Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Cənubi Afrikanın xanım səfiri: Qadınlara çox səlahiyyət verilsə, dünyamız daha gözəl olar

Cənubi Afrikanın xanım səfiri: Qadınlara çox səlahiyyət verilsə, dünyamız daha gözəl olar

01.10.2022 [10:23]

Azərbaycanla CAR ticarət, enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əlaqələrə əhəmiyyət verir

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Cənubi Afrika Respublikasının (CAR) ölkəmizdə yeni təyin olunan səfiri, xanım Dipuo Berta Letsatsi-Duba ilə səfirliyin Ankarada yerləşən iqamətgahında görüşüb və xanım səfirlə söhbətləşib.

- Hörmətli xanım səfir, CAR ilə Azərbaycan arasında hansı sahələr üzrə əməkdaşlıq var və Azərbaycanda Sizin fəaliyyətiniz əsasən hansı istiqamətlər üzrə olacaq?

- Əsas hədəfimiz Azərbaycan hökuməti ilə ticari-iqtisadi əlaqələrin artırılması üçün irəli sürülən təşəbbüsləri dəyərləndirib, bu istiqamətdə əlaqələləri canlandırmaq, ticari-iqtisadi əlaqələrin həcmini artırmaqdır. Çünki COVİD pandemiyasının yaratdığı çətinliklər nəticəsində ticarət əlaqələrimiz çox zəifləyib. Bu əskikliyi aradan qaldırmaq üçün ticarət əlaqələrimizi gücləndirməliyik.

Azərbaycanı CAR üçün çox strateji bir ölkə, Afrika qitəsi baxımından isə strateji tərəfdaş kimi gördüyümüz üçün iki ölkə arasında səmimi, qarşılıqlı hörmətə dayanan münasibətlər var.

CAR Afrika Kontinental Azad Ticarət Zonasını təşviq edir. Bu saziş Afrikada təxminən 1,3 milyard insanın mal və xidmətləri üçün ən böyük vahid bazar yaratmaq və Afrikanın iqtisadi inteqrasiyasını dərinləşdirmək üçün iddialıdır. Cənubi Afrika da bu layihənin bir hissəsidir.

Azərbaycanı enerji sektorunda, neft, qaz, digər neft məhsulları təhcizatında bizə dəstək verə bilən tərəfdaş hesab edirik. Biz həm qitə, həm də Cənubi Afrika üçün diplomatik və iqtisadi baxımdan əlaqələrimizi gücləndirməyi qarşımıza məqsəd qoymuşuq.

Digər prioritetlərimiz mədəniyyət, turizm, ixrac, xalqlar arasında əlaqələrin inkişafıdır.

-  Azərbaycanın regiondakı rolundan söz düşmüşkən, sərhədlərimiz Ermənistan tərəfindən növbəti dəfə hücumlara məruz qaldı və bu hadisə növbəti itkilərə səbəb oldu, şəhidlər verdik. Bu cür hadisələrə bir diplomat olaraq mövqeyinizi bilmək istərdik.

- Mən Azərbaycan Prezidentinə cənab İlham Əliyevə etimadnaməmi təqdim edəndə danışmağa çox az vaxtım oldu. Amma o qısa zamanda da Cənab Prezident müharibənin artıq başa çatdığını, Azərbaycanın və bölgənin rifahı üçün yeni quruculuq işlərinin olacağını dedi. Bu pozitiv fikirlər bizdə böyük ümidlər yaratdı.

Əlbəttə, münaqişələr çox üzücüdür. Son hadisələrlə bağlı mən də çox məyus oldum. Hadisələri izləyirik. Biz müharibə istəmirik. Bu cür problemlər təkcə Ermənistanla Azərbaycan arasında deyil, Ukrayna ilə Rusiya arasında, Sudanla Afrikanın digər ölkələri arasında da mövcuddur. Ona görə də münaqişələrin sülh yolu ilə həlli bizim prioritetimiz olmalıdır. Mən bir diplomat kimi problemlərin diplomatik yollarla həll olunacağına inanıram. Ona görə də biz daha çox əməkdaşlıq sahələrinə diqqət etməliyik.

- Xanım səfir, siz etimadnamənizin təqdimatından danışdınız. İlk dəfə Azərbaycana gəlişiniz Sizdə hansı təəssürat yaratdı?

- Dediyim kimi, görüşümüz çox uzun sürmədi. Amma buna şahid oldum ki, cənab Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafında maraqlıdır. Hətta diplomatik baxımdan belə, ölkələrimiz arasında əməkdaşlıqda humanist mövqeyi var ki, bu, çox önəmlidir.

- CAR ilə Azərbaycan arasındakı mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Sizcə, bu münasibətləri daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?

- Biz Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyirik. Bununla bağlı layihə də hazırlamışıq. Bizim 5 əməkdaşlıq sazişi layihəmiz var.

Mən Ankarada Azərbaycanın Müstəqillik Günü ilə bağlı bir tədbirdə iştirak etdim, rəngarəng mədəni nümunələr - fərqli və xoş rəqslər, ifalar, çıxışlar, yeməklər gördüm.

- Yeri gəlmişkən, yeməklərimizdən ən çox nəyi bəyəndiniz?

- Azərbaycan gözəl ölkədir. Azərbaycan xalqı və mətbəxi məni çox heyran etdi. Azərbaycanda bir səhər yeməyində oldum, süfrəniz çox rəngarəngdir, bir yaşıl salat vardı, onu çox sevdim, toyuq çeşidindən həzz aldım.

Azərbaycan mədəniyyəti də bizimki kimi çoxşaxəlidir. Biz, hətta Azərbaycanda bir fəxri konsulluğumuzun, nümayəndəliyimizin açılmasını və fəaliyyətini təmin etməliyik.

- Qadının diplomat olması çətin deyilmi?

- Səfir təyin olunmağım mənim üçün çox həyəcanverici idi. Onu da deyim ki, bu, mənim ilk diplomatik missiyamdır. Prezidentimiz zəng edib Türkiyəyə səfir təyin olunduğumu bildirəndə çox sevindim, arzularım gerçəkləşdi. Çünki mən 24 il Cənubi Afrika hökumətində işləmişəm və hər zaman bir diplomatik vəzifə tutmağı xəyal etmişəm. Diplomat olmaq çox maraqlı peşədir, insanlarla, insani münasibətlərlə, ölkələrlə maraqlanırsınız. Bu mənim çox sevdiyim bir işdir.

Azərbaycana konsul təyinatına da qadın diplomatın seçilməsinə çox üstünlük verərdim.

- Maraqlıdır, niyə?

- Əksər ölkələrdə fəxri konsullar kişilərdir. Mən qadınlara diplomatik sahədə də  etimad olunmasının tərəfdarıyam. Qadınlar qanunvericilik siyasətinə əsaslanan, qərarvermə səlahiyyəti olan vəzifələrə yüksəldilməlidir. Düşünürəm ki, qadınlara fürsət verilsəydi, bu gün dünya çox fərqli olardı. Çünki qadının təbiətində qayğıkeşlik olduğu üçün o hər kiçik bir nüansı incəliklərinə kimi düşünüb, zərif xislətinə uyğun,  daha məsuliyyətli və hər bir məsələni düzənə salan qərarlar verə bilər.  Məncə əgər ədalətli qərar vermə mövqeyinə sahib qadınlara səlahiyyət verilsə, dünyamızın daha az eqosuz, daha çox tərəqqi, inkişaf və iqtisadi canlılığa çevrilən gələcəyi olacaq.

- Xanım səfir, bu yaxınlarda CAR-ın milli günü keçirildi. Bu günün ölkəniz üçün önəmi nədir?

- Bu gün bütün cənubi afrikalılar mədəni kimliklərini əlamətləndirmək, keçmişdən qalan mədəni miraslarını qorumaq üçün birləşir. Biz vaxtilə öz qədim mədəniyyətimizi yaşatmaq çətinlikləri yaşamış, bölünməyə məruz qalmış bir cəmiyyətik. Amma hazırda sosiallaşdıq və bütünləşdik. Yəni hər kəs fərdi olaraq keçmişdən qalan mədəni mirasını qorumaq üçün özündə bir məsuliyyət hiss etməlidir. Ona görə də konstitusiyamıza görə, 24 sentyabrda Güney Afrikanın Mənəvi Miras və Müstəqillik gününü milli bayram olaraq qeyd edirik. İnsanlarımıza mədəniyyət, mətbəx, sənət, musiqi kimi fərqli sahələrdə öz mənəvi miraslarını ifadə etmək imkanları yaradılır.

Biz də səfirlik olaraq Ankarada 23 sentyabrda bu günü qeyd etdik. CAR demokratik dövlətçiliyə qədəm qoyduqdan sonra mühüm irəliləyişlər qazanıb, insan şərəfi, irqçilik, cinsi, dini ayrı-seçkilik, hüquq üstünlüyünə  çox əhəmiyyət verir. Çünki bu bizə 1948-1994-cü illər arasında ölkəni idarə edən ağ irqçi, nasist aparteid rejiminə qarşı azadlıq mübarizəsinin əfsanəvi adı Nelson Mandeladan miras qalıb. Məhz Nelson Mandella sayəsində CAR Afrika qitəsinin ən sabit və inkişaf etmiş ölkələrindən biri olmaqda davam edir.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ölüm mələyi...

01 Dekabr 10:53

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Sosial

Necə başladı?

01 Dekabr 10:37

Xəbər lenti

Xəbər lenti

Gündəm

Prezident bu gün

Prezident bu gün

01 Dekabr 10:01

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31