Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur
27.09.2017 [10:23]
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Şahin müəllim, bu günlərdə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. Bu proqramın əhəmiyyəti nədən ibarətdir?
- Əvvəla, Azərbaycan gənclərini növbəti Dövlət Proqramının qəbul olunması münasibətilə təbrik edirəm. Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Ən vacib məsələ isə, digər sahələr kimi, gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur. Azərbaycanda gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezident il ərzində bir neçə dəfə gənclərlə görüşüb onlarla səmimi fikir mübadiləsi aparmışdır. Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər sanballı fəaliyyət göstərmişdir. Bundan başqa, Azərbaycan Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir.
Bildiyimiz kimi, bu yaxınlarda Prezident Administrasiyasının tərkibində yeni Gənclər siyasəti və İdman məsələləri şöbəsi yaradılmışdır, V çağırış Milli Məclisin tərkibində də yeni Gənclər və idman komitəsi fəaliyyətə başlamışdır. Bütün bunlar bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir.
- Məlumdur ki, indiyə qədər gəncliyin inkişafı ilə bağlı bir neçə proqram qəbul olunub. Həmin proqramların icrası nə kimi nəticələr verib?
- Qeyd etdiyiniz kimi, indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formalaşmasına töhfə verməklə çox geniş spektri əhatə etmişdir. Konkret misallarla desək, ötən proqramların nəticəsi kimi biz Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunmasını və s. göstərə bilərik. Belə misallar yüzlərlədir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanmışdır. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına bu gün də töhfə verməkdədirlər.
- Hazırda Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanın qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlarından istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var.
- Sizcə, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi layiqli şəkildə təmsil edə bilirlərmi?
- Azərbaycan gəncləri il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstələyə bilirlər. Ötən dövr ərzində Azərbaycanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşmışdır. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda, onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridir. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, qarşıdakı illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq.
- Şahin müəllim, yeni Dövlət Proqramının icrası ilə bağlı rəhbərlik etdiyiniz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzərinə nə kimi vəzifələr düşür?
- ATGTİ hər zaman dövlətin gənclər siyasətinin icra olunmasında üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışmışdır. Eyni zamanda, biz növbəti proqram çərçivəsində də öz fəaliyyətimizi davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

