Azərbaycanda son səkkiz ildə yoxsulluq səviyyəsi 5,2 dəfə azalaraq 7,6 faizə düşüb
02.02.2012 [13:07]
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun “SƏS” İnformasiya Agentliyinə müsahibəsi:
- 2011-ci ildə əhalinin sosial müdafiəsi istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, Azərbaycan iqtisadi tərəqqi tempinə görə dünyada lider mövqeyini ilbəil qoruyub saxlayan və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu bir ölkədir. Bu yüksək nailiyyət xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və ölkənin hərtərəfli inkişafını stimullaşdıran strategiyanın Prezident İlham Əliyev tərəfindən zamanın çağırışlarına, dünyada gedən siyasi-iqtisadi proseslərə uyğun tərzdə zənginləşdirilərək davam etdirilməsi, yüksək praqmatizmə əsaslanan məqsədyönlü siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini əsas götürən liberal bazar iqtisadiyyatı xəttini nəzərdə tutur. Azərbaycan dövlət siyasətində sosialyönümlülük prinsipinə xüsusi önəm verildiyi, daim artan iqtisadi qüdrətin rifahlı cəmiyyət quruculuğuna səfərbər edildiyi, iqtisadi imkanların insanların yaşayışında real ifadəsini tapdığı, nəticə etibarilə dünya birliyində sosial dövlət statusunu getdikcə gücləndirən bir ölkədir.
Nazirlər Kabinetinin 2011-ci ilin yekunları ilə bağlı iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bildirdiyi kimi, ötən il ölkəmizin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilib, ölkəmizin uğurlu inkişafı davam edib. Belə ki, yoxsulluğun azaldılmasında mühüm amillərdən biri yeni iş yerlərinin açılması, insanların səmərəli məşğulluğunun təmin edilməsidir. 2011-ci ildə 73 mini daimi olan 94 min yeni iş yeri açılıb və bu vaxtadək açılan iş yerlərinin sayı isə bir milyonu ötüb. Nəticədə respublikada işsizliyin səviyyəsi ötən il daha da azalaraq 5,4 faizə enib. Bununla yanaşı, əhalinin gəlirlərində ilbəil artım özünü göstərir və ötən il ərzində bu artım 19,6 faiz olaraq, 7,9 faizlik inflyasiya göstəricisini 2,5 dəfə üstələyib. Deməli, insanların öz gəlirlərindən səmərəli istifadəsinə imkanlar mövcuddur.
Digər tərəfdən, 900 min pensiyaçının pensiyası orta hesabla 40 faiz artırılmaqla, ölkədə orta pensiya səviyyəsi 180-190 dollara yüksəlib. ölkədə əməkhaqlarının orta aylıq məbləği 460 dollara yaxındır. ümumən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə iqtisadi inkişaf və yoxsulluğun azaldılması prosesləri paralel şəkildə özünü göstərir və bu gün Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan, iqtisadi gücü daim artmaqda olan Azərbaycanda son səkkiz ildə yoxsulluq səviyyəsi 5,2 dəfə azalaraq 7,6 faizə düşüb.
ötən il həyata keçirilən tədbirlər, ilk növbədə, bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsinə, vətəndaşların səmərəli məşğulluğunun təminatına, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və belə insanların rifahının yüksəldilməsi üçün onların aktiv tədbirlərə cəlb olunmasına, sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübənin tətbiqi nəticəsində daha mükəmməl bir sistemə çevrilməsinə xidmət edib.
Bildiyiniz kimi, artıq 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilib, onun əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb. 2011-ci ilin sonuna olan məlumata əsasən, 120 478 ailə ünvanlı yardım alır ki, 541989 nəfər ailə üzvünü əhatə edən bu ailələrin hər birinə ayda orta hesabla 106,45 manat ödənilir. Yardım alan ailələrin 40,8 faizi tərkibində üç və daha çox uşaq olan ailələrdir. ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 84 manata qaldırılıb. Qeyd edim ki, ünvanlı yardımların təyinatında ictimai nəzarətin gücləndirilməsi məqsədilə “ünvanlı sosial yardım təyin edən komissiya haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilərək, həmin komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların (qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilib.
Dünya Bankının ötən ilin 30 may-3 iyun tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində təşkil etdiyi, 54 ölkədən, həmçinin, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından 200-dək nümayəndənin iştirak etdiyi “Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması” mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin “ünvanlı sosial yardım - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət” mövzusunda məruzəsi maraqla qarşılanıb, respublikamızda bu kimi proqramların bir sıra ölkələrdəki kimi heç də xarici donorlar hesabına deyil, məhz dövlət vəsaiti hesabına həyata keçirilməsi forum iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
2011-ci il ərzində aktiv məşğulluq tədbirləri uğurla davam etdirilib. Qeyd olunan müddətdə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29299 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilənlərin sayı ötən il 4299 nəfər təşkil edib. ötən il 1568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 3938 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib. Gənclərin gələcək peşə seçiminə kömək məqsədilə 108922 nəfər peşəyönümlü məşğələlərə cəlb edilib.
Onu da bildirim ki, son illərdə Bakıda, Naxçıvanda və Göyçayda yaradılan Regional Peşə Tədrisi Mərkəzləri peşə hazırlığının təşkili sahəsində əsas maddi-texniki baza kimi geniş imkanlara malikdirlər və ölkənin digər regionlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.
İqtisadi tərəqqinin yeni inkişaf mərhələsində olduğu, istehsalatda müasir texnologiyaların tətbiq edildiyi, yeni infrastruktur layihələrinin icra olunduğu bir şəraitdə əmək bazarında iqtisadi inkişafa uyğun, beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartları hazırlanmaqdadır. Layihə çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin, 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanacaq.
İşçi hüquqlarının etibarlı müdafiəsi nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biridir və iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti daim gücləndirilir. 2011-ci ildə 6457 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində 14896 halda qanun pozuntusu aşkar olunub. Yol verilmiş qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda, 1229 775 manat gecikdirilmiş ödəmələrin, o cümlədən, 627541 manat gecikdirilmiş əməkhaqqının işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmçinin, qeyri-qanuni işdən azad edilmiş 152 nəfər öz əvvəlki işinə bərpa etdirilib.
Fəaliyyətimizin bütün istiqamətlərində məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlar onu deməyə əsas verir ki, 2011-ci il ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də irəliyə doğru yeni addımların atıldığı bir il olub.
- ötən il aztəminatlı vətəndaşların sosial müdafiəsi işində hansı yeni addımlarla yadda qaldı?
- Aztəminatlı insanların rifah halının yaxşılaşdırılması sahəsində aktiv tədbirlərin təşkili bizim fəaliyyətimizin prioritet istiqamətinə çevrilib. Bu mənada 2011-ci il bir sıra yeni aktiv xarakterli sosial müdafiə proqramlarının işə salınması ilə əlamətdar olub. Belə proqramlardan biri kimi “özünədəstək” proqramını qeyd edərdim. Qeyd olunduğu kimi, yoxsul ailələr ünvanlı yardımlarla təmin olunur. Lakin biz istəmirik ki, həmin ailələrin yaşayışı yalnız dövlətin yardımlarından asılı vəziyyətdə olsun. Ona görə də, həmin ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün birdəfəlik sosial yardım - “özünədəstək” proqramı hazırlanıb.
ölkə rəhbərinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, ötən ilin martında Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində bu proqramın sınaq işlərinə başlanılıb. “özünədəstək” ünvanlı sosial yardım layihəsi vasitəsilə həmin kənddə yerli şərait və kənd əhalisinin təcrübəsi nəzərə alınmaqla maldarlığın inkişaf etdirilməsi nəzərdə tutulub və beləliklə, adıgedən kənddə ünvanlı yardım alan ailələrdən 15-nə şəxsi təsərrüfatlarını yaradaraq özlərini təmin edə bilmələri üçün mal və materiallar alınıb verilib. Qeyd edək ki, layihəyə cəlb olunan ailələr üçün ünvanlı yardımın bir illik, yaxud altı aylıq ümumi məbləği müqabilində mal və materialların alınması yerli ictimaiyyətin nümayəndələrindən ibarət olmaqla yaradılmış Şuranın iştirakı ilə həyata keçirilib. Proqramın cari ildən bütün ölkədə icrası planlaşdırılır. Artıq digər pilot rayon olan Bakının Nizami rayonunda da layihə icra edilir. Onu da bildirim ki, bu proqrama cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri də iştirak edirlər.
ümumiyyətlə, biz yoxsulluğa səbəb olan amilləri, eyni zamanda, yoxsul vətəndaşların potensial imkanlarını diqqətlə öyrənməklə, o insanların özünü təminetmə imkanlarının artırılması üçün müxtəlif formalı aktiv dəstək proqramları hazırlayıb həyata keçirmək, ölkədə yoxsulluğun tam ləğvinə öz töhfəmizi vermək əzmi ilə fəaliyyət göstəririk.
Eyni zamanda, ötən il vətəndaşlara xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından daha geniş şəkildə yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması, həmçinin, ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılıb. İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaq.
- Vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılması, onların müraciətlərinə baxılması, görülən işlərdə şəffaflığın artırılması üçün hansı tədbirlər görülür?
- Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, həyata keçirilən tədbirlərdə şəffaflığın artırılması, vətəndaş müraciətlərinə obyektiv və ədalətli şəkildə baxılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görülür. ötən il ərzində nazirlikdə və müxtəlif bölgələrdə keçirilən müşavirələrdə ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası və s. ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərində, habelə nazirliyin 142 nömrəli “Qaynar xətt”inə daxil olmuş müraciətlərdə qaldırılan məsələlər geniş müzakirə olunub, nazirliyin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu, həmçinin, əhali ilə müntəzəm görüşlər həyata keçirilib. Vəzifələrinin icrasında, vətəndaşlara xidmət sahəsində nöqsanlara yol verən əməkdaşlar barədə hüquqi ölçüdə tədbirlər görülür.
Lakin neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, institusional islahatların aparılması da diqqətdə saxlanılır. Məsələn, ötən ildən sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılması məqsədilə ünvanlı yardım təyin edən komissiyaların işində vətəndaş cəmiyyətləri nümayəndələrinin daha geniş iştirakına şərait yaradılıb, ünvanlı yardımı almaq üçün plastik kartların vətəndaşlara bankların əməkdaşları tərəfindən verilməsi təmin edilib.
Digər tərəfdən, görülən işlərdə şəffaflığın artırılması məqsədilə ötən il nazirlikdə vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şura yaradılıb ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, eləcə də, “özünədəstək” layihəsinə cəlb olunan ailələrin seçilməsində həmin Şuranın üzvləri iştirak edirlər. Eyni zamanda, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət hesabına mənzillərin və avtomobillərin verilməsi üçün yaradılmış xüsusi komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə 2011-ci ilin mart ayında komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib.
Vətəndaş müraciətlərinin daha operativ cavablandırılması ilə bağlı olaraq nazirlikdə artıq müasir elektron nailiyyətlərdən geniş istifadə olunur. Nazirliyin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində potensialının artırılması istiqamətində görülən işlərin effektiv nəticələrindən biri olan VC sistemi videokonfransların, distant təlimlərin təşkili ilə bərabər, distant qəbul prosesinin keçirilməsinə də imkan yaradır. Bu sistem Nazirliyin daim təmasda olduğu həssas əhali üçün xüsusilə əhəmiyyətlidir və regionlarda yaşayan vətəndaşların Nazirliyin məsul şəxslərinin qəbuluna düşmək üçün zəhmət və xərc çəkərək, uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməsinə artıq ehtiyac qalmır. Onlar regional mərkəzə gələrək həmin sistem vasitəsilə qəbul prosesinə nail olurlar. Hazırda Gəncə və Göyçay rayon ƏSMM-lərində videokonfrans sistemi var və digər rayonlarda da belə sistemin quraşdırılması işləri aparılır.
Vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən biri də Nazirliyin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili işidir. Azərbaycan Prezidentinin 23 may 2011 tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası olaraq, Nazirlik tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin təşkili istiqamətində müəyyən işlər görülmüş, Nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil edilməsi nəzərdə tutulan elektron xidmət növlərinin siyahısı müəyyənləşdirilmişdir. Elektron xidmətlər nəticə etibarilə vətəndaşların Nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar birbaşa müraciət və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasına səbəb olacaq.
- “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” uğurla icra edilir. Fikrinizcə, 2015-ci ilədək ölkədə yoxsulluq problemini tamamilə aradan qaldırmaq mümkün olacaqmı?
- Məlum olduğu kimi, respublikamızda sosial sahənin inkişafı ilə bağlı həyata keçirilən və ilbəil çevik xarakter alan siyasətin mühüm komponentlərindən biri - yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. 2008-ci il sentyabrın 15-də möhtərəm Prezidentimiz tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, həmçinin ötən il iyunun 28-də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” təsdiq edilib. Qeyd olunan proqramlar, habelə hazırda uğurla icra olunan “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı, ümumiyyətlə, məsələnin həlli ilə əlaqədar kompleks şəkildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmaqda davam edərək 2011-ci ilin sonu üçün 7,6 faizə düşüb.
Bu gün Azərbaycanda yoxsulluq kimi sosial problemin birdəfəlik aradan qaldırılması ölkə rəhbərinin əsas məqsədidir və 2015-ci ilə kimi bu problemin tamamilə həll olunması nəzərdə tutulur. Yoxsulluğun azaldılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizə də diqqət yetirilən əsas cəhətlər sırasındadır və həmin səbəblərin aradan qaldırılması üçün effektli tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul edilir.
Bu problemə kompleks yanaşma, yoxsulluğu şərtləndirən amillərin aradan qaldırılması, mümkün neqativ təsirlərin baş verməsinin qarşısını almaq üçün preventiv addımların atılması, iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, regional inkişaf proqramları, çoxsaylı yeni iş yerlərinin yaradılması, işsizliyin tədricən aradan qalxması və ölkədə əməkhaqqı sisteminin getdikcə təkmilləşməsi tərəqqi prosesini daha dinamik hala gətirir və yoxsulluq probleminin həllini ilbəil sürətləndirir.
- Layiqli əməyin təminatı, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması sahəsində hansı tədbirlər həyata keçirilir?
- Layiqli əmək şəraitində işləmək əsas insan hüquqlarından biridir. Bu baxımdan, ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər insan faktorunun ən yüksək pillədə olmasının bariz nümunəsidir. Qeyd edim ki, 2011-ci il fevralın 16-da cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin bazasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaradılması ilə onun statusunun artırılması da elə bu zərurətdən irəli gəlir. Qurumun fəaliyyəti, əməkdaşlarının bilik və peşəkarlığının daim artırılması bu sahədəki qanunvericiliyin düzgün tətbiq edilməsində və beynəlxalq standartlara əməl edilməsində xüsusi rol oynayır.
Əməyin mühafizəsi məsələlərinin aktuallığı Azərbaycanın beynəlxalq təcrübədən faydalanmasını, inkişaf etmiş ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasını tələb edir. Son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri xeyli genişlənib. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsi sahəsində beynəlxalq təşəbbüslərə qoşulması, Əmək Müfəttişlikləri Beynəlxalq Assosiyasiyasına və Əmək Müfəttişliklərinin Regional Alyansına üzv olması, dünyanın bir sıra digər aidiyyəti qurumları ilə əməkdaşlığı əməyin mühafizəsi ilə bağlı Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ölkədə əməyin mühafizəsinin gücləndirilməsi, ümumən layiqli əməyin təminatı işlərinə müsbət təsirini göstərməkdədir.
Əlbəttə, istehsalatda müasir texnologiyaların tətbiqi və irimiqyaslı infrastruktur layihələrinin icra olunması işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl edilməsinə, onların sosial məsuliyyətinin artırılmasına yönəlmiş tədbirlərin gücləndirilməsi zərurətini yaradır. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün riskin düzgün qiymətləndirilməsi, iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması, işəgötürənlərin bu məsələyə məsuliyyətlə yanaşması olduqca vacibdir. çünki istehsalatda baş verən və işçilərin ölümü, yaxud xəsarət alması ilə nəticələnən bədbəxt hadisələrin məhz əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verdiyi müəyyən edilmişdir.
Bu mənada iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün riskin düzgün qiymətləndirilməsi, iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması, ümumən işəgötürənlərin bu məsələlərə məsuliyyətlə yanaşması olduqca vacibdir. “Təhlükəsiz və sağlam əmək şəraiti “ mövzusunda 3 ildən bir keçirilən ümumdünya konqreslərinin bəyannamələrində də peşə risklərinin qiymətləndirilməsi, iş yerlərində təhlükəsizliyin təminatı üzrə qabaqlayıcı tədbirlərin görülməsi prioritet olaraq qəbul edilmişdir.
Şübhəsiz ki, bu sahədə mühüm uğurların qazanılması üçün sosial tərəfdaşların - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının səylərinin birləşdirilməsi, onların əlaqəli fəaliyyətinin təşkili vacib şərtlərdən biridir. Hələ ötən il ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən beynəlxalq konfransda biz iş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüslərinin birləşdirilməsi və onların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə, Milli üçtərəfli Sosial Şuranın yaradılması təklifini irəli sürmüşdük.
Bu təklifin sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq sahəsində nazirliyin malik olduğu müsbət təcrübəni digər bir sahədə uğurla davam etdirməyə imkan vermişdir. çünki, bildiyiniz kimi, 2011-ci ilin ortalarından nazirlik yanında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının təmsil olunduğu və tərkibində nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupların formalaşdığı İctimai Şura fəaliyyət göstərir.
ötən müddətdə sosial qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də, yeni qəbul olunmuş “Sosial xidmət haqqında” Qanun layihəsinin işlənməsində səmərəli təkliflərin hazırlanması, sosial müdafiə tədbirlərinin effektivliyinin artırılması, monitorinqlərin aparılması, mütərəqqi beynəlxalq təcrübədən istifadə imkanlarının araşdırılması və s. sahələrdə İctimai Şura tərəfindən mühüm işlər görülmüşdür. Digər tərəfdən, vətəndaş müraciətlərinin yerində, obyektiv və ədalətli araşdırılması, eyni zamanda, yeni aktiv sosial müdafiə tədbiri olan “özünədəstək” proqramına cəlb ediləcək ailələrin seçilməsi işlərində İctimai Şura səmərəli fəaliyyət göstərir.
Beləliklə, 2012-ci ilin 27 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusunda sosial tərəfdaşların, beynəlxalq ekspertlərin, müəssisə, idarə və təşkilatların əməyin mühafizəsinə məsul şəxslərinin iştirakı ilə keçirilən konfransda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli üçtərəfli Sosial Şuranın yaradılması barədə qərar qəbul edildi və Şuranın Əsasnaməsi təsdiqləndi.
Hesab edirəm ki, Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli üçtərəfli Sosial Şuranın yaradılması ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq sahəsində atılan növbəti uğurlu addımdır. Müvafiq qeyri-hökümət təşkilatlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də bu Şuraya cəlb edilməsi nəzərdə tutulur. ümumən MDB məkanında ilk dəfə olaraq yaradılan üçtərəfli Sosial Şura Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcək. MDB məkanında ilk dəfə olaraq respublikamızda belə bir Şuranın yaradılması beynəlxalq təcrübəyə və inkişaf etmiş dövlətlərdə müsbət nəticələrin əldə edilməsinə əsaslanır. Sosial Şuranın əsas məqsədi sosial tərəfdaşların hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün birgə fəaliyyəti təmin etməkdən ibarətdir. Əminəm ki, yeni yaradılan bu Şura təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə, əməyin mühafizəsi ilə bağlı vahid dövlət siyasətinin inkişafına dəyərli töhfələrini verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan sonra da möhtərəm dövlət başçısının tapşırıqlarını rəhbər tutaraq sosial məsələlərin uğurlu həllinə öz töhfələrini verəcək, insanların layiqli həyat səviyyəsinin təmin olunmasında səylərini daim gücləndirəcək.
Xəbər lenti
Hamısına baxSosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58

