Malik olduğu xalq sevgisi YAP-ın uğur və qələbələrinin təməl daşını təşkil edir
29.09.2009 [10:30]
Qarşıdan gələn bələdiyyə seçkilərilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının (YAP) hazırlıq işləri uğurla davam etdirilir. Artıq rayon təşkilatlarında seçki qərargahları yaradılıb, fəaliyyət planları təsdiqlənib və yerli problemləri öyrənmək üçün insanlarla görüşlər keçirilir. Əlbəttə, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən YAP rayon təşkilatları sırasında Nəsimi rayon təşkilatı da var...
Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlarla və digər məsələlərlə bağlı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə söhbətləşdik:
- Məlahət xanım, bütövlükdə götürsək bu günə qədər Yeni Azərbaycan Partiyası 10-dan artıq seçki kampaniyasında uğurla iştirak edib. Bu baxımdan ümummilli partiyanın kifayət qədər seçki təcrübəsi var. Partiyanın üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri hansı səviyyədədir?
- Seçki ölkədəki siyasi-iqtisadi, sosial atmosferə təsir edə bilən bir siyasi prosesdir. Hər bir seçki prosesi məsuliyyətli, həm də çətin bir işdir. İlk illərdə, əlbəttə ki, seçkilərin keçirilməsində, hazırlıq işlərinin aparılmasında müəyyən çətinliklər olub. Amma bu gün Yeni Azərbaycan Partiyası dörd prezident, üç parlament, iki bələdiyyə seçkisi və iki referendumda iştirak etmiş böyük siyasi qüvvə kimi dərin təcrübəyə, mükəmməl seçki texnologiyasına malikdir. Lakin əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasını işə məsuliyyətlə yanaşmaqdan azad etmir. Əksinə, partiyamız hər bir seçkidə ortaya yeni texnologiya qoymağa çalışır ki, seçkilər daha şəffaf, ədalətli və demokratik keçirilsin. Hərçənd ki, opponentlərimiz, hər zamankı kimi, diqqəti cəlb etmək məqsədilə böhtan kampaniyası aparır. Amma bunun heç bir təsiri yoxdur. çünki, xarici dövlətlər artıq Azərbaycanın seçki təcrübəsindən istifadə edirlər, bəhrələnirlər...
...Bələdiyyə seçkilərinə gəlincə isə, ilk olaraq söyləməliyəm ki, bu özünüidarəetmə orqanı Azərbaycanda cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxslər bu orqanların konkret olaraq hansı fəaliyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamentdə bir sıra qanunlar qəbul edilib, həyata keçirilib, bələdiyyələrə sosial baxış tamamilə dəyişib. Deməli, bu sahədə artıq təkmilləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır. Bu baxımdan, YAP artıq bələdiyyələrlə bağlı yeni konsepsiyasını formalaşdırıb...
Seçkilərə hazırlıq işləri isə sistemli şəkildə aparılır. Artıq seçki qərargahı yaradılıb. 21 500 üzvü olan YAP Nəsimi rayon təşkilatı işini elə qurub ki, təbliğat-təşviqat zamanı heç bir problem ortaya çıxmasın. Bu günə qədər elə bir problem olmayıb, amma ehtiyatı da əldən vermək olmaz.
- İstərdik ki, seçkiöncəsi müxalifətin vəziyyətinə toxunasınız. Adlarının çəkilməsi belə reklam olsa da, hər halda xalqa bir daha çatdırmaq lazımdır ki, müxalifətin fəaliyyəti yalnız göstəri xatirinədir...
- Onsuz da xalq vəziyyətin necə olduğunu bilir, hətta seçimlərini hansı qüvvənin xeyrinə etmək lazımdırsa, bunu çoxdan müəyyənləşdirib. Qeyd etməliyəm ki, malik olduğu xalq sevgisi YAP-ın uğurlarının və qələbələrinin təməl daşını təşkil edir. YAP-ın Sədri, Prezident İlham Əliyevin gördüyü qlobalmiqyaslı işlər xalqın partiyaya olan inamını daha da artırır. Nəzər salsanız, ölkədə hər gün yeniləşmə baş verir. Bu yeniləşmə prosesi özünü həm insanların həyat səviyyəsinin yüksəlməsində, həm də yeni-yeni sosial obyektlərin, yolların, körpülərin açılmasında göstərir. Yəni, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev təkcə söz vermir, verdiyi vədlərə əməl edir. Bir sözlə, bizim partiyamızın təbliğatını sözlər deyil, əməllər aparır...
Müxalifət isə, nə qədər gülünc olsa da, fəaliyyətə seçkidən sonra başlayır. Seçkilərdə insanlar vədinə sadiq qüvvəyə səs verdikdən, etimad göstərdikdən sonra müxalifət sadəcə “yaşam ömrünü” uzatmaq üçün reallıqdan uzaq fikirlər səsləndirməyə başlayır. Bilirsiniz, onların bu “kampaniyası” da çox sürmür. çünki, siyasi cəhətdən aktiv cəmiyyətimiz yalanları qəbul etmir...
- Müxalifət Seçki Məcəlləsində dəyişikliklərin edilməsi üçün təklif irəli sürüb. Buna münasibətiniz necədir?
- Bilirsiniz, hazırkı Seçki Məcəlləsi ilə bir çox seçkilər keçirilib. Hər hansı problem də ortaya çxmayıb. Hal-hazırda isə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə elə bir ehtiyac yoxdur. Bu Seçki Məcəlləsi ilə şəffaf, ədalətli və demokratik seçkilər keçirmək mümkündür. Bununla müxalifət çalışır ki, xalqa özünün aktiv olduğunu nümayiş etdirsin. Amma cəmiyyət də bunu başa düşür... Ona görə də əminliklə deyə bilərik ki, sosial bazası, dəstəyi olmayan müxalifət budəfəki seçkilərdə də məğlub olacaq. Lakin xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində də parlaq qələbə qazanacaq.
- Müsahibəyə görə təşəkkür edirik...
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

