Ermənistan Kəlbəcərdən zəmanət kimi istifadə etmək istəyir
15.07.2010 [08:16]
“Trend”-in Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru, Stokholmdakı Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun təsisçisi Svante Kornellə (Svante Cornell) xüsusi olaraq “Yeni Azərbaycan” qəzeti üçün müsahibəsi:
- Sizin fikrinizcə, Türkiyə - Ermənistan yaxınlaşması prosesinin ölü nöqtədən tərpənməsi nə dərəcədə mümkündür? Bu nədən asılıdır?
- Bu az inandırıcıdır. Türkiyənin mövqeyi aydındır. Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləyiş olmadan normallaşma prosesi davam etdirilməyəcək. Hələ ki, belə irəliləyiş müşahidə olunmur, mən yaxın vaxtlarda Türkiyənin mövqeyində dəyişiklik üçün səbəb görmürəm.
- İyulun 16-17-də Almatıda ATƏT XİNŞ-in iclası keçiriləcək. Orada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün keçiriləcəyi gözlənilir. Sizin fikrinizcə, qarşıdakı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyiş gözləmək mümkündürmü?
- Qarşıdakı görüşdən əhəmiyyətli irəliləyiş gözləmirəm. Son 15 il ərzində adamların danışıqlar prosesindən irəliləyiş gözlədikləri və məyus olmaları ilə bağlı çoxlu hal olub. Mən səbəb görmürəm, nə üçün, məhz indiki məqamda, nəsə nəticə gözləməyə dəyər? Ermənistanda, Azərbaycanda və ya beynəlxalq arenada nə dəyişib ki, danışıqlar birdən-birə uğurlu olsun?
Belə imkan Gürcüstandakı münaqişədən dərhal sonra, hər iki dövlətin irəliləyişin olması zəruriliyini hiss edəndə olmuşdu. Lakin təəssüf ki, problemlərdən biri Barak Obama administrasiyasının diqqətini Qarabağ məsələsinə deyil, Türkiyə - Ermənistan yaxınlaşmasına cəmləşdirmək barədə qərarı oldu ki, bu da Azərbaycanla Ermənistan arasında danışıqlara tamamilə mənfi təsir etdi.
Bunun nəticəsində bu gün tərəflər arasında etimadın səviyyəsi azalıb, qoşunların təmas xəttində silahlı insidentlər çoxalıb ki, bu da qeyri-sabit vəziyyət yaradır. Mən həm də münaqişənin həllinə kifayət qədər beynəlxalq maraq və dəstək görmürəm. Qafqazın regional siyasətində aydın olmayan məqamlar çoxdur və bu da tərəflərə ciddi nəticələrə doğru hərəkət etmək üçün özünü kifayət qədər təhlükəsiz hiss etməyə imkan vermir.
Son illər ərzində Qafqaz regionu dəyişib. Burada əsas rolu Gürcüstan, eləcə də, Türkiyənin Qafqaza qayıdışı, lakin əvvəlkindən fərqli qayıdışı (Qərbdən daha çox Rusiya ilə koordinasiyalarla, eləcə də, Türkiyə-Ermənistan yaxınlaşması ideyası ilə, bu da Azərbaycanın xarici siyasətinin əsas parametrlərini dəyişib) oynayıb. Birləşmiş Ştatların regiona marağı da sual doğurur.
Gürcüstanla münaqişədən sonra, özünü müsbət qüvvə kimi göstərməyə çalışan Rusiyanın da mövqeyi aydın deyil. Bu, kimisə qane edibmi, bu da sual altındadır. Beləliklə, bütün bu suallar havadan asılı vəziyyətdə qalıb. Danışıqları aparanlar üçün bu qədər anlaşılmazlıqların olduğu şəraitdə fəaliyyət göstərmək çətindir. Müxtəlif tərəflərin mövqeləri necədir, onların münasibətləri necədir, kim güclüdür, kim zəif? Və Azərbaycan üçün birinci növbəli əhəmiyyətli sual: müttəfiqlərdən hansına o, bel bağlaya bilər. Eyni sualla Ermənistan da müraciət edir: o, kimə inana bilər? Bütün bunlar danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunması üçün çətinlik yaradır.
- Beynəlxalq birliyin marağının kifayət qədər olmamasının səbəbi nədədir?
- Bunun bir sıra səbəbləri var. Birinci səbəb ondadır ki, uğursuzluğu aydın olan ATƏT-in Minsk qrupu bu münaqişədə danışıqların əsas mexanizmi olaraq qalmaqda davam edir. Son 15 il aydın şəkildə göstərdi iki, Minsk qrupu münaqişənin həll olunmasına kömək üçün yararlı alət deyil və daha yüksək səviyyələrdə cəlbedilmələr zəruridir. Düşünürəm ki, bunsuz heç nə baş verməyəcək. Hesab edirəm ki, əsas siyasi qüvvələr bu münaqişənin həllini öz fəaliyyətlərinin prioritet istiqaməti edilməsinə yetərincə maraq göstərmirlər.
- Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, Almatıdakı danışıqlarda əsas diqqət Kəlbəcər və Laçının “5+2” formatında digər beş rayonla birgə qaytarılması məsələsinə ayrılacaq. Nazirin sözlərinə görə, həm də beş rayonun qaytarılma məsələsi artıq həll olunub və müzakirə olunmayacaq. Kəlbəcər və Laçının işğaldan azad olunması şərtilə, Ermənistanın Azərbaycanın bütün yeddi rayonunu azad edəcəyinə ümid etmək olarmı?
- Xatırlamaq vacibdir ki, bütün bunlar çox qeyri-müəyyəndir. Məsələnin reallığı ondadır ki, sülh razılaşmasının müxtəlif mərhələləri hansı ardıcıllıqla həyata keçiriləcək. Düşünürəm, məhz bu, bugünkü danışıqların predmetidir. Ağdamın şimalınadək beş rayonun qaytarılması ilə bağlı məsələ heç vaxt olmayıb; həmişə Kəlbəcər və Laçınla bağlı çoxlu suallar yaranıb, axı ermənilər Qarabağı Ermənistanla birləşdirəcək dəhlizin saxlanılmasında maraqlıdırlar. Ermənilərin nöqteyi-nəzərincə, Kəlbəcər rayonu ilə bağlı məsələ Dağlıq Qarabağın statusu ilə bağlıdır. Qarabağın statusu məsələsinin gələcəkdə sülh prosesi zamanı, sadəcə olaraq, nəzərə alınmamasına yol verməmək üçün Ermənistan Kəlbəcərdən zəmanət kimi istifadə etmək istəyir.
İşğaldan azad olunma bir məsələdir. Digər məsələ ondadır ki, erməni işğalı nə ilə əvəzlənəcək: Azərbaycan administrasiyası olacaqmı; sülhməramlı qüvvələr cəlb olunacaqmı; bu regionlarda təhlükəsizlik normaları və hərbi qüvvələr necə tənzimlənəcək? Düşünürəm, bütün bu məsələlər gündəlikdə problemli olaraq qalır.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

