“Freedom House”un “şəffaflıq tərəzisi”...
19.04.2024 [10:10]
Avropa İttifaqı və Ermənistanın korrupsiya cinayətləri niyə gizlədilir?
Məlum olduğu kimi “Freedom House” təşkilatı bir neçə gün əvvəl “2024-cü ildə keçid dövründə olan ölkələr: Regionun avtokratiyalara və demokratiyalara bölünməsi” adlı hesabatında Azərbaycanı demokratik vəziyyətin aşağı dərəcəyə malik olan ölkələr qrupunda, Ermənistan və Gürcüstanı isə demokratiya doğru irəliləyən ölkələr qrupunda təsnifləşdirib.
Sözsüz ki, hesabatda Azərbaycanla bağlı irəli sürülən ittihamların hər biri qərəzlidir, o cümlədən Ermənistanla bağlı müsbət rəyin verilməsi riyakarlığın bariz nümunəsidir.
Hesabatda siyasi vəziyyətin dəyərləndirilməsi ilə yanaşı, iqtisadi məqamlara da yer verilib ki, mövzuya bu kontekstdən yanaşmaqla təşkilatın bu istiqamətdə də saxtakarlığa yol verdiyini görmək mümkündür. Belə ki, şəffaflıqla bağlı qiymətləndirmədə Azərbaycanda korrupsiyaya qarşı mübarizənin zəif olması vurğulanır, hökumətin son illərdə bu sahədə nümayiş etdirdiyi iradəyə, ümumiyyətlə, yer verilmir. Hesabat müəllifləri Türkiyə, Azərbaycan və türk dövlətlərini əsasən qaralamaqla məşğul olub.
Hesabatın şəffaflıq və hesabatlılıq bölməsində Avropa ölkələrində baş verən müxtəlif motivli rüşvət və “çirkli pulların yuyulması” kimi məqamların üstündən isə ümumiyyətlə, sükutla keçilib. Ancaq halbuki son illərdə korrupsiya hüquqpozmaları və rüşvət qalmaqalları ən çox elə Avropa ölkələrində baş verib. Avropa Parlamentində (AP) 2022-2023-cü illərdə misli görünməmiş korrupsiya qalmaqalı beynəlxalq icmaya yaxşı məlumdur. AP-nin sədr müavini xanım Yeva Kaylın evində pul çantalarının aşkar olunması və Belçikanın Federal Prokurorluğu tərəfindən pul və qiymətli hədiyyələrin rüşvət əsaslı olması sübut olunub. Həmin hadisə ilə bağlı bir sıra deputatların həbs olunması, Avropa Parlamentinin korrupsiya təhqiqatı çərçivəsində Strasburqdakı 10-a yaxın ofisini möhürlənməsi rüsvayçı korrupsiya qruplaşmasının Avropada dərin kök salmasından və Avropa Parlamentində lobbi qruplarının böyük pullarla hərəkət etməsindən xəbər verir. Həmin şəxslərdən biri Fransanın Avropa Parlamentində təmsil olunan deputatı Terri Marianinin korrupsiya, etibardan sui-istifadə, eləcə də çirkli pulların yuyulmasında təqsirləndirilməsi də ötən ilin ən səs-küylü hadisəsi kimi yadda qalıb. Marianinin Simferopolda Krım parlamentinin sədri Vladimir Konstantinov ilə görüşməsi, bahalı hədiyyə və rüşvət alması da bu faktlardandır.
Mariani Makronun seçki proqramını maliyyələşdirən “McKinsey” şirkəti ilə vasitəçilik edənlərdən biridir. Fransada aparılan araşdırmaların nəticələrinə görə, Makron hökuməti 2021-ci ildə konsaltinq şirkətlərinin “məsləhətlərinə” 1 milyard avrodan çox vəsait xərcləyib.
Avropa Antikorrupsiya Agentliyinin (OLAF) və Avropa İttifaqının ədliyyə direktorluğunun birgə hesabatında yer alan faktlar və mənimsənilən məbləğlərin statistikası təsdiqləyir ki, Avropanın iri təsisatlarına qədər gedib çıxmış korrupsiya sxemi korrupsiyanın ağlasığmaz həddə çatmasına səbəb olmaqdadır.
Beynəlxalq təhlillərə əsasən, Avropa İttifaqı ölkələri hər il korrupsiya nəticəsində 323 milyard avro itirir. Həmin vəsaitlər konsaltinq şirkətləri vasitəsilə “yuyularaq” mənimsənilir, hətta səbəbi göstərilmədən “yoxa çıxır”. Avropa Komissiyası da Aİ məkanında korrupsiya nəticəsində maliyyə itkisinin 120 milyard avro olduğunu etiraf edib.
Ancaq “Freedom House” şəffaflıq və hesabatlılıqdan danışarkən Avropa ölkələrində yaşanan bu təkzibolunmaz korrupsiya faktlarını, “çirkli pulların yuyulması”nı gizlədir.
Ermənistana gəlincə, “Freedom House”un hesabatında bu ölkədə şəffaflıq və hesabatlılıq barədə rəyində korrupsiya hüquqpozamalarına da yer verməyib. Halbuki ötən il Ermənistanda korrupsiya cinayətləri əvvəlki ilə nisbətən daha da dərinləşib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirib ki, 2023-cü ildə ölkədə “çirkli pulların yuyulması” motivi üzrə 204 korrupsiya cinayəti müəyyən edilib və dövlətə 40 milyon dollar zərər dəyib. Ermənistan Baş Prokurorluğunun İqtisadi Fəaliyyətə Qarşı Cinayətlərə Qarşı Mübarizə İdarəsinin 2023-cü ilə dair statistikasına əsasən ötən il 1484 cinayət işi üzrə nəzarət həyata keçirilib ki, onun 40 faizə yaxını iqtisadi cinayətlərdir. Bu sahədə əsas motivlər qanunsuz sahibkarlıq, saxta müflisləşmə, qeyri-qanuni maliyyələşdirmə, vergi, rüsum və ya digər icbari ödənişlərin mənimsənilməsi, Ermənistan Hesablama Palatasının məlumatlarına əsasən, dövlət vəsaitlərinin təyinatdan kənar istifadəsi, “çirkli pulların” yuyulması faktları və s. qanunsuzluqlarda hökumət komandasında yüksək vəzifə tutan Alen Simonyanın qardaşı tenderlərdə əsil korupsiya sxeminə sahibdir. Hökumətdə yüksək vəzifə tutan Tiqran Avinyan isə İT sektorunda maxinasiyaları “idarə edir”.
Qeyd edək ki, Ermənistanda sahibkarların və iri ticarət şirkətlərinin nümayəndələrinin aramsız şikayətlərindən sonra Ermənistan İstintaq Komitəsi korrupsiya cinayətləri ilə İqtisadiyyat Nazirliyində bağlı tədqiqatlar aparıb və 2 aylıq araşdrmadan sonra nazir Vaan Kerobyan vəzifəsindən azad edilib, bir neçə gün saxlanılsa da o, cinayət məsuliyyətindən kənardan qalıb. Saxlanılanlar arasında iqtisadiyyat nazirinin müavini Ani İspiryan, Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan və Paşinyana yaxın bir neçə nəfər olsa da, hamısı sərbəst buraxılıb. Bu, Ermənistanda “korrupsiya ilə mübarizə”nin mahiyyətini tam çılpaqlığı ilə ifadə edir. İrəvan hökuməti korrupsiya ilə mübarizə adı altında insanların başını aldatmaqla məşğuldur. Beynəlxalq təşkilatlar, o cümlədən “Freedom House” isə ağır iqtisadi cinayətlərə göz yumaraq ədalətlilik, obyektivlilik meyarını ayaqlar altına alıb.
Bu cür faktlar çoxdur, ancaq bu dəlillər həm Avropada, həm də Ermənistanda real mənzərəni və əsil vəziyyəti təsvir etmək baxımından kifayət edir.
Göründüyü kimi “Freedom House” ölkəmizə qarşı qeyri-obyektiv yanaşması, ənənəvi olaraq ədalətsiz və qərəzli rəy verməsi, əvəzində daim Ermənistanı müsbət fonda təsvir etməsi onun ermənipərəst xarakterini nümayiş etdirir.
Bu baxımdan son hesabatda Azərbaycanla bağlı əks etdirilən məqamların açıq qərəzə əsaslandığını qeyd etmək mümkündür.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

