/ / Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsidir
Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsidir
20.11.2020 [10:01]
Milli Məclisin deputatı Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış qələbəni böyük coşqu ilə qeyd edir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları birgə Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra Dövlət Bayrağı Günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar, xalq-iqtidar birliyi, beynəlxalq nüfuzumuzun artması, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilliyimiz və gücümüz ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Azərbaycan illərlə, demək olar ki, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici qüvvələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bu birlik gələcəkdə də qarşımızda duran bütün vəzifələri yerinə yetirmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
- Sülhməramlıların bölgədə yerləşdirilməsi ilə bağlı cəmiyyətimizdə müxtəlif fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
- İmzalanmış bəyanatın 3-cü bəndində Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfər odlu silahlı hərbi qulluqçusu, 90 hərbi zirehli texnikası, 380 ədəd avtomobil və xüsusi texnikasından ibarət sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulub. Rusiya sülhməramlılarının bu nizamlama prosesinə cəlb edilməsini bəzi insanlar bir qədər ehtiyatla və narahatlıqla qarşılayırlar. Ola bilər ki, bu narahatlıq hisləri vaxtilə sovet-rus hərbi birləşməsinin Dağlıq Qarabağın işğalında ermənilərə köməklik göstərmələri ilə əlaqədardır. Ancaq bilmək lazımdır ki, indi reallıq tamamilə başqadır. Nə Azərbaycan 30 il bundan qabaqkı Azərbaycandır, nə də Rusiya. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanla bizə qonşu olan Rusiya Federasiyası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə çatıb. Ona görə də, Rusiya sülhməramlılarının bu nizamlama prosesində iştirakı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan yaradacaqdır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, bu bəyanatın 5-ci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmaya əməl etmələrinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulur ki, bu mərkəzin işində Rusiya ilə birlikdə Türkiyə Respublikasının nümayəndələri də iştirak edəcək. Bu da sülhməramlı missiyanın beynəlxalq normalara uyğun, obyektiv bir şəkildə aparılacağına əlavə zəmanət verir.
- Ümumiyyətlə, imzalanmış bəyanat hansı üstünlüklərə malikdir?
- Bəyanatda məqamlar bizim maraqlarımıza uyğundur. Azərbaycan bu il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir. Çünki bəyanat uzun illər davam edən işğala son qoyur.
Vacib məqamlardan biri də odur ki, bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Dağlıq Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Bəyanatda Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı hərbi birləşmələrin dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür.
Mühüm məqamlardan biri də budur ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, Türk dünyasının yerüstü tranzit-rabitə əlaqəsi bərpa olunur.
Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi bu sənəddə konkret müddətlərdə tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə, ancaq Azərbaycan qanunları işləyəcək.
Qazanılan bu qələbə Azərbaycan xalqına, xalq isə bu qələbəyə layiqdir. Azərbaycan dövlətçiliyi böyük bir imtahandan şərəflə çıxdı. Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi.
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

