Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib"

"Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib"

01.09.2012 [17:34]

Elman Türkoğlu: Zəhərlənmə Əli Kərimovun evində baş verdi. çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi
Keçmiş prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi ilə bağlı gedən  müzakirələrdə yeni məsələlər ortaya çıxmaqdadır. Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında Bakı şəhər Prokurorluğu cinayət işi qaldıraraq araşdırma aparır.
Məsələ ilə bağlı mətbuata verilən açıqlamalarda bir sıra müəmmaların üstünün açılması ilə yanaşı, yeni faktlar da səsləndirilir. Belə ki, bir müddət öncə Türkiyənin keçmiş səhiyyə naziri Osman Durmuş Elçibəyin bədəninin zəhərlə dolduğu ilə bağlı fikir bildirmişdi. Bundan başqa mətbuata açıqlamasında həmin dövrdə siyasi arenada olan bəzi şəxslər də etiraf etmişdilər ki, Elçibəyin zəhərləndirilməsi ilə bağlı məsələlər zaman-zaman mətbuat səhifələrində, siyasi kuluarlarda müzakirə olunurdu.
Məsələ ilə bağlı KİV-ə açıqlama verən Əbülfəz Elçibəyə yaxınlığı ilə tanınan Elman Türkoğlu da Əbülfəz Elçibəyin zəhərlənməsi iddialarını təsdiqləyib və bildirib ki, Elçibəyi zəhərləyiblər: “Bu işdə əsas rolu Əli Kərimov oynayıb. Bu oyunun içində isə bir sıra insanlar vardı. O vaxtlar AXCP-nin daxilində yaradılmış “klassik”lər birbaşa Əbülfəz Elçibəyi, “Yurd” isə Əli Kərimovu müdafiə edirdi. “Yurd”çuların əsas məqsədləri Əli Kərimovun partiyanın rəhbəri postuna gətirilməsi idi”.
Həmin dövrdə AXCP-nin daxilində böyük intriqaların baş qaldırdığını söyləyən E.Türkoğlu bu çəkişmələrin başında Əli Kərimovun dayandığını söyləyib. Həmin vaxt partiyada Əli Kərimova yaxın qüvvələrin hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimovu AXCP-nin rəhbəri postuna gətirməyə çalışdıqlarını söyləyən E.Türkoğlu Elçibəyin Kələkidə zəhərlənməsi ilə bağlı versiyanın yalan olduğunu deyib: “Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər Elçibəyin guya 1991-ci ilin 20 avqustunda yaralandığını əsas gətirərək bunun da təsirli olduğunu ortaya atırlar. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib”.
“Zəhəri bir nəfər gətirmişdi. Onun da adını açıqlayacağam. Əgər məni istintaqa çağırsalar, həmin şəxsin kim olduğunu deyəcəm. Amma gərək bu iş başa çatdırılsın - Əli Kərimov layiq olduğu cəzanı alsın” - deyən E.Türkoğlu Əbülfəz Elçibəyin kimlərin əli ilə zəhərləndiyini açıqlayacağını da bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən Səmayə adlı birisi artıq dünyasını dəyişib. Elçibəyin yeməyinə kimlərin zəhər qatdıqlarını çox gözəl bildiyini vurğulayan E.Türkoğlu bu şəxslərin arasındakı qadınlardan birinin də xüsusi əməyi olduğunu qeyd edib.
Onun sözlərinə görə, Elçibəyi Əli Kərimovun evində zəhərləyiblər: “Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimovun doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimovun evində baş verdi. çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var”.
Zəhəri gətirən adamı şəxsən tanıdığını söyləyən E.Türkoğlu AXCP üzvü olan bu şəxsin Azərbaycandan kənarda yaşadığını deyib. Bildirib ki, zəhər gətirən həmin şəxs çox hiyləgər adamdır və həmişə Elçibəyi təhqir edirdi: “Bu zəhərin belə bir xüsusiyyəti var - həmin zəhəri kiminsə bədəninə yeritsən, bunun təsiri tədricən - 1 il, il yarımdan sonra üzə çıxacaq. Mən hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. İnanmırsınızsa, həmin dövrün qəzetlərini açıb, baxa bilərsiniz. Bununla bağlı müsahibələrim həmin dövrdə “Şərq”, “Yeni Müsavat” qəzetində dərc olunub. “Ədalət” qəzetindəki müsahibəni məndən o zamankı baş redaktor Aqil Abbas özü almışdı. Həmin müsahibədə bütün fikirlərimi hissə-hissə bildirmişəm. O vaxt elə bir dövr idi ki, bu işin üstünü ört-basdır etmək üçün bəzi adamlar Əli Kərimlinin müdafiəsi üçün danışdırdılar. Bəzi şəxsləri öyrədib danışdırırdılar. Mən onların layiqli cavablarını verib, yerlərində otuzdurdum”.
E.Türkoğlu bildirib ki, Elçibəy özü ona zəhərləndirildiyini deyib: “Soruşdum ki, bəy sizin zəhərlənməniz barədə xəbərlər yayılıb. Əbülfəz bəy cavab verdi: “Bəli, ad günü mərasimində məni zəhərlədilər”. Əbülfəz bəy həmin ildə ancaq Əli Kərimlinin ad günü mərasimində iştirak etmişdi. Soruşdum ki, bəy, sizi hansı ad günündə zəhərlədilər, Əli Kərimovun? Əbülfəz bəy dinmədi. Bu vaxt əmim qızı dedi: “Bəy, axı siz bunu bilməmiş olmazsınız?”. Elçibəy cavab verdi: “Qızım, sən bilmirsən ki, süfrəyə yemək gələndə ona birinci mən əl uzadırdım. Cəmi iki qaşıq yedim və hiss etdim ki, yeməkdə nəsə var. 20-25 dəqiqədən sonra evə gəldim. Qatıq yedim, amma artıq gec idi”.
Elçibəyi gizli şəkildə zəhərlədiklərini söyləyən E.Türkoğlu bildirib AXCP-də bəzi adamlar buna sevinirdilər: “Deyirdilər ki, Elçibəy öləcək, Əli Kərimov onun yerinə gələcək. Bu söhbətlər gizli şəkildə ən çox “Yurd”un Gənclər Təşkilatında gedirdi. Mən bir dəfə Əli Kərimlinin müsahibə verərkən bu sözləri təkrarlamasının şahidi oldum”.
Müsavat Partiyasının sədri İsa Qəmbərin də Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi faktından xəbərdar olduğunu bildirən E.Türkoğlu Elçibəyin ölümündə xüsusən “Yurd”çuların, partiyadakı bəzi şəxslərin maraqlı olduğunu önə çəkib. Onun sözlərinə görə, həmin şəxslər bununla öz planlarını həyata keçirməyə çalışırdılar: “Əli Kərimov, Əbülfəz Elçibəy məhz sənin ad günü mərasimində, sənin evində zəhərləndi. Bu məsələlərdə əsas rol oynayan siyasi fiqurlardan biri də Xanım Xəlilovadır. Sən niyə bəzi şəxslərə təsir göstərirsən? Niyə onların həqiqətləri gizlətməsinə çalışırsan? Məgər müdafiə etdiyin şəxs bir zamanlar qarşısına çıxdığın Əli Kərimov deyil? Sən həmin Xanım Xəlilova deyilsənmi, Fəxri Xiyabandakı anım mərasimində Əbülfəz Elçibəyin Əli Kərimov tərəfindən zəhərləndiyini iddia edirdin. Əli Kərimov Fəxri Xiyabana gələndə hamı bunu narazılıqla qarşılayırdı. Xanım Xəlilova deyirdi ki, Elçibəyi zəhərləyən budur”.
Bəzi siyasilərin gizli əməlləri barəsində açıqlamalar verəcəyi təqdirdə onların kim olduqlarının üzə çıxacağını deyən E.Türkoğlu Əli Kərimlinin adamlarının sosial şəbəkə sayılan “Facebook”da saxta profillərlə ona hədə-qorxu gəlməyə çalışdıqlarını bildirib: “Yazırlar ki, səni məhv edərik, öldürərik. Əgər cəsarətləri varsa, çıxsınlar üzə, desinlər ki, səni öldürməyə gəlirik. Və bunu da həyata keçirsinlər. Amma edə bilməzlər, çünki cəsarətləri çatmaz. Mənim qarşımda nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov dayana bilər, nə də başqası”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31