İsveç telekanalında Ağdama həsr olunmuş film nümayiş etdirilib
01.09.2024 [20:41]
İsveçin UR (“Utbildningsradion”) telekanalı ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan “Tərk edilmiş binalar” adlı sənədli filmlər seriyasını yayımlayır.
AZƏRTAC xəbər verir ki, filmin 8-ci mövsümünün “Dron müharibəsi” adlı ikinci bölümü ermənilər tərəfindən dağıdılmış və yeganə tikilinin qaldığı Azərbaycanın Ağdam şəhərinə həsr olunub.
Film bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdam haqqındadır. Serialın bu bölümündə kimya mühəndisi Ceyqa Vays, yazıçı və tarixçi Dominik Selvud, yazıçı və jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən zərər çəkməmiş çıxan və erməni əsgərləri tərəfindən artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məscidin hekayəsindən bəhs edirlər.
C.Vays deyir: “Bu, fəlakət filmindəki səhnəyə bənzəyən qorxunc bir mənzərədir”.
Selvud və Meyds evlərini tərk etmək məcburiyyətində qalan, bir çoxunun isə sağ qalmadığı ağdamlıların inanılmaz qanlı hekayəsini nəql edirlər.
Filmdə 44 günlük müharibədən sonra işğaldan azad edilmiş Ağdama ilk gələnlərdən biri olan və maşınına mərmi atılandan sonra möcüzə nəticəsində sağ qalan hərbi müxbir Emin İbrahimov 1992-ci ildə atəşə tutulan və yalnız üç divarı qalan Çörək muzeyindən bəhs edir.
Serialın sonunda 2021-ci ilin mayında Baş planı təsdiqlənən, 100 min sakinin yaşayacağı və Azərbaycan futbol liqasında çıxış edən “Ağdam” komandasının oynayacağı şəhərin dirçəldilməsi barədə danışılır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

