Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın böyük perspektivləri var
09.10.2010 [12:35]
Bakıda öz işini davam etdirən IV Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisində ən böyük milli pavilyonlardan biri də Türkiyə Cümhuriyyətinə məxsusdur. Qardaş ölkənin stendlərində 15 nüfuzlu universitet öz xidmətlərini ziyarətçilərə təqdim edir. Bunların arasında özünün səliqə-səhmanı ilə seçilən, eləcə də, ziyarətçilərin böyük marağına səbəb olan ali təhsil müəssisələrindən biri də İzmir İqtisad Universitetidir. Universitetin qurulmasında yaxından iştirak edənlərdən biri- həmyerlimiz, Fənn-ədəbiyyat fakültəsinin dekanı İsmixan Bayramoğlu və universitetin təhsil məsələləri üzrə müdiri Nərgiz Filiz ziyarətçilərə böyük həvəslə bu təhsil müəssisəsinin özəllikləri barədə məlumatlar verirdi. Fürsətdən istifadə edib, onlardan sərgi haqda təəssüratlarını “Yeni Azərbaycan”la da bölüşməyi xahiş etdik.
- Bakıda keçirilən ənənəvi sərgilərdə İzmir İqtisad Universiteti gərək ki, ilk dəfə iştirak edir?
Nərgiz Filiz: -Doğrudur, bu, artıq 4-cü dəfə keçirilən “Təhsil və Karyera” sərgisində bizim ilk iştirakımızdır. Amma buna baxmayaraq, bu ilin aprel ayında Bakıda “Hyatt Regency” otelində təhsil sahəsi üzrə digər bir sərgi keçirilirdi. O zaman Azərbaycana gəlmişdim. Budəfəki sərgi daha möhtəşəm, iştirakçıların sayı daha artıq olduğu üçün rəhbərlik tərəfindən belə qərara alındı ki, sərgidə iki nümayəndə ilə təmsil olunaq. Digər tərəfdən isə, Anadolu və Azəri türkcəsi bir-birindən yalnız ləhcə qədər fərqlənsə də, İsmixan müəllim auditoriyanı daha tez ələ almağı bacarır, tələbələrlə asan dil tapır. Odur ki, Bakıya birlikdə gəldik.
İsmixan Bayramoğlu: - Həm də Bakı üçün darıxmışdım, necə olsa, bura mənim Vətənimdir. Doğrudur, dost-tanışla, pedaqoq həmkarlarımla daim telefonla əlaqə saxlayıram. Amma onlarla canlı təmasda olmaq başqadır. Sərginin rəsmi açılışında təhsil naziri Misir Mərdanovla birlikdə stendləri ziyarət edənlər arasında buradakı həmkarlarımı görüb sevindim.
- Sərgidə iştirak etməkdə məqsədiniz, yəqin ki, universitetinizə Azərbaycandan tələbə cəlb etməkdir. ümumiyyətlə, indiyədək nə qədər azərbaycanlı İİU-da təhsil alıb?
İ.B: - Sözsüz ki, bu, belədir. İİU-da çox az sayda azərbaycanlı tələbə oxuyur. Amma bir azərbaycanlı kimi, istəyirəm ki, daha çox soydaşımız burada təhsil alsın. Və mən də əlimdən gələn köməkliyi-buna imkanlarım da var-onlara göstərə bilim.
Burada bir haşiyə çıxmaq istəyirəm. Mən hələ Ankara Universitetində işləyirdim, 1994-cü ya da 1995-ci il idi. Ulu öndərimiz Heydər Əliyev Ankaraya gəlmişdi. O zaman daha gənc idim-33 yaşım var idi. Görüşlərin birində biz-Türkiyədə çalışan ziyalılar da iştirak edirdik. Söhbət təhsildən düşərkən qeyd etdim ki, bizdə-Azərbaycandakı təhsilin səviyyəsi Türkiyədən qat-qat üstündür. O zaman bu kadrları Bakıda da izləmişdilər. Həmkarlarım telefon açıb məni qınadılar ki, “niyə belə risk edirsən, orada oturduğun bəs deyil, hələ bir ölkənin təhsil sistemini tənqid də edirsən”. Amma üstündən az bir müddət keçəndən sonra, Türkiyədə təhsil islahatlarına start verildi. ölkəyə “beyin axını” başladı. Təhsil sistemi dirçəldi və inkişaf etməyə başladı. İndi Türkiyənin təhsil sistemi dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət aparmaq qabiliyyətindədir. Mən istəyirəm ki, bizim azərbaycanlı gənclərimiz də gəlib Türkiyənin ali təhsil ocaqlarının imkanlarından yararlansınlar, öz bilik və bacarıqlarını artırsınlar. Mənim səylərim də bunun üçündür. Bu yolla olsa belə, Vətənim, millətim üçün faydalı işlər görmək istəyirəm.
N.F: - Mən də bir zəruri qeydi etmək istəyirəm. Əvvəlki illərdə Türkiyədə təhsil almaq üçün Azərbaycanda ümumi sınaq imtahanları keçirilirdi. Burada 40 baldan yuxarı nəticə göstərənlər Türkiyə ali məktəblərinə oxumağa göndərilirdi. Artıq yeni qaydalara əsasən, Türkiyə ali məktəblərinə daxil olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etməlidirlər. İmtahanlarda 420 baldan artıq nəticə göstərən abituriyentlər Türkiyənin ali məktəblərində təhsil almaq hüququ qazanırlar. Amma burada daha bir məsələ var-YöK-ün təsdiq etdiyi qaydalara əsasən, bundan belə tələbələri universitetlər özləri seçəcəklər.
Bizim universitetdə təhsil ingilis dilində olduğundan Azərbaycandan olan tələbələrə bir il müddətində ingilis dili öyrədiləcək. Əgər onlar dili mükəmməl səviyyədə qavraya bilsələr, universitet rəhbərliyinin qərarına əsasən, onlar üçün illik təhsil haqqı 50 faizə endiriləcək. Xatırladım ki, universitetdə illik təhsil haqqı 8500 ABŞ dollarıdır. Bundan əlavə, təhsil zamanı bütün tələbələr universitetin xidmətindən yaralana bilir, eləcə də, yataqxana ilə təmin olunurlar.
- Və nəhayət, son sualım. Azərbaycanın təhsil sisteminə bələd olan bir mütəxəssis kimi, ölkəmizdə təhsilin inkişafını necə görürsünüz?
İ.B: - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən uğurlu islahatlar heç şübhəsiz ki, təhsil sisteminin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Odur ki, mən Azərbaycanda təhsil sisteminin gələcəyinə çox nikbin baxıram. Elə götürək dövlət başçısının Sərəncamına uyğun olaraq, hər il minlərlə gəncin xaricdə təhsil almağa göndərilməsinə. Bu ənənənin əsasını vaxtı ilə Ulu öndər Heydər Əliyev qoyub. ötən əsrin 70-80-ci illərində xaricdə təhsil alan gənclərimizin əksəriyyəti bu gün Azərbaycan hökumətinin sükanı arxasındadır. Hesab edirəm ki, son illərdə Avropanın aparıcı ali təhsil məktəblərinə göndərilən gənclərimiz də təhsillərini başa vurduqdan sonra Vətənə dönəcək və dövlətin idarə olunması işinə cəlb olunacaqlar.
Xarici ölkədə yaşayan bir ziyalı kimi, dövlət başçımızın bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirirəm. Yeri gəlmişkən, qeyd edim ki, Prezident İlham Əliyevin fəaliyyəti, Onun yürütdüyü daxili və xarici siyasət Türkiyədə çox diqqətlə izlənilir və dəstəklənir. Məhz bunun nəticəsidir ki, İzmir İqtisad Universitetinin qərarı ilə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ardınca, Azərbaycan Prezidenti İlham Əliyev universitetimizin fəxri doktoru adına layiq görülüb. Bu, bizim üçün-Türkiyədə yaşayan azərbaycanlılar üçün bir qürur hissidir. Mən, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük zirvələr fəth edəcəyinə əminəm.
N.F: - Yeri gəlmişkən, mən də bir məsələyə toxunmaq istərdim. İsmixan müəllim Prezident İlham Əliyevin Sərəncamı ilə xaricdə təhsil alan azərbaycanlı tələbələr məsələsini qeyd etdi. çox istərdim ki, həmin siyahıda Türkiyə universitetlərinin sayı da çox olsun. çünki bu gün Türkiyənin universitetlərində təhsilin səviyyəsi kifayət qədər yüksəkdir. Və bu ali məktəblərdə təhsil alacaq gənclər sabah qardaş Azərbaycanın daha da inkişafına öz töhfələrini vermiş olacaqlar.
- Səmimi söhbət üçün təşəkkür edirik.
N.F: - Biz də qəzetiniz vasitəsilə bütün Azərbaycan xalqına səmimi salamlarımızı yetirir, eləcə də, rifah və xoş güzaran arzulayırıq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

