Ana səhifə »  Müsahibə »  Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır
A+   Yenilə  A-
Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu www.yap.org.az saytına müsahibə verib:
- Elşad müəllim, məlum olduğu kimi, mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Ulu Öndərimizin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir. Sizcə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtmasının milli tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda təmin olunmuş sabitlik inkişafın effektiv baza komponentlərini formalaşdırmağa imkan verdi. Xalq həmin dövrün mürəkkəbliyini, vəziyyətin çıxılmazlığını dərk edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Mövcud vəziyyət ilkin olaraq milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini tələb edirdi. Bunun üçün ictimai münasibətlərin tənzimlənməsi, dövlət idarəçiliyi sahələrində böyük təcrübəyə və preventiv addımlar atmaq bacarığına malik olmaq lazım idi.
Yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimizə və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın biri-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.
Belə ki, məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkənin bütün istiqamətlərdə - siyasi, iqtisadi, hərbi, informasiya-potensialını formalaşdıraraq və davamlı olaraq gücləndirərək ərazi bütövlüyünün təmin olunmasına imkan verdi. Təbii ki, bu strategiyanın dinamik dəyişən zamanın tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilməsi də böyük müdriklik və yaxşı idarəçilik təcrübəsi tələb edirdi.
- Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasətin uğurlu davamı haqqında nə deyə bilərsiniz?
- 2003-cü ildə böyük elektoral dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev idarəçiliyinin elə ilk vaxtlarından məsələlərə və proseslərə Özünün strateji baxışları ilə diqqəti cəlb edirdi. Həm xarizmatik liderin bütün keyfiyyətlərinə, həm də effektiv dövlət idarəediciliyi bacarıqlarına və təcrübəsinə malik Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını daha da inkişaf etdirərək milli inkişafın yeni modelini yaratdı. Ölkənin qarşısında duran inkişaf hədəflərinə ardıcıl və sistemli şəkildə çatılması üçün bütün addımlar atıldı.
Təbii ki, bu hədəflərin hamısı birbaşa və ya dolayısı ilə Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyevin 18 illik hakimiyyətini hər şeydən öncə bütün sahələrdə dərin islahatlar dövrü kimi səciyyələndirmək olar. Xüsusilə də prinsipiallıq və uzaqgörənliklə həyata keçirilmiş islahatlar Azərbaycan iqtisadiyyatını dünyanın ən dinamik inkişaf edən sahələrindən birinə çevirdi. Nəzərə almaq lazımdır ki, son dövrlərdə qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyasında ciddi aktivlik müşahidə olunmaqdadır. Bu çağırışlara uyğun olaraq, iqtisadi islahatların yeni istiqamətləri müəyyənləşdirilərək həyata keçirilmişdir. Ölkədə mövcud olan ən yüksək kriteriyalara cavab verən sabitlik və təhlükəsizlik mühiti böyük həcmdə investisiya axını şərtləndirmişdir ki, bu da milli iqtisadiyyatın inkişafına əlavə dinamiklik qatmışdır. Dünyanın aparıcı reytinq agentliklərinin cədvəllərində davamlı olaraq ölkəmizin əldə etdiyi uğurlar öz əksini tapır. Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılması üçün bütün ilkin komponentlər mövcuddur və bu istiqamətdə inamlı addımlar atılmaqdadır.
- Hazırda Azərbaycanın inkişafında yeni mərhələ başlayıb...
- Ölkənin ərazi bütövlüyünün təmin olunmasından sonra milli inkişafın yeni keyfiyyət mərhələsindən danışmaq üçün əsas yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin ərazilərin də potensialının milli iqtisadi inkişaf dövriyyəsinə cəlb edilməsi sayəsində ölkəmizin sosial-iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Prezident İlham Əliyev tərəfindən bütün istiqamətdə atılan addımlar həm də Qarabağın işğaldan azad olunmasına hesablanmışdır. Bundan sonrakı mərhələdə isə Qarabağ Azərbaycan dövlətinin və xalqının ən güclü və effektiv inkişaf ruporuna çevriləcək.
Prezident İlham Əliyevin 18 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Prezidentin və ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bugünkü uğurlarımıza çatmışıq. Heydər Əliyev kimi milli liderin bütün keyfiyyətlərinə malik olan cənab İlham Əliyev də hər bir azərbaycanlının layiqli Lideri və Prezidenti oldu.

 
  • Oxunub:  4080  |  
  • Tarix:  05-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

21 İyun 11:31
Qırğız Respublikası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək tərəfdaşlıq münasibətləri müzakirə edilib
21 İyun 11:24
Müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir
21 İyun 11:13
AFFA-nın icraçı vitse-prezidenti İsveçrə Futbol Assosiasiyasının prezidenti ilə görüşüb
21 İyun 11:06
“ASAN Login”də istifadəçi sayı 2 milyonu ötüb
21 İyun 11:05
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
21 İyun 10:55
Azərbaycanla Qətərin energetika sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub
21 İyun 10:28
May ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 108 min nəfərdən çox olub
21 İyun 10:14
Azərbaycana yay gəlib
21 İyun 10:03
Qardaşlıq nümunəsi
21 İyun 09:42
“Avro-2020”: Bu gün Avropa çempionatının qrup mərhələsinin III turunun daha dörd oyunu keçiriləcək
21 İyun 09:10
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
21 İyun 08:55
Təhsil sahəsində əməkdaşlıqda da “Bir millət, iki dövlət” fəlsəfəsini əsas götürürük
21 İyun 08:52
Şuşa Bəyannaməsi milli maraqlarımıza tam cavab verən mühüm tarixi sənəddir
21 İyun 08:47
Sübut Əsədov: Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımlar öz bəhrəsini verir
21 İyun 08:46
Şuşa Bəyannaməsi regionun gələcək inkişafının təmin olunması baxımından böyük strateji önəm daşıyır
21 İyun 08:45
Fuad Əliyev: Mina xəritələrinin verilməsi dövlət başçısının qətiyyəti nəticəsində əldə edilən növbəti diplomatik uğurdur
21 İyun 08:44
Arzuman Abdulkərimov: Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri özünün zirvə mərhələsinə qədəm qoydu
21 İyun 08:42
Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər
21 İyun 08:40
Azərbaycanın regionlarında sahibkarlara yeni dəstək mexanizmləri işə salınır
20 İyun 16:47
Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb
20 İyun 16:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu”nda iştirak edib
20 İyun 14:33
Madriddə Azərbaycan diasporu ilə görüş təşkil edilib
20 İyun 14:08
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib
20 İyun 14:03
Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq
20 İyun 14:00
Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb
20 İyun 13:42
XİN: Ermənistanın minaladığı bütün ərazilərin xəritələrini verməkdən imtina etməsi məcburi köçkünlərin geri qayıtmasını ləngidir
19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+20 +24