Ölkəmizdə həyata keçirilən islahatlar ciddi nəticələr verməkdədir
27.07.2019 [01:33]
Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, bu gün ölkəmiz bütün sahələrdə inkişafını uğurla davam etdirir. Əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişafını uğurla davam etdirir. Dövlətimizin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, ölkə başçısının Fərman və sərəncamlarının icrası Azərbaycanda gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev imzaladığı Fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Bütün bunlar ölkəmizin inkişafı prosesində yüksək nəticələr verməkdədir.
- Sizcə, qazanılan uğurların əsasında hansı faktorlar dayanır?
- Təbii ki, bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və nümayiş etdirdiyi siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar və sair buna əyani sübutdur.
Bu mənada iqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir. Yeri gəlmişkən qeyd edim ki, aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Digər tərəfdən, “Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər.
- Bütün bunlar göstəricilərdə özünün əksini necə tapır?
- Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur. Altı ayda Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub.
İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Şübhəsiz, daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanlarımız növbəti illərdə yeni hədəflərə çatmaqda xüsusi rol oynayacaq. Çünki bu islahatlar yalnız bu günə deyil, həm də sabaha hesablanıb. Onu da xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurları dəyərləndirərkən bu nailiyyətlərlə kifayətlənməməyi və dayanıqlı inkişafı təmin etmək üçün daha fəal işlər görülməsinin vacibliyini söyləyib. Bu mənada, bundan sonra da ölkəmizin inkişafı, daha da güclənməsi naminə sistemli tədbirlər həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45

