Eyni taleni yaşamış Azərbaycanın Xocalı və Çexiyanın Lidiçe şəhərləri qardaşlaşdılar
09.03.2010 [09:42]
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Vahid müəllim, bu günlərdə çexiyada Lidiçe və Xocalı şəhərlərinin əməkdaşlığı haqqında sənəd imzalandı. Həmin mərasimdə iştirak edən şəxs kimi bu məsələ haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, hər il Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xocalı soyqırımının ildönümünə dair tədbirlər planını təsdiq edir və bu plana uyğun olaraq müvafiq tədbirlər keçirilir. Qeyd etmək istəyirəm ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərin yalnız ölkə daxilində deyil, xaricdə də geniş formada keçirilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən biridir. Genişmiqyaslı layihələrin reallaşdırılması nəticə etibarilə Xocalı faciəsinə aid həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. çexiyada baş tutan tədbirlər də yuxarıda qeyd etdiyim plana uyğun olaraq həyata keçirilib. Lidiçe şəhərində bir neçə ildir ki, Xocalı soyqırımını anma mərasimləri keçirilir. Heydər Əliyev Fondunun və çexiyada fəaliyyət göstərən Azər-çex Cəmiyyətinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın çexiyadakı səfirliyinin dəstəyi ilə 2007-ci ildən bəri 3 il ərzində Lidiçe Xatirə Kompleksində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu il də çexiyanın Lidiçe Xatirə Kompleksində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər olub. Mərasimdə öncə Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyulub. Onu da qeyd edim ki, dünyada ən böyük qızılgül bağı Lidiçedədir. Həmin bağda dünyanın 140 ölkəsindən gül əkilib. Lidiçe faciəsinin qurbanlarının xatirəsini əziz tutaraq Azərbaycandan gedən nümayəndə heyəti də həmin bağda əkmək üçün qızılgül kolları aparmışdı.
Qeyd etdiyim kimi, Lidiçedə Xocalı faciəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Lidiçe Xatirə Kompleksinin rəhbəri Miloş çervençl çıxış edərək tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Mərasimdə Azərbaycanın çexiyadakı səfiri Tahir Tağızadə də çıxış edib. O, anım mərasimini Xocalı faciəsinin xatırlanmasında yeni mərhələ, eləcə də, çexiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığın digər bir bariz nümunəsi kimi xarakterizə edib. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, tədbirdə çexiya parlamentinin üzvləri də iştirak edib. Onlardan biri - senator V.Koukal Xocalı faciəsinin qurbanlarının ailə üzvlərinə başsağlığı verib.
- Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adının veriləcəyi bildirilirdi. Bu təşəbbüs reallaşdırıldımı?
- Bəli, bu məsələ artıq həll olunub. Fevralın 11-də Lidiçe şəhər bələdiyyəsinin qərarı ilə qəsəbədə yeni salınacaq yaşayış massivinin küçələrinin birinə Xocalı adı veriləcək. Artıq yeni massivin ərazisi müəyyənləşib və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Mərasimin keçirilməsi üçün Lidiçe şəhərinin seçilməsi ilə əlaqədar qeyd edim ki, bu şəhər Xocalı ilə eyni acı taleyi paylaşır. Praqanın şimal-qərbində yerləşən Lidiçedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilib, 340 insanın, o cümlədən, 88 uşağın həyatına son qoyulub. Lidiçe şəhəri 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, əhalisi terrora məruz qalıb.
- Xocalı soyqırımı ilə bağlı daha hansı tədbirlər keçirildi?
- Hesab edirəm ki, bu cür tədbirlər gələcəkdə daha müsbət nəticələr verəcək. Mən çexiyada keçirilən tədbirlərin timsalında deyə bilərəm ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyəti tərəfindən qəbul olunmaqdadır. Yeri gəlmişkən, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun layihələrinin və “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Onu da deyim ki, Lidiçe şəhərində Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı sərgi nümayiş olunub, Dağlıq Qarabağ münaqişəsi haqqında seminar keçirilib və sənədli film göstərilib. Bu tədbirlərə çexiya Senatının təmsilçiləri, Türkiyə və bəzi MDB ölkələrinin çexiyadakı səfirliklərinin, diasporların nümayəndələri və KİV təmsilçiləri qatılıb.
- Bildiyimizə görə, çexiyada yaşayan ermənilər bu tədbirlərin keçirilməsinə mane olmağa çalışıblar. Bu haqda nə deyə bilərsiniz?
- Tədbirlərin keçirilməsinə qarşı çıxan erməni diasporu və Ermənistan rəsmiləri Lidiçe şəhərinin rəhbərliyinə ciddi təzyiqlər göstəriblər. Belə ki, tədbirin keçirilməsinə mane olmaq məqsədilə Ermənistanın Avstriyadakı səfiri Aşot Ovakiyamyan çexiyadakı erməni keşişi Barseqa Pilavcyan, “Erməni” klubunun sədri Tiqran Abramyan, “Orer” jurnalının baş redaktoru Akop Asatryanın müşayiəti ilə Lidiçe şəhərinə gələrək Lidiçe Xatirə Kompleksinin və Lidiçe qəsəbə administrasiyasının rəhbərliyi ilə görüşüblər. Onlar Xocalı faciəsini guya Azərbaycanın o vaxtkı rəhbərliyinin törətdiyini bildirərək bu barədə uydurma faktlar təqdim ediblər. Bundan başqa, onlar Lidiçedə Xocalı faciəsi ilə bağlı anım tədbirinin, fotosərginin keçirilməsinə və əməkdaşlıq haqqında protokol imzalanmasına etiraz ediblər. Buna baxmayaraq, biz Azərbaycan tərəfi olaraq Lidiçe rəhbərliyi ilə görüşərək Xocalı soyqırımı haqqında əsl həqiqətləri diqqətə çatdırdıq. Onlara ermənilərin təqdim etdiyi faktların uydurma olduğunu bildirdik. Beləliklə, fevralın 26-da anım tədbiri, martın 1-də isə Xocalı rayon İcra Hakimiyyəti ilə Lidiçe Xatirə Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması baş tutdu.
- İmzalanmış memorandumda hansı məsələlər nəzərdə tutulur?
- Bu sənəd şəhərlər arasında birbaşa əməkdaşlıq əlaqələri qurmağı, xalqlar arasında mədəni əlaqələrin yaranmasına dəstək verməyi və sosial-mədəni sahədə əməkdaşlıq istiqamətində digər bir sıra öhdəlikləri nəzərdə tutur. Memoranduma görə, Lidiçe Xatirə Kompleksi və Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşlığı əsasən qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidiçe sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarından istifadə üçün şəraitin yaradılmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də, birgə nəşrlərin layihəsinin hazırlanmasını və tarixi materialların çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

