/ / 2010-cu il Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafına əhəmiyyətli töhfələr verən il kimi tariximizə daxil olub
2010-cu il Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafına əhəmiyyətli töhfələr verən il kimi tariximizə daxil olub
24.12.2010 [08:57]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, ilk sualımız başa vurduğumuz 2010-cu ilin Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatına verdiyi töhfələrlə bağlıdır. Sizin fikrinizcə, başa vurduğumuz bu il hansı nailiyyətlərlə yadda qaldı?
- Hesab edirəm ki, 2010-cu il Azərbaycanın müasir tarixində bir sıra nailiyyətlərlə yadda qalıb. ümumiyyətlə, bu il Azərbaycanın uğurlar silsiləsində istisna olmayıb. 2010-cu ildə də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davam etdirilməsi öz töhvələrini verib.
Azərbaycanın uğurlarından danışarkən, ilk növbədə ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri qeyd etmək istərdim. ümumiyyətlə, ötən illər ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfədən, dövlət büdcəsi 10 dəfədən çox artıb, insanların rifahı yüksəlib, həyatımızın müxtəlif sahələrində çox əhəmiyyətli dəyişikliklər baş verib. Məmnunluq hissilə qeyd etmək lazımdır ki, bundan əvvəlki illərdə bütün digər sahələrdə müşahidə olunmuş müsbət dəyişikliklər və meyllər 2010-cu ildə də özünü göstərib. Bu ondan xəbər verir ki, hazırda Azərbaycanda həyata keçirilən, çox ciddi dayaqlara və əsaslara söykənən inkişaf konsepsiyası 2010-cu ildə əldə olunan nailiyyətlərin fonunda bir daha sınaqdan uğurla çıxıb. İqtisadiyyatın bu il ərzində artım tempi, xüsusilə də, qeyri-neft sektorunun, sənayenin inkişafı da bu fikri söyləməyə əsas verir.
Onu da qeyd edim ki, 2010-cu ilin nəticələrini də nəzərə alaraq, Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin formalaşması prosesinin tamamlanması istiqamətində ciddi mərhələnin qət edildiyi fikrini vurğulamaq olar.
Xüsusilə 2008-2009-cu illərin iqtisadi və maliyyə böhranının təsirləri bir sıra ölkələrdə tam aradan qaldırılmadığı halda, 2010-cu ilin iqtisadi nəticələri Azərbaycanın inkişaf modelinin uğurla sınaqdan çıxmasına əyani misal hesab edilə bilər.
İqtisadi inkişaf həyatın digər sahələrinin əsasını təşkil etdiyindən, bu sahədə əldə olunan nailiyyətlər digər sahələrdə də müsbət meyllərin təzahür etməsinə əlverişli şərait yaradıb. Bu baxımdan əmək haqlarının, pensiyaların minimum məbləğinin və baza hissəsinin artırılması haqqında Prezident İlham Əliyevin bir sıra sərəncamları 2010-cu ildə Azərbaycanda sosial sahənin inkişafını sübuta yetirən nümunələr kimi qiymətləndirilməlidir.
İctimai-siyasi proseslər kontekstindən yanaşdıqda, hesab edirəm ki, 2010-cu il, bütövlükdə, çox müsbət meylləri özündə ehtiva edən mərhələ kimi yadda qalıb. Bu mənada ilk növbədə Azərbaycanda parlament seçkilərinin keçirilməsini vurğulamaq istəyirəm.
ümumi dəyərləndirmə verməyə cəhd göstərsək, onu deyə bilərəm ki, 2010-cu il Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafına əhəmiyyətli töhfələr verən il kimi tariximizə daxil olub.
- 2010-cu il Azərbaycanın ictimai-siyasi həyatında daha çox aktivlik nümayiş etdirən, novatorluğu ilə digər siyasi partiyalardan fərqlənən Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla yadda qaldı?
- 2010-cu ilin əsas siyasi hadisəsi noyabr ayında keçirilən parlament seçkiləri sayılır. Hesab edirəm ki, parlament seçkilərinin keçirilməsi, seçki dövrünün ab-havası və ictimai əhval-ruhiyyə, xüsusilə, seçkilərin nəticələri Azərbaycanda ümummilli lider Heydər Əliyev siyasətinə olan inam və etimadın nə qədər dərin köklərə malik olduğunu bir daha sübuta yetirdi. Digər tərəfdən, bu seçkilər Azərbaycanın siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının ictimai dəstəyinin kifayət qədər yüksək olduğunu da ortaya qoydu.
Seçkilərin nəticəsinə görə, Yeni Azərbaycan Partiyasından 71 nəfər Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb ki, bu da parlamentdəki yerlərin 50 faizdən bir qədər çoxunu təşkil edir. Hesab edirəm ki, seçkilərin məlum nəticəsi bütövlükdə, Azərbaycandakı ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu, bir tərəfdən Yeni Azərbaycan Partiyasının ictimai nüfuzunu sübuta yetirir, digər tərəfdən isə partiyaya rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqın yüksək inam və etimadını nümayiş etdirir.
Bununla yanaşı, parlament seçkiləri Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi seçki kampaniyasının kifayət qədər səmərəli olduğunu da sübuta yetirmişdir. İki ay davam edən seçki kampaniyası dövründə Yeni Azərbaycan Partiyası bir yandan ölkədə həyata keçirilən siyasətin Azərbaycan vətəndaşlarının maraqlarına uyğun olduğunu bir daha insanların diqqətinə çatdıra bildi. Digər tərəfdən isə çox səmərəli seçki kampaniyası sayəsində Yeni Azərbaycan Partiyası hər bir seçicini məhz onun namizədlərinə səs verməyin vətəndaşların maraqlarına uyğun olduğuna inandırmağa nail oldu.
2010-cu il seçki kampaniyası Azərbaycanın siyasi həyatı üçün artıq yenilik olmayan bir həqiqəti də yenidən təsdiqləyib. Bu isə ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının günü-gündən artan ictimai nüfuzu fonunda müxalifətin, xüsusilə, onun aqressiv hissəsinin mövqelərinin getdikcə zəiflədiyi faktı özünün təsdiqini tapıb. Güman edirəm ki, müxalifət partiyalarının mövqelərinin zəifləməsi onların bu günə qədər sərgilədikləri davranışlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi sanki, bir virtual məkanda mövcuddur. Onlar Azərbaycan reallıqlarından, xüsusilə, Azərbaycan seçicilərinin maraqlarından, düşüncələrindən, istəklərindən tamamilə kənar düşüblər.
Təbii ki, hər bir siyasi təşkilat özünün dəstəyini yalnız seçicilərinin içərisində qazana bilər. Amma Azərbaycan müxalifətinin radikal qanadı daha çox özünün yaratdığı daxili problemlərilə məşğul olmaqdadır. Bu problemlər onların başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıblar.
Bütün bu söylənilənlərin fonunda məmnunluq hissilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ildən-ilə Azərbaycan cəmiyyətində öz mövqeyini möhkəmləndirir, sıralarını genişləndirir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 530 minə yaxın insan cəmləşib. Bu, böyük bir qüvvədir. Yarım milyondan çox insanın Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi partiyamızın istinad etdiyi Heydər Əliyev ideyalarına ictimai inamın sarsılmazlığından xəbər verir.
2010-cu il Yeni Azərbaycan Partiyasının mövqeyinin möhkəmlənməsində, sıralarının genişlənməsində istisna olmayıb. İl ərzində Yeni Azərbaycan Partiyasının sıralarına 20 mindən çox yeni üzv daxil olub. Sevindirici haldır ki, YAP-ın sıralarında gənclərin sayı sürətlə artır. 2010-cu ildə partiyamızın sıralarına daxil olan yeni üzvlər arasında gənclərin üstünlük təşkil etməsini xüsusi vurğulayaraq, demək istəyirəm ki, bu, partiyamızın gələcək inkişaf perspektivləri baxımından geniş imkanlar açır.
Beləliklə də, 2010-cu ilin ictimai-siyasi hadisələri zəminində YAP-ın mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Əminliklə deyə bilərəm ki, YAP 2011-ci ilə böyük ümidlərlə daxil olur.
- Əli müəllim, əvvəlki sualın davamı olaraq, istərdik Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinə də aid sual verək. 2010-cu il bu sahədə hansı yeniliklərlə yadda qaldı?
- Mən, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulamaq istəyirəm və əlbəttə ki, bunu təbii sayıram. çünki, Azərbaycanın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının fəaliyyət meydanı yalnız ölkənin hüdudları ilə məhdudlaşa bilməz. Yeni Azərbaycan Partiyasının malik olduğu güc onu vadar edir ki, özünü ölkə sərhədlərindən kənarda da ifadə etsin, beynəlxalq miqyasda fəaliyyət göstərsin, ayrı-ayrı ölkələrdəki siyasi təşkilatlarla çoxşaxəli və səmərəli əlaqələr qursun.
Yeni Azərbaycan Partiyasının kifayət qədər geniş fəaliyyətinin çox vacib istiqamətlərindən biri beynəlxalq əlaqələrin qurulmasıdır. Bu il Yeni Azərbaycan Partiyasının əsas diqqəti parlament seçkilərinə ayırmasına baxmayaraq, partiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də bir sıra mühüm addımlar atılıb.
Xüsusilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası dünyanın bir çox siyasi təşkilatları ilə əlaqələr qurub və bu münasibətlər çərçivəsində səmərəli fəaliyyət göstərilir. Biz bir çox siyasi təşkilatlarla dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalamışıq və bu müqavilələr çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq qururuq, bir sıra hallarda birgə layihələr həyata keçiririk.
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri bir yandan Azərbaycan Respublikasının artan beynəlxalq nüfuzunun təzahürüdürsə, digər tərəfdən partiyamız beynəlxalq əlaqələrini genişləndirməklə, imkanları çərçivəsində dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə köməklik göstərir, töhfəsini verir.
Azərbaycanın Avropaya inteqrasiyası YAP-ın bu regionun siyasi təşkilatları ilə əməkdaşlıq qurmasını vacib şərt kimi ortaya qoyur. Bizim Avropa Xalq Partiyası ilə qurduğumuz əlaqələr və bu çərçivədə həyata keçirdiyimiz fəaliyyət Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynayan amillərdən biridir. Eyni zamanda, Avropanın ayrı-ayrı dövlətlərinin siyasi partiyaları ilə qurduğumuz münasibətlər səmərəlidir.
Partiyamızın, eyni zamanda, Asiyada fəaliyyət göstərən siyasi təşkilatlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Yeni Azərbaycan Partiyası bu qitənin ayrı - ayrı ölkələrinin siyasi partiyaları ilə əlaqələr qurmaqla yanaşı, eyni zamanda, Asiya ölkələrinin Siyasi Partiyaları təşkilatının İdarə Heyətinin üzvü seçilib. Əlbəttə ki, Asiyanın aparıcı ölkələrinin siyasi partiyalarının formalaşdırdığı böyük bir təşkilatın İdarə Heyətinin üzvü olmaq Yeni Azərbaycan Partiyasına nə qədər böyük önəm verildiyinin göstəricisidir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də beynəlxalq əməkdaşlıq sahəsində səmərəli fəaliyyət göstərir. Vurğulamaq istəyirəm ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ayrı-ayrı ölkələrin siyasi partiyalarının tərkibində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələr qurub, fəaliyyət göstərir. Qeyd edim ki, YAP Gənclər Birliyi bu yaxınlarda Rusiyanın “Vahid Rusiya” partiyasının gənclər təşkilatının təşkil etdiyi foruma dəvət alıb. Gənclər Birliyinin nümayəndəsi artıq Moskvadadır və o, forumda Yeni Azərbaycan Partiyasını təmsil edir.
Bir sözlə, düşünürəm ki, 2010-cu il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr sahəsində fəaliyyəti üçün də uğurlu olub.
- Daxili siyasətin davamı olaraq, xarici siyasət barədə də danışmağınızı istərdik. Əlbəttə ki, Prezident İlham Əliyevin xarici siyasət fəaliyyətində prioritet təşkil edən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu mənada 2010-cu ildə bu münaqişənin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, elə bir məsələ yoxdur ki, bizim tərəfimizdən elan olunsun və həllini tapmasın. Bu özünü həm daxili, həm də xarici siyasət sahəsində göstərir. Azərbaycan dövləti özünün iradəsi və resursları çərçivəsində qarşısına qoyduğu bütün məsələlərin həllinə nail olmağı bacarıb. Amma təəssüf hissilə qeyd etmək lazımdır ki, bir məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sona çatdırılmayıb. Bunun isə səbəbləri tamamilə aydındır. çünki, bu münaqişənin həlli yalnız Azərbaycan dövlətinin iradəsindən asılı deyil.
Mən bu fikirləri o konteksdə işlədirəm ki, Azərbaycan bu günə qədər münaqişənin sülh yolu ilə nizamlanması taktikasına üstünlük verib. çünki, düşünürük ki, savaşa yol vermədən, qan tökülmədən, dağıntılar olmadan danışıqlar yolu ilə problemin həlli hər iki tərəf üçün ən əlverişli variantdır. 2010-cu ildə də Azərbaycan bu taktikaya üstünlük verərək, danışıqlar prosesində iştirak edib.
Bütövlükdə 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində hiss olunan dinamikanı vurğulamaq istəyərdim. İstər vasitəçilər, istər Avropa qurumları, istərsə də Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı səylərin artırılmasını il ərzində müşahidə etmişik. Bütün bunları müsbət addımlar kimi qeyd etmək olar.
Amma münaqişənin sona çatmaması, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmaması fakt olaraq qalır. Ola bilər ki, münaqişənin nizamlanmasında müşahidə olunan dinamikanı kimlərsə əhəmiyyətli hesab edirlər. Lakin Azərbaycan xalqını nəticə maraqlandırır. Nəticə isə bizim üçün yalnız bir şeydə özünü ifadə edir: torpaqlarımızın işğaldan azad olunması.
ümumiyyətlə, 2010-cu ildə istər Azərbaycan vətəndaşları, istər münaqişənin nizama salınmasında iştirak edən vasitəçilər daha çox nəticələr gözləməyə meylli idilər. Amma təəssüflə qeyd edirəm ki, gözlənilən nəticə əldə olunmadı. Yəqin ki, münaqişənin tənzimlənməsi üçün həlledici addım sayıla biləcək hərəkət edilmədi və gözlənilən nəticə hasil olunmadı. Bunun səbəbini isə mən, hər şeydən əvvəl, Ermənistanın qeyri-konstruktivliyində, Azərbaycanın torpaqlarını boşaltmaq istəməməyində və güzəştlərə hazır olmamağında görürəm.
Digər tərəfdən düşünmək olar ki, bu nəticə bəlkə də gözlənilən idi. çünki, təcavüzkar tərəf hiss olunacaq dərəcədə təzyiq görmədikdə, işğalçılığından çətinliklə əl çəkər. Əminliklə demək olar ki, xüsusi təzyiqlər olmadan və sanksiyalar tətbiq etmədən Ermənistanı işğalçılıq əməllərindən çəkindirmək çox az ehtimal olunan haldır. Deməli münaqişənin nizamlanması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi bir neçə ssenari əsasında mümkün ola bilər.
Birincisi, sülh danışıqlar yolu və beynəlxalq birliyin Ermənistana təzyiqlər etməsi nəticəsində əldə oluna bilər. Beynəlxalq birlik Ermənistanı birmənalı şəkildə təcavüzkar kimi tanıyaraq, işğalçıya qarşı çox ciddi təzyiqlər göstərsə, sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirsə, güman edirəm ki, Ermənistan indiki eyforik - qeyri konstruktiv vəziyyətindən ayılar və təcavüzkarlıq mövqeyindən geri çəkilər.
İkincisi, əgər söylədiyimiz hal baş verməsə, Azərbaycan öz təbii hüquqlarından və real imkanlarından istifadə edərək, işğal olunmuş torpaqları özünün gücü ilə azad etmək üçün hərəkətə keçə bilər. Azərbaycanın iqtisadi potensialı və bunun əsasında yaranmış imkanlar çərçivəsində güclənmiş ordusu bu sahədə bir situasiyanı formalaşdırıb. Bunu beynəlxalq birlik də, elə Ermənistanın özü də aydın şəkildə hiss edir. Bəzi beynəlxalq güclər və vasitəçilər tərəfindən münaqişənin yalnız dinc yolla nizama salınmasının vacibliyini önə çəkən bəyanatların verilməsi bir çox hallarda Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxarmaq niyyətini güdür. Hesab edirəm ki, bu vəziyyət uzun müddət davam edə bilməyəcək. çünki, beynəlxalq birliyin çağırışlarına məhəl qoyulmaması və münaqişənin uzun müddət həll edilməməsi onun həllini qəti şəkildə yalnız münaqişə tərəflərinin ixtiyarına buraxmış olacaq. Belə olduqda isə Azərbaycan çox asanlıqla öz resurslarının köməyilə tarixi ədalətsizliyi bərpa edəcək, torpaqlarını işğalçılardan təmizləyəcək.
Qeyd edim ki, Azərbaycanın artan tepmlə inkişaf edən iqtisadiyyatının fonunda hərbi qüdrətin yüksəlməsi münaqişənin həllində həlledici rol oynayan çox vacib amillərdən biridir. Ermənistan isə bütün sahələrdə geriləyir. Beləliklə də, Azərbaycanla Ermənistan arasında bütün parametrlər üzrə uçurum getdikcə dərinləşir. Bu uçurumun dərinləşməsi isə münaqişənin nəticələrinin nədən ibarət olacağı barədə həm beynəlxalq birlikdə, həm Ermənistanın özündə aydın təsəvvürlər yaradır. Sadəcə burada zaman amili özünü göstərməkdədir. Buna görə də, Ermənistan çalışır ki, münaqişənin nizamlanmasını mümkün qədər uzatsın. Amma mən düşünürəm ki, uçurumun dərinləşməsi torpaqlarımızın işğaldan azad edilməsi zamanını yaxınlaşdırır.
Beləliklə də, 2010-cu ildə münaqişənin nizama salınmasında müəyyən canlanma ortaya qoyulsa da, Azərbaycanın hər bir vətəndaşı üçün arzuolunan nəticə əldə edilmədi. Lakin bütövlükdə 2010-cu ili münaqişənin həlli üçün itirilmiş dövr hesab etmək olmaz. Hesab edirəm ki, 2010-cu il növbəti mərhələdə münaqişənin ədalətli şəkildə - Azərbaycanın pozulmuş hüquqlarının tamamilə bərpa olunması çərçivəsində atılacaq növbəti addımlar üçün yaradılan əsasın daha da möhkəmləndirilməsi ili kimi səciyyələndirilə bilər.
- Əli müəllim, 2010-cu ilin Azərbaycana verdiyi töhfələrə həm daxili, həm də xarici siyasətdəki nailiyyətlər kontekstindən nəzər saldınız. Bəli, ötən müddət ərzində Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsində Azərbaycan region iqtisadiyyatının 75 faizinə, maliyyə kütləsinin 90 faizinə malik ölkəyə çevrilib. Bu mənada son olaraq, istərdik ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi obrazı haqqında düşündükləriniz barədə danışasınız...
- 2003-cü ildən bu günə qədər ötən müddət ərzində Azərbaycanın sürətli inkişafı bir reallıqdır. Hesab edirəm ki, bu, müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın inkişafının bu mərhələsi bilavasitə cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiyaya və ideyalara istinad edir. Amma reallıq ondan ibarətdir ki, Heydər Əliyev siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən çox uğurla, yüksək nəticələrlə müşaiyət olunan formada həyata keçirilir və keçirilməkdədir.
Azərbaycanın 2003-cü ildən bəri müşahidə olunmuş sosial-iqtisadi inkişafına dair kifayət qədər nümunə göstərmək və əldə olunmuş nəticələr əsasında ciddi təhlillər aparmaq olar. Amma ən ümumiləşdirilmiş nəticə ondan ibarətdir ki, bu müddət ərzində Azərbaycan sözün həqiqi mənasında Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Bir məqamı da vurğulamaq istərdim ki, Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, demoqrafiq proseslərdə ciddi irəliləyişlər baş verib. Bu gün Azərbaycan 9 milyonluq əhalisi ilə regionun demoqrafiq situasiyasını kökündən dəyişdirib.
ötən müddət ərzində Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. ölkəmiz artıq beynəlxalq birliyin hörmət etdiyi, qərarları ilə hesablaşdığı bir dövlətə çevrilib.
İqtisadi parnyorluq baxımından da, Azərbaycana olan inam əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan bir çox sahələrdə, xüsusilə, qlobal və enerji təhlükəsizliyi məsələlərində vacib tərəfdaş kimi qəbul edilir. Bu mənada Azərbaycan həm bölgədə, həm də regionumuzun hüdudlarından kənarda bir sıra qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində vacib rol oynayır. Hətta, bir çox hallarda Azərbaycan bu cür layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunlar Azərbaycanın regional siyasətdə mövqeyinin, əhəmiyyətinin və rolunun xeyli dərəcədə artdığından xəbər verir.
Azərbaycanın daxili sabitliyi və birliyi nöqteyi-nəzərindən də əldə olunan nailiyyətləri qeyd etmək istəyirəm. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin həm nəticəsi, həm də səbəbi, Onun tərəfindən Azərbaycanda yaradılmış ictimai-siyasi sabitliklə bilavasitə əlaqədardır. Bu gün də Azərbaycanda həyata keçirilən siyasətin həm səbəbi, həm də nəticəsi ictimai-siyasi sabitliklə bağlıdır. Son 7 il ərzində ölkənin daxili sabitliyi, birliyi və monolitliyi daha da möhkəmlənib. İndi Azərbaycan xalqı özünü daha monolit şəkildə ifadə edir ki, bu da ölkəmizin bütün resurslarını və potensialını daha səmərəli şəkildə reallaşdırmağa imkan verir. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirliyi siyasətlə əlaqədardır.
Bir sözlə, Azərbaycan bu gün əhəmiyyətli gücə malik dövlət kimi dərk edilir və qiymətləndirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin çox vacib şaxələrindən biri ölkəmizin modernləşməsidir. Həyatımızın hərtərəfli modernləşməsi mövcud siyasətin çox vacib fərqləndirici xüsusiyyətlərindən hesab olunur. Prezident İlham Əliyevin siyasətinin bu cəhəti həm bütövlükdə Azərbaycanın perspektiv inkişafının müəyyənləşdirilməsi, həm də təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dünyaya inteqrasiya prosesinə Azərbaycanın yaxından qoşulması, dünyanın ictimai-siyasi proseslərində bilavasitə iştirak etməsi ölkəmizin həm iqtisadiyyatının, həm də həyatımızın digər sahələrinin müasir çağırışlara uyğunlaşması ilə əlaqədardır. Bu isə ölkəmizdə modernləşmə siyasətinin ideya əsaslarını təşkil edir.
Beləliklə də, gözümüzün önündə bir yandan inkişaf edən, qüdrəti artan, insanlarının rihafı yüksələn, digər tərəfdən dünyada nüfuzu artan, mövqeləri möhkəmlənən, üçüncü bir tərəfdən isə getdikcə modernləşən, müasirləşən bir Azərbaycan dayanıb. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu ölkə Onun görmək istədiyi Azərbaycandır.
Məhz, bu konteksdə Prezident İlham Əliyevin siyasətçi obrazı formalaşmış olur. Həm Azərbaycan hüdudlarında, həm də qlobal miqyasda Prezident İlham Əliyev QURUCU lider, hər bir azərbaycanlının Prezidenti olmaq ideyasını reallığa çevirən SİYASƏTçİ, YENİLİKçİ RƏHBƏR kimi göz önündə canlanır. Azərbaycan xalqı Prezident İlham Əliyevi, öz LİDERİNİ, məhz, bu cür görür və qiymətləndirir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

