Ana səhifə »  Müsahibə »  Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda yeni iqtisadi hadisədir
A+   Yenilə  A-
Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda yeni iqtisadi hadisədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının (AİZ) təməli qoyuldu. Bu layihənin ölkə iqtisadiyyatında hansı əhəmiyyəti vardır?
- Azərbaycan iqtisadiyyatı son illər müasir inkişaf yolu ilə yeni trendlərə uyğun irəliləməkdədir. Ölkəmizdə innovativ iqtisadiyat quruculuğuna uyğun olaraq ən qabaqcıl və mükəmməl iqtisadi modellər tətbiq olunur, dünyada geniş yayılmış müasir rəqəmsal texnologiyalar sənaye cəmiyyətində geniş yayılır, iqtisadiyyatın idarəetmə prinsipləri tamamilə yeni çağırışların ahənginə uyğun nizamlanır. Sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Bu baxımdan, ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş meydan yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir.
Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Ümumi sahəsi 850 hektar olacaq AİZ-in 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu, o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək.
- Ələt AİZ-də sərmayəçilərin geniş axınını təmin etmək üçün hansı güzəştlər və iqtisadi stimullar nəzərdə tutulub?
- Beynəlxalq təcrübədə geniş yer alan Azad İqtisadi Zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq AİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən, bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmlərini hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq.
Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər - müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texniki tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri - subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına - birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər. AİZ-də administrativ (inzibati) güzəştlər - müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə giriş və çıxış prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.
Ələt AİZ-də geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq. Azad Zonada fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. AİZ-də dövlətin də hərtərəfli dəstəyi olacaq.
- AİZ-in fəaliyyətinin Azərbaycanın qeyri-neft sektorunun inkişafında hansı təsirlərini proqnozlaşdırmaq mümkündür?
- Bu zona əsas etibarilə industrial cəmiyyətin, elmi texnologiyalara və dördüncü sənaye inqilabının tələblərinə əsaslanan çoxşaxəli iqtisadi layihədir və bu modelin əsas hədəfi də qeyri-neft iqtisadiyyatının inkişafına dərin töhfə verməkdir. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi yeni qeyri-neft siyasətinin əsas hədfələridir. Bu baxımdan, AİZ Azərbaycanın neft iqtisadiyyatının gələcək inkişafında yeni nəfəsin açılması deməkdir, nefti əvəz edən genişhəcmli gəlir əldəetmə sektorunun möhkəmlənməsinin təmin edilməsidir. Ələtdə onlarla sənaye müəssisəsi yaradılacaq, dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsal olunacaq. Bu layihələrin icrası sayəsində qeyri-neft sektorunun əsas aparıcı bölməsinə çevrilməklə qeyri-neft məhsullarının ixrac imkanlarının genişlənməsinə dərin töhfə verəcək. Azərbaycana böyük iqtisadi dividendlər, qeyri-neft valyutasının axını təmin olunacaq. Onu da nəzərə almaq lazımdır ki, Ələt Azərbaycanın ən mühüm strateji tranzit nöqtələrindən birinə çevrilməkdədir və bu baxımdan AİZ Azərbaycanın Cənubi Qafqazda sürətli inkişafını böyüdəcək və ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. AİZ-in təşkili dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ələt AİZ, Qaradağ rayonunun sosial-iqtisadi inkişafına da dərin töhfə verəcək.
- Aydın müəllim, AİZ-in coğrafi - ərazi baxımından Ələtdə yerləşməsinin səbəbini necə izah edərdiniz?
- AİZ-in yerinin Ələtdə seçilməsi də təsadüfi deyil. Ələtin yerləşdiyi Qaradağ rayonu hazırda Azərbaycanın ən strateji logistika-nəqliyyat mərkəzlərindən biri hesab edilir və coğrafi baxımdan tranzitlərin qovşağıdır. Bu ərazi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi bu ərazinin gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Ələt həm də Qaradağın coğrafi baxımdan əlverişli və ərazisində böyük boş torpaq sahələrinin olmasına görə fərqlənir. Bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Bu ərazidə beynəlxalq dəhlizlər yerləşir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Bütün bu amillər Ələtin regional və beynəlxalq coğrafi statusunu formalaşdırıb. Məhz buna görə AİZ-in təşkilində ən münasib ərazi kimi Ələt seçilibdir.
Beləliklə, Ələt AİZ-nin Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Şimal, Cənub, Şərq və Qərb istiqamətləri üzrə dəhlizlərin, quru, su və hava nəqliyyatı qovşaqlarının burada yerləşməsi Ələtədə böyük və genişşəbəkəli logistik zəncirin formalaşdırılmasına səbəb olacaq.

 
  • Oxunub:  4620  |  
  • Tarix:  03-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir
04 Avqust 15:33
Vətən müharibəsində ağır yaralanan daha 3 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
04 Avqust 15:27
Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
04 Avqust 15:26
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq əlaqələri genişlənir
04 Avqust 15:21
Yunus Əmrə İnstitutu Azərbaycan Texniki Universitetində türk dilinin tədrisini həyata keçirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26