Mübariz Qurbanlı: İranda Azərbaycanı sevməyən qüvvələr var
28.03.2012 [00:29]
- İranın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirini son ay ərzində üç dəfə çağırıb, bu və ya digər səbəblərdən ona nota təqdim edib və ya narazılığını ifadə edib. Rəsmi Tehranın Azərbaycan tərəfinin hərəkətlərindən narazı olmaq üçün real səbəbləri varmı, yoxsa bu digər motivlərlə izah olunur?
- İranın bəzi dairələri, təəssüf ki, Azərbaycan-İran münasibətlərinə ziyan gətirən hərəkətlərə yol veriblər. Bu dairələr müxtəlif məsələlər, hadisələr bəhanəsi altında diplomatik yollarla Azərbaycana təsir və təzyiq göstərməyə çalışdılar. Lakin, İranın tutduğu bu yol düzgün deyil. Hesab edirəm ki, İranda Azərbaycan əleyhinə bəyanatlarla çıxış edən, İran ictimaiyyətində Azərbaycanın mənfi obrazını formalaşdırmağa çalışan şəxslər düzgün yol seçməyiblər. çünki, Azərbaycan-İran münasibətlərinin inkişafı həm Azərbaycan, həm də İran üçün faydalıdır.
Qeyd edim ki, bu dairələr ümumilikdə heç İranın da milli maraqlarına cavab verməyən hərəkətlərə yol verirlər. Bu dairələr Azərbaycan-İran münasibətlərinin inkişafına mənfi təsir göstərirlər.
Bu şəxslərin məqsədi və niyyəti yalnız ictimai rəyin ölkənin daxilindən digər istiqamətə yönəldilməsindən, İran ictimaiyyətində Azərbaycan haqqında mənfi rəyin yaradılmasından ibarətdir.
- Rəsmi Bakı tərəfindən Azərbaycan ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olan İranın casus şəbəkəsinin ifşa edilməsinin ictimaiyyətə açıqlanmasına Tehranın narazılığı nə dərəcədə əsaslı ola bilər?
- Azərbaycan öz milli təhlükəsizliyini müdafiə edir və bundan sonra da müdafiə edəcək. Azərbaycanın bu mövqeyi qısa müddətli siyasi maraqlara deyil, milli maraqlara əsaslanır. Azərbaycanın milli maraqlarına təhlükə törədən bu və ya digər hərəkətlərə adekvat olaraq cavab veriləcək.
Bununla yanaşı, Azərbaycan tərəfindən belə cavab təhlükənin hansı ölkə və ya hansı qüvvə tərəfindən gələcəyindən asılı olaraq veriləcək. Bu Azərbaycanın suveren hüququdur. çünki, digər dövlətlər, o cümlədən İran da analoji hüquqa malikdir.
Azərbaycan başqa dövlətlərin mənafeyi üçün casus hərəkətləri həyata keçirən şəxslərin fəaliyyətini araşdırır. Belə şəxslər vaxtaşırı olaraq, Azərbaycan məhkəmələri qarşısında cavab verməli olurlar. Belə hərəkətlərin ifşa edilməsi, yaxud edilməməsi Azərbaycanın bu və ya digər ölkə ilə dostluq münasibətlərinin səviyyəsindən asılı deyil. Bununla yanaşı hesab edirəm ki, İranda siyasətin mahiyyətini dərk edən şəxslər bunu çox gözəl başa düşürlər.
Azərbaycanın öz milli təhlükəsizliyini təmin etmək istiqamətində gördüyü tədbirlər İrana, yaxud başqa bir ölkəyə qarşı yönəlməyib. Bu addımları, təkrar edirəm, İranda da başa düşməlidirlər. Belə davranışlar təkrar edirəm, ölkənin milli təhlükəsizliyinin qorunmasına yönəlib və ədalətli tədbirlərdir. Buna görə də, İranda hər bir kəs Azərbaycan-İran münasibətlərinə xələl gətirilməsinin yolverilməz olduğunu başa düşməlidir.
- Azərbaycan İran tərəfindən səsləndirilən narazılıqlara lazımi dərəcədə hərtərəfli cavab verə bildimi?
- Azərbaycan İran tərəfindən göstərilən belə bir münasibəti özü üçün yolverilməz hesab edir. Belə davranışlar, notalar Azərbaycanı bu və ya digər beynəlxalq hadisəyə qarşı tutduğu mövqedən imtina etməyə, yaxud hər hansı dövlətlə dostluq münasibətini kəsməyə vadar edə bilməz.
Azərbaycanın belə bir mövqeyi mehriban qonşuluq münasibətlərinin yoluna qoyulmasından, dövlət müstəqilliyinin möhkəmləndirilməsi səylərindən ibarətdir. Bundan əlavə, Azərbaycan tərəfindən həyata keçirilən siyasət ədalətlidir və beynəlxalq hüququn prinsiplərinə cavab verir.
- Tehranın notalarının Azərbaycan-İran münasibətlərinə soyuqluq gətirəcəyini demək olarmı?
- Azərbaycan və onun rəhbərliyi, o cümlədən, Prezident İlham Əliyev hər zaman İranla münasibətlərə diqqət yetirib. Azərbaycan hər zaman öz gücü hesabına İranla münasibətləri inkişaf etdirməyə səy göstərib.
Azərbaycan öz xarici siyasətində əsas prioritet kimi bütün qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin yaradılmasını üstün tutur və dünyanın bütün dövlətləri ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə can atır. Təbii ki, Azərbaycan belə bir halda mehriban qonşuluq və dostluq münasibətləri qurmağa çalışdığı ölkələrin siyahısında Ermənistanı istisna edir.
Bu isə məlum olduğu kimi Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədardır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

