/ / Eldar İbrahimov: İnanıram ki, bu seçkilərdə ATƏT-in müşahidə missiyasının hesabatı şəffaf seçki reallığını əks etdirəcək
Eldar İbrahimov: İnanıram ki, bu seçkilərdə ATƏT-in müşahidə missiyasının hesabatı şəffaf seçki reallığını əks etdirəcək
27.10.2010 [10:12]
- Eldar müəllim, seçki prosesinin təbliğat-təşviqat kampaniyasının birinci mərhələsi yekunlaşır. Siz də öz seçiciləriniz ilə görüşlər keçirirsiniz. İstərdik bu görüşlərlə bağlı təəssüraftlarınızı bizimlə bölüşəsiniz.
- İlk növbədə mənə bir daha etimad göstərib 4 saylı Naxçıvan şəhər seçki daiərsindən Azərbaycan parlamentinin üzvlüyünə namizədliyimi təsdiq etdiyi üçün Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi, seçicilərlə görüşlərimiz keçirilir. Bu görüşlər çox izdihamlı alınır, seçicilər bu görüşlərdə iştiraka can atırlar. Mənim seçicilərimlə münasibətim hər kəsə bəllidir. Mən 15 illik deputat fəaliyyətimdə hər zaman xalqımın, dövlətimin yanında yer almışam. Digər tərəfdən, mən uzun illər Naxçıvanda müxtəlif yüksək vəzifələrdə işləmişəm. Naxçıvan əhalisi ümumiyyətlə bizim ailəmizi yaxşı tanıyır. Hər zaman insanlara əlimizdən gələn xeyirxahlığı etmişik. Seçicilərimlə görüşümdə də bildirmişəm ki, mən insanların üzünə dik baxa bilirəm. Görüşlərimizdə bir sıra ziyalılarımız çıxışlar edirlər. Görülən işlər haqqında söhbət açılır. Bu gün Azərbaycanda görülən işlərlə bağlı xüsusi təqdimata az ehtiyac var. çünki inkişaf hər bir vətəndaşın həyatında, gündəlik məişətində hiss olunur. Azərbaycanın bir parçası olan Naxçıvanda gedən qurucuq, abadlıq işləri də hər kəsə məlumdur. Baxmayaraq ki, mənfur ermənilərin apardığı işğalçı siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası uzun illərdir blokada şəraitində yaşamaq məcburiyyətində qalıb, mən deyərdim ki, oradakı inkişaf bəlkə də digər regionları üstələyir. Təkcə Naxçıvan şəhərində beş ildə 114 məktəb, xəstəxana, idman kompleksi, istehsal müəssisələri açılıb. Bu müəssələrin, məktəblərin hər biri çox yüksək səviyyədə tikilib, hazırlanıb. Xüsusi olaraq bir məqamı vurğulamaq istəyirəm ki, Naxçıvanda görülən bu böyük işlərə çox az vəsait sərf olunub. Baxın, 2011-ci ilin dövlət büdcəsində Naxçıvana 250 milyon manat subsidiya ayrılıb, halbuki Naxçıvanın daha çox vəsaitə ehtiyacı var. ötən il Naxçıvana 235 milyon manat ayrılmışdı. Bu az vəsaitlə Naxçıvanda yüksək səviyyəli işlər görülür. Naxçıvanın yolları çox yüksək səviyyədə çəkilir, təmir olunur. Naxçıvan şəhərindən Sədərəkə qədər çox yüksək səviyyəli asfalt yol çəkilib və digər yollar yenilənib, təmir olunub. Naxçıvan şəhərinin bütün küçələri asfaltlanıb. Naxçıvan bu gün bəlkə də yeganə regiondur ki, bütün kəndlər işıq, qaz, istilik sistemi ilə təchiz olunub. Kəndlərin yolları düzəlib, kommunikasiya sistemi yenilənib. Fərdi evlərə istilik sistemləri çəkilib. Ordubadda Biləv Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Cənab Prezidentimiz onun açılışında iştirak edib. Gələcəkdə Arpaçayın, Araz çayının üzərində yeni stansiyaların tikintisi nəzərdə tutulur. Naxçıvan bu gün özünü elektrik enerjisi ilə tam təmin edir və hətta Türkiyəyə olan borcunu qaytarır. Bütün bu işlər möhtərəm Prezidentimizin apardığı quruculuq siyasətinin təzahürüdür və dövlət başçısının Naxçıvana olan diqqət və qayğısından irəli gəlir. Digər tərəfdən, mən Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun fəaliyyətini yüksək dəyərələndirmək istəyirəm. Naxçıvan uzun müddətdir ki, özünü yeyinti, kənd təsərrüfatı məhsulları ilə təmin edir. Hələ Azərbaycanda Taxıl Fondu yaradılmamışdan qabaq Naxçıvanda artıq mövcud idi. Muxtar Respublikada artıq 100 min tondan artıq taxıl istehsal olunur, məhsuldarlıq artıb. Bu cənab Prezidentimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Naxçıvanda bütün sahələrdə müasir standartlar tətbiq olunur, hər şey ən xırda detallarına qədər yüksək səviyyədə nizamlanıb. Bu gün Naxçıvanda istər yas, istərsə də şadlıq mərasimləri tənzimlənib. Naxçıvanda bazarlar tənzimlənib, orada süni bahalaşmanın qarşısı alınıb. Bu gün Naxçıvanda insanlara yaşamaq və işləmək üçün geniş şərait yaradılıb. Naxçıvana gedib gələn insanlar, oranı ziyarət edən ziyalılarımız, millət vəkilləri bu inkişafı öz gözləri ilə görüblər. Naxçıvanda aparılan təmizlik işləri bütün insanları heyran qoyub.
- Keçirdiyiniz görüşlərdə seçicilərin rəyi, fikri nədən ibarət olur? Seçicilərinizin münasibəti necədir?
- Azərbaycanda Yeni Azərbaycan Partiyasına məhəbbətinə görə Naxçıvan Muxtar Respublikası heç bir bölgə ilə müqayisə oluna bilməz. Təbii ki, bunun subyektiv səbəbləri var. Bu partiyanın yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin Naxçıvanda dünyaya göz açması bunun ən böyük səbəbidir. Bəzən, Naxçıvan əhalisinin siyasi aktivliyinin yüksək olmasının səbəbini soruşanlara deyirəm ki, Naxçıvan dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Naxçıvanlıların hamısı öz öndərlərindən nümunə götürürlər. Heydər Əliyev yeganə şəxsiyyətdir ki, Azərbaycan tarixində ölkəsinin, millətinin Liderinə çevrilib. Bu, ümummilli liderimiz Heydər Əliyevdə olan sərhədsiz dövlət və millət sevgisindən irəli gəlirdi. Müstəqilliyimizin ilk illərinə diqqət yetirək. Mən deyərdim ki, Azərbaycanın qurtuluşu 1991-ci ildə sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilərkən başladı. Həmin dövrdə bütün Azərbaycan üzünü Naxçıvana çevirmişdi. Niyə Naxçıvanda 24 oktyabr 1992-ci ildə o zamankı AXC-Müsavat hakimiyyəti dövlət çevrilişi etmək istəyirdi? Bütün xalq dərk edirdi ki, yeganə nicat Heydər Əliyevdir. Gəncə qiyamından sonra cana doyan xalq Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Bundan başqa, Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci ilin noyabrın 21-də Naxçıvanda keçirilib.
- Bu gün YAP-a opponentlik etmək istəyən müxalifətin gücünü necə xarakterizə edirsiniz? Göründüyü kimi, müxalifət öz təbliğatını əsasən qara piar üzərində qurub...
- Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası əldə edilib. Bunun qarşılığında isə müxalifət danışmağa heç nə tapa bilmir. Digər tərəfdən, xalq onların idarəçilik bacarığını 1992-ci ildə görüb. ölkəmiz son 10 ildəki inkişafına görə hətta dünyanın aparıcı dövlətlərini belə heyrətləndirib. Əgər 2000-ci ildə Azərbaycanın dövlət büdcəsi bir milyard dollara yaxın idisə, artıq bu rəqəm 15 milyard dollara çatıb. Bu artım özünü insanların həyatında da göstərib. YAP bu seçkilərə “Güclü dövlət, yüksək rifah” devizi ilə qatılıb. Güclü dövlət quruculuğu iqtisadi qüdrətdən asılıdır. Bu gün Dövlət Neft Fonduna daxil olan vəsaitlər fərqli istiqamətlərin inkişafı üçün yönləndirilir, sərmayələr qoyulur. Bu, davamlı və planlı şəkildə edilir. Cənab Prezident son çıxışında da bildirib ki, Azərbaycanın Neft Fondunda 28 milyard dollar pulu var. Bu, dövlətin gələcəkdə daha da qüdrətlənməsinə xərclənəcək. Bütün dövlət müəssisələrinin, büdcə təşkilatnını işçilərinin maaşı 10 faiz artırıldı. Bu gün dünyada maliyyə böhranı davam edir, hər yerdə iqtisadiyyatın çöküşü qeydə alınır, amma Azərbaycan iqtisadiyyatında 4,8 faiz inkişaf edir.
- Seçicilərlə keçirdiyiniz görüşlərdə ATƏT-in seçki missiyasının nümayəndələri də iştirak ediblər. ümumiyyətlə, ölkəmizdə yaradılan seçki mühiti onlar tərəfindən necə dəyərləndirilir?
- Seçicilərimlə görüşdə ATƏT-in seçki missiyasının nümayəndələri də iştirak edirdi, mən öz fikirlərimi onlara da çatdırdım, onların da fikirlərini öyrəndim. Mən Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü kimi bir sıra ölkələrdə seçki proseslərini izləmişəm. Əminliklə deyə bilərəm ki, hətta bir sıra Avropa ölkələrində keçirilən seçkilər demokratikliyinə, şəffaflığına, ədalət prinsipinin qorunmasına görə Azərbaycanda keçirilən seçkilərdən geri qalır. Bu gün Azərbaycanda seçicilərin prosesdə aktiv iştirakı, namizədlərin bərabər səviyyədə mübarizəsinin təşkili və başqa məsələlər yüksək səviyyədə nizamlanır, qanunvericilikdə öz əksini tapır. Proses şəffaf, müşahidəçilərin gözü önündə davam edir. ATƏT-in müşahidə missiyası öz hesabatlarında hər zaman bu faktı xüsusi olaraq vurğulayıb. Mən inanıram ki, bu seçkilərdə də ATƏT-in müşahidə missiyasının hesabatı şəffaf seçki reallığını əks etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

