/ / Ulu öndər Azərbaycan naminə o dövr üçün reallaşması müşkül kimi görünən çoxlu layihələr həyata keçirib
Ulu öndər Azərbaycan naminə o dövr üçün reallaşması müşkül kimi görünən çoxlu layihələr həyata keçirib
14.08.2009 [12:25]
- Habil müəllim, Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?
- Onunla tanışlığım uzun illər bundan əvvələ, sovetlər dövrünə təsadüf edib. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət idi ki, hər bir peşənin sahibi Onu sahəsinin bilicisi hesab edirdi. Musiqiçilərə görə də O, gözəl musiqiçi idi. Heydər Əliyev hər bir sahənin incəliklərindən məlumatlı insan idi. Hətta O, bir çox sənətkarlardan da çox bilirdi.
Sənət aləmində bəxtim onda gətirmişdi ki, kamançada ifa etməyim Ulu öndərin çox xoşuna gəlmişdi. Hər zaman haqqımda elə ürəklə, dolğun danışırdı ki, mən böyük fəxarət hissi keçirirdim. Hərdən mənə elə gəlirdi ki, sanki Ulu öndər hansısa bir tədbirdə rastlaşmağımızı, görüşməyimizi gözləyirdi. Hansı tədbirdə olursa olsun biz Onunla mütləq həmsöhbət olmalıydıq. Bu şəraiti özü yaradırdı. Hər dəfə Onunla həmsöhbət olmaq, sənət haqqında mülahizələr yürütmək mənə böyük zövq verirdi. Hamı Onun şəxsiyyətinə vurğun, insanlığına heyran idi. Bir siyasətçi kimi, dövlət başçısı kimi fəaliyyətində heç bir qüsur ola bilməzdi. çünki, Heydər Əliyev ideal bir şəxsiyyət idi. Dövrümüzün Azərbaycan xalqına bəxş etdiyi ən böyük sərvət idi. Heydər Əliyev hər zaman doğrunun yanında idi, haqqın tərəfdarı idi. Xüsusən də sənət adamlarının Ona böyük sevgi bəsləməsi, Ona bir dövlət başçısı kimi etimad göstərməsi Heydər Əliyevi də sevindirirdi. Allah Ona qəni-qəni rəhmət eləsin.
Hakimiyyətdə olduğu illər ərzində, istər keçmiş sovetlər dövründə, istərsə də müstəqilliyimizi əldə etdikdən sonra ümummilli lider Azərbaycan mədəniyyətinə xidmət edən, incəsənətimizin aparıcı simalarına xüsusi diqqət və qayğı göstərirdi. Bu qayğı təkcə Onun milli mədəniyyətimizin inkişafı naminə atdığı hər bir addımda, imzaladığı fərman və sərəncamlarda deyil, eyni zamanda, sənət adamlarına fərdi yanaşmasında da özünü büruzə verirdi.
Bir müddət məndən asılı olmayan bu və ya digər səbəblər ucbatından hansısa dövlət və rəsmi tədbirlərin bədii hissəsində iştirak etmirdim. Sonra dövlət tədbirlərindən birində çıxış etməyə dəvət aldım. Xalq məni elə qarşıladı ki, sanki itirdiyini tapmışdı. Əslində, elə mən də itirdiyimi tapmışdım, sənətimə dəyər verən sevimli dinləyicilərimə qovuşmuşdum. Biz belə öyrəşmişdik, Ulu öndər hər konsertdən, tamaşadan sonra səhnə arxasına keçər, sənət adamları ilə fikir mübadiləsi aparardı. Mədəniyyətimizin uğurlarını alqışlayar, sənət adamlarının problemləri ilə maraqlanardı. Həmin konsertdən sonra da ənənəsinə sadiq qalan ümummilli lider Heydər Əliyev mədəniyyət işçiləri ilə görüşmək üçün səhnə arxasına keçdi. Kənarda dayandığımı görən ümummilli lider “Ay Habil, haralardasan, niyə heç görünmürsən?”-deyərək səbəbini soruşdu. Dedim ki, möhtərəm Prezident, daha qocalmışam da. Dedi: “Sən nə danışırsan? Sən hələ indi yaxşı ifa edirsən. Qocalıq nədir?”. Ona görə bunları söyləyirəm ki bu, Heydər Əliyevin mədəniyyət sahəsinə ümumi qayğısı ilə yanaşı fərdlərə də ayrı-ayrılıqda qayğı və diqqətinin təzahürü idi. Odur ki, O, hətta ən xırda detalları belə nəzərdən qaçırmırdı. Hər hansı bir şəxsin bu və ya digər tədbirlərdə olmamasını belə yadından çıxarmırdı. Hafizəsində saxlayıb növbəti dəfə səbəbini soruşurdu. O qədər diqqətcil rəhbər idi.
Sənətdə göstərdiyim xidmətlərə görə hələ 1964-cü ildə mənə “Əməkdar artist” fəxri adı verilib. 1978-ci il yanvar ayının 11-də isə Ulu öndərin qərarı ilə “Xalq artisti” fəxri adına layiq görülmüşəm. Daha sonra, ümummilli lider Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərimə görə mənə “Şöhrət” ordenini təqdim edib. Yaxşı yadımdadır, mənə yaradıcılıq uğurları arzulayaraq dedi ki, Habil, yenə kamança çalırsan, yoxsa yox? Sən sözünü kamança ilə deyəndə daha yaxşı olur. Mən də dedim: “Möhtərəm Prezident, Ağdaşdan Bakıya kamançaçı kimi gəlmişdim. özümə başqa sənət axtarmaq gec idi, amma kamança çaldığıma görə də xəcalət çəkirdim. çünki istəyirdim, mən də elə bir işdən yapışım, özumə elə bir sənət seçim ki, o, xalqıma çox lazımlı olsun. Siz mənə arxa durdunuz, sahib oldunuz. Siz mənə Xalq artisti adı, “Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdünü verdiniz. Məni o xəcalətdən qurtardınız ki, mən kamança çalanam”.
Heydər Əliyev isə xalqımızın kamançanı hər zaman yüksək qiymətləndirdiyini, kamança və tarın ulu babalarımızdan bizlərə miras qaldığını söylədi. Ulu öndərin bir sözü mənə sənətimi bir daha sevdirdi: “Başqa sənətlərə çox adamlar gedə bilərlər. Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, amma tar, kamança çala bilməz. Hər adam kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik”.
Mən Heydər Əliyevin sənət adamlarına bu qədər doğma münasibət bəsləməsini heç vaxt dana bilmərəm. O, xalqının mədəniyyətinə, incəsənətinə, təhsilinə, ümumiyyətlə, millətinin mənafeyi üçün çalışan hər bir şəxsə böyük diqqət ilə yanaşır, etimad göstərirdi.
- Sovetlər dönəmindən sonrakı mərhələdə, xüsusilə müstəqilliyimizin ilk illərində mədəniyyətimiz hansı problemlərlə qarşılaşdı, bu sahəyə dövlətin münasibəti necə idi?
- Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxanda başında səriştəsiz rəhbərlər dururdu. Nəinki mədəniyyət sahəsinə diqqət ayrılmırdı, bütün sahələr, demək olar ki, iflic hala düşmüşdü. Amma Ulu öndər Heydər Əliyevin qayıdışı Azərbaycanı yenidən ayağa qaldırdı.
Mən heç vaxt Heydər Əliyev kimi dövlət başçısı görməmişdim. Həddindən ziyadə millətini sevən, xalqına, elinə-obasına bağlı, ürəyi azərbaycançılıq eşqi ilə döyünən dahi bir şəxsiyyət idi. O vaxt keçmiş SSRİ respublikalarında, eyni zamanda Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Misir, İsveçrə, Yaponiya kimi dünyanın əksər ölkələrində qastrol səfərlərində olmuşam. Heç bir rəhbər bizlərə, sənət adamlarına bu qədər doğma münasibət bəsləməyib. Bu qədər diqqət ayırmayıb. çox şükür ki, bu gün bizlərə müstəqillik, rəvan həyat nəsib olub. Bu da ümummilli liderin uğurlu siyasətinin bəhrəsidir.
Onun xalqının rifahı, inkişafı üçün gördüyü işlərin təməli hələ sovetlər dönəmindən atılıb. Ulu öndər bu xalq naminə, azərbaycançılıq naminə o dövr üçün reallaşması müşkül kimi görünən çoxlu layihələr həyata keçirib. Bu da Onun uzaqgörən siyasətçi olmasını göstərir. Gördüyü işlərin hamısı xalqının arzusu idi. Ulu öndər Heydər Əliyev xalqının arzularının reallaşması uğrunda böyük əzmlə çalışırdı.
- Heydər Əliyevi yaxından tanıyan, dəfələrlə Onunla həmsöhbət olmuş bir şəxs kimi söyləyə bilərsinizmi, ümummilli lider insanlarda daha çox nəyi qiymətləndirirdi?
- Ulu öndərə görə, peşəsindən və hər hansı sənətdə olmasından asılı olmayaraq, insan öz sənətini dərindən bilməli, işinin sənətkarı olmalı idi. Sənətkar sənətinə xələl gətirməməlidir. çünki, əsl sənətkar sənətinin səviyyədən düşməsinə şərait yaratmaz. Ulu öndər Heydər Əliyev belə xarakterə sahib olan insanlara üstünlük verirdi. Bu gün xalq arasında tanınan, sevilən, hörmət bəslənilən sənətkarların hamısı Heydər Əliyevin dövründə, fəaliyyət göstərdiyi peşəyə ayrılan diqqət hesabına öz sənətini inkişaf etdirib və bu yerlərə qədər gəlib çıxa bilib. Sənət adamı, qəlbi sənət eşqi, yaşayıb-yaratmaq şövqü ilə döyünən bir insan üçün bundan böyük diqqət, qayğı ola bilməz.
- Bu gün Azərbaycan ziyalıları, elm və mədəniyyət xadimlərinə yönələn dövlət qayğısını necə qiymətləndirirsiniz?
- Hədsiz dərəcədə razıyam. Bu, çox böyük göstəricidir. Dövlətin dəstəyi, xalqının mədəniyyətinə xidmət edən şəxslərə sahib çıxması, onların arxasında durması uğurlu bir siyasətdir. Əməyinin qiymətləndirilməsi yaradıcı insanların yeni stimul almasına səbəb olur. Sənətkarlar zəhmətlərinin yerdə qalmayacağını bildikləri üçün yaratmaq eşqi ilə yaşayırlar.
Məlum idi ki, dünyaya göz açdığım Ağdaş rayonunda musiqi məktəbi yox səviyyəsindəydi. Dərslər uçuq binalarda aparılırdı. Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan fondun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyeva Ağdaşda mənim adımı daşıyan musiqi məktəbi inşa etdirdi. Hesab edirəm ki, bu məktəbin analoqu yoxdur, konservatoriyaya bənzəyir. Bu dövlət sənət adamları və şəxsən mənim üçün çox şey edib. Belə başa düşürəm ki, mənim qədər heç kimə dövlət qayğısı olmayıb. Hər zaman dövlətimizin diqqət və qayğısını hiss etmişəm. Odur ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev cənablarından olduqca razıyam. Bu aralar səhhətimdə müəyyən problemlər yaranmışdı. Həm möhtərəm Prezidentimiz, həm də Mehriban xanım telefonla əlaqə saxlayıb səhhətimlə maraqlanıblar. Hər hansı bir köməyin gərək olub-olmamasını soruşublar. özümü xoşbəxt sayıram ki, bu gün dövlətin diqqətindən kənarda qalmamışam. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunmuşam. Prezident təqaüdçüsüyəm. Həmçinin, dövlət tərəfindən mənzillə təmin olunmuşam. Bu meyarlar yaradıcı insan üçün böyük önəm kəsb edir. Hərdən mənə elə gəlir ki, Ulu öndər Heydər Əliyevi məndən çox istəyən insan yoxdur. Amma, Onu hamı çox istəyir. çünki, çox ədalətli idi. Yaxşıya qiymət verir, pisə yerini göstərirdi. Heç kimin özbaşınalıq etməsinə şərait yaratmırdı. Onu aldatmaq mümkün deyildi. Kimin kim olduğunu yaxşı bilirdi.
Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün də mədəniyyətimiz üçün çalışan sənət adamları dövlətin diqqətindədir. Elə özümdən nümunə gətirə bilərəm. Bilirsiniz ki, Prezident İlham Əliyev məni “İstiqlal” ordeni ilə təltif edib.
Bu gün mədəniyyət və incəsənət işçilərinə dövlət tərəfindən fəxri adlar verilir, mənzil şəraitləri yaxşılaşdırılır. Gərək ki, onlar da dövlətin etimadını doğruldalar. O adlara layiq olmağa çalışalar. Hətta elə olur ki, bu sahədə çəkilən zəhməti görən dövlət rəhbəri layiq olmayanları belə qiymətləndirərək onları daha fəal çalışmağa sövq edir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

