Ana səhifə »  Müsahibə »  Tarix Ulu Öndər Heydər Əliyev siyasətinin nə qədər doğru olduğunu sübut etdi
A+   Yenilə  A-
Tarix Ulu Öndər Heydər Əliyev siyasətinin nə qədər doğru olduğunu sübut etdi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov www.yap.org.az saytına müsahibə verib:
- Səməd müəllim, Azərbaycan-Ermənistan sərhədində baş verən erməni təxribatlarını necə dəyərləndirirsiniz?
- Təəssüflər olsun ki, Ermənistanın daxilində olan bəzi qüvvələr 44 günlük Vətən müharibəsində məğlub olmalarını nə dərk, nə də qəbul etmək istəyirlər. Biz torpaqlarımızı işğaldan azad edərək qalib gəlmiş dövlətik, qalib xalqıq, özümüzü də qalib xalq kimi aparırıq. Cənab Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər, dünya ictimaiyyətinə müraciəti qalib xalqın və dövlətin liderinin mövqeyidir.
Amma məğlub tərəf öz məğlubiyyətini dərk etmədiyinə, etmək istəmədiyinə görə, belə provokasiyalara əl atır və yəqin ki, bunun çox şahidi olacağıq. Bu, məsələnin görünən, yəni üst tərəfidir. Ermənistanda parlament seçkiləri ərəfəsində mövcud olan vəziyyət, sərhəddə törədilən təxribatlar, Azərbaycanı hansısa oyunlara cəlb etmək məsələsinin altında dərin qatlar var. Ermənistan tarixboyu böyük dövlətlər üçün bir alət rolunu oynayıb. Azərbaycanın apardığı siyasət, Vətən müharibəsində qazandığı Qələbə nəticəsində yeni reallıq yaranıb və bu reallıq həmin aləti yoxa çıxarıb. Bu alət özü mövcuddur, ancaq ondan istifadə edərək hansısa bir nəticə əldə etmək artıq mümkün deyil. Bəzi güclər hər zaman Ermənistandan istifadə edərək bulanıq suda balıq tuturdular. Ermənistandan Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə ediblər. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, heç vaxt dövlət olmayıb, həmişə alət kimi istifadə olunub. İndi məğlubiyyətə uğrayaraq, demək olar ki, həm dövlət kimi yoxdurlar, həm də alət kimi istifadə oluna bilmirlər.
Ona görə də müxtəlif təxribatların, provokasiyaların, bizi qıcıqlandırmaq cəhdlərinin şahidi ola bilərik. Bir məsələni qeyd edim. Fransa Prezidenti Azərbaycana Respublika Günü ilə bağlı təbrik məktubu göndərdi. Fransa Minsk qrupunun həmsədrlərindən biridir. Diplomatiyada hər saatın, hər günün önəmi var. Böyük dövlətlər Respublika Günü münasibətilə Azərbaycanı təbrik etdilər. Digər həmsədrlər olan Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasından da təbrik gəldi. Amma Fransa bizi Respublika Günündə təbrik etmədi, həmin gündən bir müddət sonra təbrik məktubu göndərdi. Yəni bu o deməkdir ki, məcburiyyət qarşısında öz statusunu saxlamaq niyyəti ilə edib. Fransa faktiki olaraq regiondan kənarda qalıb. Regiona qayıtmaq niyyətində olduğu üçün bir tərəfdən Paşinyana hansısa vədlər verir, digər tərəfdən, Respublika Günü ilə bağlı gecikmiş təbrik məktubu göndərir. Deməli, reallığı inkar edə bilmir. Bu, gedən prosesi anlamaq üçün çox incə bir detaldır. Regiona təsiri olan qüvvələr artıq dəyişib. Burada təsiri olan əsas dövlətlər Türkiyə, Rusiya və Azərbaycandır. Ermənistanın taleyi Azərbaycanla bağlıdır. Ona görə də səbirli, ağıllı siyasət həyata keçirərək vaxtı, zamanı düzgün seçməliyik. Cənab Prezident tərəfindən bu siyasət uğurla həyata keçirildiyi üçün Azərbaycan qalib dövlətdir.
- Ermənistan tərəfi bu günlərdə elan etdi ki, baş nazirlərin müavinlərindən ibarət olan üçtərəfli komissiya işini dayandırıb. Bu, nəyə hesablanmış addımdır? Seçkiqabağı vəziyyətlə bağlı ola bilərmi?
- Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən təşkil olunan komissiya nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı bir neçə iclas keçirib. İndi erməni tərəfdən təmsilçi olan Mqer Qriqoryan dedi ki, komissiya fəaliyyətini artıq dayandırıb. Onlar, demək olar ki, hər gün bir bəyanat verirlər. Həmin bəyanatdan sonra Moskvada yenə də üçtərəfli görüş keçirildi. Paşinyan özü də bu məsələlərlə bağlı biri-birinə uyğun olmayan bəyanatlar verir. Təbii ki, bəzi addımlar seçki ilə bağlıdır. Amma əsasən seçkiqabağı vəziyyətlə bağlı deyil. Onların dövlətçiliyi tamamilə iflasa uğrayıb, pərakəndəlik, xaos hökm sürür.
Mən ixtisasca psixoloqam. Ermənilərin düşdüyü bu vəziyyət psixologiyada çox ciddi tədqiq olunub. Ermənistan cəmiyyəti nevrotik vəziyyətə düşmüş cəmiyyətdir. Bunun müalicəsi varmı? Çox çətindir. Bu vəziyyətə düşməyin səbəbini dərk etmək, etiraf etmək lazımdır. Cənab Prezident də qeyd etdi ki, səbəb işğal siyasətidir. Ermənilər 30 ilə yaxın zamanda həyata keçirdikləri işğal siyasətinin səhv olduğunu dərk etməli, bunu etiraf etməlidirlər. Onlar etiraf etməlidirlər ki, gələcəkləri Azərbaycanla bağlıdır. Hələ ki, etiraf etməkdə çətinlik çəkirlər.
İnkar prosesindən sonra dərin depressiv vəziyyətə düşəcəklər. Mənim proqnozum belədir ki, bu depressiv vəziyyətdə erməni cəmiyyətində parlament seçkilərindən sonra müxtəlif çaxnaşmalar olacaq. Vətəndaş müharibəsi təhlükəsi də var. Ən sonda iki seçim qarşısında qalacaqlar. Ya müstəqillikdən məhrum olmuş, ərazi anlayışına çevrilmiş və idarə edilən bir quruma çevriləcəklər, ya da etiraf edib yavaş-yavaş dövlət olmağa başlayacaqlar.
- Ermənistanın təxribatlar törətdiyi, üçtərəfli Bəyanatın icrasında problemlər yaratdığı, Paşinyanın Avropada səfərdə olduğu vaxt Azərbaycan və Çin liderləri arasında telefon danışığı oldu. Bu telefon danışığını Çinin Azərbaycana, ölkəmizin həyata keçirdiyi siyasətə, “Zəngəzur dəhlizi”nə dəstəyi kimi dəyərləndirə bilərikmi?
- Bəli, bu, Çin kimi super dövlətin Azərbaycana dəstəyidir. Azərbaycan dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Əsas olan ölkənin miqyası yox, onu idarə edən liderin düşüncəsinin miqyasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu, qlobal layihələr həyata keçirən, qlobal həmrəyliyə töhfə verən dövlətdir. Çin dünyanı idarə edən ölkələrdən biridir. Azərbaycan əhalisinin sayı Çinin bir şəhərində yaşayan əhalinin sayından azdır. Ancaq Azərbaycan öz strateji mövqeyinə, həyata keçirdiyi siyasətə görə dünya dövlətləri ilə yüksəksəviyyəli münasibətlər yarada bilib. Prezident İlham Əliyevin siyasətində çox vacib bir məsələ var - həyata keçirilən siyasət, layihələr heç kimə qarşı olmur, beynəlxalq əməkdaşlığa xidmət edir. Vaxtilə Bakı-Tibilisi-Ceyhan kəməri müzakirə olunarkən ilk günlərdə layihə Rusiya tərəfindən etirazla qarşılanırdı. Amma Ulu Öndər Heydər Əliyevin böyüklüyü, dahiliyi və uzaqgörənliyi nəticəsində bu layihəyə Rusiya da daxil oldu və nəticədə, “Əsrin kontraktı”, 1995-ci ildə isə İstanbulda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı protokollar imzalandı.
Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi dünya diplomatiyası üçün bir nümunədir. Rusiya “Şimal axını-2” layihəsini indiyədək həyata keçirə bilməyib. Ancaq Cənub Qaz Dəhlizi birmənalı şəkildə bütün iştirakçı dövlətlər tərəfindən qəbul olundu. Azərbaycanın Türkmənistanla “Dostluq” yatağı ilə bağlı imzaladığı tarixi bir saziş həm Qərb, həm Çin, həm də Rusiya tərəfindən dəstəklənir.
“Zəngəzur dəhlizi” də elə bir layihədir ki, bunu ABŞ da, Rusiya da, Çin də, Türkiyə də dəstəkləyir. Ermənistan da dəstəkləməlidir. Çünki yeni çıxış əldə edəcək. Cənab Prezidentin həyata keçirdiyi siyasət böyük dövlətləri bir-birinə qarşı qoymur, əksinə, onları əməkdaşlıq formatında birləşdirir. Azərbaycan birləşdirici funksiya yerinə yetirir.
- Ağdamın işğaldan azad edilməsindən sonra bərpasının ilk təməl daşı qoyuldu. Artıq bölgədə böyük layihələrin icrasına, bərpa-quruculuq işlərinə start verilib. Bununla bağlı fikirlərinizi bilmək istərdik?
- Ağdamın yenidən dirçəldilməsi, yenidən qurulması Azərbaycanın həyata keçirdiyi siyasətlə birbaşa bağlıdır. Bu, dünyaya mesajdır ki, Azərbaycanın apardığı siyasət heç vaxt dünya üçün təhlükə yaratmayacaq. Bu, yalnız bir şəhərin dirçəlməsi deyil. Özü-özlüyündə bizim üçün müqəddəs bir hadisədir. Ona görə ki, “Qafqazın Xirosiması” adlandırılan Ağdam yaxın illərdə müasir şəhərə çevriləcək. Söhbət yalnız şəhərin gözəl olmasından getmir. Burada əsas məsələlərdən biri həm də odur ki, xalqın psixologiyası dünyaya təqdim olunur. Bu xalq, dövlət dağıdılmış, sökülmüş, yerlə-yeksan edilmiş ərazini cənnətə çevirir. Bu, xalqın potensialını, dövlətin gücünü göstərir.
- Bir neçə gündən sonra Milli Qurtuluş Gününü qeyd edəcəyik. İlk dəfə bu günü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edəcəyik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Həmin tarixi dövrlə bağlı cənab Prezidentin dəqiq dəyərləndirmələri var. 1991-1992-ci illərdə AXC-”Müsavat” cütlüyü, sanki xalqı, dövləti məhv etmək, xalqın özünəinamını öldürməklə məşğul idilər. Satqınlar, öz maraqlarını güdənlər, xalqın maraqlarını kənara qoyub öz şəxsi maraqları naminə insanları bir-birinə qırdırırdılar. Ən dəhşətlisi isə o idi ki, hakimiyyəti əldə etmək üçün torpaqlarımızı satırdılar. Vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Onlar xalqın inamını qırdılar. Ölkəni bu təhlükədən qurtaran, xalqın inamını bərpa edən Ulu Öndər Heydər Əliyev oldu. Xalqın inam yeri təkcə Heydər Əliyev idi. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək dövləti yox olmaqdan xilas etdi. Heydər Əliyevin 1993-cü ildə Ali Sovetə rəhbər seçilməsi bizim xalq, dövlət olaraq yox olmaqdan, təhlükələrdən qurtuluşumuz oldu. Qurtuluş Azərbaycan xalqının müasir dünyada özünə yer tutmasının bayramıdır. Heydər Əliyev olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı. Heydər Əliyev müstəqil Azərbaycanın bünövrəsini, əsasını yaratdı. Tarix Ulu Öndər Heydər Əliyev siyasətinin nə qədər doğru olduğunu sübut etdi. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

21 İyun 10:28
May ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 108 min nəfərdən çox olub
21 İyun 10:14
Azərbaycana yay gəlib
21 İyun 10:03
Qardaşlıq nümunəsi
21 İyun 09:42
“Avro-2020”: Bu gün Avropa çempionatının qrup mərhələsinin III turunun daha dörd oyunu keçiriləcək
21 İyun 09:10
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
21 İyun 08:55
Təhsil sahəsində əməkdaşlıqda da “Bir millət, iki dövlət” fəlsəfəsini əsas götürürük
21 İyun 08:52
Şuşa Bəyannaməsi milli maraqlarımıza tam cavab verən mühüm tarixi sənəddir
21 İyun 08:47
Sübut Əsədov: Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımlar öz bəhrəsini verir
21 İyun 08:46
Şuşa Bəyannaməsi regionun gələcək inkişafının təmin olunması baxımından böyük strateji önəm daşıyır
21 İyun 08:45
Fuad Əliyev: Mina xəritələrinin verilməsi dövlət başçısının qətiyyəti nəticəsində əldə edilən növbəti diplomatik uğurdur
21 İyun 08:44
Arzuman Abdulkərimov: Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri özünün zirvə mərhələsinə qədəm qoydu
21 İyun 08:42
Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər
21 İyun 08:40
Azərbaycanın regionlarında sahibkarlara yeni dəstək mexanizmləri işə salınır
20 İyun 16:47
Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb
20 İyun 16:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu”nda iştirak edib
20 İyun 14:33
Madriddə Azərbaycan diasporu ilə görüş təşkil edilib
20 İyun 14:08
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib
20 İyun 14:03
Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq
20 İyun 14:00
Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb
20 İyun 13:42
XİN: Ermənistanın minaladığı bütün ərazilərin xəritələrini verməkdən imtina etməsi məcburi köçkünlərin geri qayıtmasını ləngidir
19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+20 +24