/ / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
20.07.2012 [00:38]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlər arasında elan etdiyi “Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və telesüjetlər” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumata görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, cəmiyyətin ətraf mühit problemləri ilə məlumatlandırılması baxımından belə müsabiqələrin rolu əvəzsizdir: “Cəmiyyətə çatan mesajlar yalnız bir tərəfin mövqeyi ilə olmamalıdır. Ekoloji problemlərin bütün aspektləri dərindən araşdırılmalıdır. Mən tənqidin əleyhinə deyiləm. Biz tənqidi görəndə mövcud problemin həllinə çalışmalıyıq”.
Nazir bu il ötən ilə nisbətən müsabiqəyə təqdim olunan yazıların sayının 25 faiz artdığını qeyd edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə qeyd edib ki, Azərbaycan mətbuatının ildönümlərinin qeyd olunması ənənəsi 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Bu tədbirlər təkcə yubiley illərində deyil, ayrı-ayrı illərdə də keçirilir. Son illər Azərbaycanda 22 iyul - Milli Mətbuat Günü çox geniş şəkildə qeyd olunur. 2012-ci ildə milli mətbuatın inkişafı ilə bağlı görülən əsas tədbirlərdən biri ölkə Prezidentinin iyunun 4-də verdiyi Sərəncamla Bakıda və regionlarda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yubiley tədbirlərinin keçirilməsi ilə bağlıdır. Azərbaycan dövləti bundan sonra da peşəkar, müstəqil, plüralist jurnalistikanın inkişafına dəstəyini davam etdirəcək. Belə müsabiqələrin keçirilməsi həm də Azərbaycan dövlətinin jurnalistlərin sosial müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlərə dəstəkdir. Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər daha da gücləndirilib”.
V.Əliyev bildirib ki, artıq Azərbaycanda jurnalistlərin mükafatlandırılması xoş ənənəyə çevrilib: “Azərbaycan jurnalistikasında peşəkar jurnalist yazılarının sayı artıb. Arzu edərdim ki, bizdə peşəkar jurnalistlərin sayı daha da artsın”.
Müsabiqənin münsiflər heyətinin üzvü, APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı isə bildirib ki, müsabiqəyə kifayət qədər problematik yazılar təqdim olunub: “Biomüxtəliflik və meşələrin qorunması ilə bağlı maraqlı yazılar olub. Yazılardan biri paytaxtın ayaqyolu problemi ilə bağlı idi və bu yazı diqqətimi çəkdi. Xəzər dənizinin problemləri ilə bağlı yazılan yazılar da maraqlı idi. Mən qiymətləndirmə zamanı mövzunun qoyuluşuna və maarifləndirici xüsusiyyətinə, qarşı tərəfin mövqeyinin işıqlandırılmasına, ekspertlərlə işləməyə üstünlük verilməsinə daha çox diqqət yetirdim. Biz ekspertlər kifayət qədər obyektiv olmağa çalışmışıq”.
Vüsalə Mahirqızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatla əməkdaşlığını və mediaya ayırdığı diqqəti yüksək qiymətləndirib: “Nazirliyin media ilə əməkdaşlığını gələcəkdə də bu səviyyədə davam etdirməsini arzulayıram”.
Daha sonra nazir Hüseyn Bağırov müsabiqənin nəticələrini açıqlayıb. Mayın 15-də elan olunmuş müsabiqəyə iyulun 2-dək ümumilikdə 55 məqalə və telesüjet təqdim olunub.
Təqdim edilmiş materiallar müsabiqə ilə əlaqədar yaradılmış komissiya tərəfindən şifrələnib və müstəqil ekspertlərin qiymətləndirməsindən sonra müvafiq istiqamətlər üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, biomüxtəlifliyin mühafizəsi, təbiətdən davamlı istifadənin təmin olunması və təbliğ edilməsindən ibarətdir.
Ekoloji təhlükəsizliyin təminatı, “Yaşıl” texnologiyanın tətbiqi, Meşələrin artırılması və mühafizəsi və Biomüxtəliflik olmaqla 4 istiqamət üzrə I, II, III yerlərin qalibləri təltif edilib, “İl ərzində ekoloji təbliğat sahəsində ardıcıl fəaliyyətə görə” nominasiyası üzrə diplomlar verilib, həmçinin həvəsləndirici mükafatlar və əlavə olaraq daha 10 nəfərə ekologiya və təbii sərvətlər naziri adından mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03

