Təhsil sahəsində əməkdaşlıqda da “Bir millət, iki dövlət” fəlsəfəsini əsas götürürük
21.06.2021 [09:04]
Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün: Türkiyə və Azərbaycan liderləri arasındakı dostluq münasibətləri ikitərəfli əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir
Son illər ərzində bir çox sahələrdə böyük uğurlar qazanan, həyata keçirdiyi uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə aparıcı söz sahibi olan ölkələrdən birinə çevrilən Türkiyə dünyada mütərəqqi və özünəməxsus inkişaf modelinə malik olan qüdrətli dövlət kimi tanınır. Heç şübhəsiz, qazanılan uğurların kökündə həm də elm, təhsil, müasir texnologiyalara sahib olmaq istiqamətində həyata keçirilən siyasət dayanır. Elm və təhsilin inkişafından söz düşmüşkən bildirək ki, bu sahədə beş il öncə qurulan Türkiyə Maarif Vəqfinin də üzərinə mühüm vəzifələr düşür.
Türkiyənin beynəlxalq təhsil qurumu olaraq 44 ölkədə 43 min şagirdə təhsil verən, həmçinin türkcəni elmi metodla tədris edən Türkiyə Maarif Vəqfi Azərbaycanda da genişmiqyaslı fəaliyyət göstərməyə hazırlaşır. Elə Türkiyə Maarif Vəqfinin sədri, Prof. Dr Birol Akgünün “Yeni Azərbaycan” qəzetinə müsahibəsində də bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.
“Maarifdə əsas prinsipimiz keyfiyyət, uğur və şəffaflıqdır”
Öncə “Türkiyə Maarif Vəqfi niyə quruldu və hansı işləri görür” sualını cavablandıran Birol Akgün deyib ki, rəhbərlik etdiyi qurum Türkiyə Cümhuriyyətinin adından xaricdə təhsillə bağlı uğurlu fəaliyyət göstərir: “Türkiyə Maarif Vəqfi bu müddət ərzində ümumi insani dəyərləri əsas götürərək keyfiyyətli və ixtisaslı təhsil xidmətləri göstərməkdədir. Ümumiyyətlə, Türkiyə Maarif Vəqfi mövcud olduğu hər bir ölkədə yaxşı təhsil almış, elmi və texnoloji biliklərə sahib, Türk dilində, həmçinin xarici dillərdə səlis danışan, amma, ilk növbədə, öz dilinə və mədəni dəyərlərinə sadiq gənclərin yetişdirilməsini qarşısına məqsəd qoyub. Biz, ilk növbədə, olduğumuz ölkələrin dilini və yerli tədris proqramını izləyirik. Biz ölkələrin mədəniyyətinə, ədəbiyyatına, tarixinə, sənətinə və dəyərlərinə son dərəcə əhəmiyyət veririk. Çünki öz tarixini, ədəbiyyatını, mədəniyyətini və sənətini bilməyən, ətrafını və digər canlıları sevməyən uşaqlar başqaları üçün də faydalı ola bilməzlər. Xüsusilə bunu bilməyinizi istəyirəm ki, maarifdə əsas prinsipimiz keyfiyyət, uğur və şəffaflıqdır. Qısa müddət ərzində Türkiyə mənşəli qlobal bir təhsil markası halına gələn Türkiyə Maarif Vəqfi millətimizi xaricdə doğru mənbələr və metodlarla təmsil etməklə ölkəmizin güclü imicinə töhfə verməkdədir. Türkiyə Maarif Vəqfi 44 ölkədə 357 təhsil qurumu ilə təhsilin bütün səviyyələrində xidmət göstərməklə yanaşı, digər ölkələrdə də təhsilə dəstək, mədəni tədbirlərlə bağlı işlər görür. Vəqfimizin missiyası, baxışı və fəaliyyətləri BMT-nin “Bütün dünyada davamlı sülhün qorunması” və “2030 davamlı inkişaf üçün keyfiyyətli təhsil” hədəfləri ilə son dərəcə uyğunlaşır”.
“Təhsili, elmi və texnologiyanı insanlıq üçün istifadə etməyi öyrətməliyik”
Dünyanın müxtəlif yerlərində məktəb açmaq, təhsil vermək kimi müqəddəs bir işi həyata keçirən Türkiyə Maarif Vəqfinin bu istiqamətdə daha hansı işləri görəcəyinə dair suala cavabında müsahibimiz öncə bildirib ki, maarif kəlmə olaraq elm, mədəniyyət, təhsil və hikmət deməkdir: “Ancaq bu gün dünyadakı təhsil sistemlərinin köklü bir problemi var. Dünyanın bir çox bölgəsində yüksək təhsil verilməsinə rəğmən, öyrənilən elm, texniki, akademik və bədii bacarıqlardan ölkələrin və bütün bəşəriyyətin ümumi faydaları üçün yetərincə istifadə edilmir. Müasir dünyamızın ehtiyac duyduğu əsas məsələlərdən biri elm və texnologiyadan insanlığın sülh və rifah içində yaşaması üçün istifadə edilməsidir. Bu gün, hər şeydən əvvəl, bilik, bacarıq, texnika və sənətin insanlığın xeyrinə istifadə olunmasını təmin edəcək və insanları həqiqətə aparacaq təhsil anlayışına böyük ehtiyac var. Türkiyə Maarif Vəqfi olaraq bizlər elm və texnologiyanı insanlığın faydası üçün istifadə edəcək yaxşı insanlar yetişdirmək üçün çalışırıq”.
“Azərbaycan dövlətinin və xalqının hər zaman yanımızda olması bizə böyük güc verir”
Bu məqamda xatırladaq ki, ötən ay Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında protokol imzalanıb. Bu protokulun imzalanması fonunda Türkiyə Maarif Vəqfinin Azərbaycandakı gələcək fəaliyyətinə dair sualımızı cavablandıran müsahibimiz “Öncə onu deyim ki, Azərbaycan və Türkiyə sadəcə iki qardaş ölkə deyil. Bu ölkələr “Bir millət, iki dövlət” fəlsəfəsindən güc alaraq bir çox sahələrdə ortaq addımlar atır. Yəni “Bir millət, iki dövlət” kəlamı artıq strateji addımlar üçün əsas rolunu oynayır. Bu baxımdan, təhsildə də “Bir millət, iki dövlət” fəlsəfəsini əsas götürürük. Bir məqamı da xüsusi olaraq vurğulamağı özümə borc bilirəm. Azərbaycan dövlətinin və xalqının hər zaman yanımızda olması bizə böyük güc verir. Eyni zamanda, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Buna misal olaraq 15 iyun çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyə dövləti və xalqı ilə həmrəylik nümayiş etdirməsini, həmçinin ötən il 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini göstərə bilərik. Hazırda isə iki dövlətin ortaq maraqlarına xidmət edərək Türkiyə Maarif Vəqfi olaraq Azərbaycanda da keyfiyyətli təhsil qurumları açmaq istəyirik. Bu məqsədlə üzərində uzun müddətdir işlədiyimiz protokolu Azərbaycandakı səfirimiz Doç.Dr. Cahit Bağcının da iştirakı ilə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevlə birlikdə Bakıda imzaladıq. Bununla da Azərbaycanda Maarif məktəblərinin açılmasına start verəcəyik. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə şeirində “Dinimiz bir, dilimiz bir. Ayımız bir, ilimiz bir. Eşqimiz bir, yolumuz bir Azərbaycan - Türkiyə” deyərək qardaşlığımzı gözəl təsvir edib. Bizim də məqsədimiz bu fəlsəfəyə xidmət etməkdir” deyib.
“Azərbaycanın Vətən müharibəsindəki zəfəri Türk dünyasına böyük mənəvi ruh verdi”
Birol Akgün onu da bildirib ki, Türkiyə və Azərbaycan liderləri arasındakı dostluq münasibətləri ikitərəfli əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir: “Türkiyə Maarif Vəqfi olaraq bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün çalışırıq. Hesab edirəm ki, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin təhsil sahəsində əməkdaşlıq etməsindən, azərbaycanlı gənclərin Türkiyə universietlərində təhsil almasından, Türkiyənin Maarif məktəbləri keyfiyyətini Azərbaycana gətirməsindən təbii heç nə ola bilməz. Burada təməl prinsipimiz budur: Açıq və şəffaf olacağıq. Dövlətlərin qarşılıqlı icazəsi və razılaşması ilə fəaliyyət göstərəcəyik. Çünki bir ölkədə Maarif məktəblərinin açılması zamanı həmin dövlətin müvafiq qurumlarının razılığını, valideynlərin təqdirini, uşaqların isə sevgisini qazanmaq bizim üçün böyük əhəmiyyət kəsb edir. Təhsilin gizli və qaranlıq işlərə alət edilməsinin kimsəyə xeyir vermədiyini hər birimiz gördük. Bununla bağlı Türkiyənin ötən dönəmlərdə üzləşdiyi problemlərə qardaş ölkələrimizin də tuş gəlməsini istəmirik”.
Müsahibəsində ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edən Birol Akgün qələbə xəbərinin yüksək sevinclə qarşılandığını bildirib: “Mən bir daha qəzetinizin yaratdığı imkandan istifadə edərək bu tarixi Zəfər münasibətilə qardaş Azərbaycan dövlətini və xalqını təbrik edirəm. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri Türk dünyasına böyük mənəvi ruh verdi”.
“Təhsil Türk dünyasını bir-birinə daha çox yaxınlaşdıracaq”
“Yaşadığımız dövrdə cərəyan edən proseslər, eyni zamanda, Türk dünyasında inteqrasiyasının daha da dərinləşməsini, əməkdaşlığın güclənməsini zəruri edir. Bəs təhsil sahəsində əməkdaşlıq Türk dünyası üçün necə bir gələcək vəd edir” sualına cavablandıran Birol Akgün deyib ki, təhsil Türk dünyasını bir-birinə daha çox yaxınlaşdıracaq.
Konkret olaraq Türkiyə Maarif Vəqfinin bu istiqamətdəki fəaliyyətinə gəlincə, Birol Akgün “2019-cu ildə Bakıda keçirilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yeddinci Zirvə görüşündə dövlət və hökumət başçılarına müraciət edən cənab Prezidentimiz Maarif Vəqfi vasitəsilə Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq etməyin vacibliyini açıq şəkildə vurğuladı. Biz də bu istiqamətdə işləyirik. Türk dünyasında ilk təhsil müqaviləmizi qardaş Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə imzaladıq və bu ölkədə 1220 şagird yerlik ilk məktəbimiz sentyabrın 1-də fəaliyyətə başlayacaq. Bişkekdəki məktəbimizdə həm Qırğızıstan, həm də beynəlxalq tədris proqramı tətbiq ediləcək. Tələbələrimiz əvvəlcə ana dilini, qırğız dilini, daha sonra türk, rus və ingilis dillərini öyrənəcəklər. Azərbaycana gəlincə, yuxarıda qeyd etdiyim kimi, əməkdaşlıq protokolunu yeni imzaladıq. Eyni zamanda, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Qazaxıstan və Özbəkistanla danışıqları davam etdiririk. Ayrıca, ABŞ, Avropa, Avstraliya, Rumıniya, Gürcüstan və ümumilkdə, türk əhalisinin yaşadığı ölkələr və bölgələrdəki Maarif məktəblərimiz, verdikləri keyfiyyətli türkcə təhsillə bu sahədəki ehtiyacın qarşılanmasına yardım edir”, - deyə bildirib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

