Ali Baş Komandan doğru bildiyi zamanda düşmənə savaş elan etdi
05.11.2021 [10:56]
“Qarabağ savaşı razılıqla baş tutub”-deyənlərə “göz yuman”lar niyə 28 il gözləyirdilər ki?
Azərbaycan əsgərinin, zabitinin, bütövlükdə Ordusunun Qarabağı düşməndən azad etməsi faktına kölgə salacaq fikirlərdən, tezislərdən, arqumentlərdən uzaq olmaq lazımdır
44 günlük Milli Qürur Savaşımızın, müqəddəs müharibəmizin ildönümü yaxınlaşır. Hadisələrə bir qədər uzaqdan baxınca, müharibə barədə fikir mübadiləsi apararkən cəmiyyətdə müxtəlif mülahizələr səslənir. Bu müharibəyə “izn verilməsi” tezisi xalq olaraq tərəfimizdən qəbul olunmasa da, bu fikri ortaya atıb, qələbəmizə kölgə salmaq istəyənlər var. “Qarabağ savaşı razılıqla baş tutub” çirkin tezisinə müxalifət partiyasının da yanaşmasını öyrənmək istədik. Müsahibimiz siyasi ekspert, AY Partiya başqanının müavini Rəşad Bakuvidir.
- Bəzi qüvvələr cəmiyyəti inandırmağa çalışırlar ki, Azərbaycan mövcud geosiyasi reallıqları qəbul etməlidir. Yaxud Rusiyanın torpaqlarımızda müvəqqəti yerləşdirilmiş sülhməramlı qoşunları barədə hər fikir populizm təəssüratı yaradır və s.
- Əvvəla, özünü siyasət adamı hesab edən, siyasətlə məşğul olan hər kəs başa düşməlidir ki, “populizm” sözünün özü siyasi termindir və siyasətçinin populist tezislərinin olması normaldır. Populizm - xalqın maraqlarının cəmiyyətdə hər hansı cəhətdən məhdudlaşdırılmasının qarşısının alınması və xalqın xeyrini düşündüyünü önə sürərək edilən fəlsəfi çıxış və ya ifadədir. Əsasən siyasi partiyaların hakimiyyətə gəlmək üçün istifadə etdikləri üsuldur. Başqa sözlə, populizm demokratiyanın olmadığını və ya demokratiyanın zəif nöqtələrini göstərərək, mövcud ideologiyaya qarşı çıxmaq, onu tənqid etmək deməkdir.
İndi gələk əsas məsələyə. Mən xatırlatmaq istəyirəm ki, Ermənistan-Rusiya hərbi maşını birlikdə Azərbaycan ordusunu öz suveren ərazilərindən qovaraq, 28 il ərzində səngərin bir ucunu Murovda, bir ucunu Tərtərdə, bir ucunu Ağcabədi-Xocavənd sınırında, bir ucunu da Füzuli rayonunun qurtaracağında qazmışdı. Nə az, nə çox, düz 28 il. O illərdə reallıq, status-kvo ondan ibarət idi ki, biz öz torpaqlarımıza doğru 1 kilometr belə, irəliləyə bilmirdik. Onda belə çıxır ki, həmin vəziyyətlə barışmalı idik, Rusiyanın və digər ölkələrin bizə zorən qəbul etdirməyə çalışdıqları “reallıqlara” boyun əyib, hansısa xain sülh müqaviləsi ilə torpaqlarımızın ermənilərə bağışlanmasına razı olmalıydıq?
Əvəzində biz nə etdik? Ali Baş Komandan siyasi iradə nümayiş etdirməklə, Ordunu gücləndirməklə, arsenalımızı müasir silahlarla təchiz etməklə, doğru müttəfiqlər seçərək, o cümlədən xalqın, cəmiyyətin, siyasi partiyaların həmrəyliyi fonunda doğru bildiyi zamanda düşmənə savaş elan etdi, bununla da Rusiyanın, ABŞ-ın, Fransanın və Ermənistanın bütün məkrli oyunbazlıqlarını, planlarını pozduq, darmadağın elədik, coğrafiyanın gerçək sahibinin kim olduğunu bütün dünyaya sübut etdik. Kimsə düşünməsin ki, guya II Qarabağ Savaşı kimlərinsə göz yumması, icazəsi, razılığı əsasında baş tutub. Belə razılıq, göz yummaq, ürəkağrısı, rəhm, sevgi, mərhəmət azərbaycanlılara qarşı var idisə, o zaman həmin dövlətlər niyə 28 il gözləyirdilər ki? Göz yumaydılar, biz də gedib torpaqlarımızı işğaldan azad edərdik! Bəzən insanlar elə sakit, rahat danışırlar ki, elə bil gerçəkdən hər şey bu qəliz regionda elə Moskva üçün də, Vaşinqton üçün də, Paris üçün də bir udum su kimi sadə imiş, elə danışırlar, sanki daşları oyun taxtasına özləri düzüblər...
- Sadə deyil, bu məlumdur. Bəs onsuz da qəliz vəziyyəti bir az da qəlizləşdirən kim idi?
- Əgər sadə olsaydı, hələ ötən il, müharibənin başlamasına bir ay qalmış Sergey Lavrov tələsikliyə, əl-ayağa düşüb Azərbaycana heç bir halda sərf etməyən “5+2 həlli”ni təklif etməzdi, bəri başdan əl sıxıb, “gedin torpaqlarınızı düşmən bildiklərinizdən təmizləyin” deyərdi. Əgər Moskva üçün hər şey o qədər rahat idisə, 44 günlük savaşın gedişatında üç dəfə atəşkəsə cəhd olunmazdı. Niyə çox uzağa gedirik, əgər Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə göz yuman olsaydılar, bunu məhz vəziyyətin kritik həddə qədər qəlizləşdiyi 2016-cı il 4 günlük Aprel Savaşında edərdi, halbuki, etdiyi iş, sadəcə başlayan savaşı dayandırmaq və irəliləyən Azərbaycan Ordusunu xahiş-minnətlə durdurmaq oldu. Fakt budur ki, dünya ölkələri Azərbaycana qarşı hər zaman ikili oynayıb və öz torpaqlarını işğaldan azad etməsini istəməyib.
Rəsmi Kremldən olsaydı, Azərbaycan Ordusunun nə Lələtəpədən, nə Tərtərdən, nə də Murovdan o yana 5 km irəliləməsi mümkün olmazdı, yaxud çox çətin olardı. Azərbaycan dövləti bütün xalqı, cəmiyyəti, siyasi cameəni mobilizə edərək, Ordunu vacib döyüşə hazırlayaraq müttəfiqləri qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna və Böyük Britaniya ilə birlikdə 30 illik ədalətsizliyə son qoydu, Qarabağda qeyri-qanuni erməni hərbi dominantlığını darmadağın etdi.
Müharibənin gedişində Rusiyanın müvəqqəti sülhməramlı kontingenti ilə Qarabağa yerləşməsini isə, nə qədər də arzulamasaq da, istəməsək də, mütləq ki, bunun da hansısa əsaslı səbəbi olub. Bildiyimiz Rusiya beynəlxalq hüquqa məhəl qoymayaraq, hər yerə har hansı şərtlər olmadan birbaşa hərbi müdaxilə edir, necə ki Gürcüstana, Ukraynaya etmişdi. Ancaq Azərbaycana daxil olmaq üçün Ağdam, Laçın, Kəlbəcərin qansız, çəhidsiz azad olunması bir yana, üstəlik Zəngəzur dəhlizi, Türkiyənin Azərbaycanın hərbi-siyasi müttəfiqi kimi tanınması da şərtlər arasında idi.
- Qarabağda zəfərimizin elə “özümüzünkülər” tərəfindən həzm edilməməsinin də yəqin bir səbəbi var...
- Azərbaycan əsgərinin, zabitinin, bütövlükdə Ordusunun Qarabağı düşməndən azad etməsi faktına kölgə salacaq fikirlərdən, tezislərdən, arqumentlərdən uzaq olmaq lazımdır. Bunu danışan adamların ya baş verənlərdən zərrə qədər məlumatı yoxdur, ya da özlərini artistliyə qoyur, qərəzli yanaşma ilə süni gündəm yaratmağa cəhd edirlər.
II Qarabağ müharibəsinin tarixi zəfərlə bitməsinin Azərbaycanda ortağı çoxdur. Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuz, xalqımız, cəmiyyətimiz, siyasi institutlarımız, partiyalarımız, mediamız başımızı dikəldən, alnımızı ləkədən təmizləyən bu qələbənin memarı olmağı bacardılar.
Qarabağı dağ kimi xalqına söykənən Azərbaycan Ordusu dişiylə-dırnağıyla işğaldan azad edib! Məhz elə Moskvaya, Vaşinqtona, Parisə rəğmən işğaldan azad edib, Azərbaycan generalları, hərbi gücü və döyüşməyi bacaran qəhrəman oğulları öz canı, qanı ilə azad edib torpaqlarımızı. Hər kəs bunu belə bilsin.
İlhamə
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

