/ / Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu siyasət həyata keçirilir
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu siyasət həyata keçirilir
15.09.2011 [11:02]
- Bəhram müəllim, Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən siyasət haqqında ümumi məlumat verməyinizi xahiş edirik. ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində nazirlik üzərinə düşən vəzifələri hansı səviyyədə yerinə yetirir?
- ölkəmizdə aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir, dövlət hər zaman bu məsələyə böyük önəm verir. Bununla belə, təbii faktorları da vurğulamaq istərdim. Kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyi ilə bağlıdır. Bu iqlim dəyişiklikləri dünyada neqativ təzadların əmələ gəlməsinə yol açır ki, bu da kənd təsərrüfatına mənfi təsirlər göstərir.
Bütün bunlara baxmayaraq, Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, planlaşdırılmış məsələlər var ki, biz o məsələlərin həlli ilə məşğuluq. Məsələn, Azərbaycanın taxıla olan illik tələbatı 3 milyon tondur. Bu hədəfə çatmaq üçün biz böyük işlər görürük. Yəni, bu işlərin əsasında ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramı dayanır. Bu sənədin əsasında birbaşa Kənd Təsərrüfatı Nazirliyinə aid olan məsələlərin həyata keçirilməsinə ciddi nəzarət edirik. İstərdim ki, kənd təsərrüfatının prioritet sahələri ilə bağlı fikirlərimi bölüşüm. Bu sahələrdən biri taxılçılıq, toxumçuluqdur. İkinci prioritet sahə heyvandarlıq sahəsidir. üçüncü yerdə isə, torpaqların münbitliyinin qorunub saxlanmasıdır. Bu gün Azərbaycanda 3 mln. 610 min hektar sahə erroziya içindədir, 1 milyondan artıq sahə şoranlaşıb. Amma bunlar kənd təsərrüfatı dövriyyəsinə gətirilməlidir. Bütün bunlar, əlbəttə ki, müvafiq Dövlət Proqramında öz əksini tapmış məsələlərdir. Bu istiqamətdə konkret layihələr həyata keçirilir.
Marketinq sahəsi də kənd təsərrüfatının ən önəmli sahələrindəndir. Yəni, bu, istehsalçının praktik bazarının təşkilidir. Bu məsələlər bizim üçün əsas prioritetlərdir.
ümumiyyətlə, kənd təsərrüfatı sistemində müəyyən dönüş sayıla biləcək addımlar da atılıb. Mən bayaq qeyd etdim ki, kənd təsərrüfatı olduqca mürəkkəb bir mexanizmdir. Yəni, iqlim dəyişiklikləri kənd təsərrüfatına böyük təsirlər göstərir. Bəzən iqlim dəyişikliyi planlaşdırılan məsələlərin tam həyata keçməsinə mane olur. Məsələn, taxılçılıqda planlaşdırırıq ki, hər hektardan 35-40, bəzən 50 sentner məhsul yığacağıq, isti və ya soyuq hava kütlələrinin təsiri nəticəsində buna nail ola bilmirik, məhsuldarlıq aşağı düşür. Təbii ki, bunun qarşısının alınması istiqamətində də bir sıra laiyhələr həyata keçirilir. Buza, quraqlığa davamlı bitki, taxıl sortları yetişdirilir ki, bu da günün tələblərinə cavab verən məsələlərdəndir. Artıq bu istiqamətdə Əkinçilik İnstitutu böyük işlər görüb. Beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradılır, yeni sortların Azərbaycana gətirilməsi, onların adaptasiya edilməsinə nail olunur.
- Bu il Azərbaycanda taxıl istehsalı nə qədərdir? Əldə olunan nəticələr taxıla olan tələbatı ödəyirmi?
- Torpaqların münbit vəziyyətə gətirilməsi vacib məsələlərdən biridir. Hansı ki, bu istiqamətdə də artıq addımlar atılır və müəyyən layihələr həyata keçirilir. Bu layihələrin də əsas məqsədi torpaqların şoranlaşmadan təmizlənib dövriyyəyə gətirilməsidir. ümumiyyətlə, ölkəmizdə torpaqların istifadəsi məsələsi ilə bağlı davamlı tədbirlər görülür. Bildiyiniz kimi, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatı aparılıb. Bu islahatlar çox uğurla həyata keçirildi. çünki bu zamanın tələbi idi. Bu torpaqlar ədalətli şəkildə bölünüb kəndlilərə verildi, bunun əsasında da yeni fermer təsərrüfatları yaradıldı. İslahatların nəticəsi olaraq torpaqların bir qismi şəxsi mülkiyyətə, bir qismi bələdiyyələrə, digər bir qismi isə dövlətin mülkiyyətinə verildi. Artıq bu istiqamətdə işlər yekunlaşıb. Məhz torpaq islahatının ardından kənd təsərrüfatında dönüş yarandı. Artıq insanların ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatı ödənməyə başlandı. 2009-cu ildə isə taxıla olan tələbat ödənildi. Amma 2010-cu ildə iqlim dəyişiklikləri yenidən müəyyən problemlər ortaya çıxardı və taxıl istehsalı aşağı düşdü. Buna baxmayaraq, builki nəticələr qənaətbəxşdir, artıq 2011-ci ildə 2 milyon 300 min tondan çox taxıl istehsal olunub. Onun 156 min tonu toxumluq, 1 milyon 600 min tona yaxını ərzaq buğdası, qalanı isə yem üçün istifadə olunan taxıl məhsullarıdır. Bütövlükdə götürəndə, taxıl məhsullarına tələbatımız 3 milyon tondur. Ərzaq buğdası ilə özümüzü təmin edirik. ümumi taxıl tələbatını təmin etmək üçünsə təxminən 20 faiz həcmində xaricdən idxal edirik.
Amma nəzərə alaq ki, hələ taxıl biçini tam qurtarmayıb. Müəyyən dağ rayonları var ki, orada biçin davam edir. Düşünürəm ki, 2,5 milyon tona yaxın məhsul əldə ediləcək. Nəzərinizə çatdırım ki, bu il 985 min hektar sahədə taxıl əkilib. Dənli bitkilər 967, 305 min hektar sahədə əkilib. İndiyə qədər biçilmiş sahə isə 942, 502 min hektardır.
- Bəs heyvandarlığın inkişafı ilə bağlı nə kimi nəticələr əldə olunub?
- ölkəmizdə heyvandarlıq sahəsinin də inkişafı istiqamətində mühüm işlər görülüb. Bildiyiniz kimi, Aqrolizinq vasitəsilə Azərbaycana damazlıq cins heyvanlar gətirilib. Bu isə kənd təsərrüfatında ətlik, südlük heyvanların yetişdirilməsi problemlərinin həllində böyük addımdır. Biz heyvanların cins tərkibini dəyişməklə, yeni bir addım atmaqla insanların ətə, südə olan tələbatlarını ödəmək istəyirik. Görülən işlər bu məhsullarla ölkəmizi tam təmin etməyə hədəflənib. Ətçilik istiqamətində də müəyyən addımlar atılıb. Hələ ki, ölkəmizdə ətə olan tələbatın 80 faizini ödəyə bilirik.
- Kənd təsərrüfatında məhsuldarlığın artırılması və bazara çıxarılması yönündə aqrar-sənaye komplekslərinin yaradılması işi ilə bağlı hansı işlər görülür?
- Marketinq sisteminin qurulması olduqca vacib məsələlərdəndir. Burada aqrar-sənaye kompleksinin yaradılması önəmli rol oynayır ki, bu istiqamətdə də işlər görülür. Faktlara müraciət edək: Bildiyiniz kimi, ölkəmizdə şəkər çuğunduruna ehtiyac çox idi. Biz tələbatımızı yalnız idxal nəticəsində ödəyə bilirdik. Bu gün isə İmişlidə şəkər zavodu fəaliyyət göstərir və zavoda 7 rayon şəkər çuğunduru istehsal edib göndərir. Bunun nəticəsində də zavodda şəkər tozu istehsal edilir.
Eyni zamanda, bildirmək istəyirəm ki, Quba-Xaçmaz regionu əsasən meyvəçilik rayonudur və bu bölgədə konserv zavodlarının, şirə zavodlarının olması, soyuducu anbarların yaradılması günün tələbidir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilir ki, onlar bölgələrdə belə infrastrukturlar yaradırlar. Yəni, artıq bu istiqamətlərdə addımlar atılır. Məsələn, alma yığılır, artıq xarab olmur, soyuducularda saxlanır. Oradan da ya bazara, ya da konserv zavodlarına gedir. ümumilikdə, bütün bunlar kənd təsərrüfatının inkişafı üçün ciddi məsələlərdir. Məlum olduğu kimi, Azərbaycan meyvə-tərəvəzlə özünü tam təmin edir və bu məhsulları xarici bazara da çıxarır. Aqrar-sənaye komplekslərinin yaradılması isə bu işi keyfiyyət baxımından daha da sürətləndirəcək.
- Bəhram müəllim, kooperasiyaların yaradılması məhsuldarlığın artmasına və məhsulların satış bazarlarının tapılmasına nə dərəcədə müsbət təsir göstərə bilər?
- Qeyd edim ki, günün tələblərindən biri də kooperasiyaların yaradılmasıdır. Bildiyiniz kimi, Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. ümumiyyətlə, bu da çox vacib məsələdir. Dünya ölkələrində də bu sistemindən çox istifadə olunur. Bu, xırda təsərrüfatlardan iri təsərrüfatlara keçməyi nəzərdə tutur. Bir müddət öncə mən deputat qrupu ilə birlikdə Almaniyada səfərdə oldum və bu ölkənin əyalətlərində mövcud olan kooperativ təsərrüfatların fəaliyyəti ilə maraqlandıq. Məqsədimiz bu təcrübəni öyrənmək idi. Mənim fikrimcə, Almaniyanın təcrübəsindən istifadə etmək bizim üçün məqbuldur. Almanlar bu sahədə çox böyük uğurlar əldə ediblər. Orada ötən əsrin əvvəllərində kooperasiya ilə bağlı məsələyə könüllülük əsasında əməl olunub, Hitler hakimiyyətə gəldikdən sonra isə bu məcburi şəkildə reallaşıb. Sonradan bu istiqamətdə yeni baxışlar meydana gəlib. Bank-kredit sisteminin yaranması isə bu işin daha da güclənməsinə şərait yaradıb. Prinsip etibarı ilə biz alman texnologiyasının birinci hissəsini həyata keçirmişik. Fikrimcə, adıçəkilən qanunun qəbul edilməsindən sonra bu sahədə yeni mərhələ başlayacaq. Bu isə kənd təsərrüfatının inkişafına böyük təkan vermiş olacaq.
- ümumiyyətlə, necə hesab edirsiniz, aqrar sahə ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddurmu? Strateji məhsullar haqqında qanunların qəbulunun əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə, parlament tərəfindən aqrar sahə ilə bağlı xeyli sayda qanunlar qəbul olunub. Bu qanunlar kənd təsərrüfatının inkişafı üçün ciddi hüquqi bazadır. Qanun layihələrinin hazırlanmasında, Milli Məclisin, o cümlədən, onun Aqrar komitəsinin böyük zəhməti var. Qəbul olunmuş qanunlar beynəlxalq standartlara cavab verir. Təbii ki, qanunvericiliyin təkmilləşdirilməsi ümumi işimizin xeyrinədir.
Qeyd etdiyiniz kimi, parlament bir sıra strateji məhsullar haqqında qanunlar qəbul edib. Onların sırasında taxılçılıq, pambıqçılıq haqqında qanunları qeyd etmək olar. Təbii ki, bu qanunlar strateji məhsulların istehsalının artmasına, bu sahələrə diqqətin güclənməsinə xidmət edir. Taxılçılığın inkişafı göz önündədir və burada istehsal artmaqdadır. Hesab edirəm ki, pambıqçılığın da əvvəlki şöhrətini qaytarmaq mümkündür. Pambıqçılıq haqda qanun 2010-cu ildə qəbul olunub. ümumiyyətlə, pambıq strateji bir məhsuldur. Həm də bu çox vacib, zəruri bir sahədir. Həm sənayenin, həm heyvandarlığın inkişafında pambıqçılığın öz yeri var. Baxmayaraq ki, bir ara bu sahəyə maraq azalmışdı, amma hazırda müsbət mənada dəyişikliklər baş verməkdədir. Bu gün dünya bazarında pambığın qiyməti də bahadır. Biz bu sahənin də inkişafı ilə bağlı addımlar atmağı nəzərdə tuturuq. Hesab edirəm ki, artıq pambıqçılıq özünün tərəqqi dövrünə qədəm qoyacaq. Bu mənada adıçəkilən qanunun böyük rolu olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

