Avropa Xalq Partiyası YAP-la əməkdaşlığa maraqlıdır
10.10.2009 [09:38]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti 7-8 oktyabr tarixlərində Brüsseldə səfərdə olub. Səfər zamanı Avropa Xalq Partiyasının iqamətgahında bir sıra görüşlər keçirilib. Səfərdə iştirak etmiş millət vəkili Asəf Hacıyev bildirib ki, keçirilən görüşlərdə YAP-la Avropa Xalq Partiyasının qarşılıqlı əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb:
- Görüşlər zamanı YAP-ın Avropa Xalq Partiyasına üzv olması məsələsi müzakirə edilib. Avropa Xalq Partiyasının baş katibi, Avropa Parlamentinin üzvü Antoni Lopez - İsturiz, partiyanın vitse - prezidenti, Avropa Parlamentinin üzvü Soren Vortmen - Kulla görüşdük. Avropa Xalq Partiyasının prezidenti V.Martinslə də görüşməliydik, amma səhhətində yaranan problemlə əlaqədar onun aparatının rəhbəri və xarici əlaqələr katibi Nikola Briclə görüşdük. Bu görüşlərdə birmənalı olaraq etiraf olundu ki, onlar Azərbaycanla əməkdaşlıq etmək istəyirlər.
Bundan əlavə, Macarıstan və Almaniyadan olan deputatlarla da görüşlərimiz oldu. ümumiyyətlə, görüşlərdə yalnız YAP-ın Avropa Xalq Partiyasına üzv olması məsələsi müzakirə olunmadı. Avropa parlamentariləri Azərbaycan haqqında geniş məlumat almaqla yanaşı, regionda baş verən proseslərə də münasibətlərini bildirdilər.
- Asəf müəllim, ümumiyyətlə, Avropa Xalq Partiyasının fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki, Avropa Xalq Partiyası Avropa Birliyinin ən böyük qrup partiyasıdır və Avropanın aparıcı partiyalarını özündə birləşdirir. Avropa Xalq Partiyasına Avropa Birliyinə üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları üzvdür. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 71 partiya daxildir. Onların arasında 18 hökumət başçısı təmsil olunur. Almaniyanın Baş naziri Angela Merkelin təmsil olunduğu Xristian Demokrat Partiyası, eləcə də, Fransanın prezidenti Nikola Sarkozi, İtaliyanın Baş naziri Silvio Berluskoni kimi şəxslərin partiyaları da bu qrupun üzvləridir. Avropanın İspaniya, Portuqaliya, Niderland, İsveç kimi dövlətləri də bu qrupda təmsil olunurlar. ümumiyyətlə, bu təşkilat Avropada çox böyük nüfuza malik olan qrup partiyasıdır.
- Bəs, Avropa Xalq Partiyasına üzvlük məsələsində hansı prinsiplər əsas götürülür?
- Qrupun nizamnaməsinə görə, bu partiyaya tamhüquqlu üzv kimi Avropa Birliyi dövlətlərinin təmsilçiləri daxil ola bilər. Bu, başlıca şərtdir. Amma digər dövlətlər isə müşahidəçi statusunda təmsil olunmaq imkanına malikdir. Belə ki, Avropa Birliyinin üzvü olmayan 7 ölkədən sağ-mərkəz istiqamətli siyasi qüvvələr bu təşkilatda müşahidəçi qismində iştirak edirlər. Məsələn, Ukraynadan prezident Viktor Yuşşenkonun və Baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyalar qrupda müşahidəçi statusundadır. Bundan başqa, Albaniya, Belarus, Bosniya-Hersoqovina, Türkiyə kimi dövlətlərin də partiyaları Avropa Xalq Partiyasında müşahidəçi kimi təmsil olunurlar.
- Azərbaycanda ən böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da Avropa Xalq Partiyasına müşahidəçi statusu ilə üzv olmaq niyyətindədir. Qeyd etdiniz ki, səfər zamanı bu məsələ müzakirə olundu. YAP-ın bu təşəbbüsü qarşı tərəfdə necə dəyərləndirilir?
- Avropa Xalq Partiyasının rəhbər şəxsləri YAP-la əməkdaşlığa maraqlı olduğunu bildiriblər. Müəyyən əməkdaşlıq mərhələlərindən sonra YAP-ın quruma üzvlük məsələsinə baxılacaq. ümumiyyətlə, bu qurum elə partiya ilə əməkdaşlıq edir ki, onun siyasəti qaneedici olsun. Avropa Xalq Partiyasının Azərbaycanla əməkdaşlığının kökündə məhz bu amil durub. Burada söhbət insan hüquqlarından, demokratik prinsiplərdən gedir. YAP-la əməkdaşlıq etmək istəyi o deməkdir ki, partiyamızın daxili və xarici siyasəti qarşı tərəfi qane edir. Qeyd edim ki, gələcəkdə bu istiqamətdə müzakirələr davam etdiriləcək. Görüşlərimiz zamanı belə bir fikir də səsləndi ki, onlar Azərbaycanı, sadəcə, enerji ölkəsi kimi görmürlər, eyni zamanda, ölkəmizdə Avropa dəyərlərinin inkişafını müşahidə edirlər. Avropa dəyərləri nə geoqrafik, nə də fiziki anlayışdır. Avropa dəyərləri bir düşüncə tərzidir. Bu düşüncə tərzi də YAP-ın fəaliyyətində və siyasətində öz əksini tapır. Ona görə də, YAP Avropa Xalq Partiyasına üzv olmağa maraqlıdır. Bu baxımdan, Azərbaycan həmin qurum üçün cəlbedicidir. ölkəmizdə aparılan uğurlu siyasət, iqtisadi inkişaf Avropada təqdir olunur. Həmçinin, ölkəmiz özünü etibarlı tərəfdaş kimi də təsdiq edib. Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rol Avropa Xalq Partiyası tərəfindən yüksək qiymətləndirilir.
- Gələcəkdə bu qurumun tədbirlərində iştirak gözlənilirmi?
- Dekabr ayında Bonn şəhərində Avropa Xalq Partiyasının Konqresi keçiriləcək. Tədbirə YAP da dəvət olunacaq. Məlumat üçün deyim ki, Avropa Xalq Partiyasının başqa beynəlxalq təşkilatlarda da qrupları fəaliyyət göstərir. Partiyamız həmin qrupların da tədbirlərinə dəvət olunur. Məsələn, iyul ayında ATƏT Parlament Assambleyasında olan qrupun tədbirində YAP-ın nümayəndəsi kimi iştirak etmişəm. O zaman həmin qrupun rəhbəri, ATƏT Parlament Assambleyasında İsveç nümayəndə heyətinin başçısı Valburqa Habsburq Duqlasla görüşüm oldu. Onunla görüşüm zamanı da əsas müzakirə mövzusu YAP-ın bu qrupda müşahidəçi kimi təmsil olunması məsələsi idi. Qrup rəhbəri tərəfindən də partiyamızın Avropa Xalq Partiyasına qoşulmaq istəyi müsbət qarşılandı.
- ümumiyyətlə, Avropa Xalq Partiyasına müşahidəçi statusu ilə qoşulmağın YAP üçün əhəmiyyəti nədən ibarətdir?
- Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda, Cənubi Qafqaz bögəsinin ən böyük siyasi qüvvəsidir.
Bilirsiniz ki, partiyamızın geniş beynəlxalq əlaqələri mövcuddur. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan çox nüfuzlu Avropa Xalq Partiyasında müşahidəçi statusu ilə təmsil olunmaq böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı, YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verəcək.
Bu fakt onu da sübut edir ki, biz Avropa dəyərlərinə sadiqik. Avropada aparıcı siyasi güc olan quruma üzv olmaq istəyi ilə biz Avropa dəyərlərini, insan hüquqlarını, demokratik dəyərləri yüksək tutduğumuzu nümayiş etdiririk. Eyni zamanda, dünyanın aparıcı partiyalarının sıralarına qoşulmaq istiqamətində addımlar atırıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

