Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın inkişafı dayanıqlı iqtisadi siyasətə əsaslanır

Azərbaycanın inkişafı dayanıqlı iqtisadi siyasətə əsaslanır

12.08.2009 [12:16]

Nizami İsgəndərov: Ulu öndər Heydər Əliyev siyasi kursunun, milli maraqları əsas tutan siyasətin yürüdülməsi xalqımızın Azərbaycan hakimiyyətinə, onun Liderinə olan inamını birə-beş artırır
Azərbaycan dövləti yüksək inkişaf tempinə malikdir və dünyanın aparıcı ölkələrinin iqtisadiyyatını sıradan çıxaran qlobal maliyyə böhranından çox az zərərlə çıxmağı bacarıb. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında vurğulandı. Prezident İlham Əliyev dünyada gedən bu böhranın Azərbaycandan yan keçməsinin səbəblərini açıqladı. Həqiqətən də Azərbaycanda reallaşdırılan sabitliyə yönəlik, iqtisadi inkişafı hədəfləyən və dövlətin, millətin mənafeyinə əsaslanan siyasi kurs bu gün ölkəmizi bütün çətinliklərdən sığortalayır. ölkəmiz neft gəlirləri hesabına digər qeyri-neft sektorlarının da inkişfına xüsusi diqqət göstərir. Regionlarımızın inkişafı isə Dövlət Proqramları, konsepsiyalar əsasında həyata keçirilir. Sosial-iqtisadi həyatımızda əldə etdiyimiz uğurlar ölkəmizin bir nömrəli problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz təsirini göstərir. Müsahibimiz, Azərbaycan Milli Məclisinin deputatı Nizami İsgəndərov da bu məsələlərlə bağlı fikirlərini “Yeni Azərbaycan” ilə bölüşür.
- Azərbaycan son bir neçə ildə böyük iqtisadi inkişaf yolu keçib. Prezident İlham Əliyevin sədrliyilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclasında da bu inkişaf tendensiyası, istiqamətləri birbaşa vurgulandı. İstərdik dunya iqtisadiyyatının böhran yaşadığı və bu böhrandan çıxış yolları axtardığı bir zamanda Azərbaycanın bu qədər yüksək sürətlə inkişafının əsas mahiyyətinə toxunasınız.
- ümumiyyətlə, bildirmək istərdim ki, Azərbaycanın əldə edilmiş uğurları təkcə iqtisadiyyatımızın artım tempi ilə ölçülməməlidir. ölkəmizin uğurları bütün sferaları əhatə edir. çünki bu uğurların arxasında dayanıqlı siyasi kurs durur. Bu səbəbdən də cənab Prezidentimiz Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində düzgün olaraq vurğuladı ki, Azərbaycanın əldə edilmiş uğurları bizə istənilən cətin vəziyyətdən şərəflə çıxmağa imkan verir. Məhz dayanıqlı və düşünülmüş siyasətin nəticəsidir ki, dunya ölkələrini, hətta inkişaf etmiş dövlətlərin iqtisadi strukturunu iflic edən maliyyə böhranı Azərbaycana minimal təsir göstərib. Əslində böhranın ölkəmizdə geniş miqyasda hiss olunmaması, dövlətimizin iqtisadi təhlükəsizliyinin qarantlı olmağından xəbər verir.
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu inkişafda böyük rol oynayıb. Prezident İlham Əliyev öz cıxışında vurğuladı ki, bu gün Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. Millət vəkili kimi ölkəmizdə qeyri-neft sektorunun inkişafı sizi qane edirmi?
- Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev quruculuq siyasətini həmişə ön plana çəkib. Bu isə Ulu öndərimiz tərəfindən qoyulan inkişaf modelinin bütün sahələrdə uğurla həyata keçirilməsi deməkdir. Bu da bəllidir ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, əlverişli cografi mövqedə yerləşir. Neft sektorundan əldə olunan gəlirlər ölkədə qeyri-neft sektorunun inkişafına böyük təkan verir. Əsas məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan dövlətinin gəlirləri səmərəli və gələcəyə hesablanmış şəkildə sərf olunur. Əldə olunan gəlirlərin səmərəli istifadəsinə isə birbaşa dövlət nəzarət edir. Dövlət özü inkişaf modelini tətbiq edən layihələr həyata kecirdikcə ölkəmiz həm də qloballaşan dünyaya inteqrasiya sürətini artırır. Bunun fonunda ölkədə yeni-yeni iş yerləri acılır ki, bu da Azərbaycan vətəndaşının işlə təmin olunması deməkdir. Neft sektorunda gözə çarpan inkişaf məni həm millət vəkili, həm də bir vətəndaş kimi qane edir. Neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi bütövlükdə, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılasmasına xidmət edir. Neft sektorunda əldə olunan ugurlar qeyri-neft sektoruna transfer edilir. Məsələn, turizmin, kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq işləri, iaşə, ticarət və digər sahələri göstərmək mümkündür ki, son dövrlərdə yüksək inkişaf tempi əldə edib. Məlum olduğu kimi, regionların sosial iqtisadi vəziyyətinin yüksəldilməsi üçün qəbul olunan Dövlət Proqramının uğurla icra olunması nəticəsində regionlarımız abadlaşır, insanların sosial-rifah halı yaxşılaşır. Turizmin inkişafı geniş vüsət alıb. Regionlarda inşa edilən otellər və istirahət mərkəzləri Avropa, eləcə də, dünya ölkələrindən gələn turistləri heyran edir. Kənd təsərrüfatı sahəsində əldə olunan göstəricilərə diqqət yetirsək görərik ki, burada da cox ugurlar əldə olunub. Artıq Azərbaycan özü-özünü taxılla təmin edir. Bizim digər ölkələrdən buğda asılılığımız yoxdur. Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatı naziri bəyan etdi ki, bu il 3 milyon tonadək taxıl istehsal olunması gözlənilir. Bu göstəricinin isə nə demək olduğunu izah etməyə, düşünürəm ki, ehtiyac yoxdur.
- ABŞ-ın nüfuzlu “Gallup” təşkilatı MDB ölkələrində sorğu keçirib və 77 faiz respondentlər Azərbaycanda hakimiyyətə inandıqlarını bildiriblər. Sizcə, vətəndaşın hakimiyyətdən razı olması üçün hansı faktorlar əsasdır və Azərbaycanda xalq-hakimiyyət münasibətləri necə formalaşıb?
- Bəli, həqiqətən də bir cox beynəlxalq təşkilatlar dünya liderlərinin reytinqini, o cümlədən, xalqların öz hakimiyyətlərinə münasibətini müəyyənləşdirmək üçün vaxtaşırı belə sorğular aparırlar. Sevindirici haldır ki, Azərbaycan dövlətinin başçısı, xalqımızı nurlu sabaha aparan lider, cənab İlham Əlyev hər zaman belə sorğularda ilk yeri tutur. Bu uğurlu nəticə Prezident İlham Əliyevlə yanaşı bütövlükdə xalqımızın qələbəsidir. çünki, aparılan sorğularda bizim Prezidentimizin dünyanın aparıcı və inkişaf etmiş ölkələrinin liderlərini qabaqlaması Azərbaycan üçün fəxrdir. Amma xalqının arasında bu cür etimadı qazanmağın özü də asan başa gələn iş deyil. Bunun üçün iti zəka, tükənməz enerji, qətiyyətli addımlarla yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanması əsas amildir. Cənab İlham Əliyev hər zaman bu komponentlərə kompleks şəklində yanaşır və bunu da nümayiş etdirib. Məhz bu cür çevik, dövlət və millət marağına xidmət edən siyasətin yürüdülməsi ölkəmizdə sabitliyin qorunub-saxlanılmasında və qloballaşan dünyaya balanslı inteqrasiyanın həyata keçirilməsində mühüm rol oynayıb. Bununla da getdikcə dövlətin dayaq təməli daha da möhkəmlənir. Və beləliklə də dünya dövlətləri Azərbaycanla hesablaşmağa məcbur edilir. Təbii ki, bu uğurlar, Azərbaycanın dünyada tanınması və qəbul olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əsaslanır. Məhz Ulu öndər Heydər Əliyev siyasi kursunu, milli maraqları əsas tutan siyasətin yürüdülməsi xalqımızın Azərbaycan hakimiyyətinə, onun rəhbərinə olan inamını birə-beş artırır. Azərbaycanda formalaşan xalq-hakimiyyət münasibətləri bütün uğurların əsas təməl prinsipidir. Əgər xalq öz rəhbərinə inanırsa, deməli hakimiyyət-xalq münasibətləri uğurla inkişaf etdirilir...
- Son illərdə Azərbaycanın xarici siyasət sferasında əldə etdiyi uğurları nə ilə izah edərdiniz? Təbii ki, bu sırada ilk olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar prosesi nəzərdə tutulur.
- Bildirmək istəyirəm ki, Azərbaycanın xarici diplomatiyası cox böyük nailiyyətlər əldə edib. Bu uğurlar cöxşaxəli olsa da hazırda xalqımızı ən cox maraqlandıran Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hansı sonluqla nəticələnəcəyidir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Azərbaycan Prezidenti cox qətiyyətli və birmənalı mövqe sərgiləyir. Belə bir haqlı mövqeyin ortada olması həm ATƏT-ə üzv olan dövlətlərin, həm də regionda maraqlı olan digər ölkələrin diqqətindən yayına bilməz. çünki, onlar da bilirlər ki, Azərbaycanın ərazisi Ermənistan tərəfindən işgal olunub. Və bu ərazilər bir gün gec, bir gün tez hansı yolla olursa-olsun işğaldan azad ediləcək. Əlbəttə, münaqişənin sülh yolu ilə nə vaxt həll olunacağını proqnozlaşdırmaq çətindir. Düzdür, danışıqlar prosesində sülhə nail olmaq üçün Ermənistan konstruktivlik nümayiş etdirməlidir. Ancaq bu da bir həqiqətdir ki, Ermənistan tərəfi həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı prosesdə irəliləyiş əldə olunduğu zaman, bu və ya digər formada danışıqlardan yayınıb. Buna dair istənilən qədər misallar çəkmək olar. Bu isə Ermənistanın sülhlə bağlı, danışıqlar prosesi ilə bağlı fikirlərini şübhə altına alır. Erməni tətəfinin qeyri-səmimiliyi ortadadır və bu fakt Azərbaycanın lehinə işləyir. Bir sözlə, Ermənistan rəhbərlərinin zaman-zaman oynadıqları oyun artıq sona çatmaq üzrədir. Onlar fakt qarşısında qalaraq həqiqətdən boyun qaçıra bilməyəcəklər. Bu həqiqətlərin yayılmasında isə Azərbaycan diplomatiyasınin çox böyük rolu var. ümid edirəm ki, Ermənistan tərəfi işğalçılıq siyasətinin onları məhvə apardığını dərk edib, tezliklə regionda sülhün bərqərar olunmasını təmin edəcəklər. Əks təqdirdə hərb variantı ilə qarşılaşacaqlar. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib.
- Bir neçə aydan sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalifət artıq indidən seçki prosesinə kölgə salmaq üçün əks-təbliğatla məşğuldur. Sizcə, bu, nədən qaynaqlanır, zəiflikdən, yoxsa xalqın onlara qarşı qəzəbindən?
- Siz, yəqin ki, müxalifət deyərkən özlərini radikal adlandıranları nəzərdə tutursunuz. Əslində mən onları ölkənin siyasi arenasında heç bir təsir mexanizmi olmayan bir toplum adlandırardım. Bu insanlar hələ də 90-ci illərdəki düşüncələrindən qabağa bir addım ata bilməyiblər. Diqqət yetirin, 16-17 ildir ki, bunlar eyni taktiki üsuldan istifadə edirlər. Bu üsulun da adı populizmdir. Hələ də anlaya bilmirlər ki, artıq zaman dəyişib. Xalq kimin nəyə qadir olduğunu görür. Məhz ona görədir ki, xalq onlara zərrə qədər də olsun etimad göstərmir. Siyasi hakimiyyətə gəlməyin bir yolu var. O da seçki yoludur. Azərbaycanda isə artıq demokratik seçki modeli movcuddur. Bunu əminliklə soyləmək olar. çünki, seçki işi ilə məşğul olan bir sira beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab verdiyini bəyan ediblər. Həmişə də sizin nəzərdə tutduğunuz müxalifət ölkədə keçirilən azad və ədalətli seçkilərə kölgə salmağa çalışıb. Nəticə hasil olmayanda isə gah hakimiyyəti, gah xalqı, gah da bir-birini ittiham etməklə məşgul olublar. Sonda isə belə bir taktika onların siyasi karyeralarının acı sonluqla nəticələnməsinə gətirib çıxarıb. Bələdiyyə seçkiləri öncəsi də onlar yenə köhnə peşələrindən əl çəkmək istəmədiklərini, daha doğrusu, əl çəkə bilmədiklərini nümayiş etdirirlər. Yenidən bu insanların belə bir üsula əl atmasını isə həm zəiflik, həm də dar çərçivədə düşüncə əlaməti saymaq olar.
- ümumiyyətlə, azad və demokratik bir seçki mühitinin hökm sürdüyü, vətəndaş cəmiyyətinin formalaşdıgı Azərbaycanda müxalifətin bu kimi əsassız bəyanatlarının, fikirlərinin arxasında nə dayanır?
- Əslində, onların fikirlərinin arxasında nə dayandığını özləri də hesablaya bilmirlər. Mənim düşüncəm ondan ibarətdir ki, belə bəyanatlar heç də onlara divident gətirmir. Əksinə, xalqın nəzərində daha da ucuzlaşırlar.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1374 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30