Uğurlu siyasət Azərbaycanı güclü, müasir və sürətli inkişafa malik ölkəyə çevirib
01.09.2018 [10:02]
Milli Məclisin deputatı Kamilə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Kamilə xanım, bəllidir ki, Azərbaycan dünya miqyasında öz iqtisadi inkişaf modeli və dinamik tərəqqisi ilə fərqlənən ölkələrdəndir. Ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri və əldə edilən nəticələri necə qiymətləndirirsiniz?
- Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub.
Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir. Şübhəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir.
- Azərbaycanın dayanıqlı və dinamik inkişafında ictimai-siyasi sabitlik faktorunun rolu nədən ibarətdir?
- Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır. İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir. Bütün bunlar Azərbaycanı güclü, qüdrətli, müasir və sürətli inkişafa malik ölkəyə çevirib.
- Həyata keçirilən siyasətin uğurlu nəticələrindən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bu sahədə görülən işlər və əldə edilən nəticələr barədə nə söyləmək olar?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Dövlətimizin başçısının fərmanları ilə təsdiqlənərək 2004-cü ildən indiyədək uğurla reallaşdırılan müvafiq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan konkret vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Bunun əyani göstəricisi bölgələrin hərtərəfli və dinamik inkişafıdır.
Prezident İlham Əliyev 2003-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdü və sonra bu təşəbbüsü reallaşdıraraq bölgələrin inkişafına xidmət edən müvafiq Dövlət proqramlarının icra olunmasını təmin etdi. Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırıldı və müsbət göstəricilər əldə olundu. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı isə hazırda yerinə yetirilir və qazanılan uğurlar göz qabağındadır. İlk Dövlət Proqramının icrasına başlanmasından etibarən regionlarda 70 mindən çox müəssisə fəaliyyətə başlayıb, bölgələrdə ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına milyardlarla manat vəsait yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol infrastrukturunun yenilənməsinə, müxtəlif layihələrin reallaşdırılmasına və abadlıq-quruculuq işlərinin aparılmasına, eləcə də digər məsələlərə əlavə maliyyə vəsaitlərinin ayrılmasına dair çoxsaylı sərəncamlar imzalanıb.
Qeyd edim ki, mənim təmsil etdiyim Zaqatala və Balakən rayonları da ötən dövrdə xeyli dərəcədə sosial-iqtisadi baxımdan inkişaf ediblər. Ölkəmizin digər bölgələrində olduğu kimi bu rayonlarda da bütün sahələr üzrə infrastruktur yenilənir, yeni-yeni müəssisələr yaradılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində davamlı işlər görülür. Hər iki rayonda son illər turizmin inkişafı xüsusilə diqqəti cəlb edir. Zaqatala və Balakən rayonlarının füsunkar təbiəti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınını gücləndirib.
- Azərbaycanda təhsilin inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə mühüm layihələr, tədbirlər həyata keçirilir. Xüsusilə də, bölgələrdə təhsil infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini mühüm prioritetlərdən biri kimi müəyyənləşdirib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib.
Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Hazırda bu proses uğurla davam edir.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

