Parlament seçkiləri Azərbaycan dövlətçiliyinin inkişafında yeni bir mərhələdir
12.11.2010 [09:51]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı www.yap.org.az saytına müsahibə verib:
- Məhərrəm müəllim, rəhbərlik etdiyiniz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) noyabrın 7-də ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə edib. Təşkilatınızın seçki ilə bağlı qiymətləndirməsi necədir?
- Bizim təşkilat mart ayından bu prosesdə iştirak edir. Hələ aprelin 16-da parlament seçkisi ilə bağlı beynəlxalq konfrans keçirmişdik. Orada Avropa Şurasının 80-ə yaxın parlamentarisi, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən 16 siyasi partiyanın nümayəndələri iştirak etmişdi. İyun ayından isə parlament seçkisində müşahidə aparmaq üçün üçmərhələli prosesə start verildi. Noyabrın 2-də aralıq hesabatımız təqdim olundu. 106 seçki dairəsindən 4400 məntəqədə müşahidəmizi təşkil etdik. Artıq seçki ilə bağlı müşahidəçilərimizin rəyləri təşkilatımıza daxil olur və bu proses yekunlaşmaq üzrədir. Biz seçkidən dərhal sonra-noyabrın 8-də mətbuat konfransı keçirdik və ilkin rəyimizi bildirdik. İlkin rəy ondan ibarətdir ki, seçki əvvəlki parlament seçkilərinə nisbətən daha demokratik, konstruktiv, radikallıqdan, qarşıdurmadan uzaq keçirilib. Bu, Azərbaycan dövlətçiliyinin inkişafında yeni bir mərhələdir və siyasi-iqtisadi inkişaf istiqamətində yeni mühitin yaranmasına xidmət göstərir. Yekun rəyimizi isə noyabr ayının sonunda təqdim edəcəyik. Amma tam məsuliyyətimlə bildirirəm ki, təşkilatımızın apardığı müşahidə əsasında bəzi məntəqələrdə xırda, texniki qüsurlardan əlavə heç bir problemə rast gəlinməyib. Bu isə seçkinin nəticəsinə heç bir təsir etmir. Təşkilatımız adından Azərbaycan dövlətçiliyinin inkişafında yeni bir mərhələ açacaq IV çağırış Milli Məclisin üzvlərini təbrik edirik, uğurlar arzulayırıq. Bu parlament seçkisində bir sıra mühüm yeniliklər də müşahidə olunur. Belə ki, parlamentdə təmsil olunan qadın deputatların sayı artıb. Digər tərəfdən, parlamentdə 35-dən artıq yeni şəxslər təmsil olunacaq. Əminik ki, bu insanlar da Azərbaycan dövlətçiliyinin inkişafına yeni töhfələr verəcəklər.
- Amma beynəlxalq təşkilatların rəylərində bəzi ziddiyyətlər mövcuddur. Məsələn, Avropanı təmsil edən 4 nüfuzlu beynəlxalq təşkilat seçki ilə bağlı müsbət rəy versə də, təəssüf ki, ABŞ Dövlət Departamenti yenidən bu istiqamətdə subyektiv mövqe nümayiş etdirib...
- Bəli, bu çox təəssüfləndirici haldır. Qeyd etdiyiniz kimi, Avropanı təmsil edən 4 nüfuzlu beynəlxalq təşkilat seçki ilə bağlı müsbət rəy bildirib. Amma ABŞ Dövlət Departamentinin bu 4 təşkilata istinadən sərgilədiyi mövqe nisbətən fərqlidir və reallığı əks etdirmir. Hesab edirəm ki, bu, Avropa müşahidə missiyasının rəyinin saxtalaşdırılması və Azərbaycanda radikallığa rəvac verilməsi kimi dəyərləndirilməlidir. Biz buna təəssüf edirik. Mən bir məqamı diqqətə çatdırım ki, ABŞ Dövlət Departamentinin seçki ilə bağlı ölkəmizə gələn nümayəndəsi cəmisi bir gün Bakıda oldu. Cəmisi bir gün ərzində aparılan müşahidə əsasında belə bir bəyanatın verilməsi düzgün deyil.
- Dövlət Departamentinin bu cür subyektiv mövqe sərgiləməsinin səbəblərini nədə görürsünüz?
- çörçill deyirdi ki, İngiltərənin daimi dostları yoxdur, daimi maraqları var. ABŞ-ın sərgilədiyi bu mövqe də onların öz maraqlarından qaynaqlanır. Yəqin ki, hansısa məqamda ölkəmizdə sakit, demokratik, azad seçkinin keçirilməsi onların maraqları ilə uzlaşmır. ümumiyyətlə, bir sıra dövlətlərin, təşkilatların bu cür subyektiv mövqe sərgiləməsinin, bəyanatlar səsləndirməsinin arxasında hər zaman Azərbaycanda öz maraqlarının təmin edilməsi faktoru dayanıb. Amma bu gün Azərbaycan dövləti güclü bir dövlətdir və bu cür subyektiv dəyərləndirmələr vasitəsilə ölkəmizə təzyiqlər edilməsi mümkünsüzdür.
- Maraqlıdır ki, seçkidə məğlubiyyətə uğrayan müxalifət qüvvələri də bu cür subyektiv qiymətləndirmə nümayiş etdirirlər...
- Azərbaycanda hələlik məğlubiyyəti qəbul etmək mədəniyyəti zəif formalaşıb. Bu gün müxalifət öz məğlubiyyətini həzm edə bilmir. Gəlin, kiçik bir müqayisə aparaq, niyə AXCP sədri Əli Kərimli 2000-ci il seçkisindən sonra belə bəyanatlar vermirdi? Sadəcə, o zaman bu partiya 6 mandat əldə etmişdi və belə bəyanatlar səsləndirmirdilər. Mən bunu əminliklə bildirirəm ki, bu gün radikal fikirlər səsləndirən partiyaların hansısa birinin rəhbəri seçkidə uğur qazansaydı, seçilsəydi, bu gün fərqli mövqe nümayiş etdirərdi. Mənə elə gəlir ki, müxalifət yalan fikirlər əsasında dövlətə, hakimiyyətə təzyiq yolunu seçməkdənsə, xalqla işləməyə üstünlük verməlidir. AXCP-Müsavat seçki blokunun irəli sürdüyü namizədlərin əksəriyyətinin seçki kampaniyası çox aşağı səviyyədə aparılırdı. Bunun da məntiqi nəticəsi olaraq həmin namizədlərin əksəriyyəti qeydiyyat mərhələsində mübarizəni dayandırdı. Bu gün dünyanın heç bir yerində parlamentə namizədliyi irəli sürülən şəxslərə pulsuz efir vaxtı ayrılmır. Amma bizdə hətta bu şərait də yaradıldı. Kimisə söymək, təhqir etmək, şantaj aparmaq isə seçki kampaniyası deyil.
- Necə fikirləşirsiniz, müxalifət öz əsassız iddiaları ilə bir sıra maraqlı Qərb dairələrinin mənafeyinə xidmət göstərmirmi?
- çox təəssüf ki, bu belədir. Mən bir sıra faktları səsləndirmək istəyirəm. Azərbaycanda müşahidə missiyası həyata keçirən əksər beynəlxalq təşkilatlar əsasən ölkəmizdə fəaliyyət göstərən 2 və ya 3 qeyri-hökumət təşkilatının rəhbəri ilə görüşür. Bu təşkilatlardan biri dövlət əleyhinə işləyən və açıq şəkildə korrupsiyada ittiham olunan, qeydiyyatı ləğv edilmiş QHT rəhbəridir. Hətta bir müddət öncə ölkə mətbuatında həmin şəxs ayrılan qrant pullarının mənimsənilməsində ittiham edilib. Təəssüf ki, bir sıra maraqlı Qərb dairələri yenə də həmin şəxslə işləməyə üstünlük verirlər. Sual yaranır, niyə? çünki həmin şəxs onların maraqlarına xidmət göstərir. Bu cür ölkə əleyhinə işləyən, əvvəlcədən hazırlanmış şəxslərin də rəyi əsasında həmin maraqlı dairələr öz subyektiv mövqelərini nümayiş etdirirlər. Bizim təşkilatımız dəfələrlə bəyanatlar səsləndirib ki, beynəlxalq təşkilatlar ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsində maraqlıdırlarsa, bağlı qapılar arxasında onların maraqlarına xidmət göstərən insanlarla görüşməməlidirlər, öz yetirmələrinin rəyi əsasında yanaşma sərgiləməməlidirlər. Amma təəssüf ki, onlar yenə də eyni yolla irəliləməyə üstünlük verirlər.
- Son olaraq, ölkəmizdə keçirilən parlament seçkiləri vətəndaş cəmiyyətinin inkişafı istiqamətində hansı nailiyyətlərlə yadda qaldı?
- Vətəndaş cəmiyyəti institutları, demokratiya ölkədə sabitlik olanda inkişaf edir. Bəziləri demokratiyanı anarxiya ilə qarışdırır. Bu gün Azərbaycan vətəndaşına şəffaf, azad və demokratik şəkildə səs vermək üçün bütün şəraitlər yaradılırsa, seçki qanunvericiliyi təkmilləşdirilirsə, demək, paralel olaraq vətəndaş cəmiyyəti də inkişaf edir. Mən bir müqayisə aparım, Latviyada seçki günü seçicinin siyahıya daxil edilməsi qadağandır, Azərbaycanda isə bu məsələ qanunla tənzimlənib. Bu seçicinin hüquqlarının müdafiəsidir. ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində geniş imkanlar açılıb. Bir neçə ildir ki, Prezident yanında QHT-lərə Dəstək Şurası fəaliyyət göstərir, bu gün Azərbaycan parlamentində QHT nümayəndələri təmsil olunur. Bu da onu göstərir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yeni mərhələlər açılır.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

