YAP və AKP gəncləri arasında əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulur
08.06.2021 [09:23]
Bəxtiyar İslamov: Müzakirələrin nəticəsi olaraq, partiyalarımızın gənclər təşkilatları arasında bir sıra yeniliklərə, real işlərə start veriləcək
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdur:
- Bəxtiyar müəllim, bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdə oldu. Səfərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Bildiyiniz kimi, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov başda olmaqla partiyamızın nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə 1-3 iyun tarixlərində bu ölkədə səfərdə oldu. Səfər zamanı YAP nümayəndə heyəti Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanla, AKP Sədrinin birinci müavini Numan Kurtulmuşla, Sədrin müavini, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla, AKP Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfqan Ala ilə, Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç ilə görüşlər keçirdi. Eyni zamanda, hər iki partiya arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı.
Ümumiyyətlə, keçirilən görüşlərdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirildi, perspektivlər müzakirə olundu. Diqqətə çatdırıldı ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq parlamentlər səviyyəsində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir. Həmçinin münasibətlərin daha da sıxlaşdırılması, gələcəkdə birgə layihələrin, tədbirlərin keçirilməsi qərara alındı.
- Səfər çərçivəsində Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanla da görüşdünüz. Bu görüşlə bağlı təəssüratınız necədir?
- Əlbəttə ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanla görüşümüzdən təəssüratım çox yüksəkdir. Görüş zamanı cənab Rəcəb Tayyib Ərdoğan hər iki partiyanın gəncləri arasındakı əlaqələrlə maraqlandı. Mən AKP gəncləri ilə keçirdiyimiz görüş, nəzərdə tutulan layihələr, gələcək əməkdaşlıqla bağlı görüləcək işlər barədə məlumat verdim.
Biz gənclər olaraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dəstəyi, xeyir-duası ilə əməkdaşlıq münasibətlərimizdə bir çox yeniliklərə imza atacağımıza ümid edirik. Bu istiqamətdə keçirdiyimiz görüş zamanı cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi tövsiyələr də bizim üçün çox dəyərlidir.
- YAP Gənclər Birliyinin sədri olaraq AKP Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşmüsünüz. Görüşdə hansı məsələləri müzakirə etdiniz?
- Bəli, qeyd etdiyiniz kimi, səfər çərçivəsində AKP Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşümüz oldu. Görüşümüzdə iki qardaş ölkənin hakim partiyalarının Gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olundu.
Görüşdə Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirildi. Həmçinin belə bir birgə fikir bildirildi ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.
Biz YAP Gənclər Birliyi olaraq AKP Gənclər Qollarının nümayəndələrini ölkəmizə dəvət etdik. Eləcə də hər iki partiyanın gəncləri tərəfindən birgə tədbirlərin, layihələrin reallaşdırılması, partiyalarımızın və ölkələrimizin maraqları naminə atılacaq addımlar barədə geniş fikir mübadiləsi apardıq.
Düşünürəm ki, görüşümüz çox məhsuldar oldu. Müzakirələrin nəticəsi olaraq, partiyalarımızın gənclər təşkilatları arasında bir sıra yeniliklərə, real işlərə start veriləcək. Yaxın zamanlarda biz birgə işlərimizi təqdim edəcəyik.
- Görüşdə Vətən müharibəsi ilə bağlı söhbət aparıldımı?
- Təbii ki, görüşümüzdə 44 günlük Vətən müharibəsi ilə bağlı geniş söhbət aparıldı. Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı ordumuzun əsas hissəsini gənclər təşkil edir. Bu mənada, tarixi zəfərimizin qazanılmasında Azərbaycan gəncliyinin də xüsusi payı var. Vətən müharibəsinin gedişində Türkiyə gənclərinin daim bizim yanımızda olmasından qürur duyduğumuzu həmkarlarımızın diqqətinə çatdırdıq.
Həqiqətən də, biz bu dəstəyi çox aydın hiss etdik. Xüsusilə sosial şəbəkələr vasitəsilə Azərbaycanın haqq işinin müdafiəsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Türkiyə gənclərinin rolunu yüksək dəyərləndirdik. Mən qeyd etdim ki, bu mənəvi dəstək bütün Azərbaycan gəncləri üçün önəm kəsb edirdi, gənclərdə ruh yüksəkliyini daha da artırırdı.
AKP Gənclər qollarının sədri Eyyub Kadir İnan da qeyd etdi ki, İkinci Qarabağ müharibəsində Türkiyə gəncləri daim Azərbaycanın yanında oldular, bizim haqq işimizi təbliğ edirdilər. Müharibənin ilk günündən son gününə qədər Türkiyə gəncliyi ilə Azərbaycan gəncliyinin qəlbləri daim bu müqəddəs amal uğrunda birgə döyünürdü.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

