İki əsrin yazarı
14.01.2010 [16:18]
Yazıçı, publisist, Prezident təqaüdçüsü, məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının fəal iştirakçısı, partiyanın Siyasi Şurasının üzvü, tanınmış ictimai xadim, səmimi, mehriban insan... Bu missiyalar və titullar təkcə Xeyrəddin Qocanın kimliyini göstərmir, həm də onun cəmiyyətdə tutduğu mövqeyi ifadə edir. 2000-ci ildə ədibin həyat və yaradıcılığından bəhs edən “Xeyrəddin Qoca” adlı fotokitab, 2005-ci ildə isə “ömür belə keçir...” adlı kitab buraxılıb. Onun əsərləri, fotoşəkillərinin bir qismi və mətbuat yazıları S.Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, pyesləri tamaşaları, televiziya çıxışları, müxtəlif səs yazıları isə Dövlət Səsyazma Arxivində qorunub saxlanılır. İctimai Televiziya yazıçı haqqında “ömür belə keçir...” adlı film çəkib. Beləliklə, müsahibimiz Xeyrəddin Qocadır.
- Maraqlı məqalələrin, kitabların müəllifi olan Xeyrəddin Qoca ictimaiyyətin fikrincə, daha çox incəsənət və mədəniyyətlə məşğuldur...
- Gəlin, əvvəldən başlayaq. Pedaqoji Universitet, sonra Jurnalist Sənətkarlığı İnstitutu. Azərbaycan publisistikasında imzam tanınanda isə həyatımda yeni səhifə açıldı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamızın siyasi həyatına qatılması üçün məşhur “91-lər” hərəkatına qoşuldum. Yazı-pozu sənəti həm də siyasət deməkdir, amma respublikanın həyatında önəmli rol oynamış Heydər Əliyev siyasətinə qatılmam ömrümün yeni səhifəsini açdı. Millət vəkili seçildim. Parlament fəaliyyəti ilə bərabər, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulu təyin olundum. Mənə 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Diplomatik rütbəsi verildi. Xoşbəxtəm ki, iki ölkənin, iki qardaş millətin arasında diplomatik əlaqələrin möhkəmlənməsində mənim də fəaliyyətim var.
- Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdənsiniz. Yaradıcılığa jurnalist kimi başlasanız da, imzanız daha çox ədəbi sima kimi təsdiqini tapıb.
- İlk satirik hekayəm XX əsrin böyük satira jurnalı “Kipri”də çap olundu. 1968-ci ildə 18 yaşındaydım. “Kirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlı redaksiyaya təqdim etdiyim “Hədiyyə” hekayəsini çap etdi. Bu, yaradıcılığımın ilk uğuru idi. Sonralar Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin üzvü oldum. ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən “Ədəbiyyat və incəsənət” qəzetində mütəmadi dərc olunmağa başladım.
- Heç zaman oxucu ilə ütülü, ibarəli danışmırsınız...
- Yaradıcı şəxsin ilk qələm təcrübəsi şübhəsiz ki, onun sənətə “vizit vərəqi” olmaqla yanaşı, həm də keçdiyi həyat yolu ilə həmahənglik təşkil edəcək ədəbi janrını da müəyyənləşdirir. Yumorlu istehza, əslində, sadə, ibarəsiz və epitetsiz olmalıdır. Bu baxımdan yazı üslubumda klassiklərimizin istehza tərzinə söykənsəm də, bütövlükdə yazılarımın məzmunu fərqlidir. Eyni zamanda, mən günümüzün adamları-çağdaş həmvətənlərim haqqında yazıram. Burada hansı ibarədən, ütülü üslubdan söhbət gedə bilər? Əsərlərimdə həyatın mənfi tərəflərini daha qabarıq, gülməli şəkildə təsvir edirəm ki, insan həyatına, mənəviyyata zidd olan qaranlıqlar aydınlaşsın.
- Əminsiniz ki, ədəbiyyat həm də tərbiyə vasitəsidir? çağdaş dövrümüzün yazarları əksər hallarda bunu inkar edirlər.
- Belinskinin məşhur sözləri var: “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir”. “Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...” kitablarımla cəmiyyəti düşündürməyə çalışmışam. Axı satira məlhəmdir. Oxucu ilə münasibətimdə dialoqların lakonikliyi ilə yanaşı, tiplərin dilinin onların xarakterinə uyğun olmasına da diqqət edirəm. Bunun üçün isə əziyyət çəkmirəm, hər addımda mənfi tiplərlə rastlaşırıq.
- “Bu dünyadan məktublar...” kitabınız Türkiyə oxucularına yaxşı tanışdır...
- Bu günlərdə internet vasitəsi ilə xəbər tutmuşam ki, bu kitab Türkiyədə tamamilə satılıb qurtarıb. Yeri gəlmişkən, qeyd edim ki, türk yazarları kitaba çox yüksək qiymət veriblər. Mən belə nəticəyə gəlirəm ki, millətlər, cəmiyyətlər fərqli olsa da, mənfiliklər hər yerdə oxşardır.
- Əsərlərinizdəki gülüş sözün həqiqi mənasında ümumxalq gülüşüdür. Bu gülüşün ən gözəl xüsusiyyəti isə estetik gücünü mühafizə etməsidir.
- Sözün “qıza deyilib, gəlinə eşitdirilməsi” ulu yazarlarımızdan bizə qalan ən qiymətli xəzinədir. Bu xəzinədən dəyərincə bəhrələnməyə çalışıram. Molla Nəsrəddin, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi ustadlarımız, “Kirpi”, “Mozalan” kimi örnəklərimiz var. Günümüzün acı həqiqətlərini oxuculara çatdırmaq üçün mövzulara çox konkret yanaşıram və tiplərlə oxucu arasında ünsiyyət yaratmağa çalışıram. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, mənim “marallar”ıma “məhəbbət”in sirri də elə bununla bağlıdır.
- Siz “Yazıq maralların nə təqsiri?” hekayənizdə yazmısınız ki, “Görün bir yazı-pozu əhli nə yazır? Yazır ki, balaca “marallar”dan çox yazırsan, amma böyük “marallar” qalıb kənarda. Bəs, onları nə vaxt “şərəfə” mindirəcəksən?” özünüz də cavab verirsiniz ki, “Rəhmətliyin balası bilmir ki, mənim “marallar”ımın böyüyü, kiçiyi yoxdur. “Maral” elə “maral”dır. Hərəsinin öz sifəti var...”
- Tullanmış köhnə-köşkül ayaqqabıları yamayıb qəpik-quruşa satan fağır bir pinəçinin başına gələnləri Əbdürrəhim bəy Haqverdiyevin necə təsvir etdiyi yadıma düşdü... Növbəti alış-verişdə alıcı pinəçiyə elə qiymət təklif edir ki, pinəçinin içi göynəyir və dilindən çıxan “ay zalım” sözü ətrafındakı lağlağı uşaqların dilinə düşür. Pinəçi günlərlə evinə qapanıb qalır. Axır ki, qorxa-qorxa bir də bazara çıxanda bu dəfə bazar lağlağıları “ay zalım, gəldin” - deyə, fağır pinəçinin qoparağını götürürlər. Acından ölən pinəçinin meyitini evindən çıxaranda, uşaqlar “ay zalım, bizi qoyub hara gedirsən” - deyə bağırışırlar.
- “Kibrit Rəhim” hekayənizə nəzər salaq...
- İş yeri siqaret çəkmək üçün ayrılan yerin yanında olduğu üçün Rəhim bütün günü qapını aralı qoyub siqaret çəkməyə gələnlərin kimliyinə diqqət yetirir. Əgər rəisdirsə və cibindən siqaret çıxarırsa, tez kibritini götürüb ona yaxınlaşır və sonrası da məlumdur. Adətkərdə olan Rəhim yeni təyin olunan rəisin siqaretini alışdırmaq istəyərkən “kişi”nin bığını yandırır...
- Satirikləri yel dəyirmanı ilə döyüşən Don Kixotlara da bənzədirlər bəzən.
- Cəmiyyətdəki naqislikləri tənqid etmək, kinayəli gülüşlə mənfilikləri açıb-göstərmək əsrlərdir satira yazarlarının qayəsi olub. Məhz cəmiyyətdəki nöqsan və bəlaları özünəməxsusluqla açıb göstərdiyindəndir ki, satira yazarlarının əsərləri dərin həyati məzmun kəsb edir. Onların əsərləri çoxyönlü, obyektiv, qərəzsiz və səmimi olmaqla yanaşı, bəzən aramsız və amansızdır. Həyat həqiqətlərinə, faktlara münasibətdə kinayə, istehza ikibaşlı söz, eyhamdan istifadə çox vaxt əks mənalı ifadələrlə oxucunu tərsinə düşünməyə vadar edir. Ona görə də, satirik gülüş səfərbəredicidir.
Satira yazarları öz yaradıcılıqlarında siyasətlə ədəbiyyatı birləşdirməyə də nail olurlar. Konkret özümə gəldikdə isə ən kəskin silahdan da güclü olan ağız ədəbiyyatında eşitdiyimiz atmaca janrından hörmətlə bəhrələnməyə, oxucunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirməyə, nöqsanları vətəndaş mövqeyindən tənqid etməyə çalışıram. Onu da deyim ki, Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdırmağa çalışmış, Ə.Haqverdiyevin “Marall”larını 80 il sonra yenidən qamçılamaq istəmişəm.
- Siz dramaturq kimi maraqlı komediyalar müəllifisiniz...
- Jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gedən yolda bir qanunauyğunluq var. çalışmışam ki, pyeslərimdə hadisələrə dərin bir baxışla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət ortaya qoyum. Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə 2002-ci ildə tamaşaya qoyulan “Hərənin öz payı...” adlı komediya ilk səhnə əsərimdir. Cəmiyyətdəki çatışmazlıqların, nöqsanların, eybəcərliklərin fonunda Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin obrazlarını canlandırmışam. Yeri gəlmişkən, qeyd edim ki, üç görkəmli qələm sahibinin birlikdə səhnə obrazlarını yaratmaq kimi məsuliyyətli bir iş mənim payıma düşüb.
- Heydər Əliyev Sarayında keçirdiyiniz “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” adlı satira gecəsini tamaşaçılar hələ də xatırlayırlar...
- Yəqin bilmək istəyirsiniz ki, satira gecəsinin adı niyə belədir, eləmi? Bilirsiniz, vaxtı ilə klassiklərimizin yazdıqları da çoxlarının xoşuna gəlmirdi... Mənim keçirdiyim satira gecəsindən sonra isə mətbuat yazdı ki, “Səsiniz xoşumuza gəldi”...
Vaxtilə Məmməd Arif yazırdı: “Yazıçı, şair yaşa dolduqca onun sənət xəzinəsi də zənginləşir. Barlı ağacın meyvələri yetişdikcə, şirəyə dolub ağırlaşdığı kimi, yazıçının da əsərləri artır, ədəbiyyata xidməti çoxalır və haqqında söz demək müəyyən bir hadisəyə cavab olmaqdan başqa, ümumxalq əhəmiyyəti qazanır. Hətta ədəbiyyatımız üçün bir ehtiyac, bir zərurət halı olur”.
Xeyrəddin Qocanın yaradıcılığı da ədəbiyyatımız üçün bir ehtiyac, bir zərurət halı alıb...
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

