Yaxın Şərq NATO-su yarana bilərmi?
26.07.2024 [10:40]
Netanyahu ABŞ-a “Avraam Alyansı” yaratmağı təklif edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib. O, təklifi ABŞ-a səfəri zamanı səsləndirib. Konqresdə çıxışı zamanı Netanyahu bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər. Netanyahu xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratmışdı. “İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”,- deyə İsrailin Baş naziri qeyd edib. Baş nazir yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı “Avraam sazişi”nə uyğun olaraq “Avraam Alyansı” adlandırmağı təklif edib. Xatırladaq ki, 2020-ci ildə ABŞ-ın ovaxtkı Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeşin İsraillə münasibətlərin normallaşması haqqında “Avraam anlaşması” imzalanmışdı. Sonradan Sudan da bu anlaşmaya qoşulub. Bu, ərəb ölkələri ilə yəhudi dövləti arasında atılan vacib addımlardandır. Anlaşmada təhlükəsizliyin təmin olunması da aparıcı şərtlərdən sayılır.
Onu da qeyd edək ki, Donald Tramp ABŞ prezidenti olarkən Yaxın Şərqdə yeni bir hərbi alyans deyil, NATO-nun bu regiona qədər genişlənməsi ideyasını ortaya atmış və NATO-nun adının dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. O, bunu 2020-ci ilin yanvarında NATO-nun Baş katibi Yens Stoltenberqə telefon danışığında təklif edib. Ağ Evin o vaxtkı rəhbəri bildirib ki, NATO Yaxın Şərqdə qoşunlarını yerləşdirməlidir. Əks halda bu yük ABŞ-ın üzərində qalıb. Buna görə də, Tramp hərbi alyansın adının NATOME-yə (NATO və Yaxın Şərq (Middle East)) dəyişdirilməsini təklif etmişdi. İndi isə İsrailin Baş naziri belə bir təkliflə çıxış edib.
İlyas Hüseynov: Yeni alyansın yaranmasında Türkiyənin mövqeyi müstəsna əhəmiyyət kəsb edir
Bəs, Yaxın Şərq NATO-sunun yaradılması nə dərəcədə real ola bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Yaxın Şərqdə davam edən müharibə müxtəlif proseslərlə genişlənir. Həm humanitar faciə, həm də uzun illəri əhatə etməsi ilə bu münaqişə müasir tariximizin acı səhifələrindən biridir. Onun sözlərinə görə, belə bir şəraitdə İsrailin Baş naziri Netanyahu HƏMAS-ın hərbi qanadının tam məğlub edilməsində israrlıdır: “Bu səbəbdən də, Yaxın Şərqdə yeni NATO modeli yaratmaq istəyir. Bu ideyaya ABŞ-ın reaksiyası çox önəmlidir. Eləcə də, Yaxın Şərqdə mühüm aktor olan Türkiyənin bu təklifə münasibəti vacibdir. Türkiyə NATO-nun əsas oyunçularndan biridir və hərbi gücünə görə alyansda ikincidir. Yeni alyans yaranacaqsa, burada Türkiyənin mövqeyi müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, İsrail çalışır ki, yeni alyansın yaradılması ilə özünə hərbi müttəfiqlər toplasın. Çünki dünyanın müxtəlif regionlarında İsrailin hərbi əməliyyatlarına qarşı ciddi etiraz aksiyaları keçirilir. Hətta ABŞ-ın özündə də etirazların ardı-arası kəsilmir. Bu, İsrailin siyasi hakimiyyəti və ordu rəhbərliyinin imicinə ziyan vurur. Ona görə də, İsrail bu məsələdə yeni müttəfiqlər axtarışındadır”.
Ədalət Verdiyev: Yaxın Şərq NATO-sunun yaradılması hazırda real görünmür
Hərbi ekspert Ədalət Vəliyev isə hesab edir ki, İsrailin Baş naziri Netanyahu tərəfindən Yaxın Şərq NATO-sunun analoqu ola biləcək təhlükəsizlik çətirinin yaradılması təklifinin həyata keçməsi hazırda real görünmür. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra NATO-ya alternativ olacaq bir sıra təşkilatlar yaradılmışdı: “1954-cü ildə belə bir təşkilat Pakistan, Filippin, Avstraliya, Fransa, Yeni Zelandiya, Tailand, Böyük Britaniya və ABŞ-ın iştirakı ilə yaradılmışdı. Bu təşkilat da üzv ölkələrə qarşı təhdidlərin birgə aradan qaldırılması üçün məsləhətləşmələrin keçirilməsini və digər fəaliyyətləri nəzərdə tuturdu. Bu müqavilə üzvləri xarici təhlükələrdən qorumağa və daxili təhdidləri aradan qaldırmağa yönəlmişdi. Bir sözlə desək, həmin platforma Sakit okean hövzəsində yerləşən ölkələrin bir NATO modeli idi. Müəyyən vaxtdan sonra həmin ölkələrin bəziləri onu tərk etdi və 1977-ci ildə təşkilat özünü buraxdı”.
Hərbi ekspert, həmçinin Yaxın Şərqdə Bağdad Paktı adlanan SENTO təşkilatını xatırladıb. Burada isə Türkiyə, İran, İraq, Pakistan və Böyük Britaniya təmsil olunurdu və təşkilat Yaxın Şərqdə Sovet İttifaqının nüfuzunun qarşını önləməyə hesablanmışdı. O da effektli təşkilat olmadı. Bundan əlavə, Avropa ölkələri də NATO asılılığından qurtulmaq üçün zaman-zaman vahid Avropa ordusunun və yaxud NATO-nun analoqu ola biləcək birləşmiş hərbi təşkilatın qurulmasını dəfələrlə təklif ediblər. Amma bu ideya hələ də təklif olaraq qalmaqdadır.
“Xüsusilə də, təhlükəszilik və sülhün əldə olunması istiqamətində kifayət qədər ziddiyyətli yanaşmaların olduğu Yaxın Şərqdə eyni təhlükəsizlik konsepsiyası əsasında vahid təhlükəsizlik çətiri yaratmaq elə də asan məsələ olmayacaq. Bu işin, həm də böyük maliyyə yükü var ki, əsas maliyyə yükünü hansı ölkələrin qarşılayacağı sual altındadır. Odur ki, B.Netanyahunun səsləndirdiyi fikrin hazırda aktual olduğunu düşünmürəm. İsrailin təhlükəsizlik məsələlərini daha çox ikitərəfli müqavilələrlə təmin etməsi daha məntiqli olardı. Yəni kollektiv təhlükəsizliyin təmin olunması məsələsi bu gün üçün İsrailin əldə edəcəyi nailiyyət kimi görünmür. Amma İsrail Şərqin bir sıra aparıcı dövlətləri ilə ikitərəfli formatda təhlükəsizlik məsələlərində müəyyən irəliləyişlər əldə edə bilər”,-deyə Ə.Verdiyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

