Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəriyyət əleyhinə cinayət törədir
20.10.2020 [09:36]
Milli Məclisin deputatı Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə verib:
- Kamaləddin müəllim, işğalçı Ermənistan hərbi cinayətlərini davam etdirir. Oktyabrın 17-də Gəncə şəhəri növbəti dəfə raket atəşinə tutuldu. Buna münasibətiniz necədir?
- Oktyabrın 17-də gecə saatlarında erməni faşistlərinin Gəncənin yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması, nəticədə dinc sakinlərin- qadınların, qocaların və uşaqların həlak olması bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir.
Gecə saatlarında erməni faşistlərinin Gəncənin yuxuda olan dinc sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması nəticəsində 14 dinc sakin, o cümlədən 4 qadın, 3 azyaşlı uşağın həlak olmuş və 50-dən çox dinc sakin müxtəlifdərəcəli bədən xəsarətləri almışdır. Beləliklə, döyüş meydanlarından uzaqlarda öz gündəlik mülki qayğıları ilə yaşayan zaman qətlə yetirilmiş vətəndaşlarımızın sayı 60-a çatmışdır. Bu, bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir. Bu qanlı əməllə Ermənistanın azğın rəhbərliyi növbəti dəfə hərbi cinayət törətmiş, öz vəhşi, cəllad xislətini bir daha təsdiqləmişdir. Gəncə şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin raket-artilleriya atəşinə tutulması nəticəsində yüzlərlə ailə evsiz-eşiksiz qalmışdır.
Oktyabrın 16-da Naxçıvanın Ordubad rayonuna və bir gün sonra da Gəncəyə və digər rayonlarımıza edilən raket hücumları bir daha göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda faciəvi məğlubiyyət və qorxunc bir son ərəfəsində olduğu üçün müharibənin miqyasını hər vasitə ilə böyütməyə çalışır. Nəhayət, oktyabrın 18-də əldə olunmuş atəşkəs rejiminin cəmi bir neçə dəqiqə sonra pozulması, Ermənistan haqqında olan ən pis fikirləri bir daha təsdiqlədi.
- Sizcə, Ermənistanın mülki insanları atəşə tutmaqda əsas məqsədi nədir?
- Bu xain hücumlarla Azərbaycan xalqını qorxutduqlarını düşünən qorxaq, miskin erməni işğalçıları, son dövrlərdə dəfələrlə olduğu kimi, yenə də səhv edir, yanılırlar. Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bu cür quldur metodları ilə Azərbaycanı sarsıtmaq, onu haqq yolundan döndərmək qeyri-mümükündür və bu sonsuz inamın nəticəsini onlar qısa zaman kəsiyində bir daha yəqin edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, “...Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərdi. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”.
Dinc əhaliyə əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir və erməni quldurları bu cinayətə görə məsuliyyət daşıyacaqlar. Gəncəyə, eləcə də digər şəhər, rayon və kəndlərimizə edilən alçaq erməni hücumları XXI əsrin ən dəhşətli soyqırımıdır. Onların cavabı döyüş meydanında artıqlaması ilə veriləcək. Şəhid olan günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Prezidentimizin də dediyi kimi, “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.
Füzuli, Cəbrayıl şəhərlərinin, Hadrut qəsəbəsinin və 60-a yaxın kəndin işğaldan azad edilməsi, Xudafərin üzərində yenidən Azərbaycan bayrağının dalğalanması, düşmənin vahimə və panika içərisində döyüş meydanından qaçması böyük Qələbəmizin addım səslərini daha aydın şəkildə eşitdirir. Döyüş meydanlarında, dinc yaşayış məntəqələrinə düşmən hücumlarında, həmçinin Gəncə şəhərində həlak olan soydaşlarımıza Allahdan rəhmət və yaralılara şəfa arzulayıram.
Ermənistanın süqut ərəfəsində olan hazırkı quldur hərbi-siyasi hakimiyyəti bununla nə Silahlı Qüvvələrimizi, nə də mülki əhalini qorxuda biləcək. Azərbaycan xalqı mərddir, heç nədən çəkinmir, qorxmur. Qələbə bizim olacaq!
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

