Azərbaycan-Qazaxıstan dostluğu sarsılmazdır
11.10.2010 [12:36]
Qazaxıstandakı Azərbaycan Mədəni Mərkəzləri Assosiasiyasının sədri Vidadi Salahovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
Xarici ölkədə Vətəni, onun tarixini, milli adət və ənənələrini, mədəniyyətini, milli mətbəxini, həmçinin, onun nailiyyətlərini təbliğ etmək müqəddəs bir işdir. Bu işdə diaspor təşkilatlarımızın üzərinə böyük vəzifə düşür. üç il əvvəl yaranmasına baxmayaraq, Qazaxıstandakı Azərbaycan Mədəni Mərkəzləri Assosiasiyası bu istiqamətdə xeyli iş görüb, Azərbaycanımızı dost ölkədə lazımınca təbliğ edə bilib. Assosiasiyanın sədri, tarix elmləri doktoru Vidadi Salahov Bakıya qısamüddətli səfəri çərçivəsində redaksiyamıza da baş çəkərək, öz təəssüratlarını bizimlə bölüşdü.
- Vidadi müəllim, Qazaxıstandakı Azərbaycan Mədəni Mərkəzləri Assosiasiyasının yaradılması ideyası necə meydana gəldi?
- Qazaxıstan keçmiş SSRİ-yə daxil olan respublikalar arasında Rusiyadan sonra ərazicə ikinci böyük dövlətdir. 14 vilayətdən ibarət olan Qazaxıstan Respublikasında təqribən 300 minədək azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti Sovet imperiyası rəhbərlərinin xalqımıza qarşı apardığı repressiya siyasətinin qurbanı olaraq, ötən əsrin 40-cı illərində buraya sürgün ediliblər. Daha doğrusu, hazırda Qazaxıstanda yaşayan azərbaycanlılar həmin repressiya qurbanlarının demək olar ki, üçüncü nəslidir. Buranı özlərinə vətən saysalar da, qəlblərində başqa bir Vətəni-Azərbaycanı gəzdirirlər. Az bir qism azərbaycanlılar da var ki, onlar buraya keçmiş sovet lideri L.İ.Brejnevin “Xam torpaqlar” ideyasını gerçəkləşdirmək üçün-komsomolun xətti ilə işləməyə gələnlərdir. Hansılar ki, sonradan burada öz gələcək həyatlarını quraraq, ailə-uşaq sahibi olublar.
Paytaxt Astana şəhərinə köçməzdən əvvəl, Almatı şəhərində azərbaycanlıları bir araya gətirəcək diaspor təşkilatı fəaliyyət göstərirdi. Lakin paytaxtın köçürülməsi nəticəsində bütün dövlət strukturları Astana şəhərində yerləşdiyi üçün, diaspor təşkilatlarımızın fəaliyyətinin də buradan koordinasiya edilməsi zərurəti meydana çıxdı. Məlumat üçün bildirim ki, Qazaxıstan rəhbərliyi milli-etnik məsələlərə çox ciddi yanaşır, burada yaşayan etnik xalqların hüquqları tam şəkildə qorunur. ölkə prezidenti Nursultan Nazarbayev, eyni zamanda, Qazaxıstandakı Xalqlar Assambleyasının sədridir. Tez-tez diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə paytaxtda müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bir anlıq təsəvvür edin ki, paytaxtda diaspor təşkilatlarının iştirakı ilə dövlət səviyyəsində hər hansı bir tədbir keçirilir. Qazaxıstanın yeni və əski paytaxtları arasındakı məsafə isə min km-dən çoxdur. Yəni, həm məsafənin uzaqlığı, həm də digər məqamlar işimizin operativliyini əngəlləyirdi. Odur ki, 2007-ci ildə Astana şəhərində belə bir təşkilatın yaradılması haqda qərar qəbul olundu. Həmin ilin noyabr ayında Astanada Qazaxıstanda yaşayan azərbaycanlıların I qurultayı çağırıldı. Qurultayda 14 vilayətdən, eləcə də, Almatı və Astana şəhərlərindən nümayəndələr iştirak edirdi. Yuxarıda sadaladığım amilləri nəzərə alan qurultay iştirakçıları Astanada diasporamızın yeni koordinasiya mərkəzinin yaradılması haqda qərar qəbul etdilər. 2008-ci ilin mayında Astanada keçirilən Azərbaycan diaspor təşkilatlarının II qurultayında isə Qazaxıstandakı Azərbaycan Mədəni Mərkəzləri Assosiasiyası yaradıldı və mən gizli səsvermə yolu ilə assosiasiyasının sədri seçildim.
- Vidadi müəllim, Qazaxıstandakı azərbaycanlılar diaspora işində nə dərəcədə aktivlik göstərirlər?
- öncə onu deyim ki, sıralarımızda ziyalılar üstünlük təşkil edir. Alimlər, professorlar, pedaqoqlar, hərbi və polis sistemində çalışan yüksək rütbəli zabitlər, iş adamları təşkilatımızın üzvləridir. Digər tərəfdən, biz sayı əsas hesab etmirik. Odur ki, nüfuzlu, cəmiyyətdə mövqe tutan, ən əsası Vətənə öz töhfəsini vermək istəyən soydaşlarımız könüllü şəkildə təşkilata üzv yazılırlar. Məhz bunun nəticəsidir ki, Qazaxıstanın hakim dairələrində də təşkilatımız haqda çox yüksək fikir formalaşıb.
Bir misal söyləyim. Bizdə olduğu kimi, Qazaxıstanda da hər il Novruz bayramı, təmtəraqla qeyd edilir. ölkə paytaxtının mərkəzi meydanında ümumi yurtlardan (çadırlar) əlavə, burada yaşayan digər türkdilli xalqlar üçün də çadırlar qurulur. Hərə öz milli mətbəx nümunələrini təqdim edir. Sözsüz ki, bizim xanımlar da səməni cücərdir, şəkərbura, paxlava, qoz-fındıq dolu xonçalar bəziyirlər. Tədbirə qatılan prezident Nursultan Nazarbayev, bayram şənliyini açıq elan etdikdən sonra, digər xalqlar arasında ilk olaraq bizim yurta baş çəkir. Azərbaycanlıların bayramını təbrik edir, bizim təamlardan dadır. Bu, Qazaxıstanın dövlət başçısının Azərbaycan xalqına verdiyi dəyərdən, eyni zamanda, xalqlarımız arasındakı sarsılmaz birlikdən və Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə olan möhkəm dostluq münasibətlərindən irəli gəlir. Bütün bunlar isə soydaşlarımızı təşkilatımızın ətrafında sıx birləşməyə, Vətənimiz üçün kiçik də olsa belə, hansısa bir iş görməyə sövq edir.
Onu da qeyd edim ki, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətləri Assosiasiyası ilə birgə torpaq sahəsinin ayrılması məqsədi ilə Astana şəhər rəhbərliyinə müraciət etmişik. Biz Astana şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan parkın yaradılması və burada Ulu öndərə abidənin qoyulmasına çalışırıq. Məlumat üçün deyim ki, Astanada Heydər Əliyev prospekti var. Şəhərdə ən böyük və ən müasir doğum evi məhz bu küçədə yerləşir. İndi Astanada dünyaya göz açan hər bir Qazaxıstan sakininin sənədlərində onun ilk ünvanı kimi Heydər Əliyev küçəsi göstərilir. Bu, qürurverici bir faktdır.
- Bəs, fəaliyyət göstərdiyiniz müddət ərzində Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına nə kimi töhfələr verə bilmisiniz?
- öncə onu vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. ümummilli liderimiz bir neçə dəfə Qazaxıstanın əski paytaxtında rəsmi səfərdə olmuşdu. Bundan əlavə, paytaxtın köçürülməsi münasibəti ilə 1998-ci ildə Astanada dövlət başçılarının iştirak etdiyi təntənəli mərasimdə iştirak etmişdi. ümumiyyətlə, götürdükdə isə bu iki lideri-Heydər Əliyev və Nursultan Nazarbayevi uzun dostluq əlaqələri birləşdirirdi. ümummilli liderimiz hələ Moskvada- sovet rəhbərliyində çalışarkən onunla tanış olmuşdu və Nursultan Nazarbayev də daim öz fəaliyyətində Ulu öndərin tövsiyələrinə qulaq asardı. Bu dostluq münasibətləri Ulu öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər iki dövlət başçısı qarşılıqlı surətdə həm Bakıda, həm də Astanada rəsmi səfərdə olublar. Bu səfərlər zamanı iki ölkə arasında hərtərəfli əməkdaşlığa dair bir sıra müqavilələr imzalanıb. Yəni, ümumi götürdükdə, dövlətlərarası münasibətlərimiz o qədər yüksək səviyyədə inkişaf edib ki, bizim hansısa xidmətlər göstərməyimizə elə ciddi bir ehtiyac da qalmayıb. Bununla belə, Qazaxıstanda yaşayan soydaşlarımızın Vətənlə olan əlaqələrini möhkəmlətmək, milli mədəniyyətimizin qərib ölkədə təbliği, soydaşlarımızın ana dilində təhsil almalarına kömək etmək üçün müəyyən işlər görürük. Astanada açdığımız “Bazar günü” məktəbində müəllimlərimiz azərbaycanlı uşaqlara öz ana dillərini böyük həvəslə öyrədirlər. Bundan əlavə, rəqs qruplarımız var ki, onlar da sevə-sevə milli rəqslərimizi ifa edirlər, onların unudulmamasına çalışırlar. Bütün bu işlərdə isə Azərbaycandakı müvafiq qurumlar tərəfindən bizə böyük dəstək göstərilir.
Lakin biz əldə olunanlarla kifayətlənmirik. Qarşıda böyük planlarımız var. Layihələrimizdən biri yerli telekanallarda Azərbaycan dilində verilişlərin açılması ilə bağlıdır. Artıq bu istiqamətdə bir neçə telekanalla danışıqlar aparılıb. Hər gün televiziyalarda, eləcə də, yerli radio kanallarında bir neçə saatlıq verilişlər hazırlamağı planlaşdırırıq.
Yeri gəlmişkən, qeyd edim ki, burada həmyerlimiz Əsli Osmanovanı “Qazax dilinin anası” adlandırırlar. Bu adı ona dövlət başçısı Nursultan Nazarbayev verib. çox gözəl pedaqoq-alimdir. Qazax dilini mükəmməl səviyyədə bilir. Bugünkü qazax qrammatik dilinin meydana gəlməsində onun böyük xidmətləri olub.
Bundan əlavə, assosiasiyamızın “Turan-ekspress” adlı qəzeti 3 dildə-azərbaycan, rus və qazax dillərində nəşr olunur. Onun tirajını və dövrülüyünü artırmağı planlaşdırırıq. Eyni zamanda, həm qəzetin, həm də təşkilatın internet saytını yaxın günlərdə istifadəyə verəcəyik. Anım günlərində - 20 Yanvar, Xocalı faciəsi və 31 mart- Azərbaycanlıların soyqırımı günlərində-Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə birgə silsilə tədbirlər keçiririk. Bu məqsədlə Astanadakı, eləcə də, digər böyük şəhərlərdəki universitetlərə gedir, tələbələr qarşısında mühazirələr oxuyur, Azərbaycan həqiqətlərini gənclərə aşılamağa çalışırıq.
Bir sözlə hesab edirəm ki, gənc olmasına baxmayaraq, təşkilatımız Qazaxıstanda ölkəmizi layiqincə təmsil edir.
-Səmimi söhbət üçün təşəkkür edirəm.
-Siz də sağ olun.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

