Beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyi daha çox dəstəklənir
17.07.2012 [00:12]
- Bahar xanım, bu yaxınlarda ATƏT Parlament Assambleyasının yay sessiyası keçirildi. Bu sessiyanın Azərbaycan həqiqətlərinin, Qarabağ probleminin Avropa məkanında təbliğ olunması baxımından əhəmiyyəti nədən ibarətdir?
- ümumiyyətlə, ATƏT Parlament Assambleyasının Monakoda keçirilən yay sessiyası bütövlükdə bu region və ona daxil olan ölkələr üçün önəmli məsələlərin müzakirəsi ilə yadda qaldı. çünki mövzular çox aktual və maraqlı məsələləri əhatə edirdi. “ATƏT-dəyişən region” adlanan müzakirələrdə avropalı parlamentarilər fəal iştirak etdilər. Bildiyimiz kimi bu gün bütün dünyada həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə ciddi dəyişiklər baş verir. Beynəlxalq təşkilatlar da bu çağırışlara cavab vermək üçün müəyyən məsələlərə münasibət bildirmək məcburiyyətində qalırlar. Gündəlikdəki məsələlər də bu qəbildən idi. Belə ki, sessiyada ATƏT-in özünün bir təşkilat olaraq yeniləşməsi, strukturunda, prioritetlərində müəyyən məsələlərə üstünlük verilməsi baxımından maraqlı diskussiyalar oldu. Eləcə də, ATƏT regionunun özündə, həm tərəfdaş olduğu ölkələrdə, həm də Əfqanıstandan tutmuş Liviya, Tunis və digər ölkələrdə vəziyyətə dair rəngarəng mövzular var idi.
Amma nəzərə alsaq ki, ATƏT regionunun özünün üzləşdiyi çox çətin problemlər var, xüsusilə mövcud olan münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi də sessiyada hər zaman olduğu kimi ciddi müzakirə predmetinə çevrildi. Doğrudur, bu mövzu Gürcüstan və Moldova kimi ayrıca məsələ şəklində gündəliyə daxil edilməsə də, müzakirə olundu. çünki Dağlıq Qarabağ münaqişəsi ötən il qurumun payız sessiyası çərçivəsində Dubrovnikdə müzakirə olunmuşdu. Biz bu müzakirələrin gedişi və onun nəticələri ilə bağlı məsələlərin həm qətnaməyə, həm də hesabata daxil olunması üçün ilboyu çalışmışdıq. Bu səylərimiz səmərə verdi və Dağlıq Qarabağ məsələsinin həm müzakrəsində, həm həmsədrlərin, həm də müzakirələrdə çıxış edənlərin fikirləri ümumiləşmiş şəkildə qış sessiyasında aralıq hesabatına daxil edilmişdi. Bu hesabatı hazırlayan müəlliflər və başqaları ilə müəyyən iş aparıldı və bu da nəticəsini verdi, aralıq hesabatına müəyyən dəyişikliklər edildi. Halbuki, indiyə qədər aralıq hesabatlarına dəyişiklər edilməmişdi. Bizim israrlı tələblərimiz nəticəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı həmsədrlərin fikirləri, qaçqın-köçkünlərin hüquqlarının bərpa olunması haqqında məsələlər, eləcə də Azərbaycan tərəfinin təklif etdiyi icmalararası görüşlərin keçirilməsi haqqında fikirlər hesabata daxil olundu.
Eyni zamanda, Monako Bəyannaməsində və Siyasi komitənin qətnaməsində münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin vurğulanması ciddi uğurdur, o cümlədən Azərbaycan tərəfinin təklifi ilə üç maddədə edilən dəyişikliklər münaqişənin həlli ilə bağlı məsələləri əhatə etmək baxımından kifayət qədər əhəmiyyətli idi. Birincisi, ermənilər ərazi bütövlüyü amilini kənara qoyaraq münaqişəni güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququ əsasında həll edilməsini təklif etmişdilər. Amma biz bu təklifin əleyhinə çıxış etdik və erməni tərəfinin düzəlişi rədd edildi. Eyni zamanda, münaqişə bölgələrində iqtisadi, ekoloji tədbirlərlə bağlı transsərhəd əməkdaşlığın həyata keçirilməsi haqqında müddəa Azərbaycan tərəfinin tələblərindən sonra çıxarıldı. Bizim tələblərə ermənilər etiraz etdilər. Amma qətnamə müəllifinin təklifi əsasında konsensusa gəlindi. Bu təklif heç bir əleyhinə olmadan qəbul olundu ki, bütün illər ərzində hansısa təklifin bu şəkildə qəbuluna rast gəlməmişdim. Bizim təklifimizlə bu tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmaqla yanaşı həlli uzadılmış münaqişələrin tezliklə həllini sürətləndirmək haqda müddəa əlavə olundu ki, bu da müddəanın məzmununu dəyişirdi. Mövqeyimiz ondan ibarətdir ki, reallığı nəzərə almadan belə tədbirlər keçirilə bilməz.
- Sessiyada ölkəmiz üçün vacib olan daha hansı qərarlar qəbul olundu?
- ümumiyyətlə, nümayəndə heyəti olaraq biz bütün məsələlərlə bağlı mövqeyimizi bildirdik. Bütün bunlar isə ATƏT-in ümumi işinə Azərbaycanın bir töhfəsi kimi qəbul oluna bilər. Ən əsası isə ondan ibarətdir ki, neçə illərdir ATƏT PA-nın tədbirlərinin birinin Azərbaycanda keçirilməsinə çalışırdıq. Artıq bu barədə qərar təşkilatın Daimi komitəsində qəbul olundu ki, 2014-cü ildə illik yay sessiyası Azərbaycanda keçirilsin. Bu bizim üçün çox böyük uğurdur. İllik sessiyanın təşkil olunması kifayət qədər məsuliyyətli və çətin işdir. Azərbaycanın bunun öhdəsindən gələcəyinə çox böyük inamımız var. Artıq qurumun rəsmiləri də bu tədbirin daha yüksək səviyyədə keçiriləcəyi ilə bağlı indidən proqnozlar verirlər. çünki onlar ölkəmizin beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin şahidi olublar. Qarşıdakı iki il ərzində görülən işlər də ATƏT ölkələrində Azərbaycanın təbliğatına xidmət edəcək.
Onu da vurğulayım ki, tədbirə ev sahibliyi edən Monako illik yay sessiyasının uğurlu keçməsi üçün bütün səylərini ortaya qoymuşdu. Cəmi 32 min əhalisi olmasına baxmayaraq, Monako böyük dövlətlər səviyyəsində bu tədbiri təşkil etdi. Yəni bununla da, bu məsələdə bütün dövlətlərin bərabər səviyyədə olduğu özünü göstərir.
- Necə hesab edirsiniz, ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyin daha da güclənməsi müşahidə olunurmu?
- Əlbəttə, təşkilatda müəyyən mənada müsbətə doğru rəyin dəyişməsinin şahidi oluruq. Bunun əsas səbəblərindən biri ötən il Dubrovnikdə həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ probleminin geniş müzakirə edilməsi oldu. O vaxta qədər bir çoxları bu məsələnin mahiyyəti haqqında səthi məlumatlara malik idilər. Bu da onunla bağlıdır ki, hər zaman nümayəndə heyətlərinin tərkibi dəyişdiyi üçün bu məsələləri yeni eşidirdilər. Amma ümumlikdə münaqişə haqqında aydın təsəvvürün formalaşması üçün bu müzakirələrin çox böyük əhəmiyyəti oldu. Amma ötən illər ərzində də ikitərəfli və çoxtərəfli əməkdaşlığımız avropalı parlamentarilərdə bu məlumatsızlığın aradan qaldırılmasına xidmət edirdi. çünki biz təkcə müzakirələrdə iştirak etmirik, həm də nümayəndə heyətləri ilə görüşürük, onları lazımi ədəbiyyatla təmin edirik, Azərbaycana dəvət edirik və s. Bununla belə, Dubrovnikdə həmsədrlərin münaqişə haqqında hesabatlarının düzgün rəyin formalaşmasında böyük əhəmiyyəti oldu. çünki o vaxta qədər tərəflər yalnız öz mövqelərini ifadə edirdilər və hər biri özünün haqlı olduğunu sübut etməyə çalışırdı. Həmsədrlər isə bəyan etdilər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur, erməni qoşunları bu əraziləri işğal altında saxlayır, 1 milyon insan öz torpağından qaçqın vəziyyətinə düşüb, ərazilərdə ermənilər qeyri-qanuni məskunlaşdırılıb və s. Açıq şəkildə bildirildi ki, status-kvo dəyişməlidir. Bu isə o deməkdir ki, işğalçı qoşunlar torpaqlardan çıxmalıdır.
İndi daha çox insanlar çıxış edərkən misal kimi Dağlıq Qarabağ münaqişəsini göstərirlər. ATƏT PA-nın yeni seçilmiş sədri, italiyalı Rikkardo Miqliori ölkəmizdə dəfələrlə olub. Münaqişə haqqında geniş məlumata malikdir. O çıxışında bir neçə dəfə ATƏT-in müzakirə etməli olduğu məsələlərin çərçivəsinin düzgün müəyyənləşdirilməli olduğunu vurğuladı. çünki sessiyanın gündəliyinə elə məsələlər daxil edilir ki, bunun ATƏT-ə heç bir aidiyyatı yoxdur. Məsələn, gündəliyə azbestin ətraf mühitə təsiri məsələsi daxil edilsə də, sonra müzakirələrdən çıxarıldı. Sədr bildirdi ki, bu məsələ ATƏT-in məşğul olacağı məsələ deyil, onun yerinə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməliyik. Yəni bu faktın özü artıq nəyin daha önəmli olduğunun ən yüksək səviyyədə səsləndirilməsidir. Bu da onu göstərir ki, bu region üçün ən təhlükəli məsələ münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsidir. Bildirilir ki, ATƏT regionunda münaqişələr həll olunmalıdır və bu, ən vacib məsələdir.
ümumiyyətlə, ölkə Prezidentinin siyasəti Dağlıq Qarabağ probleminin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq müstəvidə daha çox dəstəklənməsi ilə müşahidə olunur. İndi ermənilərin çıxışları hamıda gülüş doğurur, çünki yalan danışdıqları məlumdur.
Bütövlükdə isə ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir. İşğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti cəmiyyətimizdə narazılıq doğurur. Bu yaxınlarda bölgədə səfərdə olan ATƏT-in baş katibi də bəyan etdi ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur. Necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə “sən bunu etmisən” demək istəməyəsən? Yəni bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur.
- Son zamanlar nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən, ATƏT-in baş katibi və həmsədrlər də regiona səfər etdilər. Bu səfərlər münaqişənin həlli prosesinin intensivləşdiyini deməyə əsas verə bilərmi?
- Bir halda ki, hələ münaqişənin həllinin digər variantı seçilməyib, danışmamaqdansa danışmaq daha məqsədəuyğundur. Hər kəs düşünür ki, qarşılıqlı ittihamlardansa, bir araya gəlib problemin həlli yolunu müzakirə etmək daha yaxşıdır. Bu mənada intensivləşməni müsbət dəyərləndirmək lazımdır. ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərindən sonra Amerika rəsmilərinin problemin tezliklə həllinə maraqlı olduğunu bəyan etmələrindən və təmas xəttində baş verən insidentlərin baş verməsindən sonra danışıqlar prosesində bir intensivləşmə var. Hər kəs münaqişənin uzanmasının və atəşkəs rejiminin saxlanmasının artıq getdikcə mümkünsüz olduğu qənaətinə gəlir. Müharibənin yenidən alovlanmasını heç kəs istəmir. ATƏT rəsmiləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini prioritet kimi səsləndirirlər. Bir çoxları deyirlər ki, münaqişənin başlanmasına yol verməmək əsas məqsəd deyil, buna yol verilmirsə, böyük uğurdur. Amma biz bunu uğur saya bilmərik. Bu intensivləşməni sönməyə qoymamaq və onu artıq problemin həllinə yönəltməyə cəhd etmək lazımdır. Əlbəttə ki, bu, təkcə bizim cəhdlərimizdən asılı deyil, həm də həmsədrlərin münaqişənin nə dərəcədə sona qədər həll etmək istəyindən asılıdır. Həmsədrlər arasında hansısa dövlət təşəbbüslərini artırırsa, digəri bundan qıcıqlanır və özü bu prosesdə fəal olmağa çalışır. Bu, bir növ yarışmanı xatırladır, amma təəssüf ki, münaqişənin həllinə təsir göstərməyən nəticəsiz bir yarışmadır. Mən istəməzdim ki, yaranmış intestivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratsın. Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır. Hər halda, Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı onları dəstəkləyən dairələri də narahat edir. Bu, problemin həll olunmasında gücdən daha çox sülh imkanlarından səmimi şəkildə istifadə etmək istəyən və nəticə əldə olunmasına maraqlı olan qüvvələri də narahat edir. Görək, bu intensivləşmə nə vəd edir. Proqnoz vermək istəməsəm də, o fikrimdə qalıram ki, indiki şəraitdə görüşmək, danışıqlar aparmaq daha yaxşıdır.
- Bahar xanım, Dağlıq Qarabağ münaqişəsinin həllinin demokratiyanın inkişafından çox asılı olması barədə fikirlərə münasibətiniz necədir?
- Məsələnin bu şəkildə qoyuluşu istənilən halda qərəzlidir. çünki münaqişə Azərbaycana və digər bölgə dövlətlərinin inkişafına təsir göstərir. Amma özümüzün daxildə siyasi mübarizənin bir çox vasitələri olduğu halda bu arqumenti qabardaraq ortaya qoymaq, Ermənistanın, erməni lobbisinin bu arqumentdən öz məqsədləri üçün istifadə etməsinə şərait yaradır. Bu məsələ bizdə daha çox şişirdiləndə, ermənilər də daha çox istifadə edə bilir. Ona görə də, məsələnin bu cür qoyuluşu düzgün deyil. Əgər məsələyə yanaşsaq, Ermənistanda demokratiyanın vəziyyəti çox pisdir, insan hüquqları kobud surətdə pozulur. Eləcə də, digər aparıcı ölkələrdə də vətəndaşalara, miqrantlara, fərqli dinlərin daşıyıcılarına münasibətdə haqsızlıq var. Bu hallar Avropanın inkişaf etmiş ölkələrində daha çox baş verir. Heç kim digər Avropa dövlətlərində insan haqlarının pozulması ilə bağlı bu ölkələrlə əlaqələrin kəsilməsini tələb etmir. Amma bizə gələndə hər kəs əlində demokratiyanı bayraq edir və bütün problemləri bununla bağlamağa çalışırlar. Əlbəttə ki, bu yolverilməzdir.
Bizim dardüşüncəli, yalnız öz məqsədlərini göz önünə alan bir qrup uğursuzların fikirləri, beynəlxalq qurumlara yalan məlumatlar ötürmələri, ölkəmizə təzyiq göstərməyə çağırış etmələri Azərbaycanın ziyanına işləyir. Təbii ki, bu addımlar ölkəmizin inkişafını ləngidə bilməz. İndiyə qədər bu istiqamətdə ciddi cəhdlərin olmasına rəğmən, ölkəmizin öz inkişaf tempini qoruyub saxlayıb, beynəlxalq aləmdə mövqeyini gücləndirib. Hesab edirəm ki, cəmiyyətimiz müəyyən dairələrin apardığı yanlış fəaliyyətin qarşısını almalıdır. Siyasi mübarizədə milli maraqlarımıza zidd olan fəaliyyətə yol verilməməlidir.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

