Aİ Gürcüstanla bağlı mövqeyini açıqladı
10.07.2024 [10:45]
İnteqrasiya dayandırılır, maliyyə yardımı tormozlanır...
İki ay öncə Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə başlanan siyasi qalmaqal səngimək bilmir. Xüsusilə Qərbin diqqətində olan bu qanunun ləğvi uğrunda “böyük mübarizə” sərgilənsə də, nəticəsiz qaldı. Mayın 28-də Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin qanuna tətbiq etdiyi vetonu ləğv etməsi isə hüquqi prosedurları sona çatdırdı. Xatırladaq ki, qanuna əsasən, bir il ərzində xarici mənbələrdən nağd pul və ya köçürmələr şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınır. Qanunda konkret olaraq qeyd edilir ki, buraya 20 faizə müqavilələr üzrə əldə edilən kommersiya gəlirləri daxil deyil. Qanunun izahat bölümündə isə açıq şəkildə bildirilir ki, bu aktın məqsədi xarici təsirin şəffaflığını təmin etməkdir.
Gürcüstana yeni sanksiya - 30 milyon avro ayrılmadı...
Qanunun qəbulu ilə paralel olaraq rəsmi Tbilisiyə qarşı mövqelər daha da sərtləşib. Bəzi hallarda sanksiya, bəzi hallarda iqtisadi əngəllər yaratmaq, hətta Avropa Məhkəməsinə müraciət etmək kimi hədələr işə yaramayıb - hətta. Baş nazir İrakli Kobaxidzeyə sui-qəsd xəbərdarlığı belə edildi. Küçə aksiyaları zamanı etirazçılara ən yüksək səviyyədə dəstək verən Qərb dairələri artıq Gürcüstan hökumətinə qarşı siyasi təsir mexanizmlərindən də istifadə edir. Belə ki, Avropa İttifaqı (Aİ) “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb. Bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib. O qeyd edib ki, həmçinin Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb. “Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. İndiki Gürcüstan hökumətinin niyyəti Avropa İttifaqı liderlərinə aydın deyil. “Xarici təsirin şəffaflığı haqqında” qanun geriyə doğru bir addımdır və anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir”, - deyə səfir vurğulayıb.
Diktə ilə işləmədikdə...
Bəli, Qərb növbəti dəfə özünün əsl simasını ortaya qoydu. Gürcüstandan öz maraqları üçün istifadə etməyə çalışan, bu dövlətin milli maraqlarını saya salmayan Aİ-nin tutduğu mövqe isə qeyri-demokratikliyi ilə seçilir. Bir müddət öncə üzvlüyə namizəd statusu ilə “şərəfləndirilən” Gürcüstana qarşı atılan addımlar Qərbin korporativ maraqların girdabında boğulduğunu göstərir. Aİ-yə inteqrasiya prosesinin dayandırılması qurumun açıq şəkildə Gürcüstanı öz oyunlarına alət etmək istəyini biruzə verir. Bu həm də, Aİ-nin “genişlənmə kampaniyası”nın əsl niyyətini ortaya qoyur. Aİ ilə assosiativ saziş imzalayan Gürcüstan qurumun diktəsi ilə işləmədiyi üçün artıq ona yardımı belə dayandırırlar.
Aİ niyə narahatdır?
Pavel Qerçinskinin açıqlamasında qarşıdan gələn parlament seçkilərinə qədər “taym -aut” götürməsi də təsadüfi deyil. Bəlli olduğu kimi, bu qanunla xarici agent hesab olunacaq şəxslər və ya partiya nümayəndələri seçkidə iştirak etmək hüququnu qanuni şəkildə itirəcək. Beləliklə də, Qərbin özünün emissarlarını Gürcüstan parlamentinə yerləşdirmək arzusu da boşa çıxacaq. Xatırladaq ki, qanunla bağlı məsələ ortaya çıxan dövrdə GORBI-nin keçirdiyi sorğunun nəticələrinə görə, oktyabrın 26-da baş tutacaq parlament sekilərində cəmisi iki partiyanın - “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”ın qanunverici orqana düşmə ehtimalı ortaya çıxmışdı. “İmedi” telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, parlament seçkilərinin apreldəki “virtual səsverməsində” “Gürcü arzusu” - 60,4 faiz, “Vahid Milli Hərəkat” - 12,6 fazi, “Gürcüstan üçün Lelo” - 4,7 faiz, “Avropa Gürcüstanı” - 4,5 faiz, “Gürcüstan üçün” - 3,7 faiz “səs toplayıb”. Yeni sistemə görə isə Gürcüstanda parlament seçkiləri 2024-cü ildən partiyalar üçün 5 faizlik baryer təyin edib - seçkilər yeni, tam proporsional sistemlə keçiriləcək. Bu mənada, Aİ-nin “inteqrasiyanı dayandırmaq” adı altında apardığı kampaniya yeni dövr seçki üçün ortaya çıxacaq siyasi mənzərəyə təsir etməyə hesablanıb.
SADİQ
Xəbər lenti
Hamısına bax
Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46

Xəbər lenti
24 Mart 12:15

Xəbər lenti
24 Mart 11:50

Xəbər lenti
24 Mart 11:25

Xəbər lenti
24 Mart 10:55

Dünya
24 Mart 10:20

Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03
