Hər bir azərbaycanlının Prezidenti, yaxud ümummilli iradənin ifadəçisi
04.09.2012 [01:00]
Bu ümummilli sevincin, emosional özünüifadənin yönəldiyi ünvan Ali Baş Komandandır
Təbii ki, bu ümummili sevincin, bu emosional ifadənin bir ünvanı var. Belə hallarda, adətən, bu coşğulu emosiya qəhrəmanı yenidən qəhrəman edərək, xalqına təqdim edən ünvana yönəlir. O ünvan əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanının ünvanıdır. Cəmiyyətdəki sosial, siyasi, ictimai, əxlaqi mövqeyindən asılı olmayaraq, Ramil Səfərovun azad olunması ilə bu coşğulu və emosional duyğuların istiqaməti, məhz, Ali Baş Komandan, Prezident İlham Əliyevə yönəldi. Azad olunmuş cəsur zabitimiz Ramil Səfərov da onu azadlığa qovuşduran ünvanın, məhz, Ali Baş Komandanı olduğunu Azərbaycan xalqına etiraf etdi. Bu, bir zabitin Ali Baş Komandanı önündə həm ləyaqət, şərəf borcu, həm də minnətdarlıq borcu idi. Ramil Səfərov bunu çox gözəl ifadə etməyi bacardı. Və doğrudan da, bu ümumxalq sevgisinə layiq olduğunu bir daha isbat etdi.
Ramil Qarabağın bir parçası kimi idi...
Ramil Səfərovla bağlı məsələ bununla məhdudlaşmır. ötən 8 il yarım müddətində Ramil Səfərovun adı Qarabağ adı ilə asosiasiya olunurdu. Məhz ona görə də, Ramil Səfərovun azadlığı da Dağlıq Qarabağın ən qısa müddətdə azad olunacağına xalqımızda inam yaratdı. Hadisənin əhəmiyyəti bir də bununla daha da artmış oldu.
Ramili qınayanların mövqeyi vətəndaşlıq və milli mənsubiyyət baxımından izah edilə bilməz
Cəmiyyətimizdə Ramil Səfərovun hərəkətinə münasibət ümumən birmənalı idi. İstər hüquqi baxımından, istər əsgəri şərəf baxımından, istər zabit ləyaqəti baxımından, əlbəttə ki, heç bir halda Ramilin aldığı qərar nə mübahisə doğura bilərdi, nə də qınana bilərdi. Amma çox təəssüf ki, Ramil Səfərov azad olunduqdan sonra cəmiyyətimizin ayrı-ayrı fərdləri tərəfindən bəzən qınandı, hətta bəzi müxalifət liderləri tərəfindən onun addımı səhv addım kimi qiymətləndirildi. Hesab edirik ki, bu cür mövqe ümummilli iradədən kənardır və ona ziddir. Bu mövqe istər hüquqi baxımından, istər vətəndaşlıq baxımından, istər milli mənsubiyyət baxımından, əsla qəbuledilən deyil. Ramil Azərbaycan zabiti kimi önündə diz çöküb and içdiyi bayrağı müdafiə edib. Bu onun zabit kimi şərəf borcu idi. Ramil dövlətini təmsil edən, dövlətinə aid olan bayrağın təhqir olunmasına əgər dözsəydi, deməli o, döyüş cəbhəsində də geri çəkilə, bəzi ünsürlər kimi torpağının satılmasına göz yuma bilərdi.
Ramil səhv etdi, yaxud o qatildir deyənlərin Azərbaycan xalqına aidiyyəti yoxdur
Ramil göstərdi ki, çox qətiyyətlə Vətəni müdafiə etməyi bacarır və azərbaycanlı zabit şərəfini, dövlətinin bayrağını hər şeydən uca tutur. Belə olan halda, Vətəninin bir parçasını qoruyan, Vətəninin bir parçası üçün hətta ölüm riskini gözə alan Ramili qınamaq olmaz və ona qatil demək milli düşüncə ilə daban-dabana ziddir. Və Ramilə səhv etdi, deyənlər, onu qatil adlandıranlar zabit şərəfinin, Vətən torpağının nə olduğunu anlamırlar.
Heç kəs bu situasiyanı təsəvvür etmək istəmir ki, Ramil erməni zabitinə hücum çəkəndə erməni zabiti də onu öldürə bilərdi. Yəni, burada Ramil şəhid olmağı da göz önünə alaraq hərəkət etmişdi. Düşünün ki, önünüzdəki də bir zabitdir. Siz onu öldürənə qədər o da sizi öldürə bilərdi. Ramil erməni ilə qarşıdurmada şəhid də ola bilərdi. Belə olduğu halda, bu vəziyyətdə baş verən psixoloji, mənəvi, emosional vəziyyəti necə göz ardı edib, Ramili qatil adlandırmaq olar?! Hesab edirik ki, bu cür yanaşmalar bəzən ictimai xadim olmaq iddiasına düşən, bəzən özünü jurnalist adlandıran, bəzən özünü prezidentliyə namizəd elan etmiş insanların daxili mənəvi intiharıdır. Belələri əsla, milli iradənin ifadəçisi ola bilməz və özlərini cəmiyyətə millətin təmsilçisi kimi təqdim edə bilməzlər.
Ramilin azad olunması milli vətənpərvərliyin ən geniş miqyasda təbliğidir
Əlbəttə ki, Ramilin azad olunması və Azərbaycan cəmiyyətinə onun haqq etdiyi şəkildə qalib və qəhrəman kimi təqdim olunması milli vətənpərvərliyin təbliğ olunması, gənc əsgər və zabitlərimizin döyüş əhval-ruhiyyəsinin gücləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Ali Baş Komandanımız tərəfindən hər cür risk göz önünə alınaraq, belə bir qərarın qəbul olunması, Azərbaycanda çoxtirajlı mətbuat orqanlarının, xüsusi yaradıcı qrupların, ədəbiyyatın vasitəsilə illərlə həyata keçirilməsi mümkün olmayan vətənpərvərlik təbliğatının gerçəkləşdirilməsi kimi qiymətləndirilməlidir.
Ali Baş Komandanın milli iradəyə arxalanan qərarı
Ramil Səfərov azad edildi və Azərbaycan Respublikasının Prezidentinin bu qərarı dərhal ayrı-ayrı dövlətlər tərəfindən tənqid hədəfinə çevrildi. Heç şübhəsiz ki, bu qərar qəbul edilərkən, Azərbaycan tərəfi ölkəmizə qarşı müxtəlif ünvanlardan bu cür mövqenin sərgilənəcəyinin fərqində idi. Ayrı-ayrı dövlətlər tərəfindən qınanacağını da bilirdi. Hətta, bəzən təzyiqlərin olacağını da proqnozlaşdırmaq mümkün idi. Amma, buna baxmayaraq, məhz hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev milli iradəni nümayiş etdirərək bir daha aldığı qərarlarla yalnız və yalnız millətinə arxalandığını sübut etdi. O, göstərdi ki, ayrı-ayrı hakimiyyətə iddialı ünsürlər kimi qərar qəbul edəndə qrant aldığı, himayəsinə sığındığı, dirijor çubuğu ilə işlədildiyi dövlətlərin mövqelərini nəzərə almır və onlara arxalanmır. Prezident İlham Əliyev Azərbaycan xalqına arxalanaraq bu qərarı qəbul etdi və Azərbaycan xalqı da bu gün bütün gücü ilə Azərbaycan Prezidentinin aldığını qərarın arxasındadır və onu alqışlayır.
Erməni lobbisi, xristian təəssübkeşliyi mifi dağıldı
Ramil Səfərovun azad olunması, ilk növbədə Ermənistanı həm diplomatik, həm hərbi-psixoloji, həm mənəvi, həm də siyasi dalana dirəmiş oldu. çünki onlar gözləmirdilər ki, gizli şəkildə xristian təəssübkeşliyi faktoruna söykənərək Ermənistanı müdafiə edən qüvvələr və erməni lobbisi Ramil Səfərovun azad olunmasına icazə verə və ya göz yuma bilər. Amma, Azərbaycanın bir dövlət olaraq, çox böyük qətiyyətlə bütün diplomatik resurslarını, bütün iradəsini səfərbər edərək Ramil Səfərovu azad etməsi həm dünya erməniliyinin heç də yenilməz olmadığını göstərdi, həm də Ermənistan cəmiyyətində bir pessimist əhval-ruhiyyə yaratdı. Bütün erməni xalqı və siyasətçiləri gördü ki, Azərbaycan heç də onların arzuladıqları şəkildə kiçik ölkə deyil. Azərbaycan güclü dövlətdir və istədiyi vaxt qətiyyətli və müstəqil addımlar atır. Biz əminik ki, bu qərar erməni cəmiyyətində və ordusunda kataklizmlərə və psixoloji sarsıntılara gətirib çıxaracaq. Növbəti həmlə isə torpaqlarımızın azad edilməsi istiqamətində olacaqdır.
Hikmət BABAOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16

