“Erməni xalqının səfalətdən xilas olması münaqişənin tezliklə həllindən asılıdır”
09.01.2019 [09:56]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Siz bunu necə xarakterizə edərdiniz?
- 2018-ci il Azərbaycan tarixinə növbəti bir uğurlu il kimi daxil oldu, həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu baxımdan geridə qoyduğumuz 2018-ci il də istisna olmayıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci il 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin yaradıb, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirib. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.
Ötən ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.
Başa vurduğumuz ilin əlamətdar hadisələrindən biri də daim milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində, ölkə miqyasında və diplomatik nümayəndəliklərimizin yer aldığı xarici ölkələrdə geniş və təntənəli şəkildə qeyd edilməsi oldu.
- Ölkə başçısı həmçinin vurğuladı ki, Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Bu haqda nə düşünürsünüz?
- Azərbaycanın qarşısında duran ən mürəkkəb problem heç şübhəsiz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Lakin ötən il Azərbaycanın Ermənistana qarşı uğurla tətbiq etdiyi “iqtisadi izolyasiya” siyasəti nəticəsində bu ölkədə ciddi sosial-siyasi kataklizmlər baş verib, hakimiyyət dəyişikliyi olub. Paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialı daha da artıb, ordumuz dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxıb.
- Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan son illər ərzində öz hərbi qüdrətini yüksək dərəcədə artıra bilib. Bu barədə nə deyərdiniz?
- Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və texniki-təchizat baxımından da ordumuz öndədir. Həmçinin onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir.
Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi də artır. Bu baxımdan orduya da ayrılan vəsait xeyli dərəcədə yüksəlib. Bu gün Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə dünyada birinci iyirmiliyə daxildir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə bizim hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırıb. Beynəlxalq sərgilərdə ölkəmizin bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir.
- Paşinyanın Rusiyaya sonuncu səfəri uğursuz, nəticəsiz və utancverici olub. Bunu bütün dünya KİV-ləri də öz yazılarında dərc edib. Siz bəs Ermənistanda bundan sonrakı prosesləri necə proqnozlaşdırardınız?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistandakı hərbi xunta ölkə vətəndaşlarını əsarət altında saxlayır, iqtisadiyyatı darmadağın edib, sosial problemlər pik həddinə çatıb. Sonda bu problem Ermənistan əhalisinin özü tərəfindən etiraf olundu. Cinayətkar rejimin ölkədə yaratdığı ağır vəziyyət nəticəsində iş tapa bilməyən Ermənistan əhalisi xarici ölkələrə miqrasiya etməyə məcbur olur.
Dövlət başçısı müxtəlif beynəlxalq tədbirlərdə Ermənistandakı iqtisadi, demoqrafik böhranla bağlı faktları dəfələrlə səsləndirib. Hazırda həm Ermənistan əhalisi, həm də Dağlıq Qarabağdakı erməni əhalisi problemdən çıxış yolunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində görür. Ermənistan xalqının normal yaşaması üçün bu, zəruridir. Ermənistan apardığı işğalçı siyasətin nəticəsində bu gün Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq layihələrdən kənarda qalıb. Hazırda Ermənistanda sənaye müəssisələri fəaliyyətini dayandırıb və ucuz qiymətə müxtəlif xarici ölkələrə satılır.
Bununla yanaşı, hərbi xuntanın bir qrup üzvü narkotik maddələrin qanunsuz dövriyyəsi və gizli silah satışı ilə məşğuldur. Əldə olunan maliyyə vəsaiti isə terrorçu qrupların hazırlanmasına sərf edilir. Müxtəlif xarici ölkələrdəki erməni diaspor təşkilatları Ermənistana göstərilən maliyyə yardımlarını dayandırıblar. Ermənistanın yeni rəhbərliyi bütün bunları nəzərə alıb normal siyasi fəaliyyətlə məşğul olmalı, dövlətimizin başçısının qeyd etdiyi kimi, əvvəlki hakimiyyətin səhvlərini təkrarlamamalı və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görməlidir. Çünki erməni xalqının səfalətdən xilas olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllindən asılıdır.
- Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarları ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Sizcə bu insanların məqsədi nədir və nəyə nail olmaq istəyirlər?
- Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub. Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımızı haqqında mənfi informasiya yaymaqdır. Kim hansı əməli törədibsə, cəzasını almalıdır. Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır.
Antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər. Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın “uşaqları”nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü. Antimilli şəbəkə və onların xaricdəki havadarları unutsalar da, dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

