Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP- ın Sədr müavini Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşüb

YAP- ın Sədr müavini Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşüb

18.12.2012 [00:35]

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb.
Əli Əhmədov əvvəlcə ABŞ-ın Nyutaun şəhərindəki ibtidai məktəblərdən birində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı cənab səfir Riçard Morningstara başsağlığı verib və bu hadisənin Azərbaycanda dərin təəssüf hissi ilə qarşılandığını nəzərə çatdırıb.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 1128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30