ABŞ Dövlət Departamentinin nümayəndəsinin fikirləri bizi çox təəccübləndirdi
13.11.2010 [09:40]
Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SİA-ya eksklüziv müsahibəsi:
- Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı Zirvə sammiti keçiriləcək. Xəzəryanı ölkələr bu sammitə hansı vəziyyətdə və hansı hazırlıqla gedir?
- Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin dünya praktikasında unikal bir məsələ olduğunu nəzərə alsaq, bu problemin həll edilməsi o qədər də asan və sadə bir məsələ deyil. Amma bununla belə Xəzəryanı ölkələrin hər biri buna xüsusi maraq göstərir və bu istiqamətdə işlərin irəli getməsi üçün əllərindən gələni edirlər. Bu tədbirlərdən də ən önəmlisi, baxmayaraq ki, tərəflər arasında da komissiyalar görüşür, sahilyanı ölkələrin nümayəndələri bir-birləri ilə müşavirələr keçirirlər, təcrübə mübadiləsi aparırlar, amma bu istiqamətdə ən mühüm tədbir prezidentlərin Zirvə görüşü olduğu üçün Azərbaycan da bu istiqamətə öz xüsusi münasibətini nümayiş etdirərək, Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşünü təşkil edir. Bu, o məqsədlə edilir ki, doğurdan da bu istiqamətdə irəliyə addımlar atılsın. O ki qaldı Xəzəryanı ölkələrin bu sammitə hansı hazırlıqla getməsinə, Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı mövqeləri müəyyən mənada bir-birindən fərqlənsə də, bu istiqamətdə xeyli işlər də görülüb. İşlər görülüb deyəndə onu nəzərdə tuturam ki, artıq Xəzəryanı dövlətlərin beşindən üçü bu istiqamətdə 2000-ci ildən bu yana müəyyən ciddi addımlar atıblar. Ondan əvvəl də, özünüz bilirsiniz ki, müəyyən bir praktika var idi. Yəni ötən əsrin ortalarından ümumiyyətlə, Xəzərdə fəaliyyətlə bağlı təşəkkül tapmış praktika olub. Keçmiş SSRİ dövründə SSRİ ilə İran arasında da bununla bağlı müəyyən addımlar atılıb. SSRİ tərkibində müttəfiq respublikalar arasında da müəyyən addımlar atılıb. Həm bunu, həm də 2000-ci ildən Azərbaycanla Rusiya, Azərbaycanla Qazaxıstan, Qazaxıstanla Rusiya arasında, eləcə də bu üç dövlətin üçtərəfli imzaladığı sənədləri nəzərə alsaq demək olar ki, artıq müəyyən bir mərhələ artıq arxada qalıb. Ona görə də düşünürəm ki, bu mərhələnin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində köməyi ola bilər. Əsas məsələ bundan ibarətdir. Biz düşünürük ki, bununla bağlı da xüsusi işlər prezidentlərin Zirvə görüşü zamanı aparacaqları müzakirələr zamanı ortaya qoyula bilər.
- Bakıda keçiriləcək sammit ərəfəsində İran tərəfdən Xəzərdə pay bölgüsü ilə bağlı yeni bir açıqlama gəldi. Hətta bu dəfə İran tərəfi 1921 və 1940-cı illərdə Rusiya və keçmiş SSRİ ilə İran arasında imzalanmış müqavilələrə istinad edərək Xəzərdə İranın payının iyirmi faizdən də artıq olduğunu iddia edir...
- Mən də bununla bağlı fikirlərə mətbuatda rast gəldim. Məsələ burasındadır ki, 1921 və 1940-cı illərdə olan razılaşmalar əslində o dövrün məhsulu idi. Yəni indi dünya, elə Xəzəryanı dövlətlər də həmin dövrdə deyillər. İndi nə 1921-ci ildir, nə də 1940-cı il. O sənədlər müəyyən məsələlərdə kömək edə bilər. Amma dünya dəyişilmişdir. İndi biz XXI əsrdəyik. SSRİ isə yoxdur. SSRİ olmadığı halda həmin müqavilələrdən danışmaq doğru olmazdı. Əgər keçmiş SSRİ qalsaydı bu başqa məsələ olardı. Yəni, o razılaşmalarla bu əməkdaşlığı davam etdirmək olardı. İndi tamam başqa, yeni şərait yarandığı, yeni bir vəziyyət formalaşdığı üçün, düşünürəm ki, bunu nəzərə almaq lazımdı. Düşünürəm ki, qarşılıqlı fikir mübadiləsi, prezidentlərin görüşü, bu Zirvə görüşü zamanı aparılan işlər bu istiqamətdə mövqelərin yaxınlaşmasına kömək etməlidir. Şübhəsiz ki, elə-belə, təcrübədən kənar “gəlin, dənizi beş yerə bölək” mövqeyindən çıxış etmək doğru deyil. Xəzəryanı dövlətlərin üçü artıq bu istiqamətdə müəyyən addım atıblar. Ona görə də mən düşünmürəm ki, belə bir razılaşma praktiki cəhətdən qəbul ediləsi olsun.
- ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatına münasibətiniz necədir? ümumiyyətlə, beynəlxalq təşkilatların seçkilərə yaşanması qaneedici oldumu?
- Burada iki məsələni əsasən qeyd etmək lazımdır. Seçkilər zamanı 1000-dən artıq beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etdi. Bu beynəlxalq müşahidəçilər də müxtəlif ölkələrdən, müxtəlif dairələrdən, təşkilatlardan gəlmişdilər və onları təmsil edirdilər. Misal üçün, Avropa İttifaqının, ATƏT PA-nın böyük qrupu var idi. Avropa Şurasından gələn müşahidəçilər qrupu daha böyük idi. Həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri də var idi. Məsələ burasındadır ki, hərəsi ayrı-ayrılıqda ən azı Avropadan gələn müşahidəçilərin mövqeyini götürsəniz, əgər demokratik yanaşma olsaydı, onda həm Avropa Parlamentinin, həm AŞ-ın, həm də ATƏT PA-nın mövqeyi ATƏT/DTİHB-nun mövqeyindən fərqlənərdi. Lakin çox təəssüf olsun ki, büro öz mövqeyini müəyyən mənada o birisi qurumların mövqeyinə təsir etmək üçün burada çox güclü addımlar atdı. Yəni demokratik yanaşma olsaydı, doğurdan da seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini həmin qurumlar da bildirməli idilər. Bununla belə biz, əlbəttə ATƏT/DTİHB-nun mövqeyi ilə razı deyilik. çünki Azərbaycanda seçkilər doğurdan da yüksək səviyyədə keçirilib. Seçkilər yaxşı təşkil edilmişdi. Elə onların özlərinin də qeyd etdiyi kimi, seçkilər bütün siyasi partiyaların iştirakı ilə keçirilib. Bu seçkilərdə siyasi partiyaların namizədləri iştirak edib. Seçkilər dinc şəraitdə keçirilib və seçkilərlə bağlı bütün müşahidəçilərin müşahidə aparmaq imkanı olub. Bundan əlavə ATƏT/DTİHB-nin öz hesabatında qeyd edilib ki, seçkilər keçirilən dairələrdə seçkilər 90% müsbət xarakterdə keçib. Bunu nəzərə alanda seçkilərə verilən qiymət də başqa cür olmalı idi. Təəssüflər olsun ki, ATƏT/DTİHB özünün verdiyi qiymətdə o qədər də sərbəst deyil və reallığı əks etdirə bilmir. Bu da onların özlərinin obyektivliyi ilə bağlı sual yaradır.
- ABŞ Dövlət Departamentinin seçkilərə bu şəkildə qiymət verməsi iki ölkə arasındakı münasibətlərə uyğundurmu?
- ABŞ Dövlət Departamentinin bəyanatı ilə bağlı Xarici İşlər Nazirliyi bir bəyanat verdi və Azərbaycanın mövqeyini ortaya qoydu. Bununla bağlı bir məsələni deyim. ABŞ Dövlət Departamentinin verdiyi bəyanata və Avropa İttifaqının ali nümayəndəsinin seçkilərlə bağlı açıqladığı mövqeyə baxın. Biri deyir “yaxşıdır”, o biri deyir “pisdir”. Bunu necə anlamaq olar? Burada açıqlanan mövqeyin özündə subyektivlik var. Ona görə ABŞ Dövlət Departamentinin nümayəndəsinin fikirləri bizi çox təəccübləndirdi və biz buna təəssüf etdik. Mən düşünürəm ki, bu, ABŞ və Azərbaycan arasında olan konstruktiv əməkdaşlıq ruhuna uyğun olmayan bir yanaşma idi. çünki orada qeyd edilən fikir büronun verdiyi açıqlamada yoxdur. Olmadığı halda ona necə istinad etmək olardı? Hətta olsaydı belə bu bizim tərəfimizdən ədalətli mövqe hesab edilə bilməz.
- Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra hər iki tərəfdə olan əsir və girovların qaytarılması baş tutdu. Qarşıda ATƏT-in Astana sammiti var. Astana sammitindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hansısa irəliləyişləri gözləmək olarmı?
- Azərbaycan Prezidenti İlham Əliyev bütün bu proseslərdə əlindən gələni edir, iradəsini ortaya qoyur ki, bu proseslərdə irəliləyiş əldə olunsun. Ən cüzi işlərə belə çox diqqətlə yanaşaraq onları həll edir. Məhz Həştərxan görüşü zamanı imzalanan sənəd və onun nəticəsində Azərbaycanın iki qəhrəman oğlunun cəsədinin Ermənistan tərəfindən qaytarılmasını təmin etdi. Burada çox qəribə bir məqam da var idi. Bu hadisənin özü bir daha göstərdi ki, Ermənistan rəhbərliyi beynəlxalq konvensiyalara, beynəlxalq sənədlərə məhəl qoymur. çox təəssüflər olsun ki, nə ABŞ, nə Avropa dövlətləri, nə də Rusiyanın özü Ermənistanın bu özbaşnalıqlarına fikir vermirlər. Əslində belə hallarda, tutaq ki, əsir götürülənlərin, həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı beynəlxalq konvensiyalar var ki, hər bir tərəfin üzərinə bununla bağlı öhdəlik qoyur. Buna Ermənistan tərəfinin məhəl qoymaması, beynəlxalq birliyin isə buna fikir verməməsi, bununla bağlı Ermənistan tərəfindən addımların atılmasının tələb edilməməsi, məcbur etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı xüsusi bir sənəd imzalasın və bundan sonra biz məqsədimizə nail ola bilək. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə bütün addımları atır ki, Azərbaycanın milli maraqlarını qorunsun.
Odur ki, gəlin, Astanadakı müzakirələrin sonunu gözləyək. Ondan sonra biz də konkret məsələlərə konkret şəkildə münasibət bildirəcəyik.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

