Azərbaycan Gənclər Fondunun yaradılmasının birinci ildönümü qeyd edilib
27.12.2012 [01:24]
Əli Həsənov: Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, Onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə, həm də öz gələcəyini qarantiya altına alır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun yaradılmasının bir ili tamam olub.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Gənclər Fondunun bir illik fəaliyyətinin yekunları barədə ətraflı məlumat verilib.
Fondun sədri Fərhad Hacıyev bildirib ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsis edilib.
Qeyd olunub ki, ötən bir il ərzində bir çox uğurlu layihələrə imza atan Fond ilk qrant müsabiqəsi keçirərək ölkəmizin 46 bölgəsində 129 layihə maliyyələşdirib. Ötən müddətdə gənclərlə və gənclər təşkilatları ilə əməkdaşlıq edən Fond haqqında yerli və xarici kütləvi informasiya vasitələrində 1000-dən çox məlumat yayılıb.
Fondun gələcək fəaliyyət istiqamətlərindən danışan F.Hacıyev deyib ki, növbəti qrant müsabiqəsi daha geniş sahələri əhatə edəcəkdir. Belə ki, dövlətimizin həmişə xüsusi diqqət ayırdığı əlillərlə, xaricdə təhsil alan tələbələrlə və xarici vətəndaşların ölkəmizdə tədqiqat aparmaları ilə bağlı layihələrə üstünlük veriləcək, bu layihələrə daha çox vəsait ayrılacaq.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, bu gün Azərbaycan Respublikası müstəqillik tarixinin olduqca dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin qarşısında duran vəzifələr müvəffəqiyyətlə öz həllini tapır.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan gəncliyinin üzərinə bu inkişafda xüsusi rol və missiya düşür. Bütün digər sahələr kimi, Azərbaycan dövlətinin gənclər siyasəti də Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə yaratdığı ilk dövlət qurumu Gənclər və İdman Nazirliyi oldu. Düşünə bilərsiniz ki, o vaxt müharibə aparan, iqtisadiyyatı dağılan, daxili həyatı böhran keçirən, beynəlxalq aləmdən təcrid olunmuş dövlətin Gənclər və İdman Nazirliyinə ehtiyacı var idimi? Əlbəttə, var idi. Nəyə görə Ümummilli lider ilk dövlət qurumu olaraq bu nazirliyi yaratdı? Çünki gəncliyi tərəfindən dəstəklənməyən dövlətin gələcəyi yoxdur, o, inkişaf edə bilməz. Məhz bunu nəzərə alan Ümummilli liderimiz Gənclər və İdman Nazirliyini yaratmaqla dövlətin gəncliyə münasibətini ortaya qoymuşdur.
1996-cı ildə Ümummilli liderin iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 2-də keçirilən ikinci forumda Gənclər Günü təsis olundu. Hər iki forumda Ümummilli liderimiz iştirak edib, proqram xarakterli nitqlərində Azərbaycanın dövlət gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib.
Ümummilli liderimizin gənclər siyasətinin konseptual istiqamətlərindən danışan Ə.Həsənov deyib ki, Ulu öndər Heydər Əliyev gənclər qarşısında üç əsas vəzifə qoyub. İlk növbədə, Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmalı, millətini sevməli, milli dəyərlərinə, dövlətinin gələcəyinə sahib çıxmalıdır. İkinci əsas vəzifə - Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalıdır. Gənclər dünyanın müasir inkişaf xüsusiyyətlərini, meyllərini bilməsələr, innovativ məlumatlardan xəbərsiz olsalar, qlobal proseslərdən baş çıxara və Azərbaycanın milli maraqlarını qoruya, dünya gəncləri ilə rəqabətə davam gətirə bilməzlər. Biz təcavüzkar Ermənistana qarşı təbliğat müharibəsində yalnız bu keyfiyyətlərə yiyələnməklə qalib gələ bilərik.
Nəhayət, üçüncü vəzifə kimi Ümummilli liderimiz vurğulayırdı ki, Azərbaycan gəncliyi milli dəyərləri nə qədər mənimsəsə də, beynəlxalq aləmdə rəqabətə davamlı olsa da, əgər öz milli dövlətinə, xalqının varlığına sahib çıxmasa, yenə də uduzan Azərbaycan olacaq.
Beləliklə, Ümummilli liderimizin tövsiyələrindən çıxış edərək söyləmək olar ki, gəncliyimizin qarşısında duran əsas vəzifə əldə etdiyi bütün nailiyyətləri dövlətinin, millətinin inkişafı naminə istifadə etməkdir. Dövlətinin, millətinin problemlərinin həllinə kənar müdaxilə olmadan qoşulmaqdır.
Çox təəssüf ki, xarici qüvvələrin təsiri altına düşən bəzi gənclər də var. “Eurovision-2012”-nin keçirildiyi günlərdə bir qrup gənc bəzi anti-Azərbaycan qüvvələrin təhriki ilə flaşmoblar təşkil edərək ölkəmizin nüfuzuna zərbə vurmağa cəhd göstərdilər. Onların bu hərəkətinə nə ad vermək olar - yalnız rəzillik. Xarici qonaqlarda ölkəmizin inkişafı, şəhərimizin gözəlliyi, xalqımızın qonaqpərvərliyi haqqında xoş təəssüratlar yaratmaq əvəzinə onlar əcnəbiləri taksiyə mindirib paytaxtın ucqarlarına aparır, bəzi nöqsanları göstərirdilər. Bu, vətənpərvərlik nümunəsidirmi?
Mən bu gün salonda əyləşmiş sağlam gəncliyin nümayəndələrini, onların təmsil etdiyi təşkilatlarda cəmlənmiş çoxsaylı gənclərimizi dövlətin təəssübünü çəkməyə çağırıram. Siz haqlı olduğunuz halda, həmin o anti-Azərbaycan mövqeyə yuvarlanmış bir qrup gənc qarşısında qətiyyən passiv mövqe tutmamalısınız. Bu gün sosial şəbəkələrdə, hansısa mitinqlərdə hərc-mərcliyə çağırışlar edən, qarşıdurma yaratmağa çalışan o gənclərə qarşı çoxsaylı, sağlam gənclik durmalıdır.
Ə.Həsənov qeyd edib ki, bu gün millətinə, dövlətinə bağlı, intellekti zəngin, beynəlxalq rəqabətə davamlı gənclik müxtəlif formalarda onlara öz etirazını bildirməlidir. Sosial şəbəkələrdən tutmuş Azərbaycanın ictimai-siyasi həyatındakı tədbirlərdə birgə iştirak yolu ilə, mətbuatda, televiziyada onlara müsbət təsir göstərməlidir. Həm də onları özünüzdən təcrid etməyin, toplantılarınıza çağırın, dialoq yolu ilə başa salın ki, onlar doğru yolda deyillər.
Ə.Həsənov Azərbaycan dövlətinin bugünkü gənclər siyasətinə toxunaraq qeyd edib ki, cənab İlham Əliyev prezidentliyi dövründə ən çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olub. Dövlət başçısı gənclərin 4 forumunu keçirib, gənclər və idmançılarla Bakıda və bölgələrdə onlarla görüş keçirib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncliyi ilə bağlı 2005-2009, 2011-2015-ci illəri əhatə edən iki dövlət proqramı qəbul edilib. Gənclərin sosial, iqtisadi, təhsil, mədəni və digər problemlərinin həlli ilə bağlı 100 milyon manata yaxın vəsait ayrılıb. İndi Azərbaycan gəncləri dövlət hesabına dünyanın ən qabaqcıl ali məktəblərində təhsil alırlar və dünyanın ən təminatlı gəncləri sırasında öncül yerlərdə dayanırlar. Prezident İlham Əliyevin gənclərlə bağlı gördüyü işlər haqqında tədbirdə geniş bəhs edildiyindən, mən bircə onu söyləmək istəyirəm ki, bəlkə dünyada bu gün öz gəncliyinə, idmana bu qədər diqqət ayıran və qayğı göstərən ikinci dövlət başçısı tapmaq çətindir.
Ə.Həsənov ümidvar olduğunu bildirib ki, Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, Onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə, həm də öz gələcəyini qarantiya altına alır.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, hazırda ölkə əhalisinin 66 faizini 35 yaşa qədər, 32 faizini isə 14-29 yaşlı gənclər təşkil edir. Bu, o deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu gənclərdir.
Gənclərlə işin vacibliyini bildirən nazir deyib ki, Fondun fəaliyyət göstərdiyi müddətdə gənclər təşkilatlarına 1 milyon 920 min manat vəsait yönəldilib. Məhz bunun sayəsində gənclərin təşkilatlanması işi yeni mərhələyə qədəm qoyub.
Təhsil naziri Misir Mərdanov isə gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Gənclər Fondu gənclərin elmi tədqiqatlarının maliyyələşməsinə və onların xarici ölkələrdə tədqiqatlar aparmasına yaxından kömək edə bilər. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən, həmin ölkələrin və universitetlərin siyahısı təsdiq olunub. Lakin bəzən siyahılarda olmayan universitetlərdə də təhsil almaq imkanları yaranır. İstərdik ki, Gənclər Fondu bu imkanları da dəyərləndirib gənclərə yardım etsin.
Digər çıxış edənlər də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildiriblər. Qeyd ediblər ki, bunun nəticəsində hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edirlər. Bildirilib ki, gənclərlə iş sahəsində görülən tədbirlər, xüsusilə Gənclər Fondunun yaradılması Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13

