/ / Azərbaycan coğrafi mövqeyinə, müstəqil siyasətinə görə dünya informasiya arxitekturasında yeri, özünəməxsus imkanları olan bir ölkə kimi tanınır
Azərbaycan coğrafi mövqeyinə, müstəqil siyasətinə görə dünya informasiya arxitekturasında yeri, özünəməxsus imkanları olan bir ölkə kimi tanınır
02.09.2011 [10:33]
AzərTAc-ın Baş direktoru Aslan Aslanov www.yap.org.az saytına müsahibə verib:
- Sizi 60 illik yubileyiniz və yüksək mükafat - “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Bu əlamətdar hadisələr barədə təəssüratları özünüzdən eşitmək maraqlı olardı.
- Hər iki hadisəni həyatımın heç zaman unudulmayacaq məqamı hesab edirəm. çünki 60 yaş tanrının qismətimə yazdığı ömür payıdır. “Şöhrət” ordeni isə möhtərəm Prezidentimiz İlham Əliyevin əməyimə verdiyi yüksək qiymətdir. Mənə yaratdığınız imkandan istifadə edərək cənab Prezidentə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əslində bu mükafat təkcə mənə deyil, AzərTAc-ın kollektivinə, ümumiyyətlə milli mətbuatımıza göstərilən diqqət və qayğının təzahürüdür. Bu diqqət və qayğı kollektivimizin hər bir üzvündə ruh yüksəkliyi yaratmış, müasir müstəqil Azərbaycanın inkişaf dinamikasını daha geniş coğrafiyada təbliğ etmək əzmini qat-qat artırmışdır. Hazırda dünyanın informasiya məkanında özünə layiqli yer tutan Azərbaycanın uğurları nüfuzlu mətbuat orqanlarının, tanınmış siyasətçilərin, analitiklərin və politoloqların diqqət mərkəzindədir. Onlar öz şərhlərində, təhlillərində liderin rolu məsələsinə xüsusi diqqət yetirirlər. Bu barədə çoxsaylı misallardan ikisini diqqətə çatdırmaqla kifayətlənəcəyəm.
Fransada nəşr olunan “La Lettre diplomatique” jurnalı son illər Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlara toxunaraq yazır: “ölkə rəhbərliyinin ayrı-ayrı vaxtlarda regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması və ölkənin davamlı inkişafı və digər məsələlərlə bağlı qəbul etdiyi proqramlar və qərarlar son bir neçə ildə Azərbaycanın simasını tamamilə dəyişmiş, ölkəni dünyanın aparıcı dövlətləri sırasına çıxarmış, dünyadakı imicinin yüksəlməsinə səbəb olmuşdur”.
ABŞ-ın nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sədri Frederik Starr isə AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: “Səmimi deməliyəm ki, mən Prezident İlham Əliyevin pərəstişkarlarından biriyəm. Bilirsiniz, Amerika prezidentlərindən Teodor Ruzvelt özünə çox güvənən adam, güclü və maraqlı şəxsiyyət idi. Amma daim diqqət mərkəzində olmağı sevərdi. Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Mən onun Azərbaycandakı müxalifət nümayəndələri barədə hörmətlə danışdığını dəfələrlə eşitmişəm. O, şəxsi hissləri siyasətdən ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, O, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib. İlham Əliyevi bir çox prezidentlərdən, hətta bəlkə də öz atasından fərqləndirən bir cəhət var. Heydər Əliyevə daim irəlidə olmaq istəyi xas idi. Məncə, bu, təkcə Onun vəzifə borcu ilə bağlı deyildi, təbiətcə belə insan idi. Liderlik Onun ən gözəl qabiliyyətlərini üzə çıxarırdı. Amma İlham Əliyev bütöv, xoşbəxt və fəal şəxsiyyətdir və mənə elə gəlir ki, bu, heç də Onun Prezident olması ilə bağlı deyil. Başqa sözlə desəm, Onun şəxsiyyəti bu vəzifə olmadan da bütövdür”.
Hər bir vətənpərvər azərbaycanlının qəlbini iftixar hissi ilə dolduran bu fikirlərə əsaslanaraq, təəssüratlarımın mahiyyətini qısaca belə ifadə edərdim: məşhur nəşrlərin, simaların yüksək dəyər verdikləri şəxsiyyətin, liderin, dövlət başçısının rəhbərliyi altında çalışmağı etibar, şərəf, məsuliyyət və ləyaqət işi hesab edirəm.
- Məqalələrinizin birində yazmısınız ki, AzərTAc-ın yaranması tarixi zərurət idi. Bu mənada sizi yenicə çapdan çıxmış “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri” adlı monoqrafiyanı yazmağa hansı zərurət sövq etmişdir?
- Məni bu işə “Heydər Əliyev və AzərTAc”, “AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol”, “AzərTAc-90” kitablarını yazmaq üçün apardığım araşdırmalar zamanı rast gəldiyim zəngin arxiv materialları, tarixi sənədlər, faktlar, informasiya işinin təşkili ilə bağlı yenilikləri öyrənib təcrübədə tətbiq etmək istiqamətində agentlikdə həyata keçirilən işlər sövq etmişdir.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AzərTAc 1920-ci il martın 1-də fəaliyyətə başlamışdır. 91 illik inkişaf yolu keçməsinə baxmayaraq, agentliyin tarixi və fəaliyyəti ilə bağlı indiyədək ayrıca tədqiqat işi aparılmamışdır. Ayrı-ayrı yubiley məqalələrini, bəzi jurnalist xatirələrini nəzərə almasaq, demək olar ki, bu sahədə heç bir iş görülməmişdir.
Digər tərəfdən, Azərbaycan coğrafi mövqeyinə, müstəqil siyasətinə görə dünya informasiya arxitekturasında yeri, özünəməxsus imkanları olan bir ölkə kimi tanınır. Keçən əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra özünün informasiya siyasətini müəyyənləşdirmiş və bu siyasəti həyata keçirmək, beynəlxalq aləmdə nüfuzunu təsdiq etmək üçün informasiya işindən geniş istifadə etməyə başlamışdır. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər iki dövründə dövlət idarəçiliyində, yeni siyasi və iqtisadi potensialın səfərbər edilməsində, xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasında, milli mədəni dəyərlərin, elmin, təhsilin inkişafında informasiyanın geniş imkanlarından istifadə etməyin labüdlüyünü nəzərə almaqla, bu sahəyə böyük əhəmiyyət vermişdir. Məhz ümummilli liderin Prezidentliyi dövründə AzərTAc-a dövlət agentliyi statusu verilmiş, onun fəaliyyəti əsaslı şəkildə yenidən qurulmuş, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün təsirli tədbirlər görülmüşdür. İndi Azərbaycan dünya informasiya məkanında öz yeri olan, yayılan xəbərlərin dəqiqliyi və etibarlılığı ilə seçilən bir ölkəyə çevrilmişdir. Ona görə də, beynəlxalq miqyasda tanınmış informasiya agentlikləri nüfuzlu mənbə kimi AzərTAc-ın xəbərlərindən istifadə edir. Azərbaycanda görülən işlər, toplanmış təcrübələr, ölkəmizin qazandığı nüfuz müxtəlif təşkilatlar və beynəlxalq agentliklər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu yenilik və təcrübələrin ümumiləşdirilməsi, elmi cəhətdən araşdırılması da böyük aktuallıq kəsb edir. AzərTAc-ın keçdiyi tarixi inkişaf yolunun, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, dövlətçiliyin möhkəmlənməsində fəaliyyətinin, ölkəmizin qarşılaşdığı informasiya blokadasının aradan qaldırılmasında və Azərbaycan həqiqətlərinin dünyada yayılmasında rolunun, agentliyin dünya informasiya məkanına inteqrasiyası prosesinin araşdırılmasına ehtiyac da məhz belə bir zərurətdən irəli gəlmişdir.
- Azərbaycanın qədim, böyük və yeganə rəsmi xəbər agentliyi olan AzərTAc sürətlə qloballaşan dünyanın informasiya məkanına fəal inteqrasiya edir. Bu isə müasir innovasiyalardan istifadə etmədən mümkün deyildir. Agentlikdə bu istiqamətdə hansı yeniliklər vardır?
- Təxminən 10-15 il əvvəl informasiya agentlikləri mətn formatında olan xəbərlərin və fotoşəkillərin istehsalçısı idilər. Bu gün isə onların hamısı multimedia şirkətləridir. Proqnozlara görə, 10-15 ildən sonra iqtisadi potensial getdikcə daha sürətlə tükənməkdə olan xammal ehtiyatları və enerji resursları ilə deyil, yeni elmi texnologiyaların inkişaf səviyyəsi ilə müəyyən ediləcəkdir. Bu mənada qlobal informasiya dünyasının ən müasir texnoloji innovasiyaları AzərTAc-ın fəaliyyətində də geniş yer tutmaqdadır.
Azərbaycanın yeni texnologiyalar erasına qədəm qoyması Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2010-cu il 22 aprel tarixli Sərəncamında da xüsusi qeyd olunur. Sərəncamda deyilir ki, son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Qlobal informasiya məkanında mühüm dəyişikliklər baş verdiyi, yeni informasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir.
Həmin sərəncamın icrası ilə əlaqədar AzərTAc-da böyük təşkilati, texnoloji və struktur dəyişiklikləri həyata keçirilir. öz fəaliyyətini müasir tələblər səviyyəsində quran agentlik bu dəyişiklikləri etməyə məcburdur. çünki bizim məhsulların istehlakçısı olan auditoriya daim hərəkətdədir. Onlar bütün gün ərzində, harada olmalarından asılı olmayaraq, dünyada nə baş verdiyini və nəyin mühüm olduğunu bilməyə can atır. Bu auditoriya artıq səhər qəzetlərində, televiziyaların və radioların xəbərlər proqramlarındakı informasiyalarla kifayətlənmir. Onlara maşında gedərkən, hətta küçədə gəzərkən müntəzəm və operativ xəbərlər lazımdır. Bununla əlaqədar, biz bazarın tələbinə uyğun olaraq redaksiyalarımızı birləşdirməyə, məhsullarımızı yaxşı formada bütün yaş qruplarından olan auditoriyaya çatdırmaq məqsədi ilə kağız və peyk xəbərlərinin vəhdətini yaratmağa başlamışıq. Buna görə də, hesab edirik ki, nəinki 10 il, neçə onilliklərdən sonra da milli informasiya agentliklərinin, o cümlədən, AzərTAc-ın xəbərlərinə ehtiyac duyulacaqdır.
Bu məqsədlə, AzərTAc xəbər istehsalı və yayılmasında çox önəmli islahatlara, iddialı bir proqram həyata keçirməyə başlamışdır. Bu proqramın vacib cəhətlərindən biri xarici dillərdə informasiya baş redaksiyasının arxitekturasının yenidən qurulmasıdır. Artıq bu istiqamətdə ciddi addımlar atılmış, ingilis və rus dillərindən başqa alman, fransız və ərəb dillərində də xəbər şöbələri yaradılmışdır. Bunun nəticəsində AzərTAc-ın xəbərləri artıq altı dildə dünyanın müxtəlif ölkələrinə yayılır.
Proqramın digər vacib cəhəti isə aparıcı milli xəbər agentliyi üçün yüksək standartlara cavab verən yeni multimedia və videoxəbər redaksiyasının yaradılmasıdır. Bu, gün ərzində fasiləsiz işləyən, siyasətdən tutmuş idmana qədər bütün mövzuları əhatə edən informasiya məhsullarını ortaya qoyacaq bir redaksiyadır. Bu istiqamətdə ixtisaslaşmış peşəkar jurnalistlər hadisə yerindən reportajları agentliyə ötürəcəklər. Rəqəmsal avadanlıqla işləyən redaktorlar günün əvvəlində xəbər mövzularını planlaşdırır, jurnalistlər tapşırıqları yerinə yetirir, çap xəbər redaktorları isə məhsulun istehlakçıya çatdırılması funksiyasını yerinə yetirirlər. Yeni rollar məsələsində ideal nəticə bütün media xəbərlərini idarə etmək və qərarları mümkün qədər tez verməkdir. Bizim komanda informasiyanı müxtəlif mənbələrdən - dövlət və hökumət qurumlarından, qeyri-hökumət təşkilatlarından, hadisə yerlərindən, xəbər lentlərindən, xarici ölkələrdəki müxbirlərimizdən əldə edib onu daim yenilənən qaynar xəbər kimi hazırlayır və yayır. İndi AzərTAc-ın saytında səsli xəbərlərdən, audioslaydşoulardan, video, fotolent və infoqrafikadan geniş istifadə olunur.
Agentlikdə audio və videoxəbərlərin sayının artırılmasına və onların keyfiyyətinin daim yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Rus və ingilis dilləri ilə yanaşı, alman, fransız və ərəb dillərində də audio və videomaterialların hazırlanması istiqamətində intensiv iş gedir. Bu proqramın həyata keçirilməsi sayəsində AzərTAc-ın xarici ölkələrdəki auditoriyası xeyli genişlənəcək, beləliklə, agentliyin məhsullarının əcnəbi istehlakçıları Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı, demokratik vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətləri, eləcə də, Azərbaycan diplomatiyasının çoxvektorlu xarici siyasətdə uğurları ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
- Müasir dünyanın informasiya arxitekturasında mühüm yeri olan milli agentliklərin beynəlxalq əlaqələri sürətlə genişlənməkdədir. Bu prosesdə AzərTAc da fəal iştirak edir. Agentliyin beynəlxalq əlaqələr müstəvisində yeri və rolu barədə də məlumat verməyinizi xahiş edirik.
- AzərTAc-ın beynəlxalq əlaqələrinin qurulması Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının dünya birliyində öz yerini tutması, Ulu öndərin daxili və xarici siyasətinin müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin regionda şəksiz lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun artması və mövqelərinin möhkəmlənməsi, habelə AzərTAc-ın maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi sahəsində dövlət səviyyəsində görülən ardıcıl tədbirlər agentliyin xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol oynamışdır. Beynəlxalq əlaqələrinin genişlənməsi AzərTAc-ın fəaliyyətinin strateji istiqamətidir.
Hazırda AzərTAc-ın dünyanın istənilən ölkəsi ilə birbaşa əlaqə saxlamaq, informasiya mübadiləsi aparmaq üçün ən müasir texniki imkanlara malik bazası, ən mükəmməl elektron poçt şəbəkəsi və internet saytı vardır. İndi hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlığa böyük maraq göstərirlər. Agentliyimiz hazırda Türkiyə, Rusiya, çin, Ukrayna, İtaliya, Bolqarıstan, Misir, Serbiya, Macarıstan, İran, Rumıniya, İndoneziya, Belarus, Qazaxıstan, Koreya Respublikası, Yaponiya, CAR kimi 25 ölkənin milli informasiya agentlikləri ilə ikitərəfli sazişlər əsasında informasiya mübadiləsi aparır. Həmin sazişlər bilavasitə AzərTAc-ın tərəfdaşlarının təşəbbüsü ilə imzalanmışdır. Bu da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının daha bir təsdiqidir.
AzərTAc 2004-cü ilin sentyabrından dünyanın 33 ölkəsinin təmsil olunduğu Mərkəzi Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü, 2007-ci ildən büro üzvüdür. Bu uğur agentliyi beynəlxalq əlaqələr müstəvisində yeni mərhələyə çıxarmışdır.
AzərTAc beynəlxalq əlaqələr sahəsində daha bir uğura 2008-ci ildə imza atmışdır. Həmin il aprelin 18-də AzərTAc Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir. MDB məkanında Rusiyanın İTAR-TASS və Ukraynanın Ukrinform agentliklərindən sonra bu beynəlxalq media qurumuna məhz AzərTAc qəbul olunmuşdur.
AzərTAc Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Alyansının (ANİA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. Hazırda AzərTAc bu qurumlardan ikisinin - TKA və BSANNA-nın sədridir.
Hər gün bu regional qurumların saytında AzərTAc-ın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatına dair orta hesabla 20-25 informasiyası yerləşdirilir.
Bu uğurlar beynəlxalq aləmdə AzərTAc-a marağı artırmışdır. Bunun nəticəsidir ki, 2008-ci ilin mayında TKA-nın Baş məclisinin 7-ci, həmin ilin oktyabrında OANA İcraiyyə Komitəsinin 30-cu, 2010-cu ilin martında Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının 9-cu iclasları, 2011-ci ilin iyununda BSANNA-nın V Baş Assambleyası AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilmişdir.
AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, Macarıstan, Böyük Britaniya, Latviya, Yaponiya, çin, İran, Ukrayna, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, bir sözlə Avropa və Asiyanın əsas aparıcı ölkələrində müxbir məntəqələri fəaliyyət göstərir. Müxbirlərimiz xaricdə baş verən aktual siyasi-iqtisadi mövzularla yanaşı, vacib ədəbi-mədəni hadisələrə dair operativ materiallar göndərməklə hərtərəfli əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayırlar. Biz çalışırıq ki, bu iş birtərəfli istiqamətdə getməsin, xaricdəki müxbirlərimiz həm də Azərbaycan haqqında ən mühüm informasiyaları çalışdıqları ölkələrin yerli informasiya agentlikləri vasitəsilə əcnəbi oxuculara çatdırsınlar.
Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması, Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. İndi tam məsuliyyətlə demək olar ki, ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın yeni informasiya məkanında öz yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

