Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük uğurlarla və inamla gedir
06.02.2020 [09:34]
103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Təbii ki, növbəti dəfə deputatlığa namizədliyimin irəli sürülməsi böyük etimaddır. Mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Böyük qürur hissi keçirirəm ki, namizədliyim YAP tərəfindən irəli sürülüb. Çünki partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyevdir. Bu gün YAP nəinki ölkəmizdə, bütövlükdə regionda ən güclü siyasi qüvvədir. Ona görə də bu etimadı doğrultmaq üçün üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam.
Ölkəmizdə seçkiqabağı mühitə gəlincə, deyə bilərəm ki, insanlarda seçki əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan hüquqi-demokratik dövlətdir, ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Seçki kampaniyasında hər kəs üçün bərabər şərait yaradılıb. Seçki marafonunda kifayət qədər namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğuna bir daha dəlalət edir.
Bütövlükdə, seçkilər ərəfəsində cəmiyyətimizdə siyasi fəallıq yüksəkdir. İnsanlar yenilikləri, islahatları dəstəkləyirlər. Ona görə də budəfəki seçki aktivliyi, mən deyərdim ki, daha yüksəkdir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün dövlətimizin siyasi iradəsi ortadadır. Seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib. Namizədlər üçün bərabər imkanlar yaradılıb. Bütün bunlar fevralın 9-da keçiriləcək parlament seçkilərinin yüksək səviyyədə baş tutacağına dəlalət edir.
- Sizcə, Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı nailiyyətlərlə gedir?
- Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir. Son 16 ildə dünya miqyasında iqtisadi sahədə ən yüksək iqtisadi inkişaf göstəriciləri əldə edən ölkələrdən biri də Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi siyasət nəticəsində bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb. Cari ilin geridə qalan dövründə də iqtisadiyyatımızda istehsal artıb, yeni ixrac imkanları yaranıb, ölkə büdcəsinə əlavə vəsaitlər cəlb olunub.
Bilirsiniz ki, dövlət başçısının təşəbbüsü ilə ötən ilin əvvəlindən iki böyük sosial paket reallaşdırılıb. Bunun nəticəsində 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşının maddi vəziyyəti yaxşılaşıb.
Beynəlxalq aparıcı maliyyə qurumlarının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini durmadan yaxşılaşdırır. “Doinq Business”in hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Son hesabatlarda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alır. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan bir çox sahələrdə dünya miqyasında mühüm göstəricilərə nail olub.
Eyni zamanda, Azərbaycan beynəlxalq aləmdə güclü dövlətlər sırasındadır. Azərbaycan ən islahatçı ölkələr sırasındadır. Beynəlxalq kosmik klubun üzvüdür, eləcə də ölkəmiz tolerantlıq məkanıdır. Bütün bunların sayını daha da artırmaq olar. Görülən işlərin əsasında isə böyük zəhmət, böyük siyasət dayanır.
Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Bu mənada Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük uğurlarla və inamla gedir.
- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyiniz irəli sürülüb. Azərbaycanın inkişafında vacib rol oynayan amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdir. Bu baxımdan, Gədəbəy rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, 2004-cü ildən bu yöndə görülən işlər nəticəsində çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır.
Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası uğurla reallaşdırılıb. Hazırda dördüncü proqram həyata keçirilir. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın tərəqqisinə xidmət edir.
Təbii ki, ölkəmizin bütün regionlarında baş verən inkişaf prosesləri Gədəbəy rayonunda da özünü aydın şəkildə göstərir. 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində rayonumuzun siması əhəmiyyətli dərəcədə dəyişib. Ötən dövr ərzində yeni yollar, körpülər çəkilib, məktəblər, tibb ocaqları tikilib. Eləcə də rayonun kəndlərinin qazlaşdırılması prosesi davam etdirilir. Bu reallığı ötən ilin nəticələrində də görmək mümkündür. Hazırda rayonumuzda quruculuq prosesi uğurla davam etdirilir.
Onu da qeyd edim ki, Gədəbəy həmçinin çox böyük turizm potensialı olan bir rayondur. Bu gün rayonda turizmin inkişafı istiqamətində də vacib tədbirlər həyata keçirilir. Xatırladım ki, keçən ilin yayında Gədəbəydə təşkil olunmuş möhtəşəm Milli Yaylaq Festivalı bu baxımdan böyük addım oldu.
- Sevinc xanım, seçicilərlə görüşləriniz davam edir. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası budəfəki parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılıb. Məqsədimiz Azərbaycan dövlətini daha da gücləndirməkdir. İndiyə kimi aparılan siyasət də bu məqsədə xidmət edib.
Əlbəttə ki, hər bir vətəndaş qazanılan uğurların şahididir. Bu baxımdan da, Gədəbəy rayonunun sakinləri də quruculuq işlərinin şahididirlər. Qeyd etdiyim kimi, ötən illər ərzində rayonumuz çox inkişaf edib. Dövlət proqramları çərçivəsində böyük işlər görülüb. Millət vəkili kimi seçicilərlə görüşlərim zamanı rayon sakinlərinin qaldırdıqları məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət etmişəm və onların böyük əksəriyyəti həll olunub.
Bütün bunların fonunda seçicilər görüşlərdə fəal iştirak edirlər. Onlar görülən işləri yüksək qiymətləndirməklə yanaşı, müəyyən məsələlərlə bağlı öz fikir və təkliflərini bildirirlər. Qeyd edim ki, bu gün Gədəbəy rayonunun rəhbərliyi mövcud məsələlərin həlli, rayonda quruculuq işləri ilə bağlı böyük işlər görür. Bütün bunlar insanlar tərəfindən yüksək dəyərləndirilir. Ona görə də, mən əminəm ki, Gədəbəy seçiciləri 9 fevral parlament seçkilərində Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

