/ / Əli Hüseynli: Türkiyənin münaqişənin həllində beynəlxalq mandat əsasında fəaliyyət göstərməsi ideyası problemin ədalətli həllinə öz töhfəsini verə bilər
Əli Hüseynli: Türkiyənin münaqişənin həllində beynəlxalq mandat əsasında fəaliyyət göstərməsi ideyası problemin ədalətli həllinə öz töhfəsini verə bilər
07.10.2020 [09:01]
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Əli müəllim, Prezident İlham Əliyevin “TRT Haber” kanalına müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyəti və həmsədrlərlə bağlı söylədiyi fikirlərə münasibətinizi bilmək istərdik.
- Möhtərəm Prezident İlham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. Bu dəfə isə cənab Prezident Minsk qrupunun həmsədri kimi Fransanın mandatına uyğun olaraq tərəfsiz deyil, Ermənistanın havadarı kimi çıxış etməsini sərt tənqid etdi. Amma dövlətimizin başçısının budəfəki açıqlamasında əsas diqqət Türkiyənin bu münaqişənin həllində oynadığı və gələcəkdə oynaya biləcəyi rola yönəldildi. Bildirildi ki, müəyyən şərtlər çərçivəsində, o cümlədən erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Bu zaman Minsk qrupunun həmsədrləri və mümkün olan ölkələr buna qoşularsa, döyüşlərə son qoyula bilər. Digər ölkələr dedikdə, cənab Prezident məhz Türkiyəni nəzərdə tutduğunu söylədi ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Türkiyə həm Azərbaycanın, həm də Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur, güclü bir dövlətdir və böyük potensiala malikdir. Sözsüz ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mandat əsasında fəaliyyət göstərməsi ideyası münaqişənin ədalətli həllinə öz töhfəsini verə bilər.
- Eyni zamanda, Rusiyanın da həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm də qonşuluqda olan böyük dövlət kimi bu məsələdə mövqeyi tərəflər üçün əhəmiyyət kəsb edir. Rusiyanın mövqeyinə həm də bir sıra hallarda Azərbaycan ictimaiyyəti həssaslıqla yanaşır.
- Cənab Prezident müsahibəsində bu məsələlərə də tam aydınlıq gətirdi. O dedi: “Rusiya bizim qonşumuzdur, Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir, bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir... Onlar Rusiyanı bu münaqişəyə cəlb etmək istəyiblər”. Cənab Prezident ermənilərin buna müvəffəq olmayacaqlarına əminliyini də bildirdi. Bu da təsadüfi deyil, həqiqətən də son illər Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələr öz müsbət nəticəsini verməkdədir. Baxmayaraq ki, bir sıra mətbuat orqanları erməni lobbisinin dəstəyi ilə təcavüzkar Ermənistana dəstək verir. Amma buna baxmayaraq Yuri Korotçenko, Maksim Şevçenko və digər obyektiv ekspertlər ədalətli mövqedən çıxış edirlər.
- Cənab Prezident öz müsahibəsində həm də Azərbaycanın ordu quruculuğunun nailiyyətlərinə də toxundu. Siz bu sahədə görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Bəli, bu, çox vacib məsələdir. Bilirsiniz ki, hələ zamanında cənab Prezident Azərbaycan Ordusunun büdcəsinin Ermənistanın bir dövlət kimi büdcəsindən üstün olacağı məqsədini qarşıya qoymuşdur. Milyardlarla vəsaitlər ayrılmış və Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunmuşdur. Təsadüfi deyil ki, cənab Prezident müsahibəsində açıqladı ki, Azərbaycan dünyanın ən güclü ordularından olan Türk Ordusunun kiçik modelini qurur. Sözsüz ki, bu, bizim uğurlarımızın əsas səbəbidir. Cənab Prezident Azərbaycan-Türkiyə münasibətlərini bir daha yüksək qiymətləndirdi və dedi ki, biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var.
- Bu gün Milli Məclisdə Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması ilə bağlı qanun qəbul edildi.
- Bəli, erməni işğalçılarının Qarabağda yaşayış məskənlərinin tarixi adlarının dəyişdirilməsi kimi qanunsuz əməllərindən birinə bu gün son qoyuldu. Heç şübhə yoxdur ki, bundan sonra da torpaqlarımız işğaldan azad olunduqca cənab Prezident tərəfindən bu cür qanunlar parlamentə təqdim olunacaq və yekdilliklə qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

