Ünvanlı sosial yardım sistemi təkmilləşdiriləcək
17.02.2011 [09:14]
Azərbaycanda ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu barədə jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib:
- Biz bu mexanizmin əsas layihəsini işləmişik. ölkədə ünvanlı sosial yardımın verilməsi 2006-cı ildən başlanıb. Bir müddətdən sonra artıq aztəminatlı ailələrin reabilitasiyası məsələsini gündəmə gətirdik. çünki ünvanlı sosial yardımın icrası zamanı məlum oldu ki, bir çox insanlar müəyyən obyektiv səbəblərdən işləyə bilmirlər. Ona görə kasıbçılığa düçar olaraq ünvanlı yardıma ehtiyacları yaranır. Belə hallar nəzərə alınaraq biz aztəminatlı ailələrin sosial reabilitasiyası problemini qaldırdıq. İndi bununla bağlı bir çox istiqamətlər var. Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən sosial xidmət məsələləri də aztəminatlı ailələrin sosial reabilitasiyası ilə bağlıdır. Təcrübə göstərir ki, bir çox hallarda gənc ailə öz ailəsində olan əlilə, yaxud ahıl vətəndaşa xidmətə görə müstəqil şəkildə işləyə bilmir. Normal işə ona görə başlaya bilmir ki, evdə xidmətə ehtiyacı olan adam var. Bunun üçün biz sosial xidmət şəbəkələri yaratmalıyıq ki, həmin vətəndaşlara sosial xidmət göstərilsin və evdəkilər də işləyib ailəsini dolandıra bilsin. Hazırda sosial xidmətlə bağlı konturlar var. Bu gün evlərdə tənha ahıllara xidmət göstərilir, qocalar evləri var, amma günərzi mərkəzləri Azərbaycanda yoxdur. Belə mərkəzlər ondan ötrüdür ki, gün ərzində hansısa əlilə, ahıla baxılsın, ona xidmət göstərilsin ki, həmin ailədə iş qabiliyyəti olanlar gedib işləyə bilsinlər. Ahıl vətəndaş isə gəlib belə mərkəzlərdə gününü keçirsin, yeməyini yesin və ona orada tibbi xidmət göstərilsin. Ona əvvəllər xidmət edən oğlu, qızı və yaxud digər ailə üzvü gedib normal şəraitdə işləyə bilsin. Bunların hamısı problemlərdir və aztəminatlı ailələrin reabilitasiyası proqramının bir istiqamətidir.
ünvanlı sosial yardımın yeni mexanizmlə verilməsi də bir istiqamətdir, nəzərdə tutulur ki, xüsusilə, kənd yerlərində aztəminatlı ailələrə ünvanlı yardım əvəzinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə dəstəyi verilsin. Bunda da məqsəd özünədəstək, özünütəminetmədir. Əgər şərti desək, onsuz da bu gün orta hesabla hər bir ailəyə ünvanlı yardım kimi 100-110 manat vəsait ayırırıq. Orta hesabla bu il ərzində 1200-1300 manat edir. Aparılan təhlil nəticəsində, həmin vətəndaşların vəziyyətinin öyrənilməsi nəticəsində onlara yardımların birdəfəlik verilməsi və bu yardımların nəzarət altında sahibkarlıq fəaliyyətinə yönəldilməsi nəzərdə tutulur. Aztəminatlı ailə bu vəsaitlə məsələn, qoyun və inək alaraq özünə iş şəraiti yaradaraq kasıbçılıqdan çıxa bilər.
- ünvanlı sosial yardımların verilməsində müəyyən nöqsanlar da aşkarlanır. Artıq ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Belə bir şəraitdə mövcud nöqsanların aradan qaldırılması istiqamətində hansı addımlar atılır?
- Bu, bizim gündəlik işimizdir. Nazirliyin bir çox fəaliyyət istiqamətləri var. Bir istiqamət də korrupsiya ilə mübarizədir. Məlumdur ki, nazirliyin xidmət şəbəkəsi və xidmət kontingenti çox genişdir. Sonuncu məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 120 mindən artıqdır, 400 minə yaxın ailə sosial müavinət alır, dövriyyədə olan daimi tibbi sosial ekspertiza komissiyasına müraciət edən əlillərin sayı 200 mindir. Bizim də məqsədimiz odur ki, bu şəbəkə idarə olunanda səmərəli idarə olunsun, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilsin. Bizim yerlərdə olan işçilər müraciət edən vətəndaşlarla münasibətlərini normal qursunlar. Bunun üçün əlimizdə kifayət qədər nəzarət mexanizmləri var. Buna baxmayaraq, neqativ hallar olur və biz həmin hallara qarşı mübarizə aparırıq. Nöqsanlara yol verənləri işdən çıxarırıq, sənədləri hüquq mühafizə orqanlarına göndəririk və digər inzibati tədbirlər görürük ki, bu, bizim daimi işimizdir.
- İlqar müəllim, Sosial Məcəllənin hazırlanması istiqamətində hansı işlər gedir?
- Hazırda bu istiqamətdə də işlər gedir. Sosial xidmət qanunu da həmin məcəllənin bir hissəsidir. Hazırda sırf sosial müdafiə ilə bağlı 15-dən artıq qanun fəaliyyətdədir, bundan başqa, əlillərin, veteranların, ahıl vətəndaşların, çoxuşaqlı ailələrin məsələləri var. İndi istəyirik ki, həmin qanunları toplayıb bir məcəllədə cəmləşdirək. İstəyirik ki, bu işi cari ilin axırına kimi yekunlaşdıraq.
- Əlilliyin verilməsi ilə bağlı yeni mexanizmlərin müəyyən edilməsi də nəzərdə tutulurmu?
- Hazırda bizim tibbi-sosail ekspert komissiyalarımızın təkmilləşdirilməsi prosesi gedir. Son zamana qədər tibbi-sosial ekspert komissiyaları zonalar üzrə fəaliyyət göstərirdi. Hər zonaya 5-6 rayon daxil idi. Lakin təhlillər onu göstərir ki, 100-120 min əhalisi olan rayonlardakı əhalinin 3-5 minini əlillər təşkil edir və bu zaman onu əhatə edən komissiyaların necə mürəkkəb şəraitdə işləməsi aydın olur. Komissiyalar hansı gərgin şəraitdə işləməlidir ki, müraciət edən vətəndaşlara xidmət göstərə bilsin. Ona görə hökumətə təklif etdik ki, Azərbaycanda 20 zona əvəzinə 38 zona üzrə tibbi-sosial ekspert komissiyası yaradılsın. Bununla biz komissiyalara imkan veririk ki, keyfiyyətli ekspert rəyləri çıxarılsın. Digər tərəfdən, əlillərin müəyyən olunması meyarlarını hazırlamışıq. Bununla meyarlar çox ciddiləşdirilir, əlilliyin müəyyən edilməsi səbəbləri daha da aydın və ciddi olur. Burada məqsəd əlilliyə meyilliyin qarşısının alınması və əlillərin reabilitasiyası şəbəkəsini genişləndirməkdir.
NARDAR
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

