Azərbaycanda dərin ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur
25.08.2012 [01:31]
Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycan son illərdə bütün sferalarda mühüm uğurlar əldə edib. Bu uğurlar isə respublikamızın iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında müstəsna rol oynayıb. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, may ayında ölkəmizdə “Eurovision” musiqi yarışmasının keçirilməsi, o cümlədən, bu il də iqtisadi müstəvidə irəliləyişlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Heç şübhəsiz, qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şərait, vətəndaş cəmiyyəti, xalq-hakimiyyət vəhdətinin əhəmiyyəti böyükdür.
Demokratik ənənələrə əsaslana siyasi kurs
İlk növbədə, qeyd etmək yerinə düşər ki, Azərbaycan demokratik dəyərlər əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş və bu yolda inamla irəliləyən bir ölkədir. 1993-cü ildən etibarən ölkədə baş verən sosial-siyasi dəyişikliklər, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi, sosial və digər sahələrdə struktur islahatları yeni siyasi-iqtisadi formasiyaya keçidi sürətləndirdi. Demokratik cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi respublikada fikir və söz azadlığı təmin olundu. Bunun ən bariz göstəriciləri olaraq, KİV üzərində senzuranın ləğv edilməsini, mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün görülən çoxsaylı işləri vurğulamaq olar.
Konstitusiyamızda da öz əksini tapan fikir, söz, vicdan azadlıqlarının, sərbəst toplaşmaq hüququnun təmin olunması sayəsində Azərbaycanda fikir, siyasi mövqe müxtəlifliyi mövcuddur. Fikir plüralizmi insanlara cəmiyyət içərisində, həmçinin, mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar sərgiləməyə imkan verir. Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və müxalifyönlü mətbuat orqanı fəaliyyət göstərir.
Beləliklə, məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, demokratik prinsipləri özündə əks etdirən siyasi kurs Azərbaycanın beynəlxalq dünyaya inteqrasiyasına, Avropanın demokratik dəyərlərinin inkişafımızda əks etdirilməsinə zəmin yaradır. Hazırda ölkəmizdə yüksək demokratik təsisatlar bərqərar olub, Azərbaycanda azad, şəffaf, ədalətli seçki mühiti yaradılıb, söz və vicdan azadlığı yüksək səviyyədə bərqərar olub. Ən əsası isə milli maraqlarımıza əsaslanan xarici və daxili siyasət yürüdülür.
Vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilir
Onu da vurğulamaq yerinə düşər ki, 20 illik müstəqilliyi dövründə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. ölkəmiz bu istiqamətlərdə görülən işlərin reallaşmasında 90-cı illərdən etibarən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, habelə aparıcı dövlətlərin təcrübəsindən yararlanır. Bu illər ərzində ölüm hökmü və KİV üzərindəki senzuranın ləğvi, bələdiyyələrin, milli Ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir.
Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də uğurla davam etdirilir. Korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bu reallığı bir daha ortaya qoyur.
Bu gün Azərbaycanda sürətlə inkişaf edən vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. 2012-ci ilin dövlət büdcəsindən də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 3 milyon 808 min 960 manat vəsait ayrılıb. Müqayisə üçün bildirək ki, 2011-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdı. 2010-cu ildə bu vəsait 2,8 milyon manat təşkil edib. 2009-cu ildə isə cəmi 2 milyon manat vəsait ayrılmışdı. Göründüyü kimi, QHT-lərə dəstək məqsədilə büdcədən ayrılan vəsait hər il böyük həcmdə artırılır. Bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədini daşıyır.
ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur
Bu məqamda onu da qeyd edək ki, mövcud seçki qanunvericiliyi Azərbaycanda ədalətli, şəffaf, həmçinin, vətəndaşların iradəsini ifadə edən seçkilər keçirmək üçün əlverişlidir və bu qanunvericilik bazası indiyə qədər keçirilmiş seçkilərdə özünü doğruldub. Bu da səbəbsiz deyil. Belə ki, hazırki Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq qurumların, ATƏT-in və Avropa Şurasının müvafiq tövsiyələri nəzərə alınıb. Seçki Məcəlləsinə uyğun olaraq bütün siyasi partiyalar qanun çərçivəsində seçki prosesində iştirak edə bilər. Seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də, bitərəflərin nümayəndələrindən təşkil olunur. Əlbəttə ki, zaman-zaman ölkəmizdə seçki qanunvericiliyinə müvafiq dəyişikliklər edilir. Eyni zamanda, gələcəkdə də bu qanunvericiliyin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla bilər. Amma ekspertlərin də bəyan etdikləri kimi bütövlükdə Seçki Məcəlləsi beynəlxalq standartlara uyğundur.
Sosial-siyasi sabitlik iqtisadi inkişafın təminatçısı kimi
Bu bir həqiqətdir ki, hər bir ölkədə iqtisadi inkişafın, yüksək rifahın əsasında sosial-siyasi sabitlik, cəmiyyətdaxili harmoniya, qarşılıqlı etimad və razılığa söykənən vətəndaş-dövlət münasibətləri dayanır. Siyasi, sosial, iqtisadi sahələrdə sabitliyin və davamlı inkişafın əldə olunması bilavasitə hərtərəfli düşünülmüş, rasional daxili və milli maraqların müdafiəsinə xidmət edən uzaqgörən xarici siyasətə əsaslanır. Azərbaycanın 20 illik müstəqillik tarixinə nəzər salsaq, ölkəmizin sosial-siyasi və iqtisadi baxımdan Sovet hakimiyyəti dövrünün totalitarizm, birtərəfli ekstensiv inkişaf, mülkiyyət məhdudiyyətləri qalıqlarından qurtularaq müasir dövlətçiliyin, demokratik sistemin, vətəndaş cəmiyyətinin əsaslarının qurulmasınadək böyük inkişaf yolu keçdiyini söyləmək olar.
Məlum olduğu kimi, müstəqilliyinin ilk dövrlərində Azərbaycanda dərin sosial, siyasi, iqtisadi böhran hökm sürürdü. Tez-tez baş verən hakimiyyət çevrilişləri, qanunsuzluq və özbaşınalıq, daxildən parçalanma təhlükəsi, xarici hərbi təcavüz ölkənin gələcəyini ciddi təhlükə altına qoymuşdu. Dünya təcrübəsi göstərir ki, belə situasiyalarda vaxtında vahid siyasi hakimiyyətin yaradılmaması, böhranlı vəziyyətə müdaxilə edilməməsi, cəmiyyətdə harmoniyanın yaradılmasına xidmət edən addımların atılmasının gecikdirilməsi daha böyük fəsadlarla müşayiət olunan faciəli nəticələrə gətirib çıxara bilər. Sevindirici haldır ki, 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə, ilk növbədə, mövcud siyasi-hərbi qeyri-stabilliyin aradan qaldırılmasına nail oldu. Beləliklə, qanunsuz hərbi birləşmələrin fəaliyyətinə, müəyyən xarici dairələrin əli ilə ölkəni daxildən parçalamağa yönələn separatizm meyillərinə son qoyulması ilə ölkədə sosial-siyasi sabitliyin bərpa edilməsi istiqamətində olduqca vacib addım atılmış oldu. Digər tərəfdən, ölkənin iqtisadi vəziyyətinin həddən artıq ağır olduğu bir dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində davam edən müharibənin vəziyyəti daha da ağırlaşdırmasını nəzərə alan ümummilli lider tez bir zamanda, yəni, 1994-cü ilin mayında atəşkəsin imzalanmasına nail oldu. Bununla da, ölkə daxilində və cəbhə xəttində stabilliyin təmin edilməsi sayəsində Azərbaycan iqtisadiyatının dirçəldilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün geniş imkanlar açıldı. Siyasi sferada əldə olunan sabitlik öz növbəsində iqtisadi canlanmaya, xarici investorların ölkəmizə maraq göstərməsinə səbəb oldu ki, bu da öz nəticəsini 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə göstərdi. Sosial-siyasi sabitliyin bərqərar edilməsi ilə ölkənin intellektual, iqtisadi potensialının reallaşdırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı və hazırda da bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Beləliklə, bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir.
İqtisadi inkişafın Azərbaycan modeli
Siyasi islahatlarla yanaşı, həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər isə ölkəmizin daha da güclənməsini təmin edib. Bu gün ölkənin hər yerində iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət Proqramının birinci hissəsinin uğurlu icrasının ardından bu istiqamətdə ikinci bir proqram qəbul olundu. 2009-2013-cu illəri əhatə edən yeni “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılır. Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilir. Bir sözlə, həyata keçirilən siyasət nəticəsində inkişafın Azərbaycan modeli yaranıb.
Bundan başqa, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Sovet dövründən əmanət bankında batan əmanətlərin yüksək şərtlərlə qaytarılmasının özü xalq-hakimiyyət birliyinin bütün problemlərin həllinə yol açdığının göstərcisidir. Bu, bir daha sübut edir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs xalqımızın milli maraqlarına, dövlət, xalq mənafeyinə əsaslanır.
Sosial müdafiə, sosial təhlükəsizlik və sosial rifah
Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Dövlətimizin bu istiqamətdə daim sadiq qaldığı strateji xətt üç mühüm prinsipi əhatə edir: sosial müdafiə, sosial təhlükəsizlik və sosial rifah. Bir-biri ilə sıx bağlı olan və uzun gələcəyə hesablanmış bu strateji hədəflər zaman keçdikcə Azərbaycanın düzgün yolda olduğunu bir daha təsdiq edir.
ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir.
Xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur
Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının təmininə yönəlib. Bütün bu işlərin həyata keçirilməsində isə ölkə hakimiyyəti ilə yanaşı, vətəndaşların da dəstəyi mühümdür. Yəni, xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur. Prezident İlham Əliyev də öz çıxışında bu məqamı xüsusi vurğulayb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqil ölkə kimi inkişaf edir: “Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun”.
Sülh və sabitlik adası-Azərbaycan
Digər tərəfdən, Azərbaycan hər zaman sülhün və sabitliyin tərəfdarı kimi Cənubi Qafqaz regionunun inkişafında maraqlı olduğunu nümayiş etdirir. Bu isə həm Avropanın, həm də digər dövlətlərin regionun aparıcı ölkəsi kimi Azərbaycanla münasibətlərin qurulmasına və inkişafına can atmasına gətirib çıxarır. ümumiyyətlə, Azərbaycan dövləti hər zaman apardığı siyasətin xoş niyyətə əsaslandığını bəyan edib. Təəssüf ki, Azərbaycanın apardığı bu xoş siyasət hamı tərəfindən eyni şəkildə qiymətləndirilmir və bəzi məqamlarda ölkəmizdə hökm sürən demokratik ab-havadan öz şəxsi niyyəti üçün istifadə etməyə çalışanlar da tapılır. Amma Azərbaycan dövləti heç bir zaman buna imkan verməyəcək. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bütün ölkələrlə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətlər qurur: “Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan vermərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq belə cəhdlər var və istisna edilmir ki, bundan sonra da olacaq. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. ümid edirəm ki, belə də olacaq”.
Tolerantlıq nümunəsi
Bu bir həqiqətdir ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Bununla yanaşı, ölkəmiz dünya sivilizasiyalarının qovşağı və multikulturalizmin nümunəsi kimi bütün dünyada qəbul olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq”.
Azərbaycan xalqının seçimi
Bir sözlə, Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf xəttini davam etdirir. 20 il ərzində əldə olunan uğurlar bu siyasi kursun dəqiqliyini və düzgünlüyünü sübut edib. Hər zaman öz dövləti, hakimiyyəti ilə vəhdət təşkil etməyi bacaran Azərbaycan xalqı ölkəmizdə demokratik ənənələrin inkişafını, davamlılığını dəstəkləyir. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan öz yolu ilə gedir: “Azərbaycanda bütün azadlıqlar vardır. Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır”.
Göründüyü kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir. Təbii ki, bu prosesin inkişafında Prezidentin xalq tərəfindən tam dəstəklənməsi mühüm rol oynayır. Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin apardığı inkişafı hədəfləyən siyasi kursu birmənalı şəkildə dəstəkləyir. ölkə vətəndaşlarının sosial rifahına yönəlik daxili, milli maraqlarımızı müdafiə edən xarici siyasət kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı seçildiyi zaman bildirdiyi kimi, hər bir azərbaycanlının Prezidentidir. Bu mənada 2013-cü ildə keçiriləcək prezident seçkilərində nəinki yalnız Yeni Azərbaycan Partiyasının, bütövlükdə Azərbaycan xalqının bir namizədi var-Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

