Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan uğurları ilə bütün dünyada tanınır

Azərbaycan uğurları ilə bütün dünyada tanınır

30.06.2010 [10:14]

Ağacan Abiyev: Əgər başqa ölkələrin parlamentlərində baş verən olaylara nəzərə salsaq, onda bizim millət
vəkillərinin nə qədər nümunəvi fəaliyyət göstərdiyinin, yüksək siyasi mədəniyyətə malik olduğunun şahidi olarıq
Milli Məclisin İntizam komissiyasının sədri, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev www.yap.org.az saytına müsahibə verib:
- Ağacan müəllim, bu yaxınlarda Milli Məclisin yaz və növbədənkənar sessiyaları öz işini başa vurdu. Necə hesab edirsiniz, parlament bu müddət ərzində qarşıya qoyduğu iş planını hansı səviyyədə yerinə yetirdi?
- Parlament həm yaz, həm də növbədənkənar sessiyaları çərçivəsində qarşıya qoyulmuş vəzifələri yerinə yetirib. Bilirsiniz ki, parlament ali qanunverici orqan olaraq dövlət hakimiyyətində önəmli yer tutur. ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafı üçün çoxsaylı vacib qanunlar qəbul edilib. Eyni zamanda, zəruri hallarda bəzi qanunlara müvafiq dəyişikliklər olunub. Təbii ki, bu dəyişikliklərin hamısı qanunlarımızın daha mütərəqqi, daha işlək olmasına xidmət edir. Hesab edirəm ki, Milli Məclisin bu dövrdəki fəaliyyətini uğurlu saymaq olar. Milli Məclisin növbədənkənar sessiyası zamanı hesab edirəm ki, qəbul olunmuş ən mühüm sənədlərdən biri “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər haqqında Qanun oldu. Yeri gəlmişkən, qeyd edim ki, dəyişikliklərə əsasən 2010-cu il dövlət büdcəsi gəlirləri 1, 490 milyon manat artırılaraq 11, 505 milyon manata çatdırıldı. Cari ilin dövlət büdcəsi xərcləri isə 12 275,3 milyon manata çatdırıldı. Bu da 2010-cu ildə təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 9 faiz, 2009-cu ilin faktiki icrasına nisbətən 16,1 faiz çoxdur. Hesab edirəm ki, bu artım nəticəsində yeni investisiya layihələri həyata keçiriləcək, əhalinin sosial rifahının daha da yüksəlməsi istiqamətində addımlar atılacaq. Bundan başqa, bir çox sahələri əhatə edən mühüm qanunlar da millət vəkillərin müzakirəsinə təqdim olunaraq qəbul edilib. Mən bu sessiyalar çərçivəsində həmkarlarımın fəaliyyətini yaxşı qiymətləndirirəm.
- Siz Milli Məclisin İntizam komissiyasının sədrisiniz. Nəzərə alsaq ki, hazırkı üçüncü çağırış parlamentin 5 illik fəaliyyəti başa çatmaq üzrədir, onda rəhbərlik etdiyiniz komissiyanın da fəaliyyətinə qiymət vermək mümkündür. ümumiyyətlə, bu müddət ərzində parlamentdə intizam məsələlərinə nə dərəcədə riayət olunub?
- Heç kəsə sirr deyil ki, müstəqilliyimizin ilk illərində, Milli Məclisdə bu orqanın statusuna, imicinə yaraşmayan olaylar yaşanırdı. Amma sonradan bu hadisələrə demək olar ki, son qoyuldu. Milli Məclisdə yaradılan qayda - qanun deputatların daha əlverişli şəraitdə və daha keyfiyyətli şəkildə fəaliyyətinə imkan verdi. Bu çağırışda da Milli Məclisdə nizam-intizam məsələlərində hər hansı problem yaşanmadı. Bəzi xırda məsələlər baş vermiş olsa da, bu ümumi işə mənfi təsir göstərmədi. ötən 5 il ərzində İntizam komissiyasının yalnız bir iclası keçirilib və bir deputat haqqında ciddi ölçü götürülüb. Bu halı istisna etməklə, deputatlar arasında hansısa qanun, intizam pozuntusu halı baş verməyib. Hərdən bəzi KİV nümayəndələri mənə hansısa deputatların tez-tez iclaslarda iştirak etmədikləri ilə bağlı sual verirlər. Amma bu iddiaların heç bir əsası yoxdur. çünki millət vəkillərimiz mütəmadi olaraq ezamiyyətlərdə, xarici səfərlərdə olurlar. Xüsusilə, beynəlxalq təşkilatların tədbirlərində iştirak edən deputatların fəaliyyətini qeyd etmək istəyirəm. Onlar həmin təşkilatlarda müstəqil dövlətimizi təmsil edir, ölkəmizin maraqlarını müdafiə edirlər. Hətta mən özüm də bəzən olur ki, hansısa beynəlxalq səviyyəli tədbirdə iştirak edirəm və parlamentin iclasında iştirak edə bilmirəm. Hesab edirəm ki, bu halları üzrlü saymaq olar və deputatların iclaslarda iştirakı qənaətbəxşdir. Bir sözlə sevindirici haldır ki, İntizam komissiyası işsiz qalıb. Əgər başqa ölkələrin parlamentlərində baş verən olaylara nəzərə salsaq, onda bizim millət vəkillərinin nə qədər nümunəvi fəaliyyət göstərdiyinin, yüksək siyasi mədəniyyətə malik olduğunun şahidi olarıq.
- Parlamentin Elm və təhsil komitəsinin üzvü kimi təhsil sistemində aparılan islahatlar haqqında nə deyə bilərsiniz? Sizcə, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin yaradılmasının hansı üstünlükləri var?
- Biz XXI əsrdə yaşayırıq və bəzi məsələlərə konservativ yanaşmaq doğru olmazdı. Daha mütərəqqi, bizi daha çox inkişafa aparacaq ideyalara daim açıq olmalıyıq. Eyni zamanda, təhsil elə bir sahədir ki, daim yeniliklər və inkişaf tələb edir. Biz də təhsilimizi necə inkişaf etdirə bilərik, gənclərimizi necə daha peşəkar, daha intellektual səviyyəyə çatdıra bilərik, bu barədə düşünməliyik. Təbii ki, köhnə sovet təhsil sisteminin müəyyən müsbət tərəfləri var idi. Amma bu gün bütün dünya daha mütərəqqi prinsiplər üzərində öz təhsillərini qururlar. Qaldı ki, fərdi maliyyələşmə sisteminin tətbiqinə, mən xatırlatmaq istərdim ki, bu yaxınlarda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təhsildə fərdi maliyyələşmə məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Mən bu müşavirəni, müzakirə olunan məsələləri, səsləndirilən fikirləri çox yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Azərbaycan hökuməti təhsil siyasətinə, təhsilimizin inkişafına çox böyük əhəmiyyət verir. Bu sahədə böyük dövlət proqramları qəbul edilib və mühüm nailiyyətlər qazanılıb. Yüksək biliyə malik bacarıqlı tələbələr dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrdə təhsil alırlar. Həmçinin, bu tələbələrin ölkə daxilində, öz universitetlərimizdə də yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Bir növ dövlət bu tələbələrin təhsil almasını maliyyələşdirir. Amma nisbətən, zəif hazırlıqlı tələbələr öz hesablarına təhsil alırlar. Bunu da təbii qarşılamaq lazımdır. çünki Azərbaycan dünyaya inteqrasiya edir, eyni zamanda, təhsil sistemimiz də dünya təhsil sisteminə uyğunlaşdırılır. Dünyanın güclü ölkələri, inkişaf etmiş ölkələrinin tətbiq etdiyi və böyük nailiyyətlər əldə etdiyi bir sistemi Azərbaycanda da gerçəkləşdirmək bizə yalnız uğur gətirə bilər. Bu məsələnin tətbiqi həm də rəqabəti artıracaq və rəqabət olan yerdə inkişaf da olur. Ona görə də, hesab edirəm ki, təhsil sistemində fərdi maliyyələşməni tətbiq etmək lazımdır və bunun müsbət nəticələrini gələcəkdə daha yaxşı görmək mümkün olacaq.

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30