onlara qərargah ayırmalıdır. Ancaq onlar belə təfəkkürün daşıyıcısıdırlar ki, partiya yaradıblarsa, dövlət onları qərargahla təmin etməlidir. Bu, köhnəlmiş düşüncə tərzidir. Hesab edirəm ki, həmin partiyalar daxilində çox ciddi islahata ehtiyac var. İslahat olmadığındandır ki, müxalifət partiyalarının hər biri bir neçə yerə parçalanıb. Partiyaların həm yaradıcıları, həm qurucularından əsər-əlamət qalmayıb. Partiyaya gələn insanlar isə hər hansı bir ideya ətrafına toplaşmır, əksinə, müxalifətçilik xatirinə iştirak edirlər. Ona görə də bu partiyaların heç birinin gələcəyi yoxdur.
- Müxalifətin son toplantılarından birində belə bir fikir səsləndirilib ki, keçirilən tədbirlər xalq hərəkatının qığılcımıdır.
- Bunlar mənasız fikirlərdir. Azərbaycanda belə bir məsəl var. “Dadı damağında qalıb”. İndi onların da ağızlarında 90-cı illərin dadı qalıb. Anlamırlar ki, 90-cı ildə xalqın toplanmasının səbəbləri fərqli idi. Bir faktı qeyd edim. AXCP-nin ilk İdarə Heyətinə daxil olan üzvlərin hər biri sonradan özünə partiya yaradıb. Yəni onlar müstəqillik ideyası ətrafında toplaşmışdılar. İndi Azərbaycan müstəqildir, inkişaf edir. Azərbaycanın güclü ordusu var. Bu ordu məqam gözləyir. Belə bir məqam yetişən kimi, Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edəcək. Hazırda torpaqlarımızın işğalda qalmasının səbəbləri bəllidir. Azərbaycan xalqı vaxtilə qeyri-sabitliyin nə olduğunu görüb. Ona görə də onların dedikləri havaya deyilən sözlərdir.
- Sizin Əli Kərimli ilə iqtidar təmsilçilərinin gizli görüşlər keçirməsi haqda fikirləriniz cəmiyyətdə rezonans doğurdu. 16 il öncə olan görüşlər haqda niyə məhz indi açıqlama verdiniz?
- Bu faktların açıqlanmasına səbəb Əli Kərimlinin siyasi riyakarlığıdır. O, öz keçmişini danır, maskalayır və cəmiyyətə özünü fərqli obrazda təqdim etməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi Partiyası oradakı insanların iradəsi ilə deyil, xarici beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının, erməni lobbisinin tapşırıqları əsasında fəaliyyət göstərir. Əli Kərimli isə onlar üçün bu işləri həyata keçirməyə lazım olan insanlardan biridir. Mətbuatda, sosial şəbəkələrdə, özünün “Facebook” səhifəsində keçmişini maskalamağa çalışır. AXCP-dəki insanlar yaxşı bilirlər ki, Əli Kərimli hər zaman yoldaşlarını satmağa hazır biridir. O, Dağlıq Qarabağda döyüşlərdə iştirak etdiyini deyir. Əli Kərimli ömrü boyu Kür çayından o tərəfə keçməyib, nəinki Qarabağa gedib. O, “Facebook” səhifəsində yazıb ki, 90 nəfərlik dəstə yığıb, Qarabağa döyüşə gedib. Yoldaşlarını yarı yolda qoyan adamla Qarabağa kim gedər?
- Əli Kərimli ilə görüşlərinizi sübut edəcək foto-video faktlar varmı?
- Bunu sübuta yetirəcək həm foto, həm videogörüntülər var. Bu barədə materiallar lazım gəldikdə ictimaiyyətə açıqlanacaq.
- Gizli görüşlərdə iştirak edən şəxslər kimlərdir?
- Onların adını hələlik açıqlamaq istəmirəm. Zamanında bu barədə bütün faktları açıqlayacağam. Həmin adamlar da bilirlər ki, bu proseslərdə iştirak ediblər.
- Siyavuş müəllim, Prezident İlham Əliyev bu yaxınlarda İranda rəsmi səfərdə oldu. Səfərin iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğu qeyd edilir. Sizcə, Azərbaycan-İran yaxınlaşması nə ilə əlaqədardır?
- İranda bəzi adamlar var ki, İran-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Bunlardan birincisi İran parlamentinin təhlükəsizlik komitəsinin sədr müavini, general Mənsur Həqiqətpurdur. Onun Azərbaycanda hansı işlərlə məşğul olduğu barədə əlimdə kifayət qədər faktlar var. Vaxtilə o, Ermənistanla döyüşlərin getdiyi bir dövrdə hərbi dəstək göstərmək əvəzinə, Azərbaycanın mövqelərini müxtəlif xətlərlə xaricə ötürürdü. Oradan isə məlumatlar birbaşa Ermənistana verilirdi. Beləliklə, Azərbaycan ordusunun mövqeləri atəşə tutulurdu. Bu gün torpaqlarımızın işğal olunmasında elə adamların da rolu olub. Mən həmişə onların əməllərini tənqid və ifşa etmişəm.
Azərbaycan Prezidenti İlham Əliyevin İrana qarşı münasibəti çox yaxşı olub. Hətta vaxtilə İranın ABŞ-la münasibətləri gərgin olanda ölkə başçısı bəyan etdi ki, ərazilərimizdən İrana müdaxilə oluna bilməz. Azərbaycan İrana qarşı səmimi olub. Hesab edirik ki, Ermənistanı çıxmaq şərti ilə, bütün qonşularımızla münasibəti yaxşı saxlamalıyıq. Çünki Azərbaycan hər bir dövlətlə münasibətlərini bərabərhüquqlu qurur. Kimisə böyük qardaş, kimisini kiçik qardaş qismində qəbul etmirik.
- Dəfələrlə iqtidar komandasının gəncləşməsi, əksər nazirlərin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu təkliflərə münasibətiniz necədir?
- Burada yaşlı nəslin təcrübəsi, gənc nəslin enerjisinin vəhdəti ilə birlikdə prosesin həyata keçirilməsindən söhbət gedir. Bəzən yaşlı nəsli çox tənqid edirlər. Elə yaşlı nəslin nümayəndəsi var ki, gənclərdən on dəfə artıq yaxşı işləyir. Bu, insanın daxilindən gəlir. Vaxtilə Gürcüstanda təbii yox, süni yolla kadrlar gəncləşdirildi. Axırı inqilabla bitdi. Xalq Cəbhəsi dövründə kim yaxşı səs-küy salırdısa, ona vəzifə verirdilər və hökumət cəmi 9 ay yaşadı. Bu prinsiplə dövlət idarəçilik sisteminə təyinat olmaz.
- Sonda isə bilmək istərdik, iqtisadi vəziyyət YAP-a necə təsir edib? Bu il YAP Gənclərinin “Qış məktəbi” layihəsi, nədənsə, baş tutmadı. Bu, iqtisadi problemlərlə əlaqəlidir?
- “Qış məktəbi” seçkilər yenicə yekunlaşdığı üçün baş tutmadı. “Yay məktəbi” bu il həyata keçiriləcək. Partiya üzvlük haqqı və dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərir. Üzvlük haqları normal toplanır. Yəni hər şey qaydasındadır. Özünün maliyyə vəziyyəti ilə bağlı cəmiyyətə hesabat verən yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. Hazırda partiyanın kifayət qədər ehtiyatı var.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

