/ / İntiqam Babayev: Könüllülük hərəkatının daha geniş vüsət alması gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edəcək
İntiqam Babayev: Könüllülük hərəkatının daha geniş vüsət alması gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edəcək
15.01.2020 [09:35]
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə “Könüllülər ili” elan olunan 2020-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- İntiqam müəllim, əvvəlcə Azərbaycanda könüllülük hərəkatının tarixi barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycanda könüllülük hərəkatının inkişafı istiqamətində işlərin görülməsinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıb. 1998-ci ildə Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Könüllüləri Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot layihə həyata keçirilib. Məhz 1998-2000-ci illərdə reallaşdırılan proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunmağa başlayıb və ilk könüllü komandası yaradılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılmış bu hərəkat, bu ideya hazırda geniş vüsət alıb. Azərbaycanda könüllülük deyəndə, gənclərimiz göz önünə gəlir. Çünki gənclərimiz könüllülük hərəkatında çox geniş və fəal iştirak edirlər.
Könüllülük hərəkatı ilə bağlı bizim ilk böyük sınağımız 2012-ci ildə olub. Azərbaycanda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilati işlərinə 1200-dək könüllü cəlb edilib, onlarla lazımi iş aparılıb. Gənclərimiz bu sınaqdan uğurla çıxıblar. Bakıda keçirilmiş ilk Avropa Oyunları daha geniş miqyasda oldu. Bu mötəbər çoxnövlü idman turnirində 17 minə yaxın gənc könüllülük fəaliyyətinə cəlb edildi. Həmin tədbirdə iştirak etmək üçün 20 mindən artıq gənc müraciət etmişdi. Onların arasından hazırlığı, xarici dil bilikləri daha yüksək səviyyədə olan gəncləri seçib bu işlərə cəlb etdik. Daha sonra ölkəmizdə keçirilən Formula 1, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlərdə könüllülərimiz çox yaxından iştirak etdilər. Onların hər birinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın imzası ilə diplomların təqdim edilməsi həmin gənclərin əməyinə dövlət rəhbərliyi səviyyəsində verilən yüksək qiymət kimi könüllülərin yaddaşında qalacaq, karyeralarında xüsusi rol oynayacaq.
- Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi bu sahədə yeni mərhələnin başlanması deməkdir. Ölkəmizdə könüllülük hərəkatının inkişafı baxımından bu Sərəncamın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə “Könüllü fəaliyyət haqqında” qanun qəbul edilib. Yəni, ölkəmizdə həmişə könüllülüyün inkişafı üçün münbit şərait yaradılıb. Dövlətimizin başçısı tərəfindən gənclərin könüllülük hərəkatında fəal iştirakına xüsusi diqqət yetirilir. Ötən il fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi qeyd etdi. Dövlətimizin başçısı bundan sonra bu sahədə fəaliyyətin daha da genişlənməsi və bütün istiqamətləri əhatə etməsi ilə bağlı çağırış etdi. Prezident İlham Əliyev gənclərlə keçirdiyi görüşlərdə könüllülük fəaliyyətinə qoşulmağı, könüllü olaraq bu və digər sahələrdə çalışmağı daim gənclərə tövsiyə edib.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin imzaladığı bu Sərəncamdan sonra ölkəmizdə könüllülüyün inkişafında yeni mərhələ başlayır. Belə ki, eyni zamanda, cəmiyyət və aidiyyəti qurumlar bu sahəyə daha böyük diqqət ayıracaqlar. Bu isə hərəkatın daha geniş vüsət almasına şərait yaradacaq. Hər bir Azərbaycan gənci könüllülük hərəkatına qoşulduqda vətəndaşlıq borcunu bu fəaliyyət üzərindən həyata keçirir. Onlar fəal təmsilçilərimiz kimi mötəbər tədbirlərin təşkilində bilavasitə iştirak edirlər. Gənclərimiz xaricdən gələn qonaqlarla ünsiyyətdə olur, onları müşayiət etməklə yanaşı, Azərbaycanımızın mədəniyyətini, tarixini, ölkəmizlə bağlı həqiqətləri təbliğ edirlər. Bu, özlüyündə böyük bir missiyadır. Sevindirici haldır ki, gənclərimiz bu missiyanı uğurla yerinə yetirilər. Bu gün Azərbaycanın 20 mindən artıq gənci könüllülük hərəkatında iştirak edir.
- Könüllülər hərəkatı daha hansı sahələri əhatə edə bilər?
- Ölkəmizdə keçirilən hər hansı irimiqyaslı tədbiri artıq könüllülərsiz təsəvvür etmək mümkün deyil. Digər ölkələrdən olan həmkarlarımız bizə müraciət edib bu sahədə uğur düsturu ilə maraqlanırlar. Cavabımız ondan ibarət olur ki, nailiyyətlərin əsasında dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı, Azərbaycan gəncinin vətənpərvərliyi durur.
Könüllülük hərəkatının ölkəmizdə inkişaf etdiyi ilk illərdə cəmiyyətdə bu fəaliyyəti bəzən birmənalı qarşılamırdılar. Bu gün isə könüllülük hərəkatı artıq kütləvi hal alıb. İndiyədək həm Azərbaycan daxilində, həm də beynəlxalq ictimaiyyət qarşısında brendə çevrilmiş modellərimiz var. Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması ilə ölkəmizdə könüllülük hərəkatı daha geniş vüsət alıb. Bu mərkəzləri artıq könüllülərsiz təsəvvür edə bilmirik və burada çalışan minlərlə gənc ölkəmizin inkişafına öz töhfələrini verir. Hazırda “ASAN xidmət”lə yanaşı, “Regional İnkişaf” İctimai Birliyi, Formula 1, aqrar, miqrasiya, diplomatiya, hətta yerli icra hakimiyyətləri səviyyəsində könüllülərimiz uğurla fəaliyyət göstərirlər. Sıralarında tələbələrin birləşdikləri “Bir” Tələbə-Könüllü Proqramı var. Bu günə qədər əhatə olunmayan istiqamətlərdə könüllülük fəaliyyətinin tətbiqi üçün bu il bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Düşünürəm ki, yeni istiqamətlər də müəyyən olunacaq və könüllülük hərəkatı cəmiyyət həyatının bütün sahələrini geniş əhatə edəcək.
- “Könüllülər ili”ndə Azərbaycanda hansı tədbirlərin təşkili nəzərdə tutulur?
- Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən də dövlət miqyasında müvafiq tədbirlər planı hazırlanmaqdadır. Biz öz təkliflərimizi hazırlamışıq. Bu il könüllülərlə bağlı beynəlxalq tədbir keçiriləcək. Könüllülük menecmenti, idarəetməsi ilə bağlı təcrübə mübadiləsi baxımından beynəlxalq forum təşkil olunacaq. İl ərzində könüllülüyün dayanıqlı inkişafı məqsədilə konfrans və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 17 səfir seçilib. Onların vasitəsilə bir sıra kiçik layihələrin bölgələrdə keçirilməsini və beləliklə, Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən könüllülük fəaliyyətini inkişaf etdirmək istəyirik. BMT-nin Könüllülük Proqramı ilə niyyət protokolu imzalamışıq. Digər ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə könüllülərimizin daha geniş iştirakını düşünürük.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ili ölkəmizdə “Gənclər ili” elan etmişdi. Könüllülük bilavasitə gənclərlə bağlı olduğu üçün bu, gənclər hərəkatının, gənclər siyasətinin yeni bir mərhələsidir. Düşünürəm ki, könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək. Bu il bizi maraqlı layihələr gözləyir. “Könüllülər ili” başa çatandan sonra da bu proses davam edəcək.
- İntiqam müəllim, maraqlı və əhatəli müsahibəyə görə təşəkkür edir, sizə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm, sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

