Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mübariz Qurbanlı: ABŞ üçüncü dövlətin forpostu olan Ermənistanı xilas etmək istəyir

Mübariz Qurbanlı: ABŞ üçüncü dövlətin forpostu olan Ermənistanı xilas etmək istəyir

29.04.2010 [10:22]

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Milli.Az xəbər portalına müsahibə verib
- Ermənistan parlamentinin erməni türk protokollarının dondurulması haqqında qəbul etdiyi qərar nədən xəbər verir?
- Bu hadisələr açıq şəkildə ermənilərin məğlubiyyətini göstərdi. Və erməni diplomatiyasının tam şəkildə iflasa uğramasını aşkarladı. Ermənstanın istəyi nə idi? Onlar Türkiyə ilə sərhədləri açmaq, eyni zamanda işğal altında olan Azərbaycan torpaqlarını nəzarətdə saxlamağa çalışırdılar. Ermənilərin əsas məqsədi elə bundan ibarət idi. Hətta Ermənistanın Konstitusiyasında elə düzəliş etmişdilər ki, “soyqırımı”da iddia olaraq saxlamağa nail olsunlar. Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, xüsusilə də Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ermənilərin qurub hazırladığı hiylələrə səriştəli cavab verməsi son nəticədə onların bu səpkidə olan planlarını iflasa uğratdı. Ermənilər istədiklərinə nail ola bilmədi, Türkiyə ilə sərhədlər açılmadı, qondarma “soyqırım” məsələsini iddia etsələr də bu Amerikanın prezidenti Obama səviyyəsində bəyan edilmədi. Bu bizim və Türkiyə diplomatiyasının birgə fəaliyyətinin qələbəsidir. Bizim xarici siyasətimiz çox səbirli və inadlı şəkildə, hücumçu xəttini saxlamaqla fəaliyyətini davam etdirməlidir. Hər hansı bir xarici siyasət xəttimiz prinsipial olaraq balanslaşdırılmış siyasətə söykənir. Bu siyasəti davam etdirmək fikrindəyik. Azərbaycan Prezidenti Ermənistan üzərində tam şəkildə qələbəmizin təmin edilməsi üçün bir neçə xətt müəyyən edib. Birincisi iqtisadi yolla Ermənistanı gücdən, taqətdən salmaq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan qat-qat yüksək səviyyədə inkişafına nail olub. Bizim iqtisadiyyatımız Ermənistanın iqtisadiyyatından ən azı 8-9 dəfə yüksək səviyyədədir.
İkinci məqsəd Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyüə nail olmaqdan ibarətdir ki, artıq bu problem də öz həllini tapınb. Bu günlərdə Prezidentin iştirakı ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə səsləndirilən fikirlər də deyilənləri bir daha təsdiq edir. Erməni ordusu mənəvi cəhətdən deqrodasiya vəziyyətindədir, hətta ermənilər ordunu canlı qüvvə ilə təmin etməkdə belə acizdilər.
üçüncü məqsəd erməni yalanlarını ifşa istiqamətində fəaliyyəti artırmaqdır. Qondarma erməni “soyqırımı” ilə əlaqədar ortada olan səyləri Azərbaycan və Türkiyə tərəfləri açıqladı. Eyni zamanda ermənilərin son illərdə, xüsusilə də otən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarında törətdikləri cinayətləri, Xocalı faciəsi, Malbəylidə, Qarabağın digər kəndlərində törədilən vəhşilikləri və sair faktları dünya ictimayyətinə çatdırdıq. Digər tərəfdən Azərbaycan tarixinin əvvəlki dövrlərində İrəvan, Gəncə xanlıqlarının tutulması zamanı, daha sonra 1905-ci, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri də üzə çıxardıq. Həmçinin II Dünya müharibəsindən sonra, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlıların deportasiya olunması və s.
Yəni Azərbaycan bir neçə istiqamətdə iqtisadi, mənəvi, ideoloji və hərbi hücum taktikası fəalliyyətini genişləndirib və bunlar müsbət mənada istənilən nəticəni əldə etməyə imkan yaradıb. Erməniləri dünyada himayə edən güclü dairələr var, amma buna baxmayaraq bu gün Ermənistanın daxilindəki ziddiyətlər güclənir. Ermənilərin Qarabağın işğalına hüquqi don geydirmək siyasətinin puça çıxması bu məsələdə bizim gec-tez qələbə qazanacağımızdan xəbər verir.
- ABŞ son zamanlar Azərbaycan və Türkiyə qarşı təzyiqinin artması müşahidə olunurdu. Vaşinqtonun Azərbaycanda öz nüfuzunu bu qədər risk altında qoyması nə ilə izah oluna bilər?
- ABŞ-ın bölgədə apardığı siyasət deyərdim ki, ədalətsizliklə xarakterizə olunur. Amerikada hakimiyyətdə olan demokratlar xarici siyasət sahəsində ciddi qüsurlara yol verib və bunu bu gün də davam etməkdədirlər. Bu gün ABŞ üçüncü dövlətin forpostu olan Ermənistanı xilas etmək istəyir. Və güya Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq adı ilə türk-erməni sərhədini açmaq istiqamətində əsassız və bir sıra hallarda mənasız cəhdlər göstərdi, amma istədiyinə nail ola bilmədi. Digər tərəfdən ABŞ sərhəd məsələsində Azərbaycan dövlətinin qətiyyətli mövqeyini görərək, ölkəmizə qarşı ədalətsizlik nümayiş etdirdi. Bu günə qədər bu ədalətsizliyin bir sıra elementlərini gördük və görməkdəyik. Baxmayaraq ki, Azərbaycan Amerika üçün geopolitik və iqtisadi baxımdan bu bölgədə ən əhəmiyyətli dövlətdir, ABŞ indiki administratsiyası və Konqresdəki demokratik çoxluq təssüflər olsun ki, keçmişdə olan səflərini yenidən təkrar etməyə başladı. Bu səflərin nəticəsi göz önündədir. Vaşinqton türk-ermən sərhədini açmaqla bağlı irəli sürdüyü layihə puça çıxdı. çünki bu layihə beşiyində sağlam olmayan ideya idi. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Qafqazda sülh, Qarabağ probleminin həllindən keçir. Bu problem həll olunmadan Qafqazda bütövlükdə sülhə nail olmaq mümkün deyil. Eyni mövqeyi Türkiyə hökuməti də bəyan etdi. Ankaranın təklif etdiyi Qafqazda sabitlik paktının əsasında ali şərt Qarabağ, Abxaziya, Cənubi Osetiya məsələlərinin həlli durur. Amma Obama administrasiyası nə etdi? Birtərəfli qaydada erməniləri xilas etmək, onlara yeni nəfəs vermək üçün Türkiyənin sərhədləri açmasına çalışır. Və burada Azərbaycanı ədalətsiz olaraq oyundan kənar vəziyyətdə saxlasa da heç nəyə nail ola bilmədi. Bu gün Türkiyə və Azərbaycanın birgə fəaliyyəti ABŞ-ın bu bölgədəki erməniyönlü siyasətini heçə endirdi. ABŞ administratsiyası bu cür hərəkətlərə yol verdiyi təqdirdə, bu bölgədə nüfuzunu daha da aşağı sala bilər.
- Bu geopolitik oyunlar nə dərəcədə Rusiyanın xeyrinədir?
- Moskvanın bölgədə təsir imkanları ABŞ-dan və bölgəyə bağlı olan Türkiyə və İrandan qat-qat üstündür. Bütövlükdə götürdükdə Rusiya tərəfi öz siyasətini həyata keçirməkdədir. Rusiyanın bu bölgədə təsir imkanının çox olduğunu nəzərə alaraq, Moskvanın vasitəçiliyini gücləndirmək, Qarabağ münaqişəsinin həllində fəallığını artırmaq istiqamətində addımlar atılmaqdadır. Təbii ki, Rusiyanın siyasəti bu bölgəyə başqa dövlətlərin nüfuz etməsinə qarşı yönəlib. Rusiya keçmiş SSRİ məkanında olan ərazilərə üçüncü dövlətlərin bu və ya digər formada müdaxilə etməsini çox böyük qısqanclıqla qarşılayır və bununla bağlı mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycanla Rusiya arasında kifayət qədər normal münasibətlər, strateji əməkdaşlıq və tərəfdaşlıq var. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın apardığı balanslaqşdırılmış siyasət çox uğurludur.
- İran Qarabağ probleminin həlli ilə bağlı təkliflər səsləndirib. Tehranın vasitəçilik missiyası nə dərəcədə effektli ola bilər?
- İranın Qarabağ məsələsi ilə əlaqədar sülh yaratmaq təşəbbüsləri və təklifləi təqdirə layiqdir. Amma hamımıza bəllidir ki, İranın bu bölgədə hansısa bir prosesə müdaxilə etməsi həm Rusiya, həm də Qərb tərəfindən bir mənalı şəkildə qəbul olunmur. 1992-i ildə İranın vasitəçiliyi ilə məhz Tehranda Azərbycan və Ermənistan rəhbərlərinin görüşü keçirilərkən, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri işğal olunub. Və bu bizi həmişə İranın bu məsələlərdə iştirakına ehtiyyatla yanaşmağa vadar edir, eyni zamanda yaddan çıxarmaq olmaz ki, İran ATƏT-in üzvü deyil. Burada sülh yaratmaq prosesi BMT-nin və Təhlükəsizlik Şürasının müvafiq tövsiyəsiyələrinə uyğun olaraq ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilir. ATƏT-in Minsk qrupunun üç üzvü və həmsədr ölkələri Fransa, ABŞ və Rusiya dünyanın maliyə, iqtisadi, hərbi güc mərkəzi, eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrdir. Bu ölkələr səviyyəsində prosses nəzarətdə olduğu bir dövrdə İranın təşəbbüsü aydındır ki, həm Qərb həm də Rusiya tərəfindən qısqanclıqla qarşılanır. Amma Azərbaycan tərəfi istənilən ölkə ilə əməkdaşlığa hazırdır və istənilən öəkələrin sülh təşəbbüslərini alqışlayır və onu müdafiə edir. Hər halda İranın sülh təşəbbüsləri müsbət qiymətləndirilir, amma bunların reallaşdırılması mexanizmləri təbii ki, İranda yoxdur. Bu imkanlar ATƏT-də, BMT Təhlükəsizlik Şurasındadır.
- Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Sizin fikrinizcə qalmış vaxt ərzində daxili siyasətdə hər hansı bir “fövqəladə hadisə” baş verə bilərmi?
- Azərbaycanda sosial, iqtisadi, siyasi sabitlik mövcuddur. Yaranan bu sabitliyi hansısa bir üçüncü qüvvə poza bilməz və heç buna imkanları da yoxdur. Burada birinci amil hakimiyyət və xalq arasında münasibətlərin yüksək səviyyədə olmasıdır. 2003 və 2005-ci illərdə Azərbaycnda müxtəlif qüvvələr ölkədə daxili siyasi vəziyyəti dəyişdirməyə və aranı qarışdırmağa cəhd etdilər. Amma xalq bunlara etiraz etdi və Prezidentə dəstək olduqlarını nümayiş etdirdilər. Ona görə də bu gün Azərbaycanda hansısa bir xarici qövvə ölkə daxili sabitliyi pozmaq iqtidarında deyil.. Daxildə bəzi müxalifət dairələrinin xarici qüvvələrlə təmas quraraq sabitliyi pozmaq niyyətlərinin qarşısını almaq üçün Azərbaycan tam şəkildə səfərbərdir.
- Yeri gəlmişkən bu seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) neçə faiz parlament mandatına iddialıdır?
- Hesab edirəm ki, gələcək seçkilərdə əhali, YAP-ın namizədlərini geniş şəkildə dəstəkləyəcək. Və mən əksəriyyətin, Prezidentin siyasətini müdafiə edən seçicilərin bizim namizədlərə səs verəcəyini tam şəkildə proqnozlaşdırıram. Bu səpkidə bizim tərəfimizdən hesablamalar aparılıb, əlimizdə bununla bağlı kifayət qədər sorğu nəticələri var. YAP hazırda parlamentdə çoxluqda olan partiyadır və təbii ki, biz bu mövqeyimizi qorumaq istiqamətində fəaliyyətimizi aparmaq fikrindəyik. Əminəm ki, biz buna nail olacağıq.

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30